Doç. Dr. Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2013 qafqaz universiteti


DÖVLƏT XƏRCLƏRİ VƏ İQTISADİ TƏSİRLƏRİ



Download 2,29 Mb.
bet12/61
Sana10.09.2017
Hajmi2,29 Mb.
#21627
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

4.3.DÖVLƏT XƏRCLƏRİ VƏ İQTISADİ TƏSİRLƏRİ


Dövlət xərcləri, dövlət vəzifələrinin ictimai ehtiyaclarını qarşılamaq, sosial və iqtisadi həyata müdaxilə etmək üzrə müəyyən qaydalar çərçivəsində etdiyi xərclər-dir. Bu xərclər xərcləməni edən quruma görə, mərkəzi və yerli idarələrin, iqtisadi dövlət təşəkküllərinin və sosial təhlükəsizlik quruluşlarının reallaşdırdığı xərclərin məcmusu ilə dövlət üçün faydalı xidmət edən qurumların ödəmələrini, vergi azad-lığı və ya endirimlərini, xüsusi fərdlərin dövlətə etdikləri yardım və bağışlamaların cəmindən ibarət olan geniş bir mənadan ibarət olduğu ortaya çıxır. Dövlət xərcləri zamana və yerə görə də dəyişir. Dövlət xərcləri tarixi dövr içində həmişə artmağa meylli olmuşdur. Bu meyl dövlətçi iqtisadi sistemi mənimsəmiş ölkələrdə olduğu kimi, bazar iqtisadiyyatını mənimsəmiş olan ölkələrdə də görülmüşdür. Alman elm xadimi Adolph Heinrich Wagner 1880-ci ildə dövlət xərclərindəki artımın milli gəlirdən daha sürətli olduğunu sübut edərək bunu “Dövlət xərclərinin artım qanunu” (Law of Rising Public Expenditure) olaraq adlandırmışdır. Yenə İngiltərədə 1890-1960-cı illərdə dövlət xərclərindəki artımın pilləvarı inkişaf etdiyini irəli sürən A.T.Peacock və J.Wiseman adlı İngilis maliyyəçiləri, fövqəladə hallar səbəbi ilə dövlət gəlir və xərclərində yüksək artımlar olduğunu normal vaxta gələndə artan nisbətlərin düşmədiyini qeyd edən “sıçrama tezini” (the displacement effect) ortaya qoymuşdular.

Həqiqətən ABŞ-da vətəndaş müharibəsindən sonra dövlət xərclərinin düşməsi ilə “dövlət borclanması olmayan milli məhsul” nisbəti əhəmiyyətsiz səviyyələrdə ikən I Dünya Müharibəsi ilə 40 % -ə, 1929 -cu il Böyük Böhran və II Dünya Müharibəsi ilə 1945-ci ildə 120 %-ə çatmışdır. 1965-ci ildən 1980-ci ilədək bu nisbət düşərək 40% olmuşdur. 1980-ci ildən sonra da artımlar olmuşdur. Oxşar vəziyyət Yaponiya, Kanada, Fransa, İtaliya kimi bir çox ölkələr üçün səciyyəvi olmuş, 1975-2008 periodunda “Dövlət xərcləri olmayan Milli Məhsul” nisbəti 8-11% arasında artmışdır. Almaniya, Fransa, İtaliya və Kanadada 2008-ci ildə “Dövlət xərcləri olmayan Milli Məhsul” nisbəti 50%-i keçərkən Birləşmiş Krallıqda 45%, Yaponiya və ABŞ-da 34 % olmuşdur.

Dövlət xərclərinin iqtisadi təsirlərinə baxarkən sadəcə onun miqdarına deyil, xərclərin strukturuna da baxmaq lazımdır. Dövlət xərclərini iqtisadi sinifləndirmə-yə görə başlıca olaraq iki kateqoriyaya ayırmaq olar. Bunlar:

1- Dövlətin mal və xidmət alımları;


2- Dövlətin transfer ödəmələridir.

Burada dövlətin mal və xidmət alımları “real xərclər” adı altında ələ alınacaq-dır. Beləliklə, dövlət xərclərinə “real xərclər” və “transfer xərcləri” adı altında baxılacaqdır. Ölkəmizin büdcə sinifləndirməsindəki cari və investisiya xərcləri real xərclərin daxilində dəyərləndirilməkdədir.



1. Real xərclərin təsirləri

Dövlət sektorunun reallaşdırdığı bu növ xərclər: müdafiə silahları, kompüterlər, nəqliyyat vasitələri kimi konkret mallar üçün reallaşdırılmış xərclər ola bildiyi kimi təhlükəsizlik, təhsil, poçtamt, nəqliyyat kimi dövlət şöbələrində işləyənlər tərəfindən təqdim olunan xidmətlərə çəkilən xərclər də ola bilər. Yenə Türk büdcə terminləri ilə ifadə etsək: faydası edildiyi dövrdə görünən cari xərclər şəklində ola bildiyi kimi, faydası edildiyi dövrdən sonra görünən investisiya xərcləri şəklində də ola bilər.

Dövlət sektorunun reallaşdırdığı bu xərclər üçün yaranan mal və xidmət tələbi, milli istehsal həcmi üzərində təsirli olmaqdadır. Dövlət xərcləri mövcud istehsal resurslarına və ya istehsal resurslarının istifadə edildiyi məhsullara tələbi artırdı-ğından, tam işsizlik halında özəl sektor mal və xidmət birləşmələrinə təsir edə bilə-cəyi kimi, özəl sektorun yerinə keçərək onun kənarlaşdırılmasına (crowding-out) da səbəb ola bilər. Dövlət xərclərində istehsal resursları yerinə məhsul tələbi olarsa, özəl sektor istehsal fəaliyyətlərini bu tələb yönündə reallaşdıraraq mal və xidmət istehsalı miqdarının yönünü dəyişdirəcəkdir. Lakin dövlət xərclərində tam işsizlik halında istehsal resursları tələbi varsa, özəl sektor tərəfindən işlədilən istehsal resursları dövlət tərəfindən istifadə olunacağından, dövlət sektoru özəl sektorun yerini alacaqdır. Beləliklə, özəl sektorun istehsal miqdarında bir azalma olarkən döv-lətin istehsal etdiyi mal və xidmət istehsalında bir artım olacaqdır.

Dövlət xərclərindəki bu artım əskik işsizlik vəziyyətində reallaşdığında, istifa-də edilməyən istehsal resurslarının istifadə edilməsinə səbəb olacaqdır. Bu yeni məşğulluq hadisəsi istifadə edilə bilən gəlir səviyyəsini artırmağın yanında istehlak-investisiya-milli gəlirdə olan artımların reallaşmasına səbəb olmaqdadır. Beləliklə, başlanğıcdakı dövlət xərclərinə görə milli gəlirdə daha yüksək artımlar reallaşmaq-dadır. Bu hadisəyə “multiplikasiya” mexanizmi deyilir. Yəni dövlət xərclərindəki artım nəticəsində milli gəlirin bu xərclərin neçə qat artacağını göstərən əmsala dövlət xərcləri vuruğu deyilməkdədir. Bu deyim:



Y - (1/1 – c) I

şəklində formula salına bilər. Burda, Y Milli gəliri, c marginal istehlak meylini, I-də avtonom dövlət xərclərini göstərir. Burdan da belə çıxır ki, avtonom dövlət xərclərindəki bir müxtəliflik (I), milli gəlirdə (Y) vuruq əmsalı (1/1-c) qədər bir artım (Y- (1/1-c) I) təşkil edəcəkdir. Dövlət xərclərindəki bu xüsusiyyətə görə əgər ölkə iqtisadiyyatını real xalis olmayan ümumdaxili məhsulu ilə potensial xalis olmayan ümumdaxili məhsulu arasında bir fərqlilik varsa, dövlət xərclərindəki artım və ya azalma bu fərqlilik aradan qaldırıla bilər. Belə ki, şəkil 2-də görüləcəyi kimi, əgər real xalis olmayan ümumdaxili məhsul potensial xalis olmayan ümumdaxili məhsulun altında hərəkət edirsə, avtonom dövlət xərclərindəki bir artım, məcmu tələb mailini sağa tərəf hərəkət etdirərək real olmayan ümumdaxili məhsulu potensial olmayan ümumdaxili məhsula yaxınlaşdırır. Əgər real olmayan ümumdaxili məhsul potensial olmayan ümumdaxili məhsulun üzərində isə bu dəfə avtonom dövlət xərclərindəki azalma, məcmu tələb mailini sola tərəf hərəkət etdirərək şəkil 3-də görüləcəyi kimi real olmayan ümumdaxili məhsulu potensial olmayan ümumdaxili məhsul səviyyəsinə gətirəcəkdir.

İnflyasiya Potensial ÜDM


PA

Real ÜDM Dövlət xərcləri ilə artan tələb



Əvvəlki tələb malı

0 Real ÜDM



Şəkil 1. Dövlət xərclərindəki artımın ÜDM-də yaratdığı artım

İnflyasiya



Potensial ÜDM
Real ÜDM

PA


Əvvəlki tələb malı
Dövlət xərclərindəki azalma ilə düşən tələb

0 Real ÜDM



Şəkil 2. Dövlət xərclərindəki azalmanın ÜDM-də yaratdığı effekt

Con Maynard Keynes “Məşğulluq, faiz və pulun ümumi nəzəriyyəsi”ndə dövlət xərclərinin bu təsirindən ötrü əksik işsizlik şəraitində, iqtisadiyyatı tam işsizlik səviyyəsinə çıxaracaq olan tələb artımını təmin etmək üçün dövlət xərclərinin artırılmasının lazım olduğunu müdafiə etmişdir. Bu nəzəriyyə tətbiqdə geniş tərəfdarlar tapmış, dövlətlərin iqtisadiyyatlarında dövlətin payı və iqtisadi təsirləri artım dövrünə girmişdir.



2. Transfer xərclərinin təsirləri

Transfer xərcləri, dövlətin fərdlərə və şirkətlərə qarşılıqsız olaraq reallaşdırdığı xərclərdir. İctimai təhlükəsizlik xərcləri, rifah xərcləri, işsizlik təzminatları, təqaüd-çü maaşları və dövlət borc faiz ödəmələri kimi dövlətin heç bir istehsal amili almadan etdiyi xərclər bu qrupa girməkdədir. Transfer xərcləri, bu xərclərdən ya-rarlananların gəlir səviyyəsinə bağlı olub-olmamağına görə “ictimai təhlükəsizlik transferləri” və “yoxsul insanların alım gücünü dəstəkləyici transfer xərcləri” ola-raq təsnif edilə bilər.

İctimai təhlükəsizlik transferləri: səhiyyə xərcləri, işsizlik sığortaları kimi mü-əyyən şərtlər altındakı insanlara edilən xərclərdir. Bu xərclər 1975-ci ildən 1990-cı illərə kimi bütün ölkələrdə ÜDM-nin bir payı olaraq 1.5%-dən (ABŞ) 6% -ə (Fransa) qədər artım göstərmişdir. (Artımın ümumi ortalaması %3.5-dir). Dövlətin etdiyi digər xərclərdən müdafiə və investisiya xərclərində bir azalma nəzərə çarparkən borc faiz ödəmələri və ictimai təhlükəsizlik xərclərində bir artım görünməkdədir.

“Yoxsul insanların alım gücünü dəstəkləyici transfer xərcləri” alıcıların gəlir səviyyəsinə bağlı olub bu səviyyəni düzəltmə cəhdlərindəndir. Bu xərclər hər öl-kədə fərqli xərcləmə qrupları şəklində ortaya çıxmaqdadır. Məsələn, ABŞ-da bu cür xərclər AFDC (Aid to Families with Dependent Children), Medicaid, SSI (Supplemental Security Income), Head Start və Housing Assistance Programs şəklində altı qrupa ayrılır.

Azərbaycanda transfer xərclərə ümumi olaraq baxıldığında, belə bir təsnifat verilə bilər.

- İqtisadi və maliyyə transfer xərcləri,

- Sosial transfer xərcləri,

- Borc faiz ödəmələri,

- Digər transfer xərcləri.

Transfer xərcləri, real xərclərin əksinə olaraq, dövlətin hər hansı bir istehsal amilini almadan reallaşdırdığı xərclər olduğundan ölkədaxili istehsal tutumu üzərində birbaşa bir təsirə sahib deyildir. Məsələn, dövlət tərəfindən təqaüdçülərə edilən ödəmələrlə ölkədaxili məhsulun dövlət və özəl sektor arasında yenidən paylanılması nəzərdə tutulmur. Lakin transfer xərcləri gəlir bölgüsünə təsir etdiyindən, nəticədə iqtisadiyyatdakı mənbə bölgüsü təsiri altında qalmaqdadır. Çünki dövlətin işçi və işə qəbul edənlərdən yığmış olduğu sosial təhlükəsizlik vergiləri təqaüdçülərə ödənildiyindən, istehlak qəlibləri dəyişməkdə, istehsalçılar gənc işçilərə görə yaşlı insanların üstünlük verdiyi mallarla əlaqəli daha yüksək bir tələblə qarşılaşmaqdadırlar. Beləliklə, məhsulun tərkibi də dəyişməkdədir.

Transfer xərclərinin iqtisadiyyat üzərindəki təsiri, gəlirin köçürüldüyü bu adamların marginal istehlak maillərinə bağlıdır. Real xərclərin iqtisadiyyat üzərin-dəki təsirində olduğu kimi, transfer xərclərində də bir vuruq təsiri vardır. Bu təsir (c/1-c) şəklində göstərilə bilər. Buna görə transfer xərclərindəki bir artım avtonom tələbi, marginal istehlak maili (c) vurulsun reallaşdırılan xərclər qədər artıracaqdır.

Transfer xərclərinin təsiri real xərclərin təsirinə görə daha kiçikdir. Çünki edi-lən xərclərin bir qismi xərclərdən yararlananlar tərəfindən ehtiyatda saxlanılmaq-dadır. Beləliklə, transfer xərclərindən yararlananların marginal istehlak maillərinə görə bu təsir azalıb-çoxalmaqdadır.

Nəticə olaraq dövlətin reallaşdırdığı transfer xərclərin nə qədər istehsal amili tələb edilməyərək mal və xidmətlərin dövlət və özəl sektor arasındakı bölgüsü üzərində bir təsiri yoxdursa da, gəlir bölgüsünə təsir etməkdə, buna bağlı olaraq tələb şəkli, məhsul tərkibi, özəl sektordakı resurs bölgüsü dəyişməkdədir. Əgər edilən xərclərdən az gəlirlilər faydalanırsa, həm marginal istehlaka bağlı olaraq məcmu tələb daha çox artacaq, həm də gəlir bölgüsündəki ədalətsizlik azalacaqdır. Əks vəziyyətdə, yəni xərclərdən yüksək gəlirlilər faydalandığında, marginal ehti-yatda saxlama nisbətinə bağlı olaraq məcmu tələb daha aşağı olacaq, gəlir bölgü-sündəki ədalətsizlik artacaqdır. Dövlət borclanmasından əmələ gələn və dövlət xərclərindəki payı çoxalan faiz ödəmələri, dövlətə borc verən zəngin sərmayə sa-hiblərinin gəlirini artıraraq ikinci vəziyyətə oxşar bir təsir göstərməkdədir.


Download 2,29 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish