QAYNAQLAR
-
Abdulla K. (2009). Mifdən yazıya və ya gizli Dədə Qorqud, Bakı, Mütərcim
-
Azərbaycan dastanları, (2005). 5 cilddə, II cild, Bakı, Lider
-
Azərbaycan folkloru külliyyatı, (2006). 5 cilddə. III cild. Bakı, Səda
-
Əliyev, K. (2011). Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, Elm-təhsil
-
Kazımoğlu, M. (2006). Xalq gülüşünün poetikası. Bakı, Elm
-
Kitabi-Dədə Qorqud. (2004). Əsli və sadələşdirilmiş mətnlər. Bakı, Öndər
Aytac Abbasova
WELL MOTIVE IN THE "DADA GORQUD" EPOS
Summary
Well is one of the attraction places in the “Dede Korkud” epos. Although well is used as punishment element, but it adopts the meaning “passing to the other world”, reviving and gaining time to change the authority. Well is referred as a mythic place in the epos.
Key words: Dada Gorgud, epos, well, place, mythic, narative tale
Aйтадж Аббасовa
МОТИВ КОЛОДЦА В ЭПОСЕ «ДЕДА КОРКУТА»
Резюме
Эпос «Деде Коркута» это одно из мест в скважинах. Колодцев, как элемент наказания совершил какую-то эпопеи на самом деле, сказал он, «другой мир», чтобы пройти повторное расти, играет роль правительства, чтобы выиграть время для изменения вступили в силу. Колодцев, эпос мифическое пространство, а также показано.
Ключевые слова: Деде Коркут, колодец, пространство, миф, сказкa, легендa
Aytən Quliyeva
AMEA M.Füzuli adına
Əlyazmalar İnstitutunun doktorantı
e-mail: shine5@box.az
ƏDƏBİ İRSİN TOPLANMASINDA SALMAN MÜMTAZIN ROLU
Özət
Azərbaycan ədəbiyyatı tarixində misilsiz xidmətləri ilə mühüm yerə sahib olan ədəbiyyatşünaslardan biri Salman Mümtaz olmuşdur. Ömrünün böyük hissəsini Şərq, xüsusilə Azərbaycan ədəbiyyatı, folklor nümunələrinin, qədim və dəyərli əlyazmaların toplanmasına sərf edən Salman Mümtaz hələ yaşadığı dövrdə elm aləminə məlum olmayan bir çox faktları aşkarlamış, bir neçə yazıçının həyat və yaradıcılığı haqqında ilk dəfə məlumat vermişdir.
Salman Mümtaz dəyərli kitabları, əlyazmaları, folklor nümunələrini toplamaqla kifayətlənməmiş, onların tədqiqi ilə də dərindən maraqlanmış, izah və şərhlərini verməyə çalışmışdır. Əldə edilmiş məlumatlara görə, onun zəngin kitabxanasında “Kitabi-Dədə Qorqud” eposunun Vatikan və Drezdendəki nüsxələrindən savayı üçüncü nüsxəsi olmuşdur.
Klassik irsin toplanması sahəsində böyük işlər görən tədqiqatçı şifahi xalq ədəbiyyatı nümunələrinin toplanmasına da xüsusi diqqət yetirmişdir. O, 1923-24-cü illər ərzində “Kommunist” qəzetinin “Xalq ədəbiyyatı həyatdan doğar” adlı xalq ədəbiyyatının toplanmasına yönəlmiş layihəsində yaxından iştirak etmişdir. Onun “Unudulmuş yarpaqlar” sərlövhəsi altında “Kommunist” və “Ədəbiyyat” qəzetində çap olunmuş silsilə məqalələri klassiklərimiz haqqında ətraflı məlumat almağımız üçün sanballı mənbə hesab edilə bilər.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Salman Mümtazın şəxsi arxivi mühafizə edilir ki, burada onun öz əlyazma sənədləri, tədqiqat üçün müxtəlif mənbələrdən topladığı əlyazmalar, çap kitabları ilə yanaşı, məktubları da qorunub-saxlanılır. Bu məktublar Salman Mümtazın fədakarcasına apardığı tədqiqat işinə, ədəbiyyat tariximizə işıq salır. Şəxsi arxivdə qorunan məktubların sayca azlığına baxmayaraq onlarda ədəbiyyat üçün qiymətli məlumatlar vardır. Bu məktubların əksər hissə rus dilində, az bir hissəsi isə ərəb əlifbası ilə Azərbaycan dilində yazılmışdır.
Məktublar içərisində Salman Mümtazın Şərq ədəbiyyatı ilə maraqlanan, tarixçi, ədəbiyyatşünas, İ.K.Yenikolopov, şair, şərqşünas Yuri Marr, Əziz Əfəndizadə ilə yazışmaları xüsusi maraq doğurur. Bu yazışmalarda ədəbiyyat problemləri, dövrün ədəbi hadisələrindən, Salman Mümtazın əldə etdiyi görkəmli şəxsiyyətlərin əsərlərinin nadir əlyazma nüsxələrindən bəhs edilir. Məktublarda rast gəlinən ədəbi məlumatların əhəmiyyəti Salman Mümtazın epistolyar irsinin tədqiqini aktuallaşdırır. Məqalədə bu irs ətraflı surətdə araşdırılır, əldə edilən faktlar elmi şəkildə təhlil olunur.
Do'stlaringiz bilan baham: |