Praktika göstərir ki, hər iki halda iqtisadi uğurlara və ictimai
rifahın yaxşılaşmasına nail olma imkanları vardır.
İnsanın bioloji və sosial varlıq olaraq mürəkkəb və dinamik
xüsusiyyəti, təbii və sosial mühitin daimi dinamizmi ictimai və
fərdi rifah anlayışlarının mahiyyəti və məzmunu barədə fikirlərin
dialektikasını şərtləndirir. Buna görə də, ictimai rifahın təmin
edilməsi və yüksəldilməsi probleminin həllində iqtisadi səmərə -
lilik və sosial ədalət ideyaları arasında mütənasibliyin müəyyən
edilməsi, iqtisadi səmərəliliyə və sosial ədalətə nail olma
üsullarının axtarışı, fərdi və ictimai maraqların, indiki və gələcək
nəsillərin rifahının uzlaşdırılması məsələləri iqtisad elminin
daimi predmeti olaraq yaşayacaq.
Do'stlaringiz bilan baham: