Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet178/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   174   175   176   177   178   179   180   181   ...   289
AMEA Folklor İnstitutu
e-mail: qaracantali@live.com
KİTABİ-DƏDƏ QORQUD”DA ƏRAZİ ADLARI VƏ YAŞAYIŞ MƏSKƏNLƏRİ
Özət
Türkün qızıl kitabı “Kitabi-Dədə Qorqud” boylarında məkan kimi bir çox coğrafi yerlərin, dağ­ların, yaylaların, çayların, göllərin, kəndlərin, şəhərlərin adı çəkilir. Yaşayış məskənləri, onların yer­ləşdiyi bölgələr, bir-biri ilə bağları və s. mövzularda “Kitabi-Dədə Qorqud” dəyərli mənbə vəzi­fə­si­ni öhdəsinə götürmüşdür. Şəhərlərin memarlıq nümunələri, xüsusilə, hərbi istehkam və qalaları; sosio-mədəni quru­luşu, siyasi gücü tarix, etnoqrafiya, incəsənət və s. sahələrə aid olan bir çox məlumatı özündə gizlədir. “Kitabi-Dədə Qorqud” boylarının yarandığı zaman kəsimini nəzərə alaraq Qalın Oğuz Eli sərhədləri daxilindəki, bu sərhədləri əhatə edən ərazilərdə və “Dədə Qorqud” qəhrəmanlarının müxtəlif səbəblərlə getdikləri qonşu ölkə və vilayətlərdəki şəhərlərin, qalaların yerləşdiyi əraziləri tə­yin etmək, o dövrdə burada yaşayan insanların həyat tərzi haqqında da məlumat əldə etmək müm­kündür.
Açar sözlər: dastan, məkan, şəhər, qala, oğuz, dövlət, bölgə, “Kitabi-Dədə Qorqud”
200 il bundan əvvəl “Kitabi-Dədə Qorqud” əlyazmasının Drezden kitabxanasında kəşf edilməsi və elm aləminə təqdim edilməsindən sonra türk özünün bu qədim dastanından xəbərdar oldu. Kim bilir, daha neçə buna bənzər yazıya alınmış dastanlarımız təbii fəlakətlər, müharibələr, qarətlər ucba­tından kəşf olunmamış məhv olmuş və ya hələ də tarixin qaranlıq qatlarında kəşf ediləcək zamanını gözləyir. Türk heç vaxt öz şanlı tarixini qələmə almasa da dastan yaradıcılığı cəhətdən çox parlaq keçmişə sahibdir və o tarixi salnamələr dastanlarda gizlidir. Doğrudur, “Kitabi-Dədə Qorqud” bir tarix kitabı deyildir, lakin dövrünün tarixi hadisələrini roman süjetində bizə təqdim edən çox dəyərli bir mənbədir. “Kitabi-Dədə Qorqud”da daha tam olaraq təsdiqini tapmamış bir çox tarixi sənədlərin gizli olduğuna şübhəmiz yoxdur. Bu sənədlərdən biri də “Kitabi-Dədə Qorqud”un tarixi coğrafiyası ilə bağlıdır. “Kitabi-Dədə Qorqud”da bəhs olunan hadisələrin cərəyan etdiyi məkan bir dövlət sərhədləri daxilindəki məkandır. Bu dövlət öz sərhədləri və qonşuları olan Qalın Oğuz Elidir. Mərkəzi idarə və bugünkü terminlə desək, muxtar idarə İç Oğuz və Daş Oğuza ayrılır. İç Oğuza həm də Boz ox, Daş Oğuza Üç ox deyilir. Bu sərhədləri boylardakı coğrafi məlumatları izləməklə bərpa edə bilərik. “Kitabi-Dədə Qorqud” tədqiqatçılarının tarixi coğrafiya haqqında fikirləri müxtəlifdir. Bəzi alimlər bu ərazini şərqə, bəziləri isə qərbə sürüşdürərək yerləşdirməyə çalışmışlar.
“Kitabi-Dədə Qorqud”u meydana gətirmiş 12 boyu oxuduğumuz zaman buradakı yaşanmış hadisələrin bizim eradan, yəni miladdan əvvəlki orta əsrlərdən təxminən XIV-XV əsrlərə qədər olan tarixi hadisələri əks etdirdiyinin şahidi oluruq. Təxminən min il ərzində Kür-Araz düzənliyi, Bərdə-Gəncə-bugünkü Gürcüstana və şimalında Dəmir Qapı Dərbənd, qərbdə Göyçə, Altuntaxt, Ağcaqala, Pasenə qədər bu dövlətin sərhədləri daxilindədir. Köçəri və ya yarım köçəri hayat tərzlərini də nəzərə alarsaq, bu qəhrəmanların Kür və Araz çaylarının qovuşan düzənliklər, Bərdə-Gəncə ətrafı qışlaqları, Altuntaxt dağları Göyçə gölü ətrafı yaylaqlarıdır. Bunlardan başqa, Qalın Oğuz Elinin sərhədləri zaman-zaman döyüşlərlə alınan qala və topraqlarla günbəgün genişlənməkdədir.
Bir dastanın dastan xüsusiyyətlərini daşıması üçün lazım olan sifətləri sadalarkən M. Ergin 9-cu yerdə coğrafiyanın əhəmiyyətini göstərməkdədir: “Milli dastanın doqquzuncu xüsusiyyəti bir coğrafiyaya sahib olmasıdır. “Dədə Qorqud”da da tarixə istinad etmək xüsusiyyətinin təbii bir nəticəsi olaraq belə bir coğrafiya vardır. Bu coğrafiya görünüşdə və ön planda Şərqi Anadolu və Azərbay­can­dır. Fəqət bunun arxasında ya birbaşa, ya bir çox dəfə bu sahəyə adaptasiya olunmuş olaraq Orta Asi­yanın, Türküstan coğrafiyasının ünsürləri yatar. Beləliklə, əsər dastan olaraq, zamansız və məkansız olan nağıl və əfsanədən təbii olaraq çox ayrılmış olur” (13, 5).
“Memari məkanların bəziləri, hər zaman tam mənası ilə xəyali olmuşdur və xəyali qalmış­dırlar” (15, 67). Bu fikir bir çox şifahi ədəbiyyat janrları üçün yerində olsa da, “Kitabi-Dədə Qorqud” boyları üçün bunu söyləmək mümkün deyildir.
“Kitab”ın boylarının verdiyi coğrafi məlumatlara görə, iki ordunun yerləşdiyi Qalın Oğuz şərqdə Arazla Kürün qovuşduğu bucaqdan başlayıb bu çaylar arasından Qağızmana qədər uzanır. Bayındır xanın ordusu çaylar qovşağından qərbə doğru bugünkü Gürcüstan sərhəddinə qədər olan əraziləri əhatə edir. Xanın qərargahı Bərdəyə, Gəncəyə qədər uzanır. Qazan xanın qışlaq yerləri qayınatasının qə­rar­gahına bitişikdir. Çünki Bəkil oğlunu Bayındır xanın qərargahına göndərərkən məsafənin yaxın oldu­ğunu nəzərə alaraq oğluna Bayındır xanı gördükdən sonra Qazan xana da baş çəkib əlini öpməsini tap­şırır. Qazan xanın da yaylaq yerləri Göyçə gölü, Ala dağ və Altuntaxt dağlarıdır.
Daş Oğuz Araz çayının sağında Azərbaycanın cənubundadır. Fəqət “Kitab”dan onun cənub sər­hədlərini təyin etmək mümkün olmur. Bu ərazidən kənarda adı çəkilən yerlər Gürcüstanda, Qara də­ni­zin cənub şərqi sahilləridir. Əlincə (Alınca) qalası da xristiyan qıpçaqların əlindədir, amma Qazan xan Oğuz hüdudlarını hər gün bir az daha genişləndirir. “Kitabi-Dədə Qorqud” boylarında cərəyan edən hadisələrin izini təqib edərək qədim Albaniyadan, Kür-Araz düzənliyindən, Mil, Qarabağ, Muğan ərazilərindən və bu gün Ermənistan sərhədləri daxilindəki Göyçə gölü ətrafından, Altuntaxt, Ağlağan yaylalarından, Sürməli, Ağcaqala, Ağsıqadan, Cənubi Azərbaycanda Təbriz, Urmiya, Xoy ətrafına qədər burada geniş olaraq söhbət açıldığını gorə bilərik.
“Kitabi-Dədə Qorqud”dakı boylarda təsvir edilən hadisələr Cənubi Qafqazın böyük bir hissəsini əhatə edən Şimali və Cənubi Azərbaycanda və şərqi-şimal şərqi Anadoluda yaşanır. Dədə Qorqud qəhrəmanları Xəzər dənizi və Qara dəniz arasındakı torpaqlarda söz sahibidirlər. “Kitabi-Dədə Qor­qud”un bu ərazilərlə bağlı olduğu, məkan olaraq hadisələrin buralarda cərəyan etdiyi, zamanında müxtəlif səbəblərlə Azər­bay­cana gəlmiş alimlərin, səyyahların əsərlərində də təsdiqini tapır.
Məşhur alman filosofu və diplomatı Adam Olearius 1638-ci ildə Dərbənddə olduğu zaman yerli türklərdən Dədə Qorqud dastanlarını eşitdiyini, Qazan xanın və arvadı Burla xatunun, hətta Dədə Qorqudun burada məzarları olduğunu yazmışdır. XVII əsrin ortalarında Şamaxıya gəlmiş səyyah Övliya Çələbi isə öz səyahətnaməsində Dərbənddə Dədə Qorqudun qəbrinin olduğunu və yerlilərin bu qəbrə böyük ehtiram bəslədiklərini və hətta etiqad etdiklərini yazmışdır (12).
Kitabı başdan sona qədər oxuduğumuz zaman boyların beşində adı çəkilən müxtəlif qalalar oldu­ğunu görürük. Qəhrəmanlardan bəziləri “qala kilidi alan” ünvanı daşıyır. “Dəmir qapu Dərvəndəki də­mur qapuyı dəpub alan, altmış tutam alagöndərinin ucında ər bəğürdən Qıyan Səlcuk oğlı Dəlü Don­dar çapar yetdi: − Çal qılıcın, ağam Qazan, yetdim! – dedi” (16, 49).
“Kafərləri it ardına burağıb xorlıyan, eldən çıqub Ayğırgözlü suyından at yüzdürən, əlli yeddi qələnin kilidin alan, Ağ Məlik Ceşmə qızına nikah edən, Sufi Sandal Məlikə qan qusdıran, qırq cübbə bürinüb otuz yedi qələ bəyinin məhbub qızlarını çalup bir bir boynın qucan, yüzində-todağında öpən İlək Qoca oğlı Alp Ərən çapar yetdi: − Çal qılıcın, ağam Qazan, yetdim! – dedi” (16, 50).
Boylarda Ağcaqala, Ağhisar, Ağsaqa, Düzmürd, Tuman, Tatyan, Əlincə (Alınca), Bayburt, Cı­zıqlar, Dərbənd, Dərəşam, Gəncə, Gökçədəniz, Amid, Trabuzon, İstanbul, Məkkə, Mədinə, Çeşmə, Sonqurlu və s. şəhər, ərazi və qalaların, Gürcüstan, Türküstan kimi ölkə adı olan adlar yazılıdır. “Ki­tab”da Gürcüstan adı iki dəfə çəkilir. Səslənişi bir-birinə çox bənzəyən, ancaq başqa-başqa coğrafi məkanlar və ya şəhərlər olduğu güman edilən Dərbənd adı da mübahisəli məsələlərdən biridir. Bu ad “Kitab”da müxtəlif yerlərdə Dərvənd, Qara Dərbənd, Qanlı Qara Dərbənd, Qapılar Dərbəndi, Dəmir Qapı Dərbənd və s. olaraq yazılıdır.
Tayfa, el-oba, dövlət adları da zaman-zaman coğrafi terminlərlə eyni mənanı daşıyır: Oğuz eli, Rum eli, Alpanlar, Abxazlar, Pasinlər, İç Oğuz, Daş Oğuz və s.
Bundan başqa, “Kitab”da tez-tez dağ, dərə, dəniz, çay, meşə və s. yer adları da məkan olaraq qar­şımıza çıxır: Ağlağan dağı, Qazlıq dağı, Qara dağ, Ala dağ, Qara dəniz, Göyçə dağları, Gökçə dənizi, Altuntaxt dağları, Ağ orman, Talı sazı, Ağ saz, Ağ qaya, Arı gölü, Aygırgözlər suyu, Qanlı su, Amit suyu, Ulu çay, Ümman dənizi və s.
Dədə Qorqud boylarında adı çəkilən yer adlarının təxminən 20-si xəyali adlar olub, coğrafi mə­kan olaraq bilinmir. Bunlara nümunə olaraq Ağ orman, Qara saz, Kafir sınırı, Günortac, Salaxana, Aslan yatağı, Ağ meydan, Qara yer, Ban təpə və s. göstərə bilərik. Təxminən ona qədər coğrafi ad isə müştərəkdir, ortaq türk dünyasının istifadə etdiyi adlardır. Bunlara nümunə olaraq Qara dağ, Ala dağ, Quru çay, Quru dərə və s. göstərə bilərik. Dörd coğrafi ad ərəbcədir və dini mərkəzlərə işarə edilir: Məkkə, Mədinə, Ərafat və Kərbala.
“Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən şəhər-qalalardan bir neçəsi haqqında məlumat verək:
Ağcaqala adı bu gün də tez-tez qarşımıza çıxan yer adlarından biridir. Cənubi qərbi Qafqaz və şərqi Anadolu ellərində daha geniş yayılmış qədim yaşayış məskəni, qala xarabalıqları və kəndlər olaraq adından bəhs edilir. Göyçədə Çəmbərək rayonu Murğuz dağında qədim qalanın adı da Ağcaqaladır. Onun bəzi müdafiə divarları hələ də ayaqdadır. Başqa bir Ağcaqala yenə bu qalaya çox uzaq məsafədə olmayan Şörəyellə Ağbabanın birləşdiyi yerdə Qarsdan şimalda Çıldır gölü sahi­lin­dədir. Ağcaqala Sürməli isə Ağbabanın Arpa gölündən başlanğıcını alan və Qağızmandan aşağı İğdır hüdudunda Araz çayına tökülən Arpa çayının sahilində bir təpədədir. “Kitab”da Ağcaqala Sürməli adı “Qazan bək oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər, xanım, hey” və “Salur Qazan tutsaq olub oğlı Uruz cıqardığı boyı bəyan edər” boylarda çəkilir. “Ağca qala Sürməlüyə gəlib, Qazan qırq otaq dikdirdi.” (16, 78) və “Ağca qala Sürməlidə at oynatdım” (16, 118). Bu ərazidə bugünkü Ermənistan sərhədləri daxilində bir-birinə çox da uzaq olmayan məsafələrdə Ağcaqala adlı beş kəndin olması da çox düşündürücüdür.
Bundan başqa, bugünkü Gürcüstan hüdudlarında Debed çayından sağda başqa bir Ağcaqala adlı qala daha vardır. Buna məsafə olaraq yaxın bir ərazidə Tovuzda Ağcaqala kəndinin yaxınlığında böyük bir qayanın zirvəsindəki qalaya da Ağcaqala deyilməsi də bu ərazilərin Dədə Qorqud məs­kən­lə­rindən olduğunu göstərməkdədir. Zaqafqaziyanın qərbindəki qalaların çoxunun yanında yerləşən qədim qəbiristanlıqlar da buna başqa bir sübutdur. Kurqan və qutu şəklində qəbirlərdən meydana gəlmiş bu qəbiristanlıqlarda aparılmış qazıntı işləri zamanı atın başının da ölü ilə bir yerdə dəfn edildiyi aşkar edilmişdir. Çox qədim türk adətlərinin izlərini daşıyan bu ənənə eyni zamanda “Dədə Qorqud” dastanlarında tez-tez bəhs edilən “atdan ayqır qırdılar” və ya “göl kimi qımız sağdılar” ifadələrinin o dövrdə insanların at əti və südü istifadə etdiklərinin bir dəlilidir.
Boylardakı hadisələr “Kitabi-Dədə Qorqud”da adı çəkilən türklərin yaşadığı bütün torpaqlarda – Dəmirqapı Dər­bənddən Diyarbəkir ətrafına və Mardinə, Xəzər dənizindən Qara dəniz sahilindəki Abxaz elinə və Trabzona qədər olan geniş bir sahəyə yayılmışdır. “Kitab”ın “Qazan bək oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər, xanım, hey” boyunda adı çəkilən qala (Axıska) Ağsaqa və ya Ağ­sıqadır. Qalın Oğuz Eli sərhədlərindən kənarda Daş Oğuz torpaqlarına sonradan qatılmış bir qaladır. “Məgər Başı açuk Tatyan qələsindən, Ağsaqa qələsindən kafəriŋ casusu vardı” (16, 69) sözləri də bu tezisi müdafiə edən bir dəlildir. Bu gün Gürcüstan sərhədləri daxilində qalmış bu qalanın qalıqları ye­nidən təmir edilərək, açıq turistik sahə halına gətirilmişdir.
Kitabın “Qazan bək oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər, xanım, hey” adlı boyu oğuz­ların coğrafiyasını təyin etmək baxımından bizə vacib məlumatlar verir. Qazan xanın oğlu Uruz bəyin igidlik göstərib ad alması üçün xan babası ilə ova çıxdığı ərazilər Qalın Oğuz Elinin tarixi coğra­fi­yasını bir daha göstərməkdədir. “...Mən bu oğlanı alayın, ava gedəyin. Yedi günlik azuğla çıqayın. Ox atduğım yerləri, qılıc çalub baş kesdügim yerləri göstərəyim. Kafər sərhəddinə Cızığlara, Ağlağana, Gögcə tağa aluban çıgayın. …Qazan oğlını alub qara dağlar üzərinə ava çıqdı. Av avladı, quş quşladı. Sığın-keyik yıqdı. Gög alan görklü çəmənə çadır tikdi. Bir qaç gün bəglər eylə yedi-içdi. (16, 69). Bu boyda adı çəkilən yer adları Daş Oğuz sərhədləri daxilində olan məkanlardır. Cızıqlar Arpa gölündən başlayan Arpa çayının sol üst sahillərindəki Ağbaba ellərini əhatə edir. Bu ərazidə bu adda bir kənd də mövcud imiş. Qızıl Qoç rayonuna bağlı olmuş Cızıqlar kəndi 1877-1878 Rus-Osmanlı müharibəsi (93 hərbi) zamanı rusların hərbi qərargahı olduğu üçün yerli türk əhali buradan çıxarılmış yerinə gəlmə ermənilər yerləşdirilmişdir. Yenə bu boyda adı çəkilən Ağlağan dağı Cızıqlara çox yaxın məsafədə Ağbaba yaylasında Boz Abdal dağ silsiləsinin bir halqasıdır.
“Qazan bək oğlı Uruz bəgin tutsaq oldığı boyı bəyan edər, xanım, hey” adlı boyun davamı belə rəvayət olunur: Tatyan ve Ağsaqa qalasında olan kafir casusları təkura xəbər verir. Altı min qara donlu ordu savaşa gəlir və qızğın savaşdan sonra Qazana məğlub olur. Tatyan qalası və ya Başı açuq Tatyan qalası bugünkü Gürcüstan sərhədi daxilində İnquri çayının sahilindədir. Evliya Çələbiyə görə, Başı açuq Tatyan Kutaisinin qədim adıdır. Qədim menqrellərin yaşadığı bu ərazidə insanlar başı asıq gəzdiklərinə görə qalaya da belə deyilmişdir (12).
“Kitabi-Dədə Qorqud”un “Salur Qazanın evi yağmalandığı boyı bəyan edər" boyunda “Bir gün Ulaş oğlı, Tulu quşun yavrısı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzın ağası, Bayındır xanın göygisi, Qalın Oğuzun dövləti, qalmış yiğit arxası Salur Qazan yerinden durmışdı. Toqsan başlu ban evlərin qara yerin üzərinə dikdirmişdi. Toqsan yerdə ala qalı-ipək döşəmişdi. Səksən yerdə badyalar qurılmışdı. …İçüb-içüb Ulaş oğlı Salur Qazanın alnına şərabın itisi çıqdı. Qaba dizi üzərinə çökdi, ayıtdı: “Ünüm anlan bəglər, sözüm dinlən bəglər! Yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurıdı. Yüriyəlim, a bəglər, av avlıyalım, quş quşlıyalım, sığın-keyik yıqalım, qayıdalım otağımıza düşəlim, yeyəlim-içəlim, xoş keçəlim!” …Atağızlu Aruz Qoca iki dizinin üstinə çökdi. Aydır: − “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?” (16, 42) Bu mətndən də bir daha başa düşüldüyü kimi Gürcüstan ağzı Qalın Oğuz Elinin sərhəd hüdudlarıdır.
“Kitabi-Dədə Qorqud”da bir çox boyda Qazan xanın titullarını sayarkən bunlardan biri olaraq “Amit soyunun aslanı” titulu da səslənir. V.Bartold Amutun bu gün Türkiyə sərhədləri daxilində yerləşən cənubi şərqi Anadolu əyalətindəki Diyarbəkir şəhər-qalası olduğu fikrini müdafiə edir (4).
“Kitab”ın “Uşun Qoca oğlu Səkrək boyını bəyan edər” boyunda Uşun Qocanın yolunu təqib edərək tarixi coğrafi məlumatlar əldə edə bilərik. “Meyxanədə beş gün yemə-icmə oldı. Andan Şi­ro­küz ucından Gögcə dənizə dəkin el çarpdı. Qalaba toyum oldı. Yolı Əlincə qələsinə uğramışdı.” (16, 110). Şiriküz bir çox tarixi qaynağa görə Şirak düzənliyidir. Bugünkü Ermənistanın Türkiyə sərhəd­dindəki Şiraka öz aralarında yerli türklərin Şöreyel dediyini də nəzərə alarsaq, buranın Şirigüz olduğu ehtimalı güclənməkdədir. Bir çox qədim türk şəcərə və cünglərində Gökçə dəniz kimi yazılsa da əslində bura göldür və bugünkü Ermənistanın mərkəzi ərazisində yerləşir.
“Kitabi-Dədə Qorqud”da Alınca (Əlincə) qalasının adı üç dəfə çəkilir. Alınca (Əlincə) bu gün Naxçıvan ərazisində yerləşən tarixin bir çox qanlı savaşlarına şahidlik etmiş bir qaladır. Qala Culfanın Qazancı kəndinin yaxınlığındakı Alınca dağındadır. Bir tərəfi sıldırım qayalar, bir tərəfi eyni adı daşıyan çayla əhatəli olan qala 2000 metr yüksəklikdə yerləşir. Müdafiə məqsədi ilə tikilmiş qalanın yaxınlığında yerləşən kəndin adının Qazancı olması da bizə görə təsadüfi deyildir və bu ərazinin “Dədə Qorqud” qəhrəmanları ilə sıx bağlarından xəbər verir.
“Dədə Qorqud” coğrafiyasının sorağı ilə “Bəkil Oğlu Əmranın boyını bəyan edər” boyunda oxuyuruq: “Şahbaz ayğırı çəkdirdi, büdə bindi. Xəsmini, qövmini ayırdı, evini çözdi. Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı. Doquz tümən Gürcüstan ağzına varub qondı. Qaravullıq eylədi.” (16, 104). Bu boydakı yol xəritəsinə görə oğuzu Bərdə-Gəncə və Gürcüstan sərhəd xəttindən o yanda arayırıq. Bərdə qədim türk şəhər-qalasıdır. V-VI əsrlərdə salındığı təxmin edilən bu şəhər Azərbaycanın ticarət və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Gəncə yenə “Dədə Qorqud” boyunda bir yerdə adı çəkilən böyük Azərbaycan şəhəridir. “Kitab”dan bəlli olduğu kimi Qalın Oğuz Elinin sərhəddində yerləşən bir qala-şəhərdir. XII əsrdə böyük zəlzələ ilə tamamilə dağılmış sonra yenidən qurulmuşdur. Zəngin ticarət və sənətkarlıq şəhəri olan Gəncənin zəlzələdən dağılmasını fürsət bilən gürcü çarı Dimitri ordusu ilə buraya basqın etmiş, həyatda qalan insanları əsir etmiş, şəhərin bütün sərvətini talan etmişdir. Qənimətlər arasında olan Gəncənin şəhər qapısının bir tayı bu gün Kutaisidə Gelati monastrında mühafizə edilir.
Qalın Oğuz Elinin zaman-zaman böyüyüb-kiçilən sərhədləri xaricində qonşu dövlət və vilayətlər­dəki yaşayış məskənləri, qala və şəhərlər də “Kitabi-Dədə Qorqud”da tez-tez adı çəkilən çoğrafi məkanlardandır. Həmişə at belində olan Dədə Qorqud qəhrəmanları tez-tez sərhədləri aşaraq Abxaz elinə qız almağa, Trabzona qız bəyənməyə, Rum elinə, İstanbula alış-veriş et­məyə, Qara dəniz sahil­lərinə, Qarun elinə “av avlayıb, quş quşlamağa”, istirahət etmək və əylənmək üçün gedərdilər. Bir nümunə göstərək:
“Qan Abhaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram,
Pilon geyən keşişin əlin öpərəm
Qara gözlü kafir qızın mən aluram” (16, 68).
“Qanlı Qoca oğlu Qanturalı boyı beyan edər, xanım, hey” boyunda oxuyuruq: “İç Oğuza girdi. Qız bulamadı. Tolandı. Taş Oğuza girdi, bulımadı. Tolandı. Trabuzana gəldi. Məgər Tra­bu­zan təkü­rı­nın bir əzim-görklü məhbub qızı vardı” (16, 85).
“Bunlar bu sözdə ikən məgər, xanım, təkura xəbər vardı: “Oğuzdan Qanturalı deirlər bir yigid var imiş, qızın diləyü gəli yürür” – dedilər. Kafərlər yeddi ağac yer qarşu gəldilər: “Niyə gəldinüz, yigid, degil?” − dedilər. “Berişməgə-alışmağa gelmişik” − dedilər. İzzət-hörmət eylədilər. Ağ çadır diktilər, ala qalı döşədilər, ağça qoyun qırdılar, yedd yıllıq al şərab içürdülər. Alıban bunları təkura götürdülər. Təkur təxt üzərində oturmışdu. Yüz kafər için geyinmişdi. Yedi qat meydanı tolandı gəldi” (16, 87). Bu boyda Qanlı Qoca oğlu Qanturalı Trabuzon təkurunun qızı ilə evlənir. “Bəkil oğlı Əmranıŋ boyunı bəyan edər” boyunda Trabuzon təkuru Qazan xana hədiyyə göndərir.
Bu nümunədən də göründüyü kimi, Trabzonda o dövr saray quruluşu, qonaq qar­şılama, qonağa xidmət, mətbəx, silah, döyüşçü və s. haqqında bir çox məlumat əldə etmək mümkündür. Bu Trabuzan, Trabozan, Turabuzan və s. fərqli olaraq yazılan bu şəhər-qala Qalın Oğuz Elinin sərhədləri xaricində­dir və Oğuzla qonşuluq əlaqələri saxlanılır.
Bundan başqa, “Kitabi-Dədə Qorqud”da Bayburd və onun qalası haqqında da məlumatlar möv­cuddur.
Baybö­rə bəyin oğlu Beyrək və Baybican bəyin qı­zı Banıçi­çək bəylərin duası ilə dünyaya gəldilər. Bəy­lər dua edərkən Baybican bəy demiş: “Bəg­­lər, Allah-təala mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qı­zım Bay­bö­rə bəg oğluna beşikkərt­mə, yavuqlu olsun!” − dedi” (16, 52). Ancaq Bay­bi­can sonradan başqasına da qı­zı­nı verə­cəyi haqda söz verir. “Yarımasun-yarçımasun kafərin casusı bunları casusladı. Varıb Bayburd hasarı bəgi­nə xə­bər verdi. Aydır: “Nə otu­rarsan, sultanım, Baybican bək ol sana verə­cəgi qı­zı Beyrəgə verdi. Bu gecə gər­də­gə girür” – dedi” (16, 57).
Bayburd bəyi yeddi yüz kafirlə yemək-içmək­lə məşğul olan Beyrəyin çadı­rına gecə vaxtı hücum edər. Beyrəyin naibi şəhid olar, özü isə otuz doqquz igidi ilə əsir gö­tü­rü­lər və on altı il Bayburd qa­lasında əsirlikdə qalar.
Türklərin altın kitabı, həm yazılı, həm şifahi ədəbiyyatının məhək daşı, böyük abidəsi ”Kitabi-Dədə Qorqud” boylarında məkan olaraq bir çox coğrafi yerlərin, dağların, çayların, yaylaların, kənd­lərin, şəhərlərin adı çəkilir. “Kitab”ın bizə verdiyi bir böyük xidmət də bugünkü adıyla Ermə­nistan dövlətində qalmış qeyri-maddi mədəni irsimizlə, toponimlərimizlə bağlı daşıdığı məlumatlardır. Bu gün xəritələrdə “Ermənistan” olaraq gördüyümüz, tarixi türk torpaqlarında, həqiqi oğuz yurdlarında qurulmuş Ermənistan Respublikası siyasi sərhədləri daxilində dövlət qərarları ilə tarixi kənd, qəsəbə, şəhər, ərazi, dağ, çay, göl və s. bütün toponimlərin adı dəyişdirilir və bu yerlərdən türk izləri silinir. Son 25-30 il əvvələ qədər bu ərazilərdə əsasən türklər yaşamışdır. “Kitab”da adı dəfələrlə dilə gəti­ril­miş Ala dağ, Gökçə dağı, Cızıqlar, Şörəyel, Sürməli, Ağcaqala, Altuntaxt, Ağlağan, Göyçə dənizi və s. yer adlarının son 20 ilə qədər yaşamış olması buranın gerçək sahibi və aborigen xalqından xəbər verməkdədir. Bu mənada “Kitabi-Dədə Qorqud” bizə çox böyük informasiya və tarixi sənədlər təqdim edir. “Kitab”da adı çəkilən türk yaşayış məskənlərinin və bütünlüklə toponimlərinin adlarının hələ o vaxtdan bu günə qədər “Kitabi-Dədə Qorqud” türkcəsində olması buranın tarixən oğuzların yaşadığı yaylalar, ovalar olduğuna bir sübutdur.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   174   175   176   177   178   179   180   181   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish