Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ SİSTEMİNİN FORMALAŞMASI



Download 2,29 Mb.
bet9/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

3.3. AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ SİSTEMİNİN FORMALAŞMASI


İDARƏ ORQANLARI

Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi sisteminə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri), Mərkəzi Orqanlar üzrə Xəzinə İdarəsi, Dövlət Əyar Palatası, Məlumat-Hesablama Mərkəzi, Maliyyə Elm-Tədris Mərkəzi daxildir.8

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Nazirliyin nəzdində Baş Dövlət Xəzinədarlığı və Dövlət Əyar Palatası, Naxçıvan Muxtar Respublikasının Maliyyə-İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının şəhər, rayon maliyyə idarə və şöbələri Azərbaycan Respublikasında dövlət maliyyəsinin idarə edilməsi sistemini təşkil edir.

Nazirlik müəyyən olunmuş vəzifələrə uyğun olaraq Naxçıvan Muxtar Respub-likasının Maliyyə-İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının şəhər, rayon maliyyə idarə və şöbələrinin, həmçinin tabeliyində olan digər təşkilatların fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə rəhbərlik edir. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrdə bu əsasnaməni rəhbər tutur. Nazirlik müstəqil balansa, banklarda xəzinə, valyuta, xüsusi və digər hesablara, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və blanklara malik olan hüquqi şəxsdir. Nazirlik dövlət büdcəsindən ayrılan vəsaitlər və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Maliyyə Nazirliyinin vəzifələri :

- Dövlətin vahid maliyyə, büdcə və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi;

-  Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili;

- Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə bazarının inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi;

- Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, onların xərclənməsi və hərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair təkliflərin hazırlanması;

- Büdcə sisteminin, büdcə-vergi proqnozlaşdırılmasının, maliyyələşdirmə mexa-nizminin, uçot və hesabat qaydalarının təkmilləşdirilməsi;

- Büdcə vəsaitlərinin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi;

- Dövlət büdcəsi vəsaitlərinin idarə edilməsinin, o cümlədən bölgüsünün səmərə-liliyinin təmin edilməsi;

- Azərbaycan Respublikası ərazisində əyar nəzarətinin həyata keçirilməsi.

Nazirliyin fəaliyyətinin təşkili

Nazirliyə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən nazir rəhbərlik edir;

Nazir ona həvalə edilmiş fəaliyyət sahəsində rəhbərliyi həyata keçirir və nazir-liyin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır;

Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir birinci müavini və üç müavini vardır.

Nazirin müavinlərindən biri Maliyyə Nazirliyinin nəzdində Baş Dövlət Xəzi-nədarlığının direktoru vəzifəsini icra edir.

Maliyyə Nazirinin səlahiyyətləri:

Nazirliyin səlahiyyətinə aid məsələlər üzrə Azərbaycan Respublikasının Prezi-dentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edir; Nazirliyin fəaliyyətinə, o cümlədən Baş Dövlət Xəzinədarlığının işinə rəhbərlik edir; müavinlərin arasında vəzifə bölgüsü aparır; Nazirliyin mərkəzi aparatının işçilərini və Nazirliyin tabeliyində olan idarə və təşkilatların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir; işçilərin müəyyən olunmuş say tərkibi və əmək haqqı fondu həddində Nazirliyin mərkəzi aparatının strukturunu və ştat cədvəlini, ayrılan büdcə vəsaitinə uyğun olaraq onun saxlanması xərclərinin smetasını, həmçinin Nazirliyin müstəqil struktur bölmələrinin əsasnamələrini təsdiq edir; qanunvericiliklə müəyyən olunmuş qaydada Nazirliyin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirlərini həyata keçirir;

Maliyyə planlaşdırılmasının, büdcə proqnozlaşdırılmasının, iqtisadiyyatın ma-liyyələşdirilməsinin, mühasibat uçotu və hesabatının, nəzarəttəftiş işinin metodikasının təkmilləşdirilməsi haqqında təkliflərə baxılması üçün mütəxəssislərdən, elmi və digər təşkilatların nümayəndələrindən ibarət Metodiki Şura yaradılır. Metodiki Şuranın tərkibi və onun Əsasnaməsi nazir tərəfindən təsdiq edilir.

Nazirlik onun üzərinə qoyulmuş vəzifələri həyata keçirmək məqsədilə müəyyən edilmiş qaydada jurnal, bülleten və digər nəşrlər dərc edir. Nazirlikdə nazirdən (kollegiyanın sədri), vəzifəyə görə onun müavinlərindən, nazirliyin rəhbər işçilərindən və digər şəxslərdən ibarət olan və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən Kollegiya (cəmi 9 nəfər) yaradılır. Kollegiyanın iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı, o cümlədən maliyyə mexanizminin təkmilləşdirilməsi, dövlət büdcəsinin layihəsinin hazırlanmasına və icrası üzrə işlərin təşkilinə dair məsələlərə baxılır.

Kollegiyanın iclasları kollegiya üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Kollegiyanın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Kollegiya sədrinin səsi həlledici hesab edilir. Kollegiyanın qərarları protokollaşdırılır və bir qayda olaraq nazirin əmrləri ilə həyata keçirilir. Nazir və kollegiya üzvləri arasında fikir ayrılığı yarandıqda nazir öz qərarını həyata keçirir və yaranmış fikir ayrılığı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Baş İdarəsi maliyyə nəzarətini təftiş və yoxlamalar aparmaq yolu ilə həyata keçirir. Dövlət Maliyyə Nəzarəti Baş İdarəsi dövlət büdcəsi vəsaitinin düzgün, səmərəli və təyinatına uyğun xərclənməsini müəyyən etmək üçün respublikada büdcədən maliyyələşən bütün nazirlik, idarə və təşkilatlarda təftiş işinin təşkilinə cavabdehdir. Təftiş aparılmasında əsas məqsəd yerli maliyyə orqanlarının da gəlir və xərc planının tərtibi, təsdiqi və icrasını, büdcə vəsaitindən məqsədyönlü və səmərəli istifadə vəziyyətini, habelə maliyyələşmənin aparılmasının düzgünlüyünü müəyyən etmək, xəzinədarlığın tətbiqi prosesində müəyyənləşdirilmiş prinsiplərin icrası vəziyyətinə, bu sahədəki işlərin səmərə və keyfiyyətinə nəzarət etmək, bu işlərin təkmilləşdirilməsində büdcə təşkilatlarının işçilərinə əməli köməklik göstərmək, büdcə idarələrinin smetalarında nəzərdə tutulmuş təyinatların əsaslı olmasını, büdcədən ayrılan və büdcədənkənar vəsaitlərin öz təyinatı üzrə xərclənməsi, pul vəsaiti və material qiymətlərinin qorunub saxlanmasını, mühasibat uçotunun düzgün aparılması və hesabat məlumatlarının doğruluğunu müəyyənləşdirməkdir.9



Azərbaycan Respublikası Vergilər Nazirliyi

Bazar iqtisadiyyatına keçid şәraitindә mәqsәdyönlü vә ardıcıl iqtisadi siyasətin həyata keçirilmәsindә, ölkәnin iqtisadi vә sosial inkişafının әsasını tәşkil edәn dövlәt büdcәsi gәlirlәrinin formalaşmasında Vergi xidmәti orqanlarının rolu durmadan artır. Bu xidmәt ölkә iqtisadiyyatında bazar münasibәtlәrinә keçidlә әlaqәdar, bu münasibәtlәrin tәnzimlәnmәsindә vә dövlәt büdcәsinin mәdaxil hissәsinin formalaşmasında vergilәrin rolunun artması ilә bağlı olaraq, yeni iqtisadi münasibәtlәr şәraitindә prinsipial cәhәtcә yeni vergi siyasətinin hәyata keçirilmәsi, dövlәt büdcәsinә çatası Vergilәrin vә digәr icbari ödәnişlәrin tam vә vaxtında sәfәrbәr olunması, hüquqi vә fiziki şәxslәr tәrәfindәn Vergi qanunvericiliyinә vә dövlәt qiymәt intizamına riayət olunmasına dövlәt nәzarәtinin tәmin edilmәsi mәqsәdilә 1990-cı ilin iyul ayında Respublika Maliyyә Nazirliyinin tәrkibindә yaradılmışdır. Sonradan, 1991-ci ilin oktyabrında Vergi qanunvericiliyinə vә dövlәt qiymәt intizamına riayәt olunmasına nәzarәt sisteminin tәkmillәşdirilmәsi, bu sahәdә dövlәt vergi xidmәtinin rolunun güclәndirilmәsi, onun müstәqil fәaliyyәtinin vә nәzarәt işlәrinin obyektivliyinin tәmin edilmәsi mәqsәdi ilә bu xidmәt Maliyyә Nazirliyinin tәrkibindәn çıxarılmış vә müstәqil orqan, Azәrbaycan Respublikası Baş Dövlәt Vergi Müfәttişliyi kimi fәaliyyәt göstәrmәyә başlamışdır.

Azәrbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli Fәrmanı ilә Baş Dövlәt Vergi Müfәttişliyi lәğv edilmiş, onun bazasında ölkәdә dövlәtin vergi siyasәtinin hәyata keçirilmәsini, dövlәt büdcәsinә vergilәrin vә digәr daxilolmaların vaxtında vә tam yığılmasını tәmin edәn vә bu sahәdә dövlәt nәzarәtini hәyata keçirәn mәrkәzi icra hakimiyyәti orqanı - Vergilәr Nazirliyi yaradılmışdır.

Vergilәr Nazirliyinin Vəzifələri

- Öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək;

- Vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinə məlumatların verilməsini, vergilərin hesablanması və ödənilməsi barədə onlara əvəzsiz olaraq izahatların ve-rilməsini təmin etmək;

- Vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə hal-ların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;

- Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək;

- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.



Nazirliyin Fəaliyyətinin Təşkili

Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən nazir rəhbərlik edir.

Vergilər naziri Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və onun funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

Vergilər nazirinin birinci müavini və üç müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir.10



Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish