Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet67/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   63   64   65   66   67   68   69   70   ...   289
Açar sözlər: epos, “Kitabi-Dədə Qorqud, türk xalqları, inanc, kult, mifoloji düşüncə
“Dədə Qorqud kitabı” türkün həyat fəlsəfəsini; idrakını, düşüncə və inanc sistemini, sosial həyatını əks etdirən nəhəng mədəniyyət ensklopediyasıdır.
“Dədə Qorqud” kitabı türk millətinin müştərək məhsulu olduğu üçün onun dəyərləndirilməsi də müştərək sosial zövqün süzgəcindən keçmişdir.
“Kitab” dağla bağlı söz və ifadələrə görə vərəqləndikcə sanki gen yaddaşımıza, qan yaddaşımıza, bir güc, qüvvə gəlir. Obrazlı desək, yaddaşımızda dağla bağlı daşlaşmış vəziyyətdə olan hər nə varsa, hamısı oyanmağa “dil açıb”danışmağa başlayır (13, s 96).
Dastanda təbiət ön plandadır. Təsvir olunan təbiət durğun və sakit deyil, qəhrəmanları kimi canlı, aktiv, həyata və hadisələrə bağlı olaraq inkişafdadır. Buradakı ibtidai təbiət tanrıçılığa qədər inkişaf edir.
Qədim türk inanc sistemindən izlər daşıyan “Dədə Qorqud “kitabında mifoloji ünsürlər dağınıq, bir-birindən qopmuş halda deyil, əksinə tərkibli və sistemini qorumuş haldadır.
Mifoloji düşüncə sistemini yaradan bu qədim inanc ünsür­lərindən biri də dağ kultudur.
“Dədə Qorqud kitabı”nda dağ kultunun təməlində türkün dünyagörüşünə uyğun olan tək Tanrı – Göy Tanrı dayanır. Dastana görə dağ tanrı deyil. Türk mədəniyyətində dağ böyüklük, ucalıq, əzəmət, bərəkət, qüdrət rəmzi kimi tanınır, yer üzündə tanrının bəzi xarakterik xüsusiyyətlərinin daşıyıcısıdır. Lakin dağa sitayiş olunmur. Dastan boyu bütün hadisələrdə, doğum, ölüm, adqoyma, qızalma kimi ənənələrdə, eləcə də dualar boyu dağ kultu ilə qarşılaşırıq. Oğuz təbiətini özündə yaşadan, dağlar qədər əzəmətli olan oğuz igidləri də dastan boyu dağlarla dərdləşir, xəbərləşir, dağlara sığınır, dağlar­da şəfa tapırlar.
Təbii ki, dağa bu cür yanaşma əski inanca söykənir və əski təsəvvür, inam və etiqadlarla bağlıdır.
Oğuzlar “....dağları bir torpaq və daş yığını kimi deyil, hisslər və duyğularla yoğrulmuş, kişilik qazanmış varlıq kimi düşünmüşlər” (9, 424).
“Dədə Qorqud” dastanında “ala dağlar” hakimiyyətin, “qara dağlar” yer üzünün ,“Qazılıq dağı isə yer altının , yer üstünün və göy qatının birləşdirici simvolu kimi xarakterizə olunur.
Canlı varlıq kimi təqdim olunan dağ fəlakət gəldiyində qarıyır, yaşlanır, fəlakət sovuşduqda isə dağ təkrar canlanır və yüksəlir.
“Dədə Qorqud” kitabında dağ bir çox yerdə gerçək dağ olaraq, təbii bir varlıq, coğrafi anlayış kimi qarşımıza çıxsa da, eyni zamanda bunun xaricində, tamamilə qədim inanc sistemimimzin qalığı kimi yəni “kult” olaraq görünür:
“Qalın oğuzun gəlini-qızı bəzənən çağda
Köksü gözəl qaba dağlara gün dəyəndə” (8, 11).
”Dirsə xan oğlu Boğac xan boyu”nda qaba dağ” ifadəsi işlədilir ki,. buradakı “qaba” sözü Tanrıçılığın ifadəsidir.”Qaba” qədim türk inanc sistemində Tanrının “Əl-Əzim”, “Əl-Kəbir” sifətlərinə uyğun vəsflərindəndir.
“ Oğul oğul ay oğul”
Yağıya girüp baş kəsmədün
Adam öldürüb qan dökmədün
Ala gözlü kırk yigidi boyuna algıl
Köksü gözəl qaba dağlar başına çıkgıl”(8, s 74)
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”unda keçən “Köksü gözəl qaba dağlar” xan soyunun qəhrəmanlıq, igidliq göstərib ad aldığı yerlərdir.
Qazan bəy, oğlu Uruza bu məqsədlə köksü gözəl qaba dağlar başına çıxmağı öyüd-nəsihət edir.
Yenə həmin boyda dustaq olan Qazanın xanımı onun qəhrəmanlıqlarını sayarkən “Köksü gözəl qaba dağlar önünə ova çıxtığını” qeyd edir.
“Qaba” sözü kitabda otuz doqquz dəfə təkrarlanır. Bunların hamısı “müqəddəsliyin “yer üzündə simvolları olan dağ , ağac və xanlıqla bərabər işlənməkdədir.
“Dirsə xan oğlu Boğac xan boyu”nda və digər boylarda Xanlar Xanı Bayandır Xanın məkanına gedən “keçid” olaraq göstərilən dağlardan “ala dağlar”lardan söz edilir. Əslində “ala“ sözü bir neçə rəng qarışığını ifadə edir, qarışıqlıq isə tanrıya aid xüsusyət sayılmır.
Burada “ala” kəlməsi həqiqi mənasında işlədilmir, yəni rəng bidirmir.
Real rəng mənasından kənar tanrıçılığın bir ifadəsi olaraq işlədilir, “ala” ucalıq, yüksəklik, görkəmlilik mənasını daşıyır.
Ala dağ yüksək qarlı dağdır. Onun zirvəsi göyə – cənnətə çatır. “Alalıq” qarışıq rəng çaları olmaq baxımından tanrıçılığa uymasa belə, burada dağla birlikdə işlədilərək Tanrının ucalıq qavramına uyğunlaşır. Eyni zamanda ”ala”lıqda “allıq” gizli mənada təqdim olunur. “Al” qədim türk inanc sistemində hakimiyyət simvoludur və bu məna ilə də “xan” qavramına uyğundur. Çünki, qədim inanca görə hakimiyyət “xan”a bağlıdır. Əbədi hakimiyyət isə Tanrıya aiddir. Buradan bu qənaətə gəlirik ki, Dədə Qorquddakı “ala” sözü də müəy­yən qədər bu mənada işlədilir.
Başqa bir yerdə “Ala dağ”lar ölümlə bağlı motivlərlərə qarşımıza çıxır;
“Qarşu yatan ala dağdan bir oğul uçurdunsa degil mana!
Qamın axan yüqrək sudan bir oğul axıtdınsa degil mana!”(8 , s 17)
Əslində bu ifadənin kökləri çox qədimdir;
Mifoloji düşüncəyə görə, Tanrı xüsusiyyəti daşıyan dağların zirvəsi cənnətə çatır. Oğulun “ala dağ” dan uçurulması onun dağ vasitəsilə cənnətə getməsidir.
Qədim inanca görə türk xan soyu cənnətdən gəlir və yer üzündə vəzifəsini tamamladıqdan sonra təkrar cənnətə qovuşur. “Ala dağ” cənnət və Tanrı ilə insan arasında bir vasitə, cənnətə açılan qapıdır. Qədim türklər ölülərini dağ yamaclarında dəfn edər, dağ vasitəsilə onları cənnətə qovuşdurar, uçurardı.
Əslində bu adət, bu ənənə günümüzə qədər davam etməkdədir. Hələ də Gədəbəydə konkret Şınıx bölgəsində məzarlıqlar dağ yamac­larında salınır.
Müasir elmi yanaşmada coğrafi anlayış olan dağ “Dədə Qorqud kitabı”nda canlı varlıqdır.
“Salur Qazanın evinin yağmalandığı boy” da “qarşı yatan qara dağlar quruyur, otu bitmir”.
Dağın qədim təsəvvürdəki müqəddəslik mövqeyi nə zaman öz əhəmiyyətini itirir ? O zaman ki, el-oba, dağ dinsiz-imansız kafir əlinə keçir, mübarəkliyini itirir.
Qədim təsəvvürlərə görə yurd yeri müqəddəs - mübarək yerdə salınırdı.
Dağ, Tanrı ilə ünsiyyəti - əlaqəni itirir: suyu quruyur, otu-ağacı məhv olur, min cür bəla müsibət ortaya çıxır. O zaman dağ qocalır-qarıyır.
Xaqan soyunun timsalı olan dağ qarıyınca ”otu bitmir, eli yaylamır”.
“Uşun Qoca oğlu Səkrəyin boyunda” da xaqan ilə mübarək dağ arasındakı bağı, əlaqəni görürük.
“Qarşı yatan qara dağın, yıkılmış idi yücəldi axır” ( 8, 131).
Mübarək dağ xaqan soyundan gələn oğulun, Səkrəyin başında fəlakət olduğunda yaşlanır.Fəlakət sovuşanda , Səkrək el-obaya qovuşanda dağ təkrar canlanır, yüksəlir, ucalır.
“Dədə Qorqud kitabı”nda Qazılıq Dağı “uca dağ”, “yüksək dağ” kimi dəyərləndirilir, Tanrının xüsusiyyətlərini daşıyır, yaradana bağlıdır, mübarəkdir, qarğış götürmür.
“Dədə Qorqud kitabı”nda dağ kultunun ən bariz nümunələrini yenə hər hekayənin sonunda təkrarlanan dualarda görürülür. Dədə Qorqud gəlir boy boylayır, soy soylayır, xeyir-duasını verir:
Uca dağların yıxılmasın! ( 8, 68)
Köklü uca dağların uçmasın! ( 8, 95)
“Dədə Qorqud kitabı”nda dağlarla bağlı olan maraqlı bir səciy­yəvi məqamı da görürük. Gözü yolda olanlar sevdalılarının intizarını çəkər, dağa-təpəyə çıxardılar.
Sonda o qənaətə gəlirik ki, “Dədə Qorqud kitabı”nda dağ Tanrı deyil, yer üzündə Tanrının bəzi xüsusiyyətlərini daşıyır və tanrıya olan inancı tamamlayan vasitədir. Yüksəklərdə olan tanrıya gedən yol dağlarladır. Dağ ucadır və uca Tanrıya olan məhəbbətin ötürücüsüdür.
“Dədə Qorqud kitabı” dilimizin, ədəbiyyatımızın, dastan yaradı­cılığımızın, ümumiyyətlə, mədə­niy­yəti­mizin tarixini oyrənməkdə cox böyük əhəmiyyətə malikdir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   63   64   65   66   67   68   69   70   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish