ƏLƏKBƏr MƏMMƏdov ceyhun yusifov iLqAr Seyfullayev vergİ



Download 2,97 Mb.
Pdf ko'rish
bet194/288
Sana26.07.2021
Hajmi2,97 Mb.
#128788
1   ...   190   191   192   193   194   195   196   197   ...   288
Bog'liq
20181017072307 Vergi və tərəqqi

Vergİ VƏ TƏrƏqqİ


221
Vergİ VƏ TƏrƏqqİ
qalan 4 ayı üçüncü ölkədə yaşayarsa, yalnız həmin ölkələrdəki
mənbələrdən aldığı gəlirlər üçün vergi ödəməlidir.
Şəxsi  əmanətlərdən  vergi  tutmaq  çətinləşmişdir.  Bu  gün
qiymətli kağızları, portfel kapitalını praktiki olaraq bir an ərzində
və minimum xərclərlə yer kürəsinin bir nöqtəsindən digərinə,
faizlərdən minimum vergi tutulan yurisdiksiyalarda yerləşdirmək
mümkündür.  Qanunvericiliyin  çatışmazlıqları  portfel  kapitalı
gəlirlərinin  “ana”  ölkədə  bəyan  edilməsindən  yayınmasını
asanlaşdırır. Həm də, maksimum gəlir səviyyəsi olan şəxslər
bundan daha peşəkarlıqla istifadə edir. Nəticədə sənaye cəhətdən
inkişaf  etmiş  ölkələrdə  eyni  zamanda  əmək  haqqına  vergi
dərəcələri yüksəldikdə, mənfəət və kapitaldan effektiv vergitut -
manın tədricən aşağı düşməsi meyli izlənilir.
Qeyd olunanlarla bağlı praktiki bir misalı göstərək. Almaniya
mənbədən  tutmaqla  əmanətlərdən  gəlir  vergisi  tətbiq  etməyə
başlamışdı ki, dərhal pulların qonşu Lüksemburqa axını baş verdi
(hər iki ölkə Aİ-nin üzvüdür). Bu cür vəziyyətlərdən çıxmaq
üçün “birgəyaşayış modeli” təklif edilmişdir ki, bu modelə görə
hər bir dövlət – ittifaq üzvü aşağıdakı variantlardan  birini: ya
əmanətlər  üzrə  20%-dən  az  olmayaraq  mənbə  yanında  faiz
ödənilməsini və ya “ana” dövlətin səlahiyyətli vergi orqanına
əmanətlər üzrə gəlirlər haqqında informasiya verilməsini seçə
bilər.
İkiqat vergiqoymadan yan keçmək üçün vergi ödəyicisinin
rezident olduğu dövlət ittifaqın istənilən nöqtəsində tutulmuş
vergini hesablamalıdır. Nəticədə öz əmanətlərini Aİ-nin başqa
dövlətində yerləşdirmiş şəxs ya biləcəkdir ki, ölkəsinin vergi
idarəsi  ona  əmanətlər  üzrə  ittifaq  daxilində  ödənilən  faizlər
barədə məlumat verəcək, ya da tutulan vergi çıxılmaqla faizləri
alacaqdır. Lakin bəzi ekspertlər belə hesab edir ki, bir tərəfdən,
Lüksemburq vergi dərəcəsini 20%-ə qədər qaldırmayacaq (bu
zaman  mahiyyət  etibarilə,  öz  ofşor  statusunu,  eyni  zamanda
almanların əmanətlərini də itirəcək), digər tərəfdən isə, bu ona
gətirib çıxaracaq ki, alman rezidentləri əmanətləri üzrə faizləri
çıxarmaq üçün Lüksemburqda vəkil tutacaqlar. Bu misal vergi
sığınacaqlarına qarşı hərəkətlərin nə qədər çətin olduğunu bir
daha göstərir.
Müxtəlif  firmalar,  peşələr,  mallar  və  xidmətlər  müxtəlif


mobilliyə malikdir. Belə ki, əgər estrada ulduzları, idmançılar,
alimlər istənilən anda ölkədən çıxıb “rəhimli” fiskal yüklü ölkəyə
gedə bilirlərsə, bu zaman adi sənaye fəhlələrinə, çox güman ki,
vergi qaçqınları statusu almaq təhlükəsi yoxdur. Bu nöqteyi-
nəzərdən qlobal iqtisadiyyat sistemində kapital daha mobil oldu -
ğuna görə muzdlu əməkdən yaxşı vəziyyətdədir. Perspektivdə
dövlətlər  nəhayət,  zavodlarını  bir  saat  ərzində  başqa  ölkəyə
(Qərbdə tez-tez deyirlər ki, vergilər kiçik insanların qismətidir)
yerləşdirmək imkanı olan mobil vergi ödəyicilərinin yükünü o
qədər  də  hərəkətli  olmayan  az  ixtisaslı  fəhlələrin  üzərinə
keçirməli olacaqlar.
Fiskal yükün əməyə (yəni əmək haqqına) keçirilməsi vergi
sistemlərini daha ədalətsiz (onların yenidən bölgü funksiyası aza-
lacaq)  edəcək,  vergitutma  bazasını  daraldacaq  və  vergi
ödəyicilərinin  yükünün  bölüşdürülməsini  daha  çox  təhriflərə
məruz qoyacaq. İqtisadiyyatın qloballaşmanın bu bəhrəsindən
istifadə edə bilməyənlər isə ikiqat– özünün və vergilərdən bu və
ya digər yolla yayınmağı bacarmış “bəxtəvərlər”in əvəzinə yük
daşımağa məhkumdurlar. Kapitaldan fərqli olaraq əməkdə, əvəzi
ödənilməyən  tərkib  hissəsinin  payı  (vergilərə  gedəcək  hissə)
 artacaq,  bu  isə  əhalinin  məşğulluğuna  mənfi  təsir  göstərə  və
elektoratın ciddi narazılığına səbəb ola bilər. Eyni zamanda, bu
ədalətsizlik  sözəbaxan  vergi  ödəyiciləri  arasında  intizamın
kütləvi aşağı düşməsinə səbəb ola bilər (Avropa ölkələrində artıq
müşahidə olunur). Bundan başqa, vergi nəzarətinin gücləndiril -
məsi üçün fiskal idarələrin inzibati xərcləri artacaq.
Əksər ölkələrdə vəziyyətin obyektiv dəyişiklikləri səbəbindən
vergitutma obyektlərinin müxtəlif kateqoriyalarına güzəştlərdən
imtina edilməli, bunun hesabına faiz dərəcələrini aşağı salmalı və
beləliklə,  vergitutma  bazasını  saxlamağa  cəhd  göstərməli
 olacaqlar.  İkinci  israrlı  zərurət  –  vergi  bazasının  mənfəətdən
 istehlaka və maddi mülkiyyətə keçirilməsi ola bilər (hər ikisi az
mobildir və onları gizlətmək çətindir).
Məlumdur ki, orta əsrlərdə krallar xəzinəyə gəlirləri torpaq
vergisindən əldə edirdilər. Hələ 1913-cü ildə ABŞ-da bütün vergi
daxilolmalarının 60%-i mülkiyyət vergisi idi. Bizim dövrdə isə
bu - 10%-ə qədər təşkil edir. Bu gün Qərbdə mütəxəssislərin
çoxu belə hesab edir ki, kompüter əsrində dünya orta əsrlərin
 
222

Download 2,97 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   190   191   192   193   194   195   196   197   ...   288




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish