1.5. DÖVLƏT MALİYYƏSİNİN VƏZİFƏLƏRİ
Müasir dövlətlər təhsil, səhiyyə, ictimai təhlükəsizlik, məhkəmə, milli təhlükə-sizlik kimi bir çox xidmət təqdim etməkdədir. Dövlətlərin təqdim etdikləri bu xid-mətlərin növləri ölkədən ölkəyə dəyişdiyi kimi, zaman içində də müxtəlifliklər gös-tərməkdədir. Bu vəziyyət iki fərqli sual ortaya çıxarmaqdadır. Əvvəlcə, "dövlətlər müəyyən növdəki xidmətləri niyə təqdim etməkdədir?" sualının cavabı axtarılma-lıdır. Sərbəst bazar mexanizmi yerinə, dövlət tərəfindən təqdim edilən bu xidmət-lərin bəzi ortaq xüsusiyyətləri vardırmı?
Əlavə olaraq "dövlətlərin iqtisadi fəaliyyət nöqteyindən hansı xidmətləri təşkil etməlidir?" sualına cavab tapmaq lazımdır. Dövlətlərin təqdim etdikləri xidmətlərin növləri zaman içində də dəyişməkdədir. XVI-XVIII əsrlər arası ümumiyyətlə, istehsalın və ticarətin dövlət tərəfindən nəzarət edildiyi, başqa sözlə, dövlətin üstə-ləndiyi vəzifələrin olduqca çox olduğu dövr olmuşdur.
18-ci və 19-cu əsrin əvvəllərində isə klassik iqtisadi nəzəriyyənin, liberalist siyasətlərlə dövlətin iqtisadiyyatdakı vəzifələrinin rolu azalmışdır. Ancaq 1929-cu ildəki dünya böhranı dövlətin iqtisadiyyatdakı vəzifələrinin artmasına səbəb olmuşdur. İkinci dünya müharibəsindən sonra isə dövlətlərin iqtisadi və ictimai vəzifələrində əhəmiyyətli artımlar olmuşdur. Beləliklə, dövlətin iqtisadi və ictimai işlərə qarışmasının iqtisadi səbəblərini bir çərçivə içinə qoymağa çalışılacaq, bir başqa ifadə ilə dövlətin iqtisadiyyatdakı vəzifələrindəki dəyişmələrin məntiqi üzərində dayanılacaqdır.
Eyni zamanda, dövlət vəzifələrinin texniki və ideoloji səbəbləri üzərində dayanılacaqdır. Vurğulanacaq olan dövlətin iqtisadi fəaliyyətinin səbəbinin tək bir şərhinin olmadığıdır. Əksinə, dövlətlər çox sayda problemlə məşğul olmaq məcburiyyətindədir. Bu problemlərlə məşğul olarkən bir-birindən olduqca fərqli və zaman- zaman bir-birləri ilə ziddiyyət təşkil edən bir çox vəzifələri öz üzərinə götürməkdədirlər.
A. BAZARIN MÜVƏFFƏQİYYƏTSİZLİYİ
İqtisada giriş dərslərində tam rəqabət bazarlarında könüllü dəyişmə modelləri izah edilməkdədir. Mal və xidmət istehsal miqdarları və bunların qiymətləri isteh-lakçıların sərbəst olaraq təyin etdikləri seçimləri və gəlir səviyyələri ilə təyin olun-maqdadır. Bu şəkildə çalışan rəqabətli bazarlar təsirli nəticələr çıxarmaqdadır. Ba-zar müvəffəqiyyətsizliyi anlayışı isə, bazarların effektiv fəaliyyətini təmin edən şərtlərin ya heç ortaya çıxmamağını, ya da bir şəkildə tərs istiqamətdə işini ifadə etməkdədir. Bazar müvəffəqiyyətsizliyi günümüzün bazarlarının çox əhəmiyyətli bir xüsusiyyətidir.
Sərbəst bazarlar özbaşlarına buraxıldığında təsirli çalışmamaqdadır. Bu, bəzi malların daha çox, bəzilərinin isə qeyri-kafi çıxarılması ilə izah edilə bilər. Bazar müvəffəqiyyətsizliyinin ən uc nöqtəsində, izləyən hissələrdə də aciqlanacağı üzrə, bəzi mal və xidmətlər üçün bazarların heç meydana gəlməməsidir. Bu səbəblə, bu cür mal və xidmətlər bazarlar tərəfindən çıxarıla bilməməkdədir. Dövlətə yüklənən bir vəzifə, bazarların qaynaq bölüşdürülməsi funksiyasına qarışma və bazar müvəf-fəqiyyətsizliklərini düzəltmə və ya bazar müvəffəqiyyətsizliyinin təsirlərini azal-dacaq tədbirlər almaqdır. Bu, dövlətin "qaynaq bölüşdürülməsi" vəzifəsi olaraq bi-linməkdədir.
Bazar nöqsanlı dövlətə yüklənən vəzifələrdən bir başqası iqtisadi fəaliyyət nöqteyindən deyil, ancaq gəlir və sərvət bölgüsündəki bərabərlik və ictimai ədalət baxımından əhəmiyyətlidir. Bazarlar cəmiyyət rifahının bölgüsündə ədaləti təmin edə bilmədikləri ölçüdə, dövlət bazar mexanizminə qarışaraq gəlir bölgüsünü əda-lətli olaraq qəbul edilən bir nöqtəyə gətirməyə çalışır. Bu isə dövlətin "gəlir dağı-lım" vəzifəsini ifadə etməkdədir.
Günümüzün müasir dövlətlərinə bunlardan başqa iki vəzifə daha yüklənmişdir.
Birincisi, "iqtisadi sabitlik" vəzifəsidir. Günümüzün iqtisadiyyatları zaman- zaman və bəzən davamlı olaraq inflyasiya, işsizlik, nataraz böyümə problemləri ilə qarşılaşmaqdadır. Bazarların özbaşına bu cür problemləri həll edə bilməməsi səbəbi ilə, dövlətlər pul və maliyyə siyasətlərini istifadə edərək , inflyasiyası və iş-sizliyi azaldaraq, vətəndaşların rifahını yüksəltməyi qarşısına məqsəd qoymaqdadır.
İkincisi, dövlətin "təşkilatçılıq vəzifəsidir". Əslində daha çox qaynaq bölüşdü-rülməsi vəzifəsinin bir parçası olaraq, dövlət qanun qoyub bunları tətbiq etməkdə-dir. Təşkilatçılıq vəzifəsi ticarətin və cəmiyyət münasibətlərinin nizamlı olmasını təmin etməkdədir. Bəhs edilən vəzifə yalnız ticarətin və cəmiyyət münasibətlərinin təşkil edilməsinin xaricində daha geniş bir sahədə qanun qoyma və ədalət sistemini idarə etməkdədir. Dövlətin təşkilatçılıq vəzifələrindəki əhəmiyyətli artımlar fərdi azadlıqları və sərbəstliyi məhdudlaşdırması səbəbi ilə son illərdə olduqca çox tənqid olunmaqdadır.
B. QAYNAQ BÖLÜŞDÜRÜLMƏSİ VƏZİFƏSİ
Rəqabətli bazarların arxasında yatan əsl məna sərvət sahibi olma haqlarıdır. Mülkiyyət haqları bir fərdə hər hansı bir mal və ya mülkə sahib olma və bunların faydasından (istifadəsindən) digər fərdləri məhrum buraxma haqqı verməkdədir. Evlərin, torpaqların ətraflarını divarlarla əhatə etmək, "Xüsusi mülkiyyətdir, girilməz" lövhələri asmaq, davamlı olaraq ətrafımızda olan mülkiyyət haqlarının göstəriciləridir. Fərdlər mal və xidmət alıb- satdıqda, əslində mal varlığı haqlarını (malın faydası üzərindəki hüquqi haqqı) dəyişdirməkdədirlər.
C. ORTAQ ƏMTƏƏ REZERVLƏRİ
Yuxarıda haqqında danışılan mülkiyyət haqları bəzi mallarda heç bir fərdə və ya qrupa verilməyə bilər (hava, dəniz kimi). Ortaq (sərbəst) mallar olaraq adlan-dırılan bu növ malların faydasından bütün fərdlər məhdudlaşdırılmadan, sərhədsiz olaraq faydalanmaqdadırlar. Malın faydasının bütün fərdlərə açıq olması səbəbi ilə, tək bir adam öz haqqını satma imkanına sahib deyil. Bu cür mallarda dövlətin qaynaq bölüşdürülməsi ilə əlaqədar bir vəzifəsi niyə ortaya çıxmaqdadır? Ortaq mallarda `tragedy of commons` (ortaqların tragediyası) olaraq adlandırılan bir sual ortaya çıxmaqdadır. Malın istifadəsi tamamilə sərbəst olduğu və məhdudlaşdırıla bilmədiyi üçün, fərdlər ortaq malı həddindən artıq istifadə etməkdədir. Bunun təbii nəticəsi isə ortaq mal qaynağının zərər görməsidir.
Birdən çox kəndin heç birinin mülkiyyətində olmayan bir ərazi və hər bir kəndin heyvanlarının bu əraziyə gətirilib otarıldığını düşünək. Hər hansı bir məh-dudlaşdırma olmadan hər bir kəndin heyvanları əraziyə gələcək və ərazidəki otların azalmasına səbəb olacaq. Ən son gələn heyvanlar üçün, bəlkə kifayət qədər ot qalmayacaq. Özünü yeniləməsinə fürsət vermədən bu şəkildə həddindən artıq fay-dalanılması, sonunda ərazinin istifadə edilə bilməyən vəziyyətə gəlməsinə səbəb olar. Ərazi nümunəsində ortaq fayda, ərazi istifadəsinin məhdudlaşdırılmasını tələb etməkdədir. Ancaq kəndlər bunu öz razılaşmalarına söykənərək icra etməzlər. Bəlkə, az sayda kəndli olarsa bəhs edilən razılaşmanı və bu razılaşmanın tətbiqi olduqca asandır. Ancaq çox sayda kəndlinin istifadə etdiyi bir ərazidə kəndlilər bir-birlərinə inanmayacaqlar. Bu inanmaq mövzusu dövlət maliyyəsi nəzəriyyəsində “prisoner's dilemma” ( məhkum paradiqması) olaraq bilinməkdədir. Məhkum açmazı sadə bir nümunə ilə açıqlana bilər. Eyni səbəblə həbs olunmuş iki adam ayrı-ayrı iki otaqda istintaqa cəlb edilməkdədir. Hər ikisinə də eyni alternativlər təqdim edilməkdədir. Birinci alternativdə ikisi də polis ilə əməkdaşlıq etməzsə, sərbəst qalacaqlar. İkinci alternativdə, biri əməkdaşlıq edər, digəri etməz isə; əməkdaşlıq edən 6 ay, əməkdaşlıq etməyən 6 il cəza alacaq.Üçüncü alternativdə, hər ikisi də əməkdaşlıq etsə, 1 il cəza alacaq. Belə bir vəziyyətdə, iki məhbus üçün ortaq fayda ikisinin də sərbəst qalmasıdır, yəni ikisinin də polislə əməkdaşlıq etməməyidir. Ancaq hər iki məhbus da digərinin əməkdaşlıq etməyəcəyinə inanmadığı üçün, əməkdaşlıq etmə qərarı verəcək.
Ərazi nümunəsindəki ortaq fayda ərazinin istifadəsinin məhdudlaşdırılmış ol-masına baxmayaraq, fərdi olaraq kəndlər bir-birlərinə inanmayacaqları üçün ortaq olmayan (həddindən artıq istifadə) davranışı seçməkdədirlər. Ortaq mallarda ortaya çıxan ortaqların tragediyasının azaldılması üçün fərdi davranışları tənzimləmə istiqamətində dövlətə yüklənən bir vəzifə ortaya çıxmaqdadır. Dövlətin buradakı vəzifəsi ortaq malın istifadəsinin fərdlər arasında və zaman nöqteyi-nəzərindən bölüşdürülməsini nizamlamaqdır. Dövlət bu vəzifəsini yerinə yetirərkən məcburedici olmalıdır. Məcburedici olaraq fərdi azadlıqların məhdudlaşdırılması (ərazi istifadəsinin məhdudlaşdırılması) dövlətin heç müdaxilə etməməyindən daha yaxşıdır. Müasir dövlətlərinin ortaq mallarla əlaqədar qərarlaşdırdığı nümunələr ərazi ilə məhdud deyil və olduqca çoxdur. Su qaynaqları, ovlanma sahələri, vəhşi heyvan qoruma sahələri, radio, televiziya, nəşr sahələri və neft qaynaqları bunlara digər əhəmiyyətli nümunələrdir. Televiziya kanal təsislərinin dövlət tərəfindən verilməsi, ovlanma sahələrində ovlanılacaq heyvan növlərinin ədəd və zaman olaraq məhdudlaşdırılması, vəhşi heyvan qoruma sahələrində ovlanmanın tamamilə qadağan edilməsi dövlətlərin ortaq mallarla əlaqədar aldığı tədbirlərə nümunədir. Ancaq bu tədbirlərin müxtəlifliyi və ölkədən-ölkəyə fərqlilikləri, hansı məhdudlaşdırmanın daha təsirli olduğu sualını gündəmə gətirməkdədir.
D. GƏLİRİN YENİDƏN BÖLÜŞÜM VƏZİFƏSİ
Qaynaq bölüşdürülməsi vəzifəsinin yanında fərdlər, cəmiyyət və müxtəlif sek-torlar arasında sərvət və gəlir bölgüsündəki ədalətsizlikləri aradan qaldırma vəzi-fəsi də dövlətə verilməkdədir. Müəyyən bir zamandakı gəlir, sərvət və ya rifahın bölgüsü dövlətlərin istədikləri ilə uyğun olmaya bilər. Bunun mənası isə ictimai narazılıqdır. Gəlir və sərvət bölgüsünün başlanğıcda xarab olması və zaman içində daha da pozulmasının səbəbləri nələrdir? Gəlir və sərvət bölgüsünün başlanğıcda ədalətsiz olmasının əsas səbəbi miras yolu ilə əldə edilmiş olan sərvət və fərdi qabiliyyətlərdir. Gəlir və sərvət başlanğıcda ədalətli bir şəkildə dağılmış olsa belə, zaman içərisində yuxarıda haqqında danışılan fərdi qabiliyyətlər və qiymətlərinin fərqliləşməsi, alınan təhsil səviyyəsinin fərqliləşməsi səbəbi ilə gəlir bölgüsü daha da pozulacaq. Ayrıca rəqabətli bazarlar işləyişləri etibarilə, ümumiyyətlə, gəlir böl-güsünə mənfi təsir edərlər. Xalq deyimi ilə "pul pulu çəkər" imkanlı şəxslərin zaman içərisində daha da zənginləşəcəyini izah etməkdədir. Bənzər şəkildə "qumarbazın sonu" (ruins of gambler) olaraq bilinən mövzu da kasıbların daha da kasıblaşacağını açıqlamaqdadır. Biri kasıb, digəri zəngin iki fərdin qazanma şansı eyni olan, məsələn, yazı-dövrə, qumar oynadıqlarını düşünsək, oyun çox sayda tək-rarlandığında kasıb qumarbazın sonunda iflası ilə nəticələnəcək. Rəqabətli bazarlar müəyyən bir gəlir səviyyəsində olanlar üçün istehsal edəcəklər. Gəliri olmayanlar və ya aşağı olanlar mal və xidmət tələblərini göstərə bilməyəcəkləri üçün bazarlar onlara istiqamətli istehsalda olmayacaqlar. Bütün bu səbəblərlə bazarlar özbaşına gəlir bölgüsünü düzəltmə istiqamətində işləmədiyi, əksinə, pozucu təsirlər etdiyi bilindiyində, bir başqa deyişlə müvəffəqiyyətsiz olduqlarından, dövlətin gəlirin yenidən bölgüsünü təşkil edərək gəlir bölgüsünü daha ədalətli (dövlət tərəfindən qəbul edilən) bir səviyyəyə gətirmək vəzifəsi ortaya çıxmaqdadır.
Gəlir bölgüsündəki ədalətsizliyin bazar iqtisadiyyatı tərəfindən yaradıldığı dü-şünülərkən, dövlət müdaxiləsi olmadan, dövlətin könüllü olaraq gəlir bölgüsünü düzəltməsinin mümkün ola biləcəyi düşünülə bilər. Məsələn, yüksək gəlirlilərin aşağı gəlirlilərə könüllü olaraq kömək etməsi ilə gəlir bölgüsünda bir düzəlmə təmin edilə biləcəyi düşünülə bilər. Ancaq könüllü köməkliklərin kifayət qədər olmayacağı məlumdur. Çünki yüksək gəlirli bir çox fərd könüllü köməyi bir-birlə-rinə buraxacaq və beləcə, kömək miqdarı olduqca aşağı səviyyələrdə qalacaqdır. Qaldı ki, könüllü köməklər koordinasiya edilmədikcə, bir-birləri ilə də rəqabət etməyə başlayacaq. Bir başqa deyimlə bəzi sektorlara çox köməklik edilərkən, bəzi sektorlara heç, ya da az köməklik olunacaqdır.
E. İQTİSADİYYATIN TƏNZİMLƏNMƏSİ İLƏ ƏLAQƏDAR VƏZİFƏSİ
Bazar müvəffəqiyyətsizliklərinin ən yaxşı bilinən nümunələri mal və xidmət bazarlarındakı tələb-təklif balanssızlığından qaynaqlanan inflyasiya, defilyasiya, əmək bazarlarında ortaya çıxan işsizlik, idxalat - ixracat arasındakı balanssızlığın nəticəsi, cari əməliyyatlar kəsiri və ya profisidi kimi makroiqtisadi mövzulardır. Bazarların özbaşına tarazlığa gəlmədiyi bu cür problemlərə dövlətin məşğul olmasının lazım olduğu deyilməkdədir. Dövlət pul və maliyyə siyasəti vasitələrini istifadə edərək bazarları balanslamağa çalışacaq. Ancaq dövlətin bazarlardakı balanssızlıqları aradan qaldırma vəzifəsinin lazımsız olduğunu, hətta dövlətin iqtisadiyyatdakı yerinin çox olmağı ilə bazar müvəffəqiyyətsizliklərinin ortaya çıxdığını iddia edən bəzi iqtisadi nəzəriyyələr də vardır.
Bazar tarazsızlıqlarının aradan qaldırılmasına əlavə olaraq, makroiqtisadi bir hədəf olaraq, dövlət, uzun dövr kafi böyümə və inkişafı təmin edəcək şərtləri də meydana gətirmək məcburiyyətindədir. İqtisadi böyüməyi təmin etmək üçün heç bir fərd və ya qrup bu cür bir koordinasiya vəzifəsini könüllü olaraq məşğul olmayacaqdır.
Yuxarıda müasir dövlətlərin varlığı üçün iqtisadi səbəblər açıqlanarkən də toxunulduğu kimi bəhs edilən üç vəzifə bir-birləri ilə uyğun olduqları kimi, zaman zaman zidd düşməkdədir də. Dövlətin sabitlik vəzifəsinin müvəffəqiyyəti əslində qaynaq bölüşdürülməsi və gəlir bölgüsü vəzifələri tərəfindən təyin olunmaqdadır. Bu səbəblə dövlət gəlir bölgüsü və qaynaq bölüşdürülməsi vəzifələrini yerinə yetirməyə üstünlük verdiyində sabitlik vəzifəsini də bacarması asanlaşa biləcək. Bunun əksinə günümüz iqtisadiyyatlarının problemi olan inflyasiya ilə mübarizə etmək, çoxlu iqtisadçının ortaq nəzəriyyəsi olaraq gəlir bölgüsünün pozulmasını tələb etməkdədir. Bu səbəblə, dövlətin iqtisadi sabitlik vəzifəsi ilə gəlir bölgüsü vəzifəsi zidd düşməkdədir.
Do'stlaringiz bilan baham: |