Xülasə:
Neft və qaz quyularını qazmaq üçün tərkibində lent qəlibli mexaniki tormoz (LQMT) növü olan bucurqad adlanan
qurğudan istifadə olunur. Baxmayaraq, burada tətbiq olunan tormozun özünün köklü çatışmayan cəhəti var, amma bu növ tormozun
gördüyü işin mahiyyətinə görə demək olar ki, neft və qaz quyularını qazmaq üçün əvəz olunmazdır. Çatışmayan cəhəti isə lent vasitəsi
ilə qəliblərin qasnaq səthinə etdiyi təzyiqin qeyri-bərabər paylanmasıdır. Bu da tormozlama zamanı lentin uclarında bağlanmış
qəliblərin qasnaq səthinə göstərdiyi təzyiqin bir-birindən çox fərqli olması nəticəsində alınır. Bu isə tormozun gördüyü işə hər tərəfli
mənfi təsir göstərir və qurğunun təhlükəli işləməsinə səbəb olur. Baxmayaraq ki, bu problemi aradan qaldırmaq üçün elə ilk vaxtlardan
çoxlu sayda yeni konstruksiyalar və təkliflər verilib, amma yenə də bəzi real və qeyri-real səbəblərə görə mövcud konstruksiya
dəyişilmədən qalmaqda davam edir. Həmçinin, baxmayaraq Azərbaycanda hələ indiyə kimi rusların təklif etdikləri ФК-24A markalı
qəliblərdən istifadə olunur, amma bu material zəhərləyici maddə buraxdığı üçün artıq onlar özləri bundan istifadə etmirlər. Deməli,
bizdə hələ də ekoloji təmizliyə riayət olunmayan materialdan hazırlanmış qəliblərdən istifadə olunur. Bu isə dövlətin verdiyi
sərəncamlara ziddir. Bucurqad adlanan qurğu neft və qaz quyularının qazılması üçün dünyada yeganə avadanlıq sayılır və burada
görülən işlərin mahiyyət və keyfiyyətinə görə təklif edəcəyimiz LQMT mövcud konstruksiyaların hamısından üstündür.
Açar sözlər
: Тormoz, bucurqad qurğu, bucurqad qurğu, qasnaq, lent, gərilmə.
Ekologiyanın qorunması əhalinin sağlamlığının qorunmasıdır. Ətraf mühitin çirklənməsinin qarşısının
alınmasında ekologiyanın rolu böyükdür. İstehsal olunan neft məhsulları standartların tələblərinə cavab verməlidir və
metroloji təminat yaratmalıdır. Əgər hər bir sahə üzrə bunlar əsl mütəxəssislər tərəfindən vaxtında araşdırılsa idi, o zaman
bir çox məsələlərə vaxtında aydınlıq gətirmək mümkün olardı. Odur ki, belə problemlər indi də öz aktuallığını saxlayar
və öz həllini gözləyərdi. Bununla əlaqəli bildirmək istəyirik ki, bizim tərəfdən LQMT-un yeni konstruksiyası bir neçə
müddətdir ki, hazırdır. Nəzərə alınsa ki, təklif olunan yeni konstruksiyalı LQMT öz göstəriciləri ilə bucurqadda görüləsi
işin texnologiyasına cavab verməklə davamlı, effektli və rahat təmir oluna bilən və həmçinin təzyiqin qasnaq səthinə
bərabər paylanmasını təmin edən bir konstruksiyadır, o zaman belə konstruksiya yoxlanılıb qəbul olunmalıdır. O da
məlumdur ki, bucurqad adlanan qurğu neft və qaz quyularının qazılması üçün dünyada yeganə avadanlıq sayılır və burada
görülən işlərin mahiyyət və keyfiyyətinə görə təklif edəcəyimiz LQMT mövcud konstruksiyaların hamısından üstündür.
Məlumdur ki, harada tətbiq olmasından asılı olmayaraq neft və qaz quyularının qazılması elə ilk gündən
tərkibində LQMT növlü bucurqad adlanan qurğu ilə aparılır. Odur ki, belə işləri yerinə yetirən zaman yaranan
problemlərin hamısı bu avadanlığın üzərinə düşür. Həmçinin bucurqadda ən məsuliyyətli, mürəkkəb işləri məhz LQMT
yerinə yetirir. LQMT-nin özünə məxsus göstəriciləri nəzərə alınsa məlum olur ki, bu növ tormozun gördüyü işlərin
texnologiyasına uyğun bucurqadda görüləsi işləri başqa növ tormozlarla aparmaq mümkün olmur. Çünki, balta sıradan
çıxdıqda onun dəyişilməsi üçün boruları quyuya səlis endirib, qaldırma və başqa bir sıra qazma əməliyyatının
texnologiyasına uyğun işlərin yerinə yetirilməsi məhz bu növ tormozla aparılır. Digər tərəfdən bu növ tormozun özünə
məxsus köklü çatışmayan cəhəti var ki, onları vaxtında aradan qaldırmaq tələb olunur. Bunun üçün qazma
texnologiyasına, müasir tələblərə cavab verən, qəliblərin qasnaq səthinə göstərdiyi təzyiqin bərabər paylanmasını təmin
edə bilən və həmçinin bucurqadın gördüyü işləri mükəmməl yerinə yetirən yeni LQMT növü tətbiq olunmalıdır. Qazma
avadanlığında yaranan belə çatışmazlıqları mütəxəssislər elə ilk gündən çalışıblar ki, aradan qaldırsınlar, amma bəzi
səbəblərə görə buna əməl olunmayıb. Baxmayaraq, bu məsələ indi də öz aktuallığını saxlayır, amma bir çox amillər var
ki, belə işləri yerinə yetirməyə imkan vermir.
Nəticə
Deməli, bucurqadda baltanı quyuya endirib qaldırma və qazma kimi əməliyyatları səlis və mükəmməl yerinə
yetirən məhz LQMT növüdür. Yalnız baltanı quyuya endirib qaldırma vaxtı bu tormozun işini yüngülləşdirmək məqsədi
ilə, əlavə olaraq başqa növ tormozlardan da istifadə olunur. Baxmayaraq ki, LQMT bucurqadda çox mühüm, mürəkkəb
və başqa növ tormozlarla əvəz olunmaz işləri yerinə yetirir, amma qəliblərin qasnaq səthinə etdiyi təzyiqin qeyri-bərabər
paylanması görülən o məsuliyyətli işlərə böyük xələl yetirir.
Ədəbiyyat
1.
Абдуллаев А.И., Аскеров Т.М., Аскеров Х.Т. «Поиск оптимального варианта конструкции ленточно-колодочного
тормоза» (Методическая рекомендация) Баку-2006, “Tİ-MEDİA”
2.
Александров М.П. «Теория, расчет и исследование подъемно-транспортных машин» Изд-ва МВТУ им. Н.Э.
Баумана, Москва, 1985, с.350
3.
Аскеров Т.М., Мирзаджанов Д.Б., Шахмалиев Г.М. «Ленточно-колодочный тормоз» Ав.св. № 1759000/25-27 (СССР)
заявл. 14.03.72, опубл. 05.01.74, Бюл. № 1
4.
4.« Аскеров Х. Т. «Ленточно-колодочный тормоз» Патент 1 20010019, заявл. 09.06.97, опубл. 30.03.2000,Баку, офиц.
Бюл. №1
Do'stlaringiz bilan baham: