Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet221/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   217   218   219   220   221   222   223   224   ...   289
Рамазан Коркмаз
АНАЛИЗ ТЕПЕГЕЗА (ЦИКЛОПА) В АСПЕКТЕ
МИФОЛОГИЧЕСКОГО ТИПА ТЕРРОРА
Рeзюме
Статья посвящена исследованию образа Тепегеза (Циклопа). В статье рассказывается о том, что связь между человеком и окружающим его миром является не случайной, а является за­кономерностью. Человек обладает умом для уразумения всей ответственности, возложенной на него окружающим его миром. Этот ум и разум всегда должен быть направлен в правильное рус­ло, то есть в творческое и созидающее направление. Если человек поддается всем иску­ше­ни­ям, которые встречаются на жизненном пути, то на свет появляются Тепегези (Циклопы), ко­то­рые создают угрозу всему космосу и человечеству, всему строю вселенной. Если корни этой проб­лемы уже выяснены, человек должен не повторять прежние плохие замыслы и пос­тупки.
Ключевые слова: Тепегез (Циклоп), «Книга моего Деда Коркута», космос, человек, террор
Ramil Quliyev
AMEA Memarlıq və İncəsənət İnstitutu
Kiçik elmi işçi
e-mail: ramil_amea@mail.ru
QOPUZ DƏDƏ QORQUD OBRAZINI FORMALAŞDIRAN AMİL KİMİ
"Bir ağac parçasını oyarlar və kiçik bir ud şəklinə qoyarlar. Üzünə dəri gərərlər, üzərinə beş dənə cüt tel bağlarlar"
Əbdülqədir Marağayi
(musiqiçi alim)
Özət
Dastanda olduğu kimi, təsviri sənətdə də Dədə Qorqudu qopuz­suz təsəvvür etmək mümkün deyil. Çünki bu obrazla bağlı istənilən kompozisiya qopuzsuz yaradıla bilməz, hər ikisinin bir arada veril­mə­si daha məqsədəuyğundur.
Göründüyü kimi, qopuzu Dədə Qorqud yaratdığı kimi, Qorqudu da bir obraz olaraq qopuz yarat­mış­dır. Dastanda qopuz bu qəhrəmana ululuq, böyüklük verməklə, onu formalaşdırmaqla həm də onu qoruyur, ölümdən qoruyur. Dədə Qorqud isə onu ifa etməklə, səsini çıxartmaqla yaşadır, qopuz da öz növbəsində dinamika, hərəkət yaradaraq həyat verir Qorquda.
Açar sözlər: Dədə Qorqud, qopuz, saz, türk xalqları, şaman, baksı, rəssam, dastan
Qopuz Türk xalqlarının mədəniyyət tarixində çox əhəmiyyətli bir yer tutduğu üçün Türk tarixi, mə­dəniyyəti, folkloru ilə maraqlanan hər bir elm adamının diqqətini çəkmişdir. Yazılı qaynaqlar bu musiqi alətinin min il yaşı olduğunu qeyd edir. Görüntülü materiallara müraciət etdikdə bu alətin müxtəlif formalarda olduğunun şahidi oluruq. Çünki qopuz tarix boyu səyahəti əsnasında keçdiyi ərazilərdə onu istifadə edən toplumların musiqisinə görə müəyyən bir şəkil almış, Türk birlikləri arasında başqa musiqi alətləri ilə qarışmış və bəzi saz növləri də qopuz adı ilə qeyd olunmuşdur. Və buna görə də, Türk xalqları arasında əsrlərdən bəri gələn qopuz, öz əsl formasını hər yerdə qoruyub saxlaya bilməmişdir.
Arxeoloji dəlillərdən aydın olur ki, Şərq aləmində qopuza oxşar simli musiqi alətinin tarixi eradan əvvəl II minilliyə aiddir. Şumerlərə məxsus Nippurdakı Belu məbədində gil üzərində təsvir (şəkil 1) edilən rəsm və təxminən 3 minillik tarixi olan və hetlərə aid edilən başqa bir abidənin üzə­rində qopuza oxşar təsvir bunu sübut edir [1. s. 180-181].
Xüsusilə, türk xalqlarının ictimai həyatının hər mərhələsində sevilərək çalı­nan qopuz Dədə Qorqud dastanında da xatırlanaraq əldən yerə qoyulması günah sayıl­mış, çalınmazdan əvvəl öpülüb alına qoyulmuş. Dədə Qorqud adı ilə bərabər veril­mişdir. Dədə Qorqud obrazının formalaşmasında qopuzun rolu ondan ibarətdir ki, onun adı bu obrazla bərabər çəkilməklə, bu obrazın dastançı və şaman arasındakı yaxın və güclü əlaqəsini ortaya qoyaraq olduqca əhəmiyyətli bir mədəni ünsür rolunu oynayır.
Tətbiqi və təsviri incəsənət sahələrində Dədə Qorqud dastanına demək olar ki, bütün türk xalqları tərəfindən maraq göstərillir. Dastanda adı çəkilən şəxslərin, hadisələrin baş verdiyi ərazilərin sözlə təsvir edilməsindən istifadə edilərək əsərlər yaradılmağa başlanılmışdır. Obrazların geyimi, məkan və digər aksesuarlar hər bir xalqın özünəməxsus tərzinə uyğun verilməsi ilə seçilir. Bu baxımdan Dədə Qorqud baş qəhrəmanlardan biri sayılaraq diqqət mərkəzində olmuş, müxtəlif üz cizgiləri ilə veril­məsinə baxmayaraq, qopuzu daim özü ilə təsvir edilmişdir.
Azərbaycanın görkəmli rəssamı Tahir Salahov bu mövzuya həsr etdiyi eyni adlı iki kompozisiya baxımından bir o qədər də fərqlənməyən “Dədə Qorqud” portretini yaratmışdır (şəkil 2).Dədə Qorqud obrazını yaratmaqla milli mədəniyyətimizin təbliğinə özünəməxsus töhfə verən rəssam kətan üzərində daha çox sərt və tünd rənglərin ahəngini vermişdir. Detallara baxdıqda diqqəti çəkən, kamançaya bən­zər qopuzdur. Sonrakı qeydlərimizdə qopuzun kamançaya bənzər bir növünün olması faktını diq­qə­tinizə çatdıracam.
Alət haqqında ilk məlumata uyğur Koço dövlətinə elçi göndərilmiş Vanyen-Tenin (982 il) kitabında rast gəlirik [10].
Türk xalqlarında qopuzun yaradılışı ilə bağlı bir sıra rəvayətlər vardır ki, bunların biri Dədə Qor­qudla bağlı olub, əfsanəvi varlıqlardan öyrənərək düzəl­dil­diyi qeyd edilir: “Dədə Qorqud meşədə düzəl­dəcəyi qopuz üçün uyğun ağacı ax­tararkən şeytanlarla qarşılaşır. Şeytanlar onun əlindəki çalğı alətini görmək istəyirlər. Dədə Qorqud tam hazır olmayan sazı göstərir, sonra onlardan uzaqlaşıb bir yerdə giz­lənir və şeytanların öz aralarındakı danışmalarını gizlicə dinləyir. Şeytanlar “Dədə Qorqud qopuz düzəl­də bilməz, çünki bunun istənilən bir ağacdan düzəldilə bilməyəcəyini bilmir. Qopuz üçün iydə ağacının quru gövdəsini götürmək lazımdı. Həm də çöl donuzunun yıxdığı quru iydə ağacının... ondan kiçik bir yalaq oymaq lazımdır. Bu yalağı dəvənin dərisi ilə örtmək və kişnəməsi hər yerdən eşi­dilən çöl atının quyruğundan tellər taxmaq lazımdı. Bunlar quru bir adi su qabağının qabığından düzəlmiş bir körpü ilə tutdurmalı və telləri “sasikkuray”(yapışqan qatranlı bir bitki) bitkisinin qatranı ilə örtülməlidir. Bu gerçək qopuz olar.” Dədə Qorqud şeytanların dedikləri kimi edir və gözəl bir “saz” meydana gəlir [7].
Sonradan bütün ozanların çalğı alətinə çevrilən qopuz, bir mənbədə qeyd edildiyinə görə əsasən, iki növə ayrılır: 1) qopuzi-ozan, 2) qopuzi-rumi.
Qopuzi-ozan uzun çanaqlı və üç tellidir. “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan qolça (yəni qol uzunluğunda kasası olan çalğı aləti) qopuz məhz qopuzi-ozandır.
Qopuzi-rumi uda oxşar olub, beş tellidir. Bu, Kaşqarlı lüğətində təsvir olunan Orta Asiya qopu­zu­nun eynidir.
Qopuz quyruq, çanaq, qol və başdan ibarətdir. Əski çağlardan üzü bəri qopuzun teli at quyru­ğun­dan alınmış qıldan hazırlanırdı.Yuxarıdakı rəvayətdə də qopuzun hazırlanmasında at quyruğunda is­tifadə olunduğunun şahidi olduq. Qopuz, əsasən, yay adlanan köməkçi alətlə çalınırdı. O, kamançaya oxşar olub, dizin üstünə qoyularaq çalınırdı. Ancaq bütün qopuz növlərinin indiki kamançaya bən­zə­di­yini söyləmək çətindir [10].
İzahlı lüğət olan bir mənbədə qopuzun adı fərqli yazılaraq bu kimi mənada açıqlanmışdır: Kobız(qopuz) — türk xalqlarında kamana bənzər simli musiqi aləti [2, 23] Qopuz — orta əsrlərdə Azərbaycanda geniş yayılmış saza oxşar musiqi aləti [2, 25]. Bu mənbədə izah olunan hər iki termin söz açdığımız qopuza aiddir. Sadəcə olaraq türk xalqlarının dillərinə uyğun müxtəlif cür səslənmişdir: “kuluzun xomus”, “demir-xomus” (tuv.), “jısaç-komuz” (qırğ.), “xomus” (yak.), “şan-kobız” (qaz.), temirçanq-kobuz (özb.), “kobız” (türkm.), “kubız” (tat., başq.) və s.
Azərbaycan incəsənətində rast gəlinən Dədə Qorqudun əlindəki qopuz daha çox saza və bəzi mən­bələrdə təsvir edilən qolça qopuza bənzəyir. Buna misal olaraq, Naxçıvan şəhərində Heydər Əliyev prospektində, «Təbriz» Mehmanxanasının önündə qoyulmuş Dədə Qorqudun abidəsini misal çə­kə bilərik.
Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərov bu heykəli 1999-cu ildə Kitabi Dədə Qorqud dastanının 1300 illik yubileyi şərəfinə yaratmışdır [4, 18]. Göründüyü kimi, heykəltəraş qəhrəmanını əlində müasir saz ilə vermişdir (şəkil 3).
Bununla bərabər rəssam Fatih Başbuğun (Türkiyə) Dədə Qorqud əsərində də verilən qopuz mü­a­sir sazın sələfi olan qolça qopuz kimi təsvir edilmişdir (şəkil 8). Obrazı digər rəssamların kom­po­zi­si­yalarından fərqli olaraq ilk dəfə müasirləri əhatəsində görürük. Bununla rəssam qəhrəmanını mən­bə­lərə söykənərək şahların vəziri, bilicisi, ağsaqqalı kimi göstərməyə çalışmışdır. Qorqudun yanında qo­pu­zun verilməsi onu obraz olaraq tamamlayır.
Qopuz haqqında geniş məlumat verən çin və uyğur qaynaqlarına görə, bu çalğı aləti iki cürdür: 1) ça­nağı ilə qolu bir olan və çanağının üstünə dəri çəkilən qopuz. 2) Çanağının iki tərəfinə ilan dərisi çəkilmiş və at qılından teli olan tambura bənzər qopuz [10].
Ən qədim simli çalğı alətlərindən biri olan qopuzun digər bir mənbədə isə iki növü daha geniş istifadə olunduğu qeyd edilmişdir.
1) “Qıl qopuz” və ya “ikilıq” kimi tanınan və kamanla ifa edilən ikisimli qopuz növünün Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və hazırda istifadə edilməkdədir.
2) Müasir aşıq sazının sələfi sayılan üçsimli “qolça qopuz” Azərbaycan türklərinin istifadə et­dikləri ən qədim simli musiqi alətidir. “Kitabi-Dədə Qorqud” dastanlarında xatırlanan qolça qopuz bir neçə adda təqdim olunur. Kitabda adları çəkilən “quruluca qopuz”, “alça qopuz” ayrı-ayrı alət­lə­rin deyil, eyni bir alətin müxtəlif cəhətlərini açıqlayır.
Uyğur və Türkmənistan ərazilərində məskunlaşan türk tayfaları ikisimli, Anadolu və Azərbaycan türkləri isə üçsimli qopuzdan istifadə etmişlər [3].
Yaylı qopuz daha çox altay, xakas, uyğur və şorlarda yayılmışdı. Bu gün də adları çəkilən türk tayfalarının istifadə etdikləri alət əski təsvirlərdəki kimidir. Bu qopuz kamançaya oxşayır [10].
Kamançaya oxşar yaylı qopuzla digər türk xalqlarının incəsənətində rastlaşırıq. Buna bir nümunə olaraq rəssam Rüstəm Aljanovun (Qazaxıstan) fonda Sırdərya verilmiş "Qorqud Ata" əsərini göstərə bilərik (şəkil 6). Qeyri-adi formada təsvir edilən əsər bir sıra mənanın daşıyıcısıdır. Dədə Qorqudu - Qorqud Atanı sanki təbiət yaratmış, hər bir detal təbiətin koloritinə uyğun verilmişdir. Sırdəryanın sahilində, ağacın altında bardaşqurma oturan qoca qopuzu ifa edərkən təsvir edilmişdir. Bədəninin bir hissəsini torpaq, ot, bir hissəsini Sırdəryanın suyu, digər hissəsini hava, küləyə uyğun verən rəssam bu əsərlə Dədə Qorqudu doğma diyarının təbiətinin yaratdığını demək istəyir. Bundan başqa, rəssam bəzi faktlara görə Qorqud Atanın Sırdəryada vəfat etdiyinə əsaslanaraq onun suyuna, havasına qarışdığını bu əsərdə bütün mənaları ilə təsvir etmişdir.
Mövzu ilə bağlı diqqətinizi digər bir əsərə yönəltmək istərdim. Azərbaycanın keramist-rəssamı Məzahir Əfşarın yaratdığı “Dədə Qorqud" bir sıra rəssam və heykəltəraşların yaratdığı obrazlar kimi əlində qopuzla verilmişdir (şəkil 4). Qopuzunu iki əli ilə sinəsinə sıxan müdrik qoca türk oğullarının qarşısında qürurlu, inamla dayanmışdır. Qəhrəmanını müsəlman olaraq qəbul edən Məzahir Əfşar onu İslam dininin baş geyimi ilə vermiş və əgər bu kompozisiyada qopuz olmasaydı, Dədə Qorqud Mə­həm­məd Füzuliyə oxşayardı. Bununla qəhrəmanın formalaşmasında qopuzun rolunu görmüş oluruq.
Qopuzla əlaqədar olaraq bir baksı duasında belə deyilməkdədir:
"Şam (taxtasından) qopuzum əlimə aldım, su ilan kimi dolandım, döndüm.... Bu qopuzum qı­rıl­madı. Bu ruh on beş yaşımda ikən mənə yapışdı, iyirmi yaşımda görüşdü, istəmədiyim işi etməyə məc­bur etdi, qurumuş taxta qopuza əsir etdi" [6].
Göründüyü kimi, bu duada baksı istəmədiyi halda, iradəsi xaricində ruhlar tərəfindən şamanlıq pe­şəsinə seçilmiş olduğunu və özünü ağac qopuzu çalmağa əsir etdiyini dilə gətirir.
Qorqud Ata xalçasını Sırdərya üzərinə sərib oturmuş və bir həftə gözlərini yummadan qopuz çalıb türkü söyləmiş. Nəhayət, macalsız qalıb yatmış. Türküsü kəsildiyi anda, ölüm ona ilan qılığında yaxınlaşıb çalıb öldürmüş. Onu orada, sahildə qopuzunu da məzarının üstünə qoymuşlar. Qopuz indi də hər cümə günü "Horhut, Horhut" deyə fəryad edib ağlar, böyük ustasının yasını tutur[9].
Bu əfsanəyə uyğun olaraq, Orozbek Yesenbayevin (Qazaxıstan) maraqla izlənilən əsərlərindən biri "Qorqud ata" tablosudur (şəkil 7). Əsərin mövzusunu rəssam bir rəvayətdən götürmüşdür – Qor­qud ata xalçanın üzərində oturaraq, Sırdərya çayında üzərək bütün günü qopuzla ifa edib soy soy­la­yarmış. Kompozisiyadan göründüyü kimi, obraz hərəkətli, gərgin halda verilmişdir.
Azərbaycanın əməkdar rəssamı İsmayıl Məmmədovun yaratdığı “Dədə Qorqud” portretində qopuz başlığına diqqət yetirdikdə onun insan gözlü, dağ keçisi (və ya qoç) buynuzlu təsvir edilərək, qopuzun sanki canlı bir varlıq olduğunu görürük [5. s. 73] (şəkil 5).
Qopuzun bu tərzdə verilməsi təsadüfi deyildir. Qoç, at və s. başlıqlı verilən qopuzlar şamanların digər dünya ilə əlaqəsini təmin etmiş olur.
Üzərindəki at simvolu olan qopuz, eynilə ritual bir alət və ya şaman ayinində istifadə olunan davulun şamanı digər dünyaya daşıyan atı kimi qəbul edilir, şair-dastançını başqa yerlərə götürür [8].
Bir sıra mənbələr Amerikada yaşayan qədim tayfaların türk əsilli olduğunu qeyd etmişdir. Bu səbəbdən qopuzla bağlı məlumatları araşdırarkən çox maraqlı bir məlumata rast gəldim:
İnklərdə qopuz bənzəri bir saz istifadə edildiyi təsbit edilmişdir. İnklər uşaqlarına bir qəhrə­man­lıq göstərənə qədər ad verməzdilər. Ad vermə mərasimlə edilərdi [11]. Eynilə Dədə Qorqud boyla­rından biri olan Buğaç xanın hekayəsini, qəhrəmanlığa görə ad ver­məni xatırladır.
Yuxarıdakı qeydlərə, əsasən, onu deyə bilərik ki, hal-hazırda müxtəlif formalarda mövcud olan qopuz, onu yaradan Dədə Qorqudun bir obraz kimi formalaşmasında böyük rol oynayır. Çünki, qopuz formanı tamamlayaraq ozan, şaman, baksı təsəvvürü yaradır və düşünürəm ki, onsuz Dədə Qorqudun kim olduğunu anlamaq çətin olardı.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   217   218   219   220   221   222   223   224   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish