Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet181/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   177   178   179   180   181   182   183   184   ...   289
Açar sözlər: “Kitabi-Dədə Qorqud”, “Manas”, şölən, siyasi, ideoloji.
Giriş
Əski türklərin həyat tərzini, dünyagörüşünü, adət-ənənəsini dəyərləndirmə baxımından eposların əvəzedilməz rolu vardır. Çünki bu eposlar mücadilələr, basqınlar nəticəsində başqa torpaqlarda yaşamağa məcbur edilmiş türk­lərin coğrafi ərazilərinin hüdudlarını, əski tarixini, dil və mədəniyyət özəl­liklərini qoruyub bizlərə çatdıran ulu mənbələrdir. Bu mənbələr türkün qan yaddaşıdır.

    1. Sölənlərin keçirilmə motivləri

Bəşər tarixində özünəməxsus yer tutan əski türklərdə şölən keçirmə adət-ənənəsi onların yüksək mədəni səviyyəyə malik olmalarından xəbər verir. Belə ki, keçirilən «şölənlərin» çox böyük əhəmiy­yəti var idi. Bu şölənlər müxtəlif rütbəli adamlar tərəfindən, müxtəlif münasibətlərlə keçirilirdi. Məhz bu təbəqələşmə prosesində ictimai və sosial durum arasındakı fərq ay­dın nəzərə çarpırdı.
Xaqan, xan, bəy şölənləri əhatə dairəsinə görə daha geniş idi. Çünki buraya müxtəlif türk birlik­lərinin nümayəndələri: xaqanlar, sərkərdələr, bəylər, dəvət olunmuş qəbilə üzvləri, hətta qonşu qəbilə­lərin nümayəndələri də top­lanırdı. Bu şölənlərin keçirilmə səbəbləri müxtəlif olmasına bax­ma­yaraq, sosial-ədalət prinsipi möhkəm qorunmalı idi.
Eposlara nəzərən şölənlərin keçirilmə səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Xüsusi mənsəblərə (başçı) layiq olduqları zaman keçirilən şölənlər.
2. Yeni doğulan uşaqların şərəfinə keçirilən şölənlər.
3. Müxtəlif münasibətlərlə keçirilən şölənlər. Buraya vaxtilə ölənlərin şərəfinə verilən «Aş»lar, xalqın adət-ənənəsi ilə əlaqədar xüsusi günlərin qeyd olun­ması daxildir.
4. Döyüşdə qazandıqları uğurlarla əlaqədar keçirilən şölənlər.
Xaqan, xan şölənləri təkcə ictimai-sosial deyil, həmçinin siyasi əhəmiyyət də kəsb edirdi. Belə ki, dəvətlilər arasında müxtəlif qəbilə, qoşun başçılarının olması yeni-yeni ittifaqların, dostluqların təməlini qoymaqla yanaşı, yaranan kiçicik incikliklərə görə düşmənçiliklərin də yaranmasına səbəb olurdu.
Türk xalqlarının ulu abidəsi olan «Kitabi-Dədə Qorqud» və «Manas» eposlarında təsvir edilən şölənlərin bəzilərinin məhz bələ sonluqla bitdiyinin şahidi oluruq.
Xan Bayandırın – «oğlu-qızı olmayanı qara otağa qondurun, altına qara keçə döşəyin, qara qoyun yəxnisindən önünə gətirin, yeyərsə yesin, ye­məzsə dursun getsin...» – əmri Dirsə xanın qüruruna toxunur.
- Bayandır xan mənim nə əksikliyimi gördü? Qılıncımdanmı gördü, süfrəmdənmi gördü? Məndən alçaq kişiləri ağ otağa, qızılı otağa qondurdu, mənim suçum nə oldu ki, qara otağa qondurdu? – deyə soruşduqda,
- Övladı olmayanı Tanrı Taala qarğıyıb, biz dəxi qarğıyırız», - Bayandır xandan buyruq belədir, cavabını alır (K.D.K.,1962: 17).
Xüsusi günlərin birinin təsvirini verən «Salur Qazanın evinin yağmalanması boyu»nda ildə bir dəfə İç və Dış Oğuzun iştirakı ilə evini yağma­la­dan Qazan növbəti yağmada Dış Oğuzu dəvət etmədiyindən iki qohum tayfa arasına ədavət düşür ki, bunun da çox acı nəticələri olur (K.D.K.,1962: 150-156).
Buna bənzər şölən motivi «Manas» eposunda da diqqəti cəlb edir. Lakin hər iki eposda motiv­lərin mahiyyəti eyni olsa da, nəticə etibarı ilə fərqli­dirlər. Belə ki, Bokmurun atası Kökötöyun «Aş» şöləninə Ər Manas dəvət edilmədiyindən o, inciyir. Amma Aruz Qocadan fərqli olaraq onun incikliyi düşmənçiliyə çevrilmir. Müvəqqəti xarakter daşıyır. Eşidəndə ki, şölənə gələn Çin xaqanı Neskara qırğızlara pislik etmək niyyətindədir, Ər Manasın milli qüruru şəxsi incikliyinə üstün gəlir. Qoşunu toplayaraq Bokmurun köməyinə gedir («Manas»1995: 180). Demək, Ər Manas öz haqqının tapdan­masına razı olur, amma ona ümid edən elini, xalqını darda qoymağı qüruruna sığışdırmır.
İctimai-siyasi səciyyə daşıyan «Aşlar» və «Xüsusi günlər» dövlətçilik baxımından önəmli əhə­miyyətə malikdir. Bu tədbirlər böyük siyasi ustalıqla təşkil olunmalı idi ki, dostun düşmənə çevril­mə­sinə səbəb olmasın. Ona görə də bu cür şölənlərin keçirilməsi xüsusi diqqət tələb edir­di.
«Başçı seçmə» ilə əlaqədar keçirilən şölənlər öz əhatə dairəsinə görə daha geniş və xarakterinə görə isə daha əhəmiyyətlisi idi. Çünki yeni seçi­lən «xaqan» özünün təqdimatında xalqa sadiq, qay­ğı­keş, qəhrəman və s. sifətlərə malik olduğunu sübut etməli idi. Bunun üçün təşkil olunmuş xüsusi sınaqlardan keçməli, çox böyük miqdarda bəxşişlər paylamalı idi. Bütün bunlar xalqın etimadını qazanmaq üçün bir vasitə idi. Bu şölənlərə başqa tayfa, qəbilə, dövlət başçıları da dəvət olunduğundan seçilən xaqan, xan özünü tədbirli, ağıllı bir başçı kimi təsdiq etməli idi.
Övladların dünyaya gəlişi ilə əlaqədar keçirilən şölənləri isə öz mahiyyəti etibarı ilə iki qismə ayırmaq olar:
1. Övlad dünyaya gəlməzdən öncə.
2. Övlad dünyaya gələndən sonra.
1. Övlad həsrəti ilə yaşayan ailələrin Tanrı şərəfinə keçirdiyi şölənlər. Bu şölənlərin əsas məqsədi Tanrıdan övlad diləmək idi. Bunun üçün onlar Tanrı şərəfinə böyük qurbanlar verir, sədəqələr pay­layır, heç vaxt etmədikləri xeyirxahlığı göstərirdilər.
«Dirsə xan ulu toy elədi, hacət dilədi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırdı. İç Oğuz, Dış Oğuz bəylərini üstünə yığnaq etdi. Ac görsə doyurdu, yalın görsə donatdı. Borclunu bor­cundan qurtardı. Təpə kimi ət yığdı, göl kimi qımız sağdırdı. Əl götürdülər, hacət dilədilər. Bir ağzı dualının alqışı ilə Allah-Taala bir əyal verdi. Xatunu hamilə oldu» (K.D.K., 1962:18).
Bu analoji süjetə Ər Manasın dünyaya gəlmə prosesini izləyərkən də rast gəlmək mümkündür.
«Çakıp ziyafətə Altaydakı on iki qəbilə ilə birlikdə, Qırğızı, Qazağı, Noykutu, Noqoyu, Türk soydaşlarını, bunlardan başqa yenə Kalmıkı və Tur­qut Moğollarını da inciməsinlər deyə dəvət etdi. Sərvətə düşkün Cakıp bu dəfə simiclik etmədi. Sevincindən topladığını, gizlətdiyini tamamilə xərc­lədi. İki altun xəzinəsinin ağzını açdı. Saysız atlarından doqquz qara qısraq, doxsan qara qoyun, ağ baş dişi dəvə, quzu, inək kəsdi». («Manas»1995: 14)
Tanrıdan övlad diləmə münasibəti ilə acları doyurmaq, çılpaqları donatmaq kimi mütərəqqi məqsədli şölən keçirmə motivi təkcə eposlarda deyil, eləcə də nağıllardan üzü bəri bu günkü ədəbi əsərlərə qədər uzun bir yol keçərək, öz ilkin mahiyyətini qoruyub saxlamışdır.
Övladın dünyaya gəlməsi ilə əlaqədar keçirilən şölənlər məzmun etibarı ilə «Övlad diləmə» şölənindən bir qədər fərqlidir. Bu fərqləri aşa­ğıdakı kimi qruplaşdırmaq olar:
1. «Övlad diləmə» şöləni şadlıq məclisi sayılmaz, bura bədbin ruh hakimdir. Çünki övlad payı diləyən, dua edən hələ bilmir ki, Tanrı onun səsini eşidərək ona övlad bəxş edəcək, ya yox. Lakin bu adətə tarixən inam olduğundan indinin özündə belə övladı olmayan Allahın şərəfinə böyük qurbanlar vəd edir, Müqəddəs yerlərə gedərək nəzir-niyazlar verirlər.
2. Övladın dünyaya gəlişi ilə əlaqədar keçirilən şölənlərə isə şadlıq ruhu hakimdir. Bələ ki, dua-sənalarının Tanrı tərəfindən qəbul edildiyini görən insanlar uşağın dünyaya gəlişinin sevincini yaşayırlar. Bu şöləndə də çox böyük miqdarda bəxşişlər paylanırdı. Lakin bu bəxşişlər öz mahiyyətinə görə fərqlənirdilər.
a) «Övlad diləmə» şölənində ancaq aşağı təbəqənin adamlarına bəxşişlər vermək nəzərdə tutulurdu. Orada bəxşiş alanlar öz tayfalarının, qəbilə­lərinin adamları olurdu.
b) «Övladın dünyaya gəlişi» ilə əlaqədar keçirilən şölənlər isə əhatə diapazonuna görə daha geniş xarakter daşıyırdı. Burada təkcə aşağı təbə­qənin insanları deyil, həm daxili, həm də başqa dövlətlərin, tayfaların qəbilə başçıları, xaqanları, xanları, bəyləri və s. təmsil olunurdu. Bu şölən eyni zamanda siyasi durumu ilə də diqqəti cəlb edir. Çünki, aşağı təbəqə doğu­lan uşağın şərəfinə bəxşişlər almaq üçün qatılırdısa, xaqan, xan, bəy və s. gətirdikləri bəxşişlərlə həmin adama öz sayğı və hörmətlərinin məqamını bildirirdilər. Şölən sahibi də öz adət-ənənəsi müqabilində onları titul və şərəflərinə uyğun qonaqlamalı idi.
Şölənlərdə Türk xalqının yüksək mədəniyyəti və zəngin məişəti daha qabarıq nəzərə çarpır. Bələ ki, «Kitabi – Dədə Qorqud» eposunda otaq­lar müna­si­bətlərə görə rənglənərdi: - «Oğlu olanı ağ otağa, qızı olanı qızılı otağa, oğlu-qızı olmayanı qara otağa qondururdular» (K.D.K., 1962:17). Otaqlar eyni rəngdə olan xalı, ipəklə döşənərdi. Yemək mədəniyyəti son dərəcədə yük­sək­di. Otaqların rənginə uyğun heyvanlar kəsilirdi. Yeddi illik şərab içkisin­dən istifadə edilirdi.
«Manas» eposunda şöləni keçirmək üçün üç il öncədən hazırlıq işlərinə başlanardı. Arıq heyvan kəsməzdilər. Kəsiləcək heyvanlar əvvəlcə­dən kökəldilərək, ətləndirilərdi. Ağ və boz otaqlar hazırla­nardı. Şölən üçün dağları otla örtülən, hövzəsi yayla, təpələri yayvan, suyu, odunu bol, tozsuz-duman­sız, 7 illik otu olan, at yarışı keçirilə biləcək dərəcədə düz, bərəkətli yer seçilərdi («Manas», 1995: 172-173).

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   177   178   179   180   181   182   183   184   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish