Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet78/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   74   75   76   77   78   79   80   81   ...   289
Ключевые слова: эпос, Деде Коркут, современный, любовь, классический, тюркский, огуз, Бейрек, Домрул, Банычичек
Elçin Qaliboğlu (İmaməliyev)
AMEA Folklor İnstitutunun elmi işçisi
e-mail: elcin.galiboglu@ gmail.com
KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA YARADILIŞ MİFOLOGEMİ
Özət
Türk mifologiyasını yaşadan bədii mətnlərdə, eləcə də “Kitabi-Dədə Qorqud” dastanında türkün yaradılış konsepsiyası yaşamaqdadır. Türk yaradılış mifi kosmoqonik konsepsiya kimi türkün dünyaya baxışının, ictimai şüurunun əsasında durmaqla onu tarixin bütün çağ­larında yaradıcı insana çevir­miş­dir. “Kitabi-Dədə Qorqud”da əski oğuzların yaradılış haqqında təsəvvürlərinin izləri ilə rastla­şırıq. Dədə Qorqud dastanın əsas aparıcı siması, mahiyyətcə gedişatın yaradıcısıdır. İnsanlara aid olan yara­dılışa Buğacın ölüb-dirilməsini, Beyrəyin, Banıçiçəyin, Təpəgözün doğulmasını misal gös­tərmək müm­­­­kündür.
Açar sözlər: Dədə Qorqud, yaradılılış, mifologem, ölmək-dirilmək, advermə, Buğac, Beyrək, Banıçiçək, Təpəgöz
Xalqımızın qədimliyini, ruhunu bütün çalarlarıyla özündə yaşadan “Kitabi-Dədə Qorqud” mahiyyət etibarilə ləyaqət dastanı­mızdır. Yüzillər ötəcək, dastan özünün bənzərsizliyini və əvəzedil­məzlik statusunu daim saxlayacaq. Mərhum prof. Y.Qarayevin təbirincə desək: “Min üç yüz ildir ki, Qorqud xalqın qan və gen yaddaşı kimi yaşayır və özündən əvvəlki min üç yüz ilin də bədii və genetik arxetipini hər sətrində, hər sözündə yaşadır. Üstəlik, növbəti, min üç yüz il üçün də ən sabit, etibarlı, mənəvi-əxlaqi kodlar və genlər yenə bu «ana kitabın» bətnində və ruhunda qorunub saxlanır” (15, 3-18).
Dastanda ilk növbədə yaradılış əsas diqqəti çəkən məsələ­lərdəndir. Türk mifologiyasını yaşadan bədii mətnlərdə, eləcə də “Kita­bi-Dədə Qorqud” dastanında türkün yaradılış konsepsiyası yaşa­maq­dadır. Türk yaradılış mifi kosmoqonik konsepsiya kimi türkün dünyaya baxışının, ictimai şüurunun əsasında durmaqla onu tarixin bütün çağlarında yaradıcı insana çevirmişdir. “Kitabi-Dədə Qorqud” dastanında əski oğuzların yaradılış haqqında təsəvvürlərinin izləri ilə rastlaşırıq. Yaradılış hadisəsi Dədə Qorqud dünyasının, ruhunun bənzərsizliyini, özünəməxsusluğunu sübut edir. Əcdadlarımızın təsəvvüründə, təxəyyülündə insanın yaranması, var olması, ölüb-dirilməsi zəngin mifoloji çalarlarla mənalandırılır, bununla da ulusal duyumun məhək daşına çevrilir.
“Kitabi-Dədə Qorqud” ilk növbədə türkün dastan təfəkkürünün zəngin yaradıcılıq imkanlarının can­lı, yetkin təsdiqi kimi diqqəti çəkir. Burada yaradılış mifologeminin, ümumiyyətlə, mif yaddaşının bərpası çoxqatlı intuisiya (bunu şübhəsiz, düşüncə və yazı konteksində mifoloji fəhm də saymaq olar) mərhələlərindən keçir ki, sonda müəyyən davamlı sonuca (nəticəyə) varmaq mümkün olur. Prof. N.Cəfərov yazır: “Epos”, sadəcə, dastan deyil, müxtəlif süjetlər, motivlər verən, mənsub olduğu xalqın icti­mai-estetik təfəkkürünü bütövlükdə ifadə edən möhtəşəm dastan-potensiyadır. Onu tam halında bərpa etmək mümkün deyil, mövcud mənbələr əsasında yalnız təsəvvür etmək mümkündür ki, həmin təsəvvür ideya-estetik, poetexnoloji, linqvistik və s. komponentlərin üzvi vəhdətindən ibarətdir” (6, 12).
Anarın yanaşmasında isə “Kitabi-Dədə Qorqud” əcdadlarımızın dünyaduyumunun Ana kitabı kimi mənalandırılır: “Belə kitab xalqın mənliyini, mənşəyini və məskənini təsdiq edir, keçmişini və gələcəyini müəyyənləşdirir, özlüyünü, bənzərsizliyini, fəlsəfi və əxlaqi baxışlarını, dünyagörüşünü və dün­ya­duyumunu, etik və estetik dəyərlərini göstərir, xasiyyətinin, məcazının, davranışının ən incə psixoloji çalarlarını açır... Azərbaycan xalqının şah əsəri, Ana kitabı Dədə Qorqud dastanıdır” (1, 4-10).
Müxtəlif fikirlərdən göründüyü kimi, ”Kitabi-Dədə Qorqud”da birbaşa xəlqi yaddaşımızla səslə­şən, tarixən ulusal yaddaşımızın hər sahəsinə şamil oluna bilən nəsnələr var. Burada ayrıca olaraq ya­ra­dılış məsələsinin araşdırılması dastan təfəkküründə yaşayan əcdad davranışlarının sistemli, özünə­məxsus inanclı, yetkin dünyaduyumlu, sonrakı yaşama mistik güc, yenilməz ruh verən dav­ranışlar kompleksi kimi diqqəti çəkməsindən irəli gəlir.
Oğuz düşüncəsinin məhsulu olan “Kitabi-Dədə Qorqud”un özünəməxsusluğu – o çağkı yaşamın (həyatın) demək olar, hər bir məqamı ilə bağlı bilgi verməsi ona olan marağı həmişə diri, canlı saxlayır. Dastandakı türk yaradılış konsepsiyasının izlərinin bərpası bu qəbildəndir. Seyfəddin Rzasoyun təbirincə desək, oğuzlar turk etnosunun qolu kimi başqa turk xalqlarından aydın bilinən diferensial əlamətləri ilə fərqlənmişlər. Oğuz mifini turk mifologiyasının müstəqil etnokosmik təzahürü kimi bərpa etməyə imkan verən elmi-metodoloji bünövrədir (20, 63).
“Dədə Qorqud” dastanın əsas aparıcı simasıdır, mahiyyətcə gedişatın yaradıcısıdır (12). Onun hər şeydən xəbərdarlığı, hətta hadisələrin gedişini əvvəlcədən görməsi ulu ozanın şəxsində xalqın mifoloji duyumunun gücündən xəbər verir. İlk baxışda dastan yaradıcısı kimi diqqəti cəlb edən Dədə Qorqud xalqın ruhunun nəinki qoruyucusu, ümumiyyətlə, yaradıcısıdır; o, hər şeydən öncə Adverəndir: bu, dastan düşüncəsində gerçəkləşən, oğuz türkünün yaradılış funksiyasının özülünü təşkil edən mühüm amildir. Ona görə ki, əslində hər şey advermədən başlayır. Burada advermə (adlanma) mifoloji düşün­cədə yaradılışın başlanğıcı olmaqla yanaşı, həm də davamının əsası, yaşamda (həyatda) nə varsa, mövcudluğunun nədəni (səbəbi), inkişafı, yetkin təsdiqidir.
Məqalədə insanlara aid olan yaradılış mifologeminin (Buğacın yenidən ölüb-dirilməsi, Beyrəyin doğulması, Banıçiçəyin doğulması, Təpəgözün doğulması və s.) tədqiqi qarşıya qoyulduğundan ilk növbədə advermə anlayışının mahiyyətinə diqqət yetirək.
