Сейфеддин Рзасой
ПУТЬ ШАМАНА/ГЕРОЯ/КАЗАНА:
КОСМОЛОГИЧЕСКИЕ ЧАСТИ/РИТМЫ И РИТМО-ОРГАНИЗУЮЩИЕ ЭЛЕМЕНТЫ
Резюме
Путь Казана – героя второй песни эпоса «Книги моего Деда Коркуда» в пространство неверных, которые украли его дом, имеет сложную структуру. Он по своей синтагматической структуре состоит из двух последовательных путей:
1. Путь Салор Казана и его беков, от дома героя к горе Ала даг.
2. Путь, начинающийся от дома Казана к Дербенту.
Эти дороги охватывают разные направления и хронотопы. Но в ритуально-мифологическом контексте они одновременно являются частями одного пути к Хаосу.
Эти дороги в ритуально-мифологическом контексте можно называть рядами (паралеллами), или сюжетными метафорами друг друга. В общем они они составляют маршрут от Космоса к Хаосу.
Ключевые слова: фольклор, эпос, «Книгa моего Деда Коркуда», Салор Казан, космос, хаос
Sürəyya Əlizadə
AMEA Folklor İnstitutunun elmi işçisi
e-mail: sureyya_ms@mail.ru
“KİTABİ-DƏDƏ QORQUD” DASTANINDA ATALAR SÖZLƏRİ VƏ ONLARIN ƏRƏB DİLİNDƏ QARŞILIĞI
Özət
Məqalədə “Kitabi Dədə Qorqud” dastanında işlənən atalar sözləri haqqında ümumi məlumat verilir, onların ərəbcə ekvivalentləri də həmçinin göstərilir. Bilindiyi kimi, tarixi və coğrafi baxımdan yaxın olan ölkələrin atalar sözləri də çox vaxt oxşar olur. Bu atalar sözləri formaca müxtəlif olsalar da, məzmunca eynidirlər.
Açar sözlər: atalar sözü, “Kitabi-Dədə Qorqud”, ərəb, oxşarlıq, ekvivalent, müxtəlif, oxşar
“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan şifahi xalq ədəbiyyatının şah əsəri hesab olunur. Bu dastan xalqımızın ən qədim söz abidəsi olub XI-XII əsrlərə aid edilir. Dastan Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir. Qəhrəmanlıq dastanı olan bu epos bir xalqın qəhrəmanlığını özündə cəmləşdirir. Bəzi tarixçilər Dədə Qorqudun peyğəmbərin dövründə yaşadığını qeyd etmişlər. Əsərin müqəddiməsində də bu haqda məlumat verilir. Dədə Qorqud dastanları XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir. İndiyədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri – alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir. Bu dastan elmə XIX əsrdə məlum olmuşdur. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının möhtəşəm və əzəmətli tarixini yaşadan, onu bu günümüzə qovuşduran ulu sənət nümayəndələrindən biri və həm də birincisi "Kitabi-Dədə Qorqud” eposudur. Bu bədii söz xəzinəsi türk xalqlarının tarixi salnaməsi, həyat ensiklopediyası, "Oğuznamə”dir. "Kitabi-Dədə Qorqud” bahadırlıq və qəhrəmanlıq dastanıdır. Buradakı boylar orta əsrlərin ilkin çağlarının həyatı ilə səsləşir. Əhvalatlar el ağsaqqalı, el ozanı Dədə Qorqudun dilindən söylənilir. Əsərdə oğuzların hərbi yürüşləri, inam və görüşləri, barış və savaşları, adət və ənənələri, köçəri və oturaq həyatı bədii şəkildə öz əksini tapmışdır.
On iki boydan ibarət olan əsərin mövzusu qədər burada işlənən atalar sözləri də diqqəti cəlb edir. Öz ibrətamizliyi, özünəməxsusluğu ilə seçilən atalar sözləri günümüzədək xalq arasında işlədilir. Müqayisə və araşdırmalara əsasən demək mümkündür ki, “müqəddimədə”dəki atalar sözləri və zərbi-məsəllər “Kitab”ın ayrı-ayrı “boy”ları ilə birbaşa, ya da dolayı şəkildə bağlanır. Bəzən isə onların məna yükü “boy” ların ümumi məzmunu ilə tam üst-üstə düşür. “Kitab” ın “müqəddimə” hissəsindəki atalar sözləri və zərbi-məsəllər barədə düşündükcə uca və müqəddəs tanrı, gözəl və mərd ana, igid və cəsur ata, qeyrətli və ağıllı oğul, sevimli qardaş, həmçinin xain və yalançı obrazlarlının ilkin görüntüləri göz önündə canlanır (3.6). Eposun yaradıcısı Dədə Qorquddur. Dastanın boyları onun dilindən söylənilir və onun xeyir-duası ilə bitir. Əsərin müqəddiməsində Qorqud atanın dilindən verilən müdrik sözlər silsiləsi – atalar sözləri kimi qəbul edilə bilər. Çünki bu sözlər hansısa bir hadisə və əhvalatların məntiqi nəticəsidir. Məsələn:
Ölən adam dirilməz.
Çıxan can geri gəlməz.
Oğul atanın yetiridir,
İki gözünün biridir.
Burada olan atalar sözlərini E. Əlibəyzadə aşağıdakı kimi qruplaşdırmışdır:
-
Ümumi həyat yolunun müəyyən olunmuş fikirləri əsasında çıxarılan nəticələrin bədii ifadəsi.
-
Təbiət hadisələrinin gedişi əsasında çıxarılan nəticələrin bədii ifadəsi.
-
Ailə-məişət, övlad-valideyn münasibətləri əsasında çıxarılan nəticələrin bədii ifadəsi.
-
Dostluq-düşmənçilik münasibətləri əsasında çıxarılan nəticələrin bədii ifadəsi.
-
Heyvanlara münasibət əsasında çıxarılan nəticələrin bədii ifadəsi.
-
El aşığı, ozan haqqında yaranan təsəvvürlərdən çıxarılan nəticələrin bədii ifadəsi
-
Xəlqi keyfiyyət, məşğuliyyət əsasında çıxarılan nəticələrin bədii ifadəsi
-
İgidlik, mərdlik-namərdlik əsasında çıxarılan nəticələrin bədii ifadəsi
-
Göylərə sitayiş və islami təsəvvürlər əsasında çıxarılan nəticələrin bədii ifadəsi (4.29).
Bu atalar sözlərinin başqa dillərdə də olduğu kimi ərəb dilində də qarşılığı var. Dil, adət-ənənələri yaxın olan xalqların folklor nümunələri öz məzmun və formasına görə əksər halda oxşar olurlar. Buna misal Azərbaycan, türk, ərəb və digər yaxın xalqların atalar sözlərini gətirə bilərik. Bu xalqlar həm coğrafi baxımdan, həm də tarixlərin müəyyən inkişaf mərhələsində vahid dövlət çərçivəsində mövcud olmuşlar. Bildiyimiz kimi həm Azərbaycan, həm də Türkiyə ərəb xilafətinə daxil olmuşdur. Bu xalqların bir çox nümayəndələri zaman-zaman qonşu ölkələrə gedərək bu ölkələrdə şifahi xalq ədəbiyyatının yayılmasına səbəb olmuş və ümumşərq mədəniyyətinin və xüsusilə folklorunun zənginləşməsinə xeyli təsir göstərmişlər.
Şərq xalqları mədəniyyətinin inkişafı yolunda islam dinin təsirini də yaddan çıxarmaq olmaz. Təsadüfi deyil ki, islam dini ilə bağlı bir ibarələr atalar sözləri formasında dilimizdə dərin kök salmışdır. Məzmunca eyni, formaca müxtəlif olan atalar sözləri buna əyani sübutdur.
Atalar sözünün ərəb dilində qarşılığı مشل məsəl (امثال) dir. Bu söz sami dillərdə də eynidir. Assurca “masalu”, Aramicə “maşla”, ivrit dilində “masal” sözləri eyni “qarşılaşdırma” mənasını verir (5. 120). Əl Mubarrad (826-898) isə -مشل məsəl sözünün مشل -misal sözündən alındığını və bu sözün əsl mənasının “təşbeh”, “bənzətmə” olduğunu qeyd etmişdir. Atalar sözləri daima alimlərin diqqətini çəkmişdir. Tarixçilər və dilçilər bunları toplamaq üçün daima yarışmışlar. Əl- Mufazzal əl-Zabbi (ö 786) nin “Kitəb əl- əmsal” adlı əsəri ən qədim qaynaqlardan hesab olunur. Əbu Hilal əl- Əskari (ö. 1005-dən sonra) “Cəmhərat əl-əmsal” da hər hər ata sözünü dil və tarix baxımından açıqlamaya çalışmışdır. Əbu əl- Fadl Əhməd ibn Muhəmməd ibn İbrahim əl- Maydani (ö. 1124) isə “Macma əl- əmsal” adlı kitabında özündən əvvəl atalar sözləri haqqında çalışanların topladığı materialları bir yerə toplamış və bu kitaba yeni atalar sözlərindən ibarət yeni fəsil əlavə etmişdir. Kitabda 6000-dən çox atalar sözləri vardır (6).
Dədə Qorqud dilindən təqdim olunan atalar sözlərini aşağıdakı kimi qruplaşdırmaq və ərəbcə ekvivalentini göstərmək olar:
-
Allah – Allah deməyincə işlər deməyincə işlər düzəlməz (1.234).
-
Əzəldən yazılmasa, qul başına qəza gəlməz (1.233)
انت تريد و انا اريد و ربنا يفعل ما يرير (2.29)
Sən istərsən, mən istərəm, Rəbbimiz isə istədiyini edər.
Sən saydığını say, gör fələk nə sayır.
-
Əcəl vaxtı çatmayınca kimsə ölməz (1.233).
ابن ايومين ما يميش ثلاثة (2.12)
İki günlük ömrü olan üç gün yaşamaz.
Qismətdən artıq yemək olmaz.
-
Ölən adam dirilməz, çıxan can geri gəlməz (1.233)
اذا وقع القدر عمى البصر (2.17)
Qəzavü qədər gələndə gözlər kor olur.
Gəldi əcəl, vermədi macal.
اتموت ما منه فوت (2.161)
Ölümdən yaxa qurtarmaq olmaz.
Oldu ilə öldüyə çarə yoxdur.
-
Təkəbbürlük eyləyəni Tanrı sevməz (1.233)
الجيب خالي و الخشم عالي (2.49).
اتاخ المروءة التواضع (7.35)
Kamilliyin tacı təvazozaklıqdır
التواضع شبكة الشرف (7.36)
Təvazökarlıq şərəfin şəbəkəsidir.
-
Yad oğlunu saxlamaqla oğul olmaz, böyüyəndə atıb gedər, gördüm deməz... (1.233)
خلت خلت و هو لبن(2.60).
-
Kül təpəcik olmaz (Kürəkən oğul olmaz) (1.234)
لا تَلِدُ الذِّئبةُ إلاّ ذِئباً (6)
-
Qara eşşək başına yüyən vursan qatır olmaz. (1.234)
خلت خلت و هو لب (2.60),
Qarışdırsan da qatıqdır ki, qatıq
Suyu nə qədər qarışdırsan yenə sudur.
-
Oğul atanın yetirməsi, iki gözünün biridir (1.234)
اتبنت فهمه و الولد رحمه (2.36)
Qız kömürdür, oğlan-bərəkət
Oğlan oxdur, hər evdə yoxdur.
Oğlan doğan öyünsün, qız doğan döyünsün.
الف ابن مجنون و لا بنت خاتون
Min dəli oğlum olsun, bir xanım qızım olmasın.
Oğul öydürər, qız söydürər.
ابنك ابن بوحك (6)
Sənin oğlun ürəyinin oğludur.
-
Oğul daha neyləsin, ata ölüb mal qalmasa (1.234)
بيت المال ما ينفع لأبن البطال (2.42)
Mal ilə dolu evin fərsiz oğula xeyri yoxdur.
Fərsiz oğul neylər ata malını, fərli oğul neylər ata malını.
-
Qonağı gəlməyən böyük evlər yıxılsa yaxşıdır (1.234).
الضيف يجيب رزقا معه (2.86)
Qonaq yeməyini özü ilə gətirər.
Qonaq gələr, ruzisini də özü ilə gətirər.
Do'stlaringiz bilan baham: |