ÜÇÜNCÜ FƏSİL 3. MALİYYƏ SİSTEMİ ANLAYIŞI VƏ AZƏRBAYCAN MALİYYƏ SİSTEMİ 3.1. MALİYYƏ SİSTEMİ ANLAYIŞI
Maliyyə sistemi müəyyən zaman müddətində pul dövriyyəsi və dövriyyədəki pulun həcminin müəyyənləşməsi, pul vəsaitlərinin müxtəlif funksiyalı, mahiyyətli fondlara cəlbi və istifadəsinin idarə edilməsi prosesidir. Maliyyənin belə açıqlanması maliyyənin bütövlükdə məhsul axınlarını tamamlayan, mübadiləni asanlaşdıran pul dövriyyəsi olduğunu göstərir. Maliyyə mərkəzi bankların, dövlətin kredit və büdcə siyasətinin yardımı ilə “yaranan” pul vəsaitlərinin məcmu həcmidir. Maliyyə müxtəlif fondlara - dövlət büdcəsi, fərdi kommersiya layihələri fondu, bank sektoru və s. cəlb edilən, istifadə edilən pul vəsaitləridir. Maliyyə - pul və pul fondları ilə bağlı bu və başqa proseslərin idarə edilməsidir.
Maliyyə elminin ən başlıca vəzifəsi budur ki, dövriyyədəki pul həcminin ümumi iqtisadi artımı şərtləndirən səviyyədə artımı və azalmasını müəyyənləşdirsin, fiksal siyasətin səmərəli olmasını təmin etsin, fərdi layihələrin nə dərəcədə effektiv olub-olmamağını aşkarlasın.5
Maliyyə mürəkkəb struktura malik bir sistemdir. “Sistem” hər bir hissəsi bü-tövlüyün xarakteristikasına öz töhfəsini verən və qarşılıqlı əlaqəli hissələrdən ibarət müəyyən bir parçadır. Maliyyə sistemi müxtəlif elementlərdən, yəni alt sistemlərdən ibarətdir. Maliyyə sferası müxtəlif pul fondlarından, pul vəsaitlərinin müxtəlif istiqamətlər üzrə hərəkətindən, pul vəsaitlərinin müxtəlif layihələrə sərfindən və s. ibarətdir. Həm də bütün bu proseslər qarşılıqlı əlaqəlidir. Məsələn, uçot dərəcələrinin aşağı salınması kredit həcmini, eyni zamanda, dövriyyədəki pul həcminin artımını şərtləndirir. “Maliyyə sistemi pul vəsaitlərinin yaranması və istifadəsi prosesində yaranan maliyyə münasibətlərinin məcmusudur”. Belə ki, bir çox hallarda – maliyyə sistemi dövlət və təsərrüfat subyektlərinin maliyyəsinin məcmusu, yaxud banklar, təsərrüfat subyektlərinin maliyyəsi, sığorta, dövlət maliyyəsi və fiziki şəxslərin maliyyəsinin məcmusu kimi xarakterizə edilir.
Beləliklə, maliyyə sistemi dörd böyük alt sistemdən – ev təsərrüfatlarının maliyyəsi, dövlət maliyyəsi və müəssisi maliyyəsə alt sistemindən ibarətdir.
Sxem 1. Maliyyə Sisteminin Təsviri Sxemi
Bazarda maliyyə sistemi yeni iqtisadi münasibətlərlə keçid şəraitində get-gedə daha çox sahələri əhatə etməkdədir. Maliyyə münasibətlərini və onların tənzimlənən institutların toplusundan ibarət olan maliyyə sisteminin təhlili, istənilən hər hansı bir quruluşun öyrənilməsi üçün əsas olur.
Maliyyə münasibətlərinin əhatə dairəsindən formalaşan maliyyə sistemi bir qrup maliyyə halqalarından ibarətdir ki, həmin sırada müxtəlif dairələrin büdcələri, şəxsi, sosial, əmlak sığorta fondları, dövlətin valyuta ehtiyatları, idarə, müəssisə, təşkilatların, eləcə də digər kommersiya və qeyri-kommersiya qurumlarının pul fondları və s. gedir. Ona görə də maliyyə sisteminə tərif verərkən qeyd edirlər ki, bu sistem dövlətin və təsərrüfatçılıq edənlərin pul fondlarının yaranması, bölgüsü və istifadəsi ilə əlaqədar tətbiq olunan forma və metodlar sistemidir.6
3.2. AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ SİSTEMİ
Maliyyə bölgü münasibətlərinin daşıyıcısı olduğuna görə, məhz bu bölgü müxtəlif təsərrüfat subyektləri arasında baş verir. Pul vəsaiti fondlarının yaradılması və istifadəsi qaydasından asılı olaraq maliyyə sistemi iki yerə ayrılır.
- Dövlət maliyyəsi (mərkəzləşdirilmiş maliyyə);
- Müəssisə və təşkilatların (təsərrüfat subyektlərinin) maliyyəsi (qeyri-mərkəzləşdirilmiş maliyyə).
Bu bölmənin hər biri təşkilati struktura malik olmaqla bir neçə həlqədən ibarətdir.
Maliyyə sistemi geniş mənada özünə habelə 3 kredit-bank sistemini də (ölkənin banklarını və digər kredit idarələrinin məcmunu) daxil edir:
Birinci bölmə – dövlət maliyyəsinin həlqələri mərkəzləşdirilmiş maliyyəyə aiddir və makro səviyyədə iqtisadiyyatı və maliyyə-bölgü münasibətlərini tənzimləmək üçün istifadə edilir.
İkinci bölmə - müəssisə və təşkilatların maliyyəsini qeyri-mərkəzləşdirilmiş maliyyəni əhatə edir və mikro səviyyədə iqtisadiyyatı və sosial münasibətləri tən-zimləmək və stimullaşdırmaq üçün istifadə edilir.
Kredit-bank sferası ölkənin banklarından və digər kredit idarələrdən ibarətdir. Ölkənin maliyyə sisteminə maliyyə fəaliyyətini həyata keçirən və tənzimləyən dövlət maliyyə institutları da (təşkilatlar və idarələr) aiddir.
Sxem 2. Azərbaycan Respublikasının Maliyyə Sistemi
Maliyyə sisteminin ayrı-ayrı sferaları və həlqələri bir-birindən onların maliyyə sistemindəki rolu ilə fərqlənir.
Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul və-saitləri fondlarının yaradılması və istifadəsinin əsas maliyyə planıdır. Dövlət büdcəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyə-ləşdirilməsini təmin edir. Hazırda AR-nın dövlət büdcəsi Respublika (mərkəzi) büdcəsindən, Naxçıvan MR-nın büdcəsi və yerli büdcələrdən ibarətdir.
Dövlət Büdcəsi
Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünü idarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.
Hazırda Azərbaycan Respublikasının büdcə sistemi iki səviyyədən ibarətdir:
Azərbaycan Respublikasının dövlət büdcəsi;
Bələdiyyələrin büdcəsi;
Büdcədənkənar Fondlar
Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar məqsədli dövlət fondlarıdır. Büdcədənkənar dövlət fondları Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına əsasən dövlətə məxsus olan, lakin büdcə sisteminə daxil olmayan maliyyə fondlarıdır.
Büdcədənkənar fondlar həm sosial və həm də istehsal xarakterli olurlar.
Bu fondların yaradılmasında başlıca məqsəd əhaliyə sosial xidmətin genişlən-dirilməsi, geridə qalmış infrastruktur sahələrin inkişafının stimullaşdırılması, iqti-sadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s. ibarətdir. Təsərrü-fatçılığın Bazar şəraitinə keçildiyi dövrdə aşağıdakı büdcədənkənar dövlət sosial fondları yaradılmışdır: pensiya fondu, sosial sığorta fondu, məcburi tibb sığorta fondu.
Beləliklə, büdcədənkənar dövlət fondlarının vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək məqsədilə onlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzdində Baş Dövlət Xəzinadarlığında cəmləşdirilmişdir.
Dövlət Krediti
Öz xərclərini maliyyələşdirmək üçün dövlət tərəfindən əhalinin, müəssisə və təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi üzrə kredit münasi-bətlərini ifadə edir.
Dövlət krediti dövlət istiqrazlarını və digər qiymətli kağızları yerləşdirmək yolu ilə cəlb edilir. Dövlət krediti, eyni zamanda, dövlətin xarici borcudur ki, bu halda dövlət xarici dövlətlərdən büdcə kəsirini ödəmək üçün kredit alır.
Dövlət maliyyəsinin tərkib hissələrindən biri də sığorta fondudur. Sığorta fondu təbii fəlakətlər və bədbəxt hadisələrdən dəyən zərərlərin ödənilməsini təmin edir və onların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə yardım edir.
Maliyyə sisteminin növbəti sferası təsərrüfat subyektlərinin – müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatların maliyyəsidir. Müəssisə və təşkilatlar ictimai tələbatı ödəmək məqsədilə məhsul istehsal etmək, iş görmək və xidmət göstərmək üçün qanunla müəyyən edilmiş qaydada yaradılmış müstəqil təsərrüfat subyektidir, hüquqi şəxsdir.
Müəssisə və təşkilatlarda gəlirlərin əsas hissəsi formalaşır ki, onlar da sonralar müxtəlif kanallar vasitəsilə yenidən bölüşdürülür.