Füzuli Bayat yazır ki, KDQ boylarında Dədə Qorqudun advermə səlahiyyəti hərtərəfli motivasiya edilmişdir. KDQ-də advermə baş kəsib, qan tökməklə ilişgili şəkildə təqdim olunur. Bu advermə uşaq­lıq dövründən gənclik dövrünə keçidin bədii əks-sədasıdır. Eyni aktın Altay-Sayan xalqlarının dastan­la­rın­da, özbək, qazax, qırğız folklorunda, bütün türk nağıllarında təkrarlanması bunun etno­qra­fik baxımdan gənc döyüşçü cərgəsinə qəbul mərasiminin qalığı kimi yozulmağına imkan verir. Belə mərasimdə gənc döyüşçüyə adla yanaşı at, qılınc və kəmər də verirdilər. Bu funksiyanı ağsaqqal dö­yüş­çü, tayfanın başçısı, ağ şaman və b. hörmətli adamlar yerinə yetirirdilər. Şor dastanlarında qəhrə­man özü adsız ya­şamaq istəmədiyindən, bir kasa qımızla uca dağ başına çıxıb ona ad verilməsini tələb edir. Naməlum bir qoca qəhrəmanın əlindən qımızı alıb içir və ona adını, atını və atının rəngini verir” (3, 9).
Buradan advermə aktının müəyyənlik statusu daşıdığı ortadadır. Müqayisələr göstərir ki, “Kitabi-Dədə Qorqud”dakı advermə ilə burada haqqında danışılan advermə ənənəsi arasında müəyyən oxşarlıqlar mövcuddur. Şor dastanlarında qəhrəmanın ad almaq üçün rituala uyğun hərəkət etməsi onun əslində yeni dönəmdə doğuluşu, deməli, yaradılışı deməkdir. “Kitabi-Dədə Qorqud” dastanında biz yenidən doğulmanın – yaradılışın sözügedən mahiyyət üstə - Oğuz təfəkkürünün özünəməx­sus­lu­ğundan gələn bənzərsiz çalarını görürük. Burada konkret obraz – Adverən Dədə Qorquddur. Onun sözü qanundur. Dədəlik statusunu özündə daşıyan Qorqudla zarafat etmək qətiyyən olmaz. Burada Adalanın Adverənin qoyduğu ada yetməsi, onu doğrultması başlıca şərtdir. Adlanma – mahiyyətcə doğuluş mifologeminə adekvatdır. Deməli, Adalma – Yaradılış prosesi fərdin şəxsində xalqın varolumunun epos səvviyyəsində təsdiqi, canlı yaşamıdır.
F.Bayatın təhlillərindən aydın olur ki, boylarda Dədə Qorqudun Oğuz igidlərindən üçünə ad qoyması heç də onun funksiyasının bununla bitdiyini göstərmir: “Dastan, sadəcə olaraq Dədə Qor­qudun qoyduğu adlardan üçünü xatırladır. Çünki yuxarıdakı epik klişe Oğuz igidlərinin adlarının bu yol­la alındığını sübut edir. Həm də dastandan göründüyü kimi, Dədə Qorqudu adqoyma mərasiminə xüsusi olaraq dəvət etmirlər, o, özü gəlib ad verir. Eyni ilə Şor dastanlarında, qırğız dastanı “Manas”da adverən ya cəmiyyətə kənardan gəlir, ya da ağ paltarlı şəxs olur” (3, 10-11).
Göründünyü kimi, “Kitabi-Dədə Qorqud”da Dədə Qorqudun advermə statusu geniş imkanlarla səciyyələnir: Dədə sözünün ilkinliyi, tərəddüdsüz qəbuledilənliyi, hökmlülüyü, Oğuz elinin ruhunu tam mənasıyla ifadə və təsdiqi, ağsaqqallıq rəmzi olması bu qəbildəndir. Dədə Qorqud ruhundan yaratdığı dünyasını cidd-cəhdlə qoruyur: onun öncəgörənliyi (loğmanlığı), qeybdən xəbər verməsi, eləcə də ad qoyması, elçilik etməsi, qopuz çalması, boy boylaması, söz söyləməsi – hamısı yaradıcı (ilahi yaradılış xislətli) missiyasından irəli gəlir.
“Dirsə xan oğlı Buğac xan boyu”nda oxuyuruq: “Çağırdılar, Dədəm Qorqut gəlür oldı. Oğlanı alıb babasına vardı. Dədəm Qorqut oğlanın babasına soylamış, görəlim, xanım, nə soylamış – aydır:
Hey Dirsə xan, bəglik vergil bu oğlana,
Taxt vergil, ərdəmlidir!
Boynı uzun bədəvi at vergil,
Binər olsun hünərlidir!
Ağayıldan tümən qoyun vergil bu oğlana,
Şişlik olsun, ərdəmlidir!
Qaytabandan qızıl dəvə vergil bu oğlana,
Yüklət olsun hünərlidir!
Altun başlu ban ev vergil bu oğlana,
Kölgə olsun, ərdəmlidir!
Çigin quşlu cübbə don vergil bu oğlana,
Geyər olsun, hünərlidir!
Bayındır xanın ağ meydanında bu oğlan cəng etmişdür.
Bir buğa öldürmüş sənin oğlun, adı Buğac olsun! Adını bən verdüm, yaşını Allah versün! – dedi” (13, 27-28).
Burada Dədə Qorqudun adverməsindən sonra o məqama kimi adsız olan Oğuz igidi Buğac adlanır. Buğanı yıxdığına görə Buğac adını alan igidin bundan sonrakı yaşamı – Dədənin öygüsü (inamı) əsasında yaşamına bağlıdır. Doğuluş – var olmaqdır, Oğuz insanının şəxsinin təsdiqidir.
Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud”da adalma doğuluş (yaradılış) mahiyyətlidir.
Yuxarıda Buğacın adalması – doğuluşunu boydan izlədik. Buğac xəyanətlə üzləşib oxlanandan sonra ölüm təhlükəsi ilə üz-üzə qalır. Bu məqamda boyda Xızır Nəbi, Buğacın anası kimi obrazlar xilasedici funksiyasında çıxış edirlər. Buğac Xızır Nəbinin sözünü anasına yetirir, bu yaradan ona ölüm olmadığını bildirir.
“Oğlanın anası əmcəgin bir sıqdı, südi gəlmədi; iki sıqdı, 2 südi gəlmədi; üçüncidə kəndüyə zərb eylədi, qatı doldı, 3 sıqdı südlə qan qarışıq gəldi. Dağ çiçəgiylə südi 4 oğlanın yarasına urdılar” (13, 33).
Bu məqamda Buğacın anasının oğlunu ölümdən xilas etməsi onu “ölən” Buğacın dirilmə aktının fəal iştirakçısı edir. Oğuz dünyasında atasının yaxın adamları tərəfindən xain adıyla damğalanan Buğac ölüm hökmünə məhkum edilir. Bu istək gerçəkləşir – Buğac “xəyanətinə” görə cəzalandırılır. Deməli, Oğuzun düzəni pozulur. Buğacla bağlı yaradılan pis təsəvvür (xain obrazı) onun gerçək ölüm təhlü­kəsindən, durumundan əvvəlki “ölümü”dür. Buğacın ana südü, dağ çiçəyi ilə sağalaraq dirilməsi, Oğuz dünyasının müqəddəsliyini, Dədə Qorqud dünyasında yalanla doğrunu ayırmaq ölçüsünün davamlığını göstərir. Bizcə, buradakı Xızır Nəbi obrazı Dədə Qorqud obrazının əvəzedicisi rolunda çıxış edir.
“Qızıl qoç” nağılında daşa dönmə motivini təhlil edən mifoloq-alim R.Əliyev bu qənaətə gəlir ki, buradakı ölüb-dirilmə ən qədim görüşlərdən sayılır... insanın əvvəlki halına qayıdışı təkzib­olun­maz­dır” ( 8, 36).
Buğacın ölüb-dirilməsi ömrün, taleyin yenilənməsi, şərdən arınması kimi də anlaşıla bilər. Dədə Qorqud dünyasında fərdin günahdan, pislikdən arınması, qəhrəmanın şəxsində onun ilahilik, bənzərsizlik statusunu bərpa etməsi və ya yaratması bütövlükdə Oğuzun dünyasının bərpası demək olur.
F.Bayat isə Dədə Qorqudun adqoymasını belə dəyərləndirir: “Hər şeyə ad qoymaq Qorqudu demiurq – Tanrı oğlu səviyyəsinə qaldırır. Əslində hər şeyi bilən, müdrik, kultun aparıcısı Qorqud Ata funksiyası və daşıdığı missiya baxımından Tanrı oğludur. Qorqudun Tanrı oğlu olması şaman dualarında açıq şəkildədirsə, əfsanə və KDQ boylarında işarə xarakterlidir” (3, 96).
Burada doğuluş – yaradılış aktının Oğuzun düzənini qoruyan kutsal (müqəddəs) bir prosesə, təsdiqə xidmət etdiyini görürük. “Kitabi-Dədə Qorqud”dakı yaradılış aktı, ümumiyyətlə, Oğuzun həyatının hər bir sahəsində gerçəkləşən münasibətlərin, davranışların ilahilik səviyyəsində təsdiqidir. İnsani münasibətlərin əsilliyi – insanların bir-birinə tərəddüdsüz inamıyla, bir-birinin yolunda ölümə getmək fədakarlığıyla, ailə müqəddəsliyinin qorunması inadıyla, sevginin yaradılış səviyyəsində dərkiylə şərtlənir. Oğuzun - Dədə Qorqudun dünyasında hər şey yaradılışa (doğuluşa) – yəni yenidən doğulmaya, pisliklərdən arınmaya, insanlığa xidmət və onu təsdiq edir. Pis duyğulara, insansızlığa bu dünyada yer yoxdur.
Buradan mahiyyətcə dastan təfəkküründə Oğuzun (Oğuzun şəxsində Dədə Qorqudun – E.Q.İ.) qoruyuculuq funksiyası üzə çıxır. Dədə Qorqudun dünyasında insanın ilahiliyi – yaradıcılıq xislətinin bənzərsizliyi, əsilliyin adi qeyri-adilik səviyyəsində yaşanması insani münasibətlərin Oğuz düzənini yaradır. Bu münasibətlərin pozulması ölüm prosesini şərtləndirir, qaçılmaz edir.
Oğuzun düzəninin pozulması isə Dədə Qorqudun dünya düzəninin pozulması deməkdir. Dədə Qorqud düzənin pozulmasından narahat olur. Bu prosesdə bəlli obrazların ölümdən qurtulması – münasibətlərin qurulması, düzənin bərpası, şərin xeyir üzərində qələbəsi kimi anlaşıla bilər.
Prof. Ə.Tanrıverdi yazır: “Kitabı oxumayan hər hansı bir normal məntiq sahibindən “Adını bən verdüm, yaşını allah versün” cümləsinin Dədə Qorqud, Qazan xan, Qaraca Çoban, Yalançı oğlu Yalancıq, Burla xatun və Qısırca yengə surətlərindən hansına aid olduğu soruşularsa, o, həmin andaca “dədə” sözünün semantik yükünə görə məhz Dədə Qorqudun adını çəkəcəkdir” (16, 14). Buradan belə bir əminlik yaranır ki, “Kitabi-Dədə Qorqud” dastanında hadisələrin başlanğıc yaradıcı statusu ilahiliklə yanaşı yaradıcı insanla (Dədə Qorqudla) bağlıdır. Dədə Qorqud türk düşüncəsinin yaradılış funksiyasını təmsil və icra edir, yönləndirir.
S.Rzasoy Oğuz mifində qam-ata paradiqmasının semantik baxımdan dolu örnəyi Ata//Dədə Qor­qud olduğu qənaətindədir. Onun fikrincə, Oğuz mifologiyasında Qorqud Ata ölməni və doğularaq diril­məni adla təsbit edir. Qorqut Atanın advermə funksiyası bütün hallarda doğuluşla bağlıdır. Bir şey doğulmasa, Dədə Qorqud ona ad verə bilməz. Bir şeyin ad alması üçün onun hökmən doğulması lazımdır. Yeni olan hər bir element oğuz kosmosuna yalnız doğularaq daxil ola bilər. Demək, advermə öz funksional semantikasına görə – yenidən doğulmadır. Qorqut Ata hər dəfə oğuz kosmosuna doğu­luşla daxil olan yeni elementi, o cümlədən yeni boyu adlandırır. Qorqut Atanın bu funksiyası oğuz ri­tual-mifoloji dünya modelinin bütün struktur səviyyələrini əhatə edir. O, təkcə statusartırma ritualın­dan keçən subyekti yox, oğuz kosmosunun bütün ünsürlərini adlandırır: yeni doğulan bəy-igidə ad verdiyi kimi, yeni doğulan oğuz boyuna – «oğuznaməyə» ad verir. Dədə Qorqud hər boyun sonun­da gəlib boy boylayır, soy soylayır və «bu oğuznamə filan bəyin olsun» deyir. Demək, bir boy doğul­mayınca «Oğuz(namə)» adını ala bilmədiyi kimi, Dədə Qorqud da ona ad verməyincə, həmin boy//oğuz­­namə oğuz kosmosunda özünə yer tuta bilməzdi” (19, 335).
Maraqlı, orijinal qənaətdir. Yəni Qorqudun Dədəlik, Atalıq funksiyası birbaşa olaraq onun ya­ra­dıcı statusunun təsdiqi deməkdir. Bu yaradıcılıq qüdrətinin sınırsızlığını dastan boyunca müşahidə edirik.
“Kitabi-Dədə Qorqud”dakı ilahi mənalandırma (obrazların doğuluşu-yaradılışı, təsvir bənzər­siz­liyi, Oğuz insanının məişətinin, yaşamının (həyatının) ifadəsi olması, düşmənə (şərə) nifrət, xeyirə təşnəlik və s.) mahiyyətcə yaradılış mifologeminin canlı, yaşarı təsdiqidir. Dastanın bütün gedişi bo­yun­­ca, demək olar, hər məqam, hər hadisə yaradılışın yeni-yeni çalarlarını gözümüzün önündə canlan­dırır.
Burada Oğuz-Türk insanının onu əhatə edən yaşamında hər şeyə Dədə Qorqudun yaratdığı münasibətlər ölçüsündən baxması dünyasını davamlı yaradılışlı edir. Oğuz insanının türk xislətindən gələn biryolluq (arxadan vurmamaq – üz-üzə vuruşmaq, insana, əsilliyə inamda qırılmamaq, xəyanəti bağışlamamaq - bağışlaya bilməmək, ailə müqəddəsliyini uca saymaq, qədim türk adəti olan halallıq) xarakteri onun sifətidir.
S.Rzasoy dastanı ictimai yaşamın, çağının, Oğuz dünyasının qədim, bənzərsiz epoxal sistemi kimi nəzərdən keçirməklə yanaşı, həm də ona bütöv bir Oğuznamə ünvanı olaraq baxır: “Dədə Qorqud advermə mərasiminin – yeni statusda doğulan subyektin varlığını adla təsbit etmə ritualının başçısı kimi hər yeni boyun doğuluşunda iştirak edir. «Boy boylama» – boyun doğulması ritualıdır. Dil­miz­dəki «boylanmaq» sözü öz boyundan dikəlmək, öz boyundan yuxarı qalxmaq, çıxmaq mənasındadır. KDQ-də vahid «Oğuz kağan» boyu 12 dəfə ölüb-dirilir. Bu, onun 12 dəfə doğulması deməkdir. Burada «boy» Oğuz kağanın bədəni, sakral strukturunu bildirir” (19, 336).
Dastandan adı ayrıca şəkildə keçən Baybörənin oğlu Bamsı Beyrək oğuz qəhrəmanlarından, Baybura bəyin oğlu, Salur Qazanın inaqıdır. Dədə Qorqudun ona ad verməsinin səbəbi budur: Bamsı ləqəbi daşıyan igid qəhrəmanlıq göstərdiyinə görə Dədə Qorquddan Beyrək adı alır. Dastandan oxuyuruq:
Ünüm anla, sözüm dinlə, Baybörə bəg!
Allah Taala sana bir oğul vermiş, tuta versün!
Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun!
Qarşu yatan qara qarlu dağlardan aşar olsa,
Allah Taala sənin oğluna aşut versün!
Qanlu-qanlu sulardan keçər olsa, keçit versün!
Qalabalıq kafirə girəndə
Allah Taala sənin oğluna fürsət versün!
Sən oğlunı “Bamsam” deyü oxşarsan;
Bunun adı Boz ayğırlıq Bamsı Beyrək olsun!
Adını bən verdim, yaşını Allah versün! – dedi (13 ,55).
“Qam Börənin oğlı Bamsı Beyrək boyu”nda haqqında danışılan Oğuz bəylərindən olan Baybican bəyin qızı Bamsı Beyrəyin beşikkərtməsi, həyat yoldaşıdır. Dastandan oxuyuruq: “Qam Ğan oğlı xan Bayındır xanın məclisində Baybican bəg dəxi yerindən urudurdı, aydır: “Bəglər, mənim dəxi haqqıma bir dua eylən. Allah Taala mana da bir qız verə”, – dedi. Qalın Oğuz bəgləri əl qaldırdılar, dua eylədilər: “Allah Taala sana da bir qız verə”, – dedilər (13, 52).
Oğuz bəylərinin “alqışı alqış, qarğışı qarğış” olduğundan Qam Börənin oğlı Bamsı Beyrək, Baybörə bəyin oğlu Baybican bəyin qızı Banıçiçək doğulur. El arasında deyildiyi kimi, bunların “torpağı bir yerdən götürülüb”. Oğuz bəylərinin dilək, istək birliyi, sevənlərin xarakter eyniliyi-birliyi, əsilliyə sədaqət, soyun (nəslin) başçısına sayğı, sevgi əsasında qurulan ailəçilik Beyrəklə Banıçiçəyin yaradılış aktının özülündə durur.
Maraqlıdır ki, Oğuz dünyasında qızlara doğulan kimi ad verilir. Ancaq oğlan yetkinlik yaşına çatdıqda mütləq hünər göstərməli, Dədə Qorqud ona ad qoymalıdır. Bundan sonra adlanan (əslində adıyla doğulan-yaradılan) şəxs ömrünü bu kökdə yaşamağa borcludur. Əslində dastan düşüncəsində kişi başlanğıcı əsasdır. Əgər kişi ruhən güclüdürsə, deməli, o, özü də yaradıcıdır – ailəsinin, elinin, Oğuz adlı dünyasının. “Kitabi – Dədə Qorqud”un yaradılış məntiqindən çıxan sonuc (nəticə) budur.
O.Ş.Gökyay yazır ki, beşikkərtmə “ad eləmək” mənasında KDQ-nin dilində işlənən etnoqrafik bir anlayışdır. Bir-birinə çox yaxın olan və bir-birini çox sevən iki ailə körpələri beşikdə olan zaman söz alıb söz verir, uşaqları bir-birinə nişanlayırlar, beşiyi də sözlərinə şahid tuturlar. Türklərdə hələ çox qədim çağlardan nişanlanmanın başlanğıcı kimi var olan beşikkərtmə (yavuqlu, nişanlı) adəti Azərbaycanda son dövrlərə qədər də yaşamaqdaydı. Bir çox hallarda indi də rast gəlinir. Anadoluda isə bu günün özündə belə hətta nigah əvəzi sayılacaq qədər güclüdür” (11, 62).
Bir məqam da diqqəti çəkir: Beyrəyin, Banıçiçəyin ayrı-ayrılıqda yaradılışı – doğuluşu olduğu kimi, onların birgə doğuluşu – beşikkərtməsi var. Dastandan oxuyuruq: “Qambörənin oğlı Bamsı Beyrək boyı” nda Bayındır xanın məclisində olan bəylərə “Baybican bəg aydır: “Bəglər, Allah-Təala mana bir qız verəcək olursa, siz tanıq olın: mənim qızım Baybörə bəg oğlına beşikkərtmə yavuqlı olsun!”- dedi”.
Burada Beyrəklə Banıçiçəyin beşikkərtməsinə bəylərin tanıq (şahid) olması maraqlı məqam kimi diqqəti çəkir. Ona görə ki, Oğuz bəyləri Oğuz dünyasının qorunması üçün məsuliyyət daşıyırlar.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   74   75   76   77   78   79   80   81   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish