QAYNAQLAR
1. “Dədə Qorqud kitabı” Azərbaycan dilindədir. Əzizxan Tanrıverdi. “Çal qılıncını, xan Qazan”.“Elm-Təhsil” Bakı, 2015. səh. 5-16.
Ayetkhan Ziyad
Murad Seyidov
“THE BOOK OF DEDE KORKUT” IN AZERBAİJAN LANGUAGE
Summary
This article deals with the professor Azizkhan Tanrıverdi`s writing whose book “The book of Dede Korkut”, or what language has it been written? Who laid the foundation of Azerbaijan Qorgudstudy?” and these questions. For this he based the world and Azerbaijan Qorgud study, and also his researches. The author`s opinion, “The book of Dede Korkut” is in Azerbaijan, and also Azerbaijanis it we share our epinion about nowadays.
Key words: Azerbaijan, Dede Korkut, epos, oqhuzname, seljuk, türkish, oqhuz-kipchak, folklore, roof morphem.
Aynur Cəlilova
filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu
“Folklorun toplanılması və sistemləşdirilməsi” şöbəsi
e-mail: celilova1976@mail.ru
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA DÖVLƏT QURULUŞU
Özət
Oğuz türkünün dünyaya meydan oxuduğu çağların abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanı 200 ildir ki, tədqiqatçılar tərəfindən öyrənilir, araşdırılır, hər dəfəsində də yeni-yeni mülahizələr, fikirlər söylənilir. Dastanda oğuz türklərinin mükəmməl dövlət qurmaları, bu dövlətin saat mexanizmi kimi dəqiq işləməsi diqqətdən qaçmır. Oğuzların dövlətində, əsasən, hərbiyə üstünlük verildiyinə görə döyüş ənənələri, müharibə səhnələri dastanda daha çox təsvir olunmuşdur. Buna görə də dastanı qəhrəmanlıq dastanları silsiləsinə aid edirlər. Lakin onu qeyd etmək lazımdır ki, türk əcdadlarımızın ömrü döyüşlərdə, vuruşlarda keçmişdir, yəni igidlik, qəhrəmanlıq onların həyat tərzi olmuşdur. Buna görə də türkün yaratdığı ilk dastan da onun qəhrəmanlığını təcəssüm etdirmişdir.
Türklər yer üzündə ən böyük imperiyalara sahib olmuşlar, fəth etdikləri ölkələrin ucu-bucağı bilinməz olubdur. “Kitabi-Dədə Qorqud” dastanınını da yaradan oğuz türkləri böyük ərazidə dövlət qurmuş, güclü ordu və ağıllı dövlət xadimləri sayəsində onu min il qoruyub saxlaya bilmişdir. Oğuznamələrdə Qorqud atanın Oğuz dövlətinin əsas simalarından biri kimi, sözü dövlət başçısının yanında keçərli şəxslərdən olduğu görülməkdədir. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin “Oğuznamə” əsərində Qorqudun Oğuz dövlətindəki xidmətlərindən bəhs edir.
“Kitabi-Dədə Qorqud” dastanında verilmiş hekayələrdən Oğuz dövlətində vergi, pul, xəzinə, maliyyə məsələləri, ticarət əlaqələrinin, mal mübadiləsinin, bu və ya digər iqtisadi münasibətlərin inkişaf elədiyini görürük. Eyni zamanda divanxanada məsləhət, məşvərət işlərinin aparıldığını, cəza tədbirlərinin görülməsi, müqavilələr bağlanması, evlənmə qayda-qanunları, hakimiyyət prinsipləri, nişan, toy və matəm mərasimləri və s. məsələlər dastanın demək olar ki, bütün boylarında əksini tapmışdır. Hekayələrin sonunda söylənən Qorqudun qopuzla söylədiyi şeirlər isə qədim türk ənənəsinə uyğun milli nəğmələrdir ki, müasir dövrdə bunu aşıqlar icra edir.
Do'stlaringiz bilan baham: |