6.11. BÜDCƏ SİSTEMİNİN TƏŞKİLİ PRİNSİPLƏRİ
Bütün dövlətlərin iqtisadi və dövlət quruluşuna xas olan büdcə sistemi təşəkkül tapmış və formalaşmışdır. Azərbaycan respublikasının iqtisadi sisteminə, onun döv-lət quruluşuna xas olan büdcə sistemi yaranmışdır.
Büdcə sisteminin qurulması və onun bütün növləri arasında qarşılıqlı əlaqələr büdcə quruluşu adlanır. Büdcə sistemində birləşdirilən ayrı-ayrı müstəqil büdcələ-rin məcmusu dövlətin büdcə sistemini təşkil edir. Büdcə sistemi bütün büdcə növ-lərinin məcmusunu özündə əks etdirir. Ölkənin büdcə sisteminin təşkili əsasları döv-lətin Konstitusiyasında və büdcə sistemi haqqında qanunlarda əks olunur. Büdcə sisteminin təşkili müəyyən prinsiplərə əsaslanır ki, bu prinsiplər də ölkənin iqtisadi, siyasi və sosial əsasları üzərində qurulmuşdur.
Büdcə sistemi dövlətin inzibati ərazi vahidinin bütün büdcələrinin məcmusunu özündə birləşdirdiyinə görə, onlar arasında qarşılıqlı münasibətlər qanunvericiliklə tənzimlənir. Büdcə sisteminin xarakteri ölkənin ictimai-iqtisadi və siyasi quruluşu ilə müəyyən olunur. Büdcə sisteminin təşkilati quruluşu və onların qarşılıqlı əlaqə-ləri dövlətin iqtisadi və siyasi təşkili əsasında müəyyən olunur.
İnkişaf etmiş ölkələrlə (unitar dövlətlərdə) məsələn , Böyük Britaniyada, Fransa və s. kimi ölkələrdə büdcə sistemi dövlətin mərkəzi büdcəsindən və yerli özünü-idarə orqanlarının, yerli bələdiyyələrin büdcələrindən ibarətdir. Federal dövlətlərin büdcə sistemi üç həlqədən, yəni mərkəzi federal büdcədən, federasiyaya daxil olan subyektlərin büdcələrindən və yerli orqanların büdcələrindən ibarətdir. Məsələn, ABŞ-da, Rusiyada, Almaniya Federativ Respublikasında və s. büdcə sistemi üç həlqədən ibarətdir. ABŞ-da federal büdcə, ştatların büdcələri, Rusiyada respublika-ların, vilayətlərin büdcələri və mərkəzi federasiyanın büdcəsindən ibarətdir.
Azərbaycan Respublikasının büdcə sistemi mərkəzi büdcədən, yəni respublika büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli hakimiyyət orqanlarının, o cümlədən, bələdiyyələrin büdcələrindən ibarətdir. Yerli hakimiyyət orqanlarının büdcələri respublika tabeçiliyində olan rayonların, şəhərlərin büdcələri və onların müvafiq bələdiyyələrinin büdcələrindən ibarətdir. Azərbaycan Respubli-kasının dövlət quruluşuna müvafiq olaraq bütün büdcə həlqələri respublikanın mərkəzi büdcəsi, rayonların, şəhərlərin büdcələri, yerli bələdiyyələrin büdcələri Respublikanın vahid büdcə sistemini təşkil edir və bütün büdcə növləri arasında qarşılıqlı maliyyə münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuşdur. Bununla yanaşı, Azərbaycanın büdcə sistemi «Dövlət büd-cəsi haqqında» Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
VII FƏSİL AZƏRBAYCAN DÖVLƏT BÜDCƏSİ VƏ ONUN HAZIRLANMA PROSESİ 7.1. AZƏRBAYCAN RESPUBLİKASININ BÜDCƏ SİSTEMİNİN QURULUŞU VƏ PRİNSİPLƏRİ
Dövlət büdcəsi dövlət maliyyəsinin mühüm tərkib hissəsidir. Büdcə əsasən maliyyə göstəricilərinin birliyi – məcmusu deməkdir (vergilər, dövlət krediti, döv-lət xərcləri). Büdcə vasitəsilə vəsaitlərin cəlb olunması və xərclənməsi, bölgüsü həyata keçirilir.
AR-nın büdcə quruculuğunun tarixini xronoloji olaraq üç dövrə bölmək olar. İlk büdcə quruculuğu prosesi ötən əsrin 20-ci ilinə qədər olan dövrü əhatə edir. Bu dövrdə Azərbaycanın büdcə sistemində gəlirlərin büdcələr arasında bölgüsü üfüqi şəkildə həyata keçirilirdi. Belə olan halda dövlət büdcəsi və yerli büdcələrin hər birinin ayrıca gəlirləri, rüsumları mövcud idi
Nəhayət, 1991-ci ildə müstəqilliyimizin bərpası mümkün oldu. Qarabağ mü-haribəsi nəticəsində müdafiə xərcləri artan Azərbaycanın dövlət büdcəsində gəlir-xərc tarazlığının 1993-cü ildən etibarən kəsir verəcək şəkildə pozulmağa başladığı görünməkdədir.61 1993-cü ildə yenidən büdcə proqnozlaşdırılması və icrası mə-sələləri dövlətin iqtisadi siyasətinin başlıca alətlərindən birinə çevrildi. Dövlət büd-cəsinin layihəsi hər il parlament müzakirəsi vasitəsilə təsdiq olunur. Aşağıdakı şə-kildə Azərbaycan Respublikasının büdcə sisteminin quruluşu göstərilmişdir.
Şəkil 7.1. AR-nın büdcə sisteminin quruluşunun sxemi
AR-nın büdcə sisteminin fəaliyyət prinsipləri aşağıdakılardır:62
-
Büdcə sisteminin vahidliyi;
-
Büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü;
-
Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi;
-
Büdcələrin gəlir və xərclərinin, dövlət büdcədənkənar fondlarının həmin büdcələrdə tam əks etdirilməsi;
-
Büdcənin balanslaşdırılması;
-
Büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi;
-
Büdcələrin xərclərinin ödənilməsinin ümumiliyi;
-
Aşkarlıq;
-
Büdcənin həqiqiliyi;
-
Büdcə vəsaitlərindən istifadənin ünvanlığı və məqsədli xarakteri.
Büdcə sisteminin vahidliyi ümumi hüquqi bazanın, pul sisteminin, büdcə sənəd-ləşdirmə formalarının, büdcə prosesi prinsiplərinin eyni olmasını, büdcə qanunveri-ciliyinin pozulmasına görə cərimələrinin tətbiqini, eyni zamanda, büdcə sisteminin bütün səviyyələrində büdcə xərclərinin vahid sistemlə maliyyələşdirilməsini, dövlət büdcəsi və yerli büdcələrin vəsaitlərinin mühasibat uçotunun vahid qaydada aparıl-masını nəzərdə tutur.63
AR-nın büdcə sistemi səviyyələri arasında gəlir və xərclərin bölgüsü mərkəzi icra orqanına və yerli idarəetmə orqanlarına müvafiq gəlir növlərinin və xərcləri-nin həyata keçirilməsi üçün səlahiyyətlərinin verilməsidir.
Əsas prinsiplərdən biri müxtəlif səviyyəli büdcələrin müstəqilliyidir. Bura da-xildir:
Dövlət hakimiyyət orqanlarının və yerli idarəetmə orqanlarının büdcə sistemi-nin hər bir səviyyəsində büdcə prosesinin müstəqil həyata keçirilməsi hüququ;
AR qanunvericiliyinə əsasən müəyyən edilmiş bütün səviyyəli büdcə sistemlə-rinin xüsusi gəlir mənbələrinin mövcudluğu;
Qanunvericilik əsasında tənzimləyici büdcə gəlirlərinin olması, müvafiq büdcə-lərin gəlirlərinin yaradılması səlahiyyətləri;
Mərkəzi icra orqanının və yerli idarəetmə orqanlarının müvafiq büdcə vəsaitlə-rinin müstəqil olaraq xərclənməsi istiqamətinin müəyyən edilməsi;
Mərkəzi icra orqanının və yerli idarəetmə orqanlarının müvafiq büdcələrinin müstəqil olaraq büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi;
Maliyyə ilinin sonunda əmələ gəlmiş və büdcə xərclərinin qənaətlə istifadəsin-dən yaranmış gəlirlərin mərkəzi xəzinəyə tam məbləğdə köçürülməsi.
Büdcələrin gəlir və xərclərinin, dövlət büdcədənkənar fondlarının tam əks et-dirilməsi o deməkdir ki, büdcələrin bütün gəlir və xərcləri, büdcədənkənar fondlar və digər daxilolmalar tam və dolğun büdcələrdə, büdcədənkənar fondlarda öz ək-sini tapmalıdır.
Büdcənin balanslaşdırılması; hər bir büdcə balanslaşdırılmalıdır, yəni büdcədə nəzərdə tutulmuş xərclərin həcmi büdcənin gəlirlərinin və büdcə kəsirinin maliyyə-ləşdirilməsinə sərf edilən məbləğin həcminə uyğun olmalıdır.
Büdcə vəsaitlərindən səmərəli və qənaətlə istifadə edilməsi o deməkdir ki, büd-cələrin tərtibi və icrası zamanı icra orqanları və büdcə vəsaiti alanlar müəyyən büd-cə vəsaiti balansına, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olmalı-dırlar.
Büdcə xərclərinin ödənilməsinin ümumiliyi o deməkdir ki, büdcənin bütün xərcləri ümumi gəlirdən maliyyələşdirilməlidir.
Aşkarlıq təsdiq edilmiş büdcənin və onun icrası haqqında hesabatın, büdcənin icrası zamanı informasiyanın dolğun verilməsi, eyni zamanda, qanunverici və yerli idarəetmə orqanlarının qərarlarının və digər məlumatların Kəsir nəşri büdcə layihə-sinə baxılması və qərarın qəbul edilməsi üsulunun və digər məsələlərin cəmiyyət və kütləvi informasiya vasitələri üçün açıq-aşkar olması kimi başa düşülür.
Büdcənin həqiqiliyi müvafiq bölgənin sosial-iqtisadi inkişaf göstəricilərinin və büdcənin gəlir və xərclərinin reallığını göstərir.
Büdcə vəsaitlərindən istifadənin ünvanlılığı və məqsədli xarakteri konkret məqsədlərin maliyyələşdirilməsi üçün konkret ünvanların sərəncamına verilir.
Büdcənin tərtibi, müzakirəsi, təsdiqi və icrası zamanı yuxarıda qeyd edilən prinsiplərə riayət olunması gələcəkdə büdcənin fayda verəcək şəkildə real yerinə yetirilməsi üçün ilkin şərtlərdir. Bu prinsiplərdən kənarlaşdıqda bu, büdcəyə nəzarət edilməsi və təhlili prosesini çətinləşdirir.
Do'stlaringiz bilan baham: |