Dövlət və Bələdiyyə Müəssisələri
Müəssisə - mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılan və ictimai tələbatın ödənilməsi və mənfəət əldə etmək məqsədi ilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.
Dövlət müəssisəsi dövlət mülkiyyətinə əsaslanır və öz fəaliyyətini kommersiya hesabı əsasında aparır.
Kommersiya Təşkilatları
Bazar münasibətləri şəraitində müəssisələr öz fəaliyyətlərini kommersiya hesabı əsasında həyata keçirirlər ki, bu halda xərclər öz gəlirləri hesabına ödənilir, müəssisənin inkişafının başlıca mənbəyi isə mənfəət olur. Ona görə də müəssisələr (təşkilatlar) öz işlərini kommersiya hesabı əsasında qurmalıdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində hüquqi şəxslər kommersiya və qeyri-kommersiya təşkilatlarına (müəssisələrinə) ayrılır.
Beləliklə, müəssisələrin maliyyəsinə maliyyə sisteminin aşağıdakı həlqələri daxildir:
- Kommersiya əsasında fəaliyyət göstərən müəssisələrin maliyyəsi;
- Qeyri-kommersiya fəaliyyəti həyata keçirən müəssisələrin maliyyəsi;
- Dövlət və bələdiyyə müəssisələrinin maliyyəsi;
- İctimai təşkilatların (birliklərin) maliyyəsi;
Kommersiya təşkilatları - səhmdar cəmiyyəti formasında, məhdud və ya əlavə məsuliyyətli cəmiyyət formasında yaradıla bilər. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Səhmdarlar onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub olan səhmlərin dəyərində risk daşıyırlar.
Səhmdar cəmiyyətləri açıq və qapalı ola bilərlər.
Açıq səhmdar cəmiyyəti illik mühasibatın və mühasibat balansının mənfəət və zərər hesabını hamının tanış olması üçün hər il dərc etdirməyə borcludur.
Bu məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmanətlərin (mayaların) dəyəri həddində risk daşıyırlar.
Qeyri-kommersiya təşkilatları
Əsas məqsədi mənfəət götürmək olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən qurumlardır.
Qeyri-kommersiya qurumları istehlak kooperativləri, ictimai və ya dini təşkilatlar (birliklər), xeyriyyə fondları, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericiliklə həyata keçirmək üçün qeyri-kommersiya təşkilatları təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Qeyri-kommersiya təşkilatları qanunla müəyyən olunmuş qaydada assosiasiya və ittifaq formasında birlik yarada bilərlər.
İctimai və dini təşkilatlar (birliklər)
Vətəndaşların maraqlarının ümumiliyi əsasında onların mənəvi və digər maddi tələbatlarını ödəmək üçün könüllü birliyidir. İctimai və dini birliklərin üzvləri həmin birliklərin və təşkilatların mülkiyyətlərinə verdikləri əmlaka, o cümlədən üzvlük haqlarına hüquqlarını saxlamırlar.
Həmkarlar ittifaqları istehsalda, xidmət və mədəniyyət sferasında fəaliyyət növləri üzrə ümumi mənafeləri ilə bağlı olan və zəhmətkeşləri birləşdirən kütləvi demokratik təşkilatdır. Həmkarlar ittifaqları təşkilatları qeyri-kommersiya təşkilatlarıdır. Bu təşkilatlar maliyyə smetası, regionların həmkarlar ittifaqları təşkilatı icmal maliyyə planları – büdcələr tərtib edirlər.
Bank –Kredit Sistemi
Kredit münasibətlərini həyata keçilən bankların və digər kredit təşkilatlarının məcmusudur. Təsərrüfat təşkilatlarının müvəqqəti sərbəstləşən pul vəsaitlərini başlıca olaraq banklar və digər kredit təşkilatları toplayır. Bəzi xarici ölkələrdə və Azərbaycanda bir təsərrüfat təşkilatlarının (mal verənin) digər təsərrüfat təşkilatına (alıcıya) verdiyi kommersiya krediti mövcuddur və müvəffəqiyyətlə inkişaf edir.
Kredit münasibətlərində aparıcı mövqe bank kreditinə məxsusdur. Kreditdən (ssudadan) istifadənin mümkünlüyü müəssisələrə xüsusi pul vəsaitləri fondlarının yığılmasını gözləmədən nəzərdə tutulmuş tədbirlərin (layihələrin) reallaşdırılmasını sürətləndirməyə imkan verir. Bu resursların istifadə edilməsi səmərəliliyin yüksəl-dilməsinə, vəsaitin dövriyyəsinin sürətləndirilməsinə şərait yaradır.7
Do'stlaringiz bilan baham: |