ƏLƏKBƏr MƏMMƏdov ceyhun yusifov iLqAr Seyfullayev vergİ



Download 2,97 Mb.
Pdf ko'rish
bet25/288
Sana26.07.2021
Hajmi2,97 Mb.
#128788
1   ...   21   22   23   24   25   26   27   28   ...   288
Bog'liq
20181017072307 Vergi və tərəqqi

Vergİ VƏ TƏrƏqqİ


xeyrinə yenidən bölüşdürülən ictimai məhsulun payı 35-50%
(ABŞ, Yaponiya) təşkil edir. Avropa dövlətlərinin bu göstəricisi
daha  yüksəkdir.  Dövlət  xərcləri  hesabına  səhiyyə,  təhsil,
məşğulluq, təqaüdlər və vəsaitlər sahəsində sosial zəmanətlər
sistemləri yaradılmışdır. Nəhayət, vergitutmanın mütərəqqi sis-
temi, o cümlədən varisliyə vergi tətbiq edilmişdir. Həmçinin,
dövlət fəal makroiqtisadi siyasətin aparılması məsuliyyətini öz
üzərinə götürür, bunun üçün büdcədən, pul-kredit idarəetməsini
və iqtisadiyyatın dövlət sektorundan istifadə edir. 
8) Monetarizm nəzəriyyəsi. XX əsrin 60-cı illərində Milton
Fridmen (1912-2006) tərəfindən işlənib hazırlanmışdır. M.Frid-
menin  fikrincə,  iqtisadiyyatın  tənzimlənməsini  pul  tədavülü
vasitəsilə həyata keçirmək mümkündür ki, bu da pul kütləsi və
bank faizi dərəcələrindən asılıdır. Bu zaman vergilərə mühüm
rol ayrılmır. Bu halda vergilər digər mexanizmlərlə yanaşı pul
tədavülünə təsir edir. Xüsusən də, pulun artıq miqdarı vergilər
vasitəsilə dövriyyədən çıxarılır.
Göründüyü kimi, həm monetarizmdə, həm də keynsçilikdə
vergilər  iqtisadiyyatın  əlverişli  olmayan  kənarlaşmalarını
hamarlamağa xidmət edir və iqtisadiyyatın tənzimlənməsi aləti
kimi  çıxış  edir  (M.Fridmen  bunu  “iqtisadiyyatın  vergi
idarəetməsi” adlandırır). O, iddia edirdi ki, azad iqtisadiyyatda
bir və yalnız bir sosial məsuliyyət vardır – “öz resurslarından
istifadə  etmək  və  oyun  qaydaları  çərçivəsində  mənfəətinin
artırılmasına yönəldilmiş fəaliyyət göstərmək, yalan və fırıldaq
olmadan  azad  rəqabətdə  iştirak  etmək”.  Bu  mülahizə  hamı
tərəfindən qəbul edildikdən sonra, bazarı onu idarə edənlərin
“sosial vicdanı” yox, “hökumət bürokratlarının dəmir yumruğu”
cilovlayacaq [101].
9) Təklif nəzəriyyəsi. Bu nəzəriyyə XX əsrin 80-ci illərinin
əvvəllərindən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə çox pop-
ulyar  olmuşdur.  Onun  baniləri  Amerika  alimləri  A.Laffer,
M.Berne  və  Q.Stayn  olmuşdur.  Təklif  nəzəriyyəsi  daha  çox
vergiləri iqtisadi inkişafın və tənzimlənmənin amillərindən biri
kimi nəzərdən keçirir. Bu nəzəriyyə ondan irəli gəlir ki, yüksək
vergitutma sahibkarlıq və investisiya fəaliyyətinə mənfi təsir
göstərir, bu da son nəticədə vergi ödəmələrinin azalmasına səbəb
olur. Nəticədə, vergitutma dərəcələrini aşağı salmaq və korpo-
34

Download 2,97 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   21   22   23   24   25   26   27   28   ...   288




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish