Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet6/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   2   3   4   5   6   7   8   9   ...   289
MƏRUZƏLƏR

Ağaverdi Xəlil


Filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun
Mərasim folkloru” şöbəsinin müdiri
e-mail: aqaverdi@yandex.ru

QORQUDŞÜNASLIĞIN İNKİŞAF MƏRHƏLƏLƏRİ

VƏ İSTİQAMƏTLƏRİ

Özət

Məqalədə “Kitabi-Dədə Qorqud” abidəsinin tədqiq tarixi araş­dırıl­mışdır. Abidənin 1815-ci ildə Henrix Fridrix fon Ditslə baş­lanan və bu günədək davam edən tədqiq tarixi yığ­cam şəkildə icmallaş­dırıl­mışdır. Tədqiqat nəticəsində abidənin öyrənilməsinin əsas mər­hə­ləri və istiqamətləri müəy­yən­ləşdirilmişdir.

Açar sözlər: “Kitabi-Dədə Qorqud”, mərhələ, istiqamət, icmal.

Alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditslə başlanan “Kitabi-Dədə Qorqud” araşdır­malarının 200 ili tamam olur. Bu iki yüz il ərzində abidə üzərində müxtəlif ölkələrdə, müxtəlif dillərdə çox­lu sayda araşdırmalar aparıl­mışdır. Mövcud araşdırmaların bu 200 ilin yekununda dəyərlən­diril­məsinə, mərhələlərə və istiqamətlərə görə təhlilinə və təsnifatına ehtiyac vardır. Amma aparılmış araş­dır­ma­ların icmalını verən, onları əsas istiqamətlər üzrə təqdim edən yığcam bir tədqiqat nümunəsi əlimizdə yoxdur. Bizim təqdim etdiyimiz məruzə belə bir boşluğu doldurmağa imkan verir.

Vaxtilə F.Köprülü “Kitabi-Dədə Qorqud”u tərəzinin bir gözünə və bütün türk ədəbiyyatını isə o biri gözünə qoyaraq “Dədə Qorqud” tərəfinin daha ağır gəldiyini yazmışdı. M.Erkininin də müvafiq kitabının ön sözündə istifadə olu­nan bu məşhur müqayisədən sonra B.Nəbiyev və Y.Qarayev abidəni qədim və zəngin türk dastançılıq ənənəsinin şah əsəri, ata kitabı adlandıraraq onu çağdaş türklərin, türkmənlərin və qaqauzların babalarının – oğuzların bahadırlıq tarixinin bədii salnaməsi kimi səciy­yələndirirlər: “Eposun yazıya alşnması (XI əsr) və üzünün köçürülməsi (XV-XVI əsrlər) nisbətən sonrakı əsrlərə aid olsa da, dünya türkoloji fikrinin (V.V.Bartold, F.Köprülü, Ə.Abid, H.Araslı, O.Ş.Gökyay, M.Seyidov və b.) yekdil rəyinə görə, “Dədə Qorqud” dastanları V-VII yüzillik­lər ara­sında təşəkkül tapmışdır. Sonrakı yüzilliklər ərzində, ta yazıya alınana qə­dər Dədə Qorqud boyları müəyyən dəyişikliklərə uğramış, xüsusən də IX-XV əsrlərdə zaman-zaman eposa islam ünsürləri daxil olmuş, əski türk dünyagörüşü – şamançılıq və tanrıçılıqla bağlı motivlər sıxışdırılmış və ya başqa şəklə salın­mışdır. Bununla belə eposun yazıya alınmış şəkli türklərin islamaqədərki qədim mədə­niyyəti, folkloru, həyat tərzi və dünyabaxışı haqqında dolğun təsəvvür yarada bilər” (3, 5). Burada qeyd olunan istiqamətlərə dilin yaddaşından ya­na­­­şan Nizami Cəfərov yazır: “Xalqının şərəfli keçmişi təkcə ta­rix kitablarında ya­zılmayıb, o həm də dilin “yaddaşına” səpələnib qalmışdır. Müx­təlif sözlər, ifa­­dələr, hətta cümlə strukturları babalarımızın düşüncə tərzi – etnik psixo­lo­gi­ya­sı barədə çox dəyərli məlumatlar verir. Dildə xalq özünü əsa­sən üç istiqa­mət­də təqdim edir: etnoqrafik, etnopsixoloji və mifoloji” (15, 3). Bu təqdimet­mə­də dilin xüsusi rolu və mövqeyi vardır. Bir tərəfdən dil məlumatı da­şı­yır, digər tə­rəf­­dən isə onun təqdiminə estetik örtük verir. Yəni sözü sadəcə söyləmir, ona ruhu və könlü oxşayan gözəllik verir. Bu gözəllik isə dilin poetik imkanları he­sa­­bına yaranır. Dildə belə ehti­yatlar məhdud deyil. “Kitabi-Dədə Qorqud”un dili isə bunun ən mükəmməl nümunəsidir.


Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish