Дядя Горгудун мязар йери щаггында


DÜNYA DASTAN YARADICILIĞININ ŞAH ƏSƏRİ



Download 6,67 Mb.
bet3/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   2   3   4   5   6   7   8   9   ...   289
DÜNYA DASTAN YARADICILIĞININ ŞAH ƏSƏRİ
Hörmətli Konfrans iştirakçıları!
Hörmətli qonaqlar!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­ye­vin imzala­dığı xüsusi sərəncamla “Kitabi-Dədə Qorqud” das­tan­larının tapıl­­masının, aşkara çıxa­rılmasının, elm aləminə bəlli ol­ma­­sının 200 illiyini bu il Azərbaycanda və geniş mənada dünyada qeyd edirik. Artıq bu istiqamətdə tədbirlər Türk Elmlər Akade­miyası tərəfindən Parisdə keçirilib, Türkiyədə İzmir şəhərində böyük konfrans keçirildi, Naxçıvan Muxtar Respub­likasında beynəlxalq simpozium təşkil olundu. Proses davam edir, yəqin ki, bu ilin axırına qədər tədbirlər daha geniş vüsət alacaqdır. Bu gün biz “Etnos və epos” bey­nəlxalq konfransı ilə mühüm tədbir­lərə start veririk.
“Kitabi-Dədə Qorqud” Türk dünyasının şifahi xalq ədəbiy­yatında müstəsna yeri olan qiymətli bir abidədir. Böyük türk ədəbiyyatşünası Fuad Köprülüzadə demişdir ki, əgər “Kitabi-Dədə Qorqud” dastanlarını tərəzinin bir gözünə və türk ədəbiyyatının bütün əsərlərini də o biri gözünə qoysaq, “Kitabi-Dədə Qorqud” ağır gələr. Düşünürəm ki, Köprülüzadə “türk ədəbiyyatını tərəzinin bir gözünə qoysaq” deyəndə həm yazılı, həm şifahi ədəbiyyatı nəzərdə tuturdu. Mənim fikrimcə, “Kitabi-Dədə Qorqud”u tərəzinin bir gözünə qoysaq və dünyanın istər şərq, istərsə də qərb şifahi xalq ədə­biyyatındakı das­tan­larının hamısını digər bir gözünə qoysaq, yenə də tərəzinin “Kitabi-Dədə Qorqud” dastanlarının qoyulduğu gözü ağırlıq təşkil edər. Çünki Qərb das­tan­larında daha çox salnaməçilik özünü göstərir. Şərq dastanlarında isə poetikliyə, şeiriyyətə, bədiilik baxımından şişirtməyə meyl daha güclüdür. “Kitabi-Dədə Qorqud”un şeiri mükəmməl şeir, nəsri mükəm­məl nəsrdir və ikisinin sintezi “Ki­ta­bi-Dədə Qorqud” kimi möhtəşəm bir ədəbi abidəni yaratmışdır. Nəinki “Kitabi-Dədə Qorqud” dastanının formalaş­dığı VII əsrdə, hətta yazıya köçürüldüyü XV əsrdə də nə Qərbdə və Şərqdə, nə də şifahi və yazılı ədəbiyyatda bu möhtəşəmlikdə bədii nəsr nü­munəsi olmayıb. “Kitabi-Dədə Qorqud” dünya şifahi xalq ədə­biy­yatının, dünya dastan yaradıcılığının şah əsər­lə­rindən biridir, fikrimcə, birincisidir. “Dədə Qorqud”un mükəmməl bədii mətni, milli və bəşəri ideyaları bunu sübut edir.
Dastanlarda, adətən, mənsub olduğu xalqın böyük idealları öz əksini tapır. “Kitabi-Dədə Qorqud” dastanlarında da mənsub olduğu xalqın böyük idealları əks olunmuşdur. Amma “Kitabi-Dədə Qor­qud”dakı bu böyük ideallar Türk dünyasının idealları, Azərbaycan xalqının böyük idealları olmaqla yanaşı, həm də ümumbəşəri ideal­lardır. Burada ədalət, müdriklik, qəhrəmanlıq, barış, ölümdən qorxma­maq, əbədiyyət, yurd və torpaq sevgisi, yüksək insanlıq dəyərləri kimi mətləblər öz əksini tapmışdır ki, bunlar da Azərbaycan coğrafiyası insanları üçün dəyərli, Türk dünyası və ümumən dünya üçün əhəmiyyətli olan çağırışlardır. Düşünürəm ki, Dədə Qorqudun ədalət, barış, müdriklik, insan­pərvərlik çağırışları nəinki bu gün üçün, bundan sonrakı zamanlar üçün də son dərəcə aktualdır.
Azərbaycanda, qardaş Türkiyə Cümhuriyyətində, ayrı-ayrı türkdilli ölkələrdə son yüzillikdə “Kitabi-Dədə Qorqud” dəfələrlə nəşr olunmuşdur. Ata kitabımız haqqında bir kitabxana yaratmaq qədər böyük tədqiqatlar aparılmışdır. Görkəmli qorqudşünasların adlarını çəkməyi özümə borc bilirəm. Məmmədhüseyn Təhmasib, Orxan Şaiq Gökyay, Əli Sultanlı, Fuad Köprülüzadə, Fərhad Zeynalov, Samət Əlizadə, Məhərrəm Ergin, Həmid Araslı, Şamil Cəmşidov, Səfərəli Babayev və onlarla digər qorqudşünaslar elm tariximizdə dərin izlər qoymuşlar. Azərbaycanda, həm də Türk dünyasının digər coğrafiyalarında yeni nəsil qorqudşünaslar yetişməkdədir.
“Kitabi-Dədə Qorqud” dastanlarının taleyində 20 aprel 1997-ci il tarixdə xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin imzaladığı “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd olunması haqqındakı fərman və bu fərmanın işığında həyata keçi­rilən çoxsaylı tədbirlər mühüm rol oynamışdır. “Kitabi-Dədə Qorqud” ensiklopediyası çap olundu, “Kitabi-Dədə Qorqud” elmi-tənqidi mətni ilə birgə nəşr edilmiş, dastanın geniş oxucu auditoriyası üçün sadələşmiş variantı ictimaiyyətə çatdırılmışdır. “Kitabi-Dədə Qorqud” haqqında qiymətli tədqiqatlar nəşr edilib xalqa çatdırılmışdır. “Kitabi-Dədə Qorqud” mövzusunda rəsm əsərləri silsiləsi yaradılmış, şeirlər, poemalar, romanlar meydana çıxmışdır. “Kitabi-Dədə Qorqud” əbədi yaşamaq haqqı qazanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdə “Kitabi-Dədə Qorqud” dastan­larına aid verilmiş mühüm tarixi əhəmiyyətə malik olan sərəncamları əsasında Bakı şəhərində “Dədə Qorqud” parkı salınmış, Dədə Qorqud abidəsi ucaldılmışdır. Ölkə Prezidenti “Kitabi-Dədə Qorqud” motivləri əsasında çoxseriyalı filmin çəkilməsinə qərar vermişdir. Dövlət səviyyəsində təşkil edilən bütün bu tədbirlər Azərbaycanda milli düşüncənin, soykökə bağlılığın, müstəqillik anlayışının, vətənpərvərlik andının daha da dərinləşməsinə və inkişaf etdirilməsinə, möhkəm­lənməsinə xidmət edən siyasətin, yeni nəslin milli ruhda tərbiyə olunmasına göstərilən qayğının parlaq bir ifadəsidir.
Düşünürəm ki, “Kitabi-Dədə Qorqud” dastanları dəfələrlə Türk dünyasında, Azərbaycanda, Türkiyədə çap olunmasına, bu dastan haqqında bir kitabxanalıq kitabın da olmasına baxmayaraq, hələ də “Kitabi-Dədə Qorqud”un öyrənilməmiş problemləri vardır. Ona görə də dövlət sərəncamları möhtəşəm abidəyə ehtiramımızı bildirməklə, milli epos estafetini gələcək nəsillərə çatdırmaqla ya­na­şı, bir çox məsələlərə yenidən qayıtmaq zərurəti də meydana çıxarır. Belə məsələlər sırasında “Kitabi-Dədə Qorqud” dastanının böyük bir dövr ərzində formalaşması ilə bağlı məsələni birinci sırada görürəm. Bildiyiniz kimi, uzun illər dərsliklərimizdə və qorqudşünaslığa aid kitablarda bu dastan IX əsrə aid edilirdi. Amma ilk dəfə ulu öndərimiz Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd olunması ilə bağlı fərmanı əsasında bu tarixin VII əsrə aid olduğu isbat olundu. Təəssüf ki, bu fərmandan sonra “Kitabi-Dədə Qorqud” dastanlarının mənşəyi ilə bağlı ciddi bir araşdırma meydana çıxmamışdır. Halbuki dastanda elə boylar vardır ki, onlar daha qədim dövrlərlə səsləşir. Və mövcud fərman dərin­liklərə doğru araşdırmalara da meydan açır. Məsələn, “Basatın Təpəgözü öldürdüyü boy”dakı Təpəgöz motivi alman şərqşünası Fridrix fon Dits tərəfindən yüksək dəyərləndirilməklə bərabər, həm də göstərilmişdir ki, bu motiv Homerin “İliada” və “Odisseya”sından daha təsirli və daha qədimdir. “Dəli Domrul” boyunun da islamdan qabaqkı dövrə aid olduğu açıq şəkildə görünür. Dastanda VII əsrdən əvvəlki əsrlərin hadisələri, prosesləri ilə səsləşən başqa motivlər də tapmaq mümkündür. Ona görə də düşünürəm ki, müasir dövrdə qorqudşünaslığın əsas və­zi­fələrindən biri “Kitabi-Dədə Qorqud” boylarının mənşəyini, formalaşma prosesini dərindən öyrən­məkdən ibarətdir.
“Kitabi-Dədə Qorqud” dastanlarının poetik sistemi haqqında müəyyən mülahizələr söylənilsə də, bütövlükdə bu dastanın poetikası sistemli şəkildə öyrənilib tədqiq olunmamışdır.
Dədə Qorqudun məzar yerləri haqqında da elmi araşdırmalara ehtiyac vardır. Dastanın digər qəhrəmanlarının məzarları barədəki versiyaları da təhlildən keçirmək faydalı olardı. Bunlar həm də “Kitabi-Dədə Qorqud”un coğrafiyasına bir daha aydınlıq gətirər.
“Kitabi-Dədə Qorqud” dastanlarını ilk dəfə dünyaya bəyan edən alman şərqşünası Fridrix fon Dits haqqında da məlumatımız çox deyildir. Fridrix fon Dits “Kitabi-Dədə Qorqud”un Kolumbudur. Bu böyük kəşfin sahibini daha yaxından tanıtmağa ehtiyac vardır. Bu şəxsiyyəti öyrənmək ədəbi-mədəni əlaqələrimizin tarixi üçün də əhəmiyyətli hadisə olar.
Biz birlikdə elmimizin qorqudşünaslıqla bağlı nailiyyət­lərini, müasir dövrün meydana çıxardığı çağırışları bölüşüb, həm dastanları bir daha nəşr etmək işini yerinə yetirəcək, həm də qorqudşünaslığı yenidən silkələyib, ələkdən keçirib daha da zənginləşdirəcəyik. Mən bu yolda alimlərimizə, dünyanın tanın­mış qorqudşünaslarına uğurlar arzulayıram və Konfransı açıq elan edirəm.
Kamal Abdulla

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish