Azərbaycan Dillər Universitetinin müəllimi
Gender araşdırmaları və onun ali təhsil
sisteminə inteqrasiyası
Müasir cəmiyyət biliklərə daha çox əsaslandığı üçün ali təhsil və elmi tədqiqatlar insanın, cəmiyyətin və millətin mədəni, sosial-iqtisadi və ekoloji inkişafının mühüm komponenti kimi təzahir edirlər.
BMT Baş Assembleyası 2002-ci ilin dekabrında «Dayanıqlı İnkişaf üçün BMT-nin Təhsil Onilliyi» adlı konvensiyasını imzamış və bu beynəlxalq cəhdi həyata keçirməyi UNESKO-ya həvalə etmişdir. Sözsüz ki, söhbət təhsildən gedirsə, o zaman ön sırada müəllimlər durmalıdır və elə bu baxımdan da keyfiyyətli müəllimlərin hazırlanması istiqamətində işlər nəzərdə tutulmalıdır. Əlbəttə, bu proyektin mühüm məqsədləri Minnilliyin İnkişaf Məqsədləri ilə üst-üstə düşdüyünə görə bu işi həyata keçirərkən birgə fəaliyət nəzərdə tutuldu. Bildiyimiz kimi Minnilliyin İnkişaf Məqsədləri proqramında hər bir fəaliyyətin hədəf nöqtəsində gender bərabərliyi önəm kəsb edirdi.
Yuxarıda deyilənlərin müasir dövrdə nə dərəcədə aktual olduğunu əldə əsas tutaraq gender-bərabərli və dayanıqlı cəmiyyətinin qurulması və inkişafında genderlə bağlı fənnlərin ali təhsil sisteminə inteqrasiyasının vacibliyini bir daha sizlərin nəzərinə çatdırmaq istəyirəm. Sözsüz ki, dayanıqlı inkişafın mərkəzində təhsil durmalıdır. «Gender-bərabərli və dayanıqlı cəmiyyət» elə bir cəmiyyət olmalıdır ki, burada insana dünyanın harasında yaşamasından asılı olmayaraq eyni cür hörmət bəsləsin, hər bir insan yoxsulluqdan azad olsun, qadın və kişi bərabər şəkildə cəmiyyətin tərəqqisi və inkişafı istiqamətində qərar qəbul etsinlər.
Azərbaycanda gender araşdırmalarının bir fənn kimi tədris olunmasına zərurət təhsil sistemində əsaslı islahatların həyata keçirilməsi haqqında dövlət səviyyəsində sərəncamların verildiyi və əsaslı işlərin görüldüyü dövrə təsadüf etdi. Əvvəllər bu fənn qadın araşdırmaları adı altında tədris edilməyə başlasa da, sonralar bu cəmiyyətin bir çox üzvləri tərəfindən separatist bir strateqiya anlamında qəbul olunduğuna görə gender araşdırmaları adı ilə əvəz olundu. Genderin bir elm kimi öyrənilməsi hansı zərurətdən doğur? Və bu sualın məntiqi davamı olaraq digər bir sual meydana gəlir: ümumiyyətlə genderi niyə öyrənirlər?
1. Cəmiyyət və mədəniyyətin əsasını təşkil edən qadın və kii (maskulunluq və femininlik) ilə bağlı mühüm məsələlərə aydınlıq gətirmək;
2. Bütün insanların maraq və arzusunu adekvat əks etdirməyə imkan verən üsullarla öyrənmək, öyrətmək və yaşamaq yollarını inkişaf etdirmək;
3. “Gender” “sinif”, “irq”, “din”, etnik mənsubiyyət, milliyət və regiondan asılı olmayaraq dünyaya bərabər gəlmə prinsipini əldə əsas tutmaq, bunun əksi olan dominatlıq prinsipini təhlil etmək;
Dar mənada qender təhsili deyərkən biz hər şeydən əvvəl sosiohumanist ixtisaslarda tələbələrə müxtəlif variantlarda tədris edilən gender proleminin maarifçilik proqramını nəzərdə tuturuq. Geniş mənada isə gender təhsili o təhsildir ki, o gender bərabərliyini formalaşdırmağa, neqativ gender stereotoplərini dəf etməyə imkan verir. Bu mənada gender təhsilinin hər hansı bir konkret təhsil proqramında ifadə olunması əsas deyildir. Əsas olan bu fənnin təhsil və tərbiyə prosesində ali təhsil ideoloqiyasının bir hissəsi kimi də həyata keçirilməsidir.
Gender kurslarını unversitetlərdə tədris etmək üçün ilk növbədə gender araşdırmaları kursunu elmin müxtəlif aspektlərindən - sosioloqiya, psixoloqiya, tarix, linqvistika və sairə - tədris edən müəllimləri əvvəlcədən hazırlamaq tələb olunur. Bu gün hüquqşünas, menecer, filoloq olmaq üçün çox sayda universitetlərdə təhsil almaq olar. Amma Gender Araşdırmaları üzrə ixtisasçı hazırlayan fakültəni Azərbaycanda heç bir universitetdə tapmaq mümkün deyildir. Bunu pərakəndə halda tədris edənlər olsa da, bu sahədə sistemli təhsil almaq hələ ki, mümkün deyil. Ona görə də universitetlərdə gender araşdırmalarının multidissiplinar bir fənn kimi tədrisi üçün məqsədyönlü kadrlar hazırlamaq zəruridir. Bu gün universitetlərin əmək bazarında belə yüksək ixtisaslı kadrlara böyük ehtiyac vardır.
«XXI əsr ali təhsil haqqında ümumdünya deklarasiyası: yanaşma və praktik ölçülər»-də qeyd olunduğu kimi ali təhsilin son məqsədi zorakılıq və istismardan azad, yeni cəmiyyətin qurulması olmalıdır. Təhsil proqramlarına gəldikdə isə kişi və qadın bərabərliyi ilə bağlı aspektlər və eyni zamanda gender aspekti bütün fənnlərə daxil edilməlidir. Bu deklarasiyada həmçinin qeyd edilmişdir ki, «gender araşdırmalarının inkişafına təkcə bir elm sahəsi kimi deyil, həmçinin ali təhsilin və cəmiyyətin yenidən qurulması istiqamətiində strateji əhəmiyyəti olan bir sahə kimi yardım olunmalıdır».
Bir çox MDB ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da bəzi universitetlərin tədqiqat mərkəzlərində gender bir elm kimi araşdırılır və hətta universitetlərdə son illər gender araşdırmaları bir fənn kimi də tədris edilir. Bu prosesin inkişafı bizi tam qane etməsə də, hər halda, bu sahədə müəyyən uğurlar var. Lakin əksər pedoqoji universitetlərdə tələbələrin əsasən qızlardan ibarət olduğunu nəzərə alsaq, Gender Araşdırmalarının bir fənn kimi bu universitetlərin tədris prosesinə daxil edilməsinin aktuallığını və əhəmiyyətini aydın dərk etmiş olarıq. Mən bu məsələyə bir daha qayıdacağam.
Gender Araşdırmalarının akademik bir proqram kimi realizəsinin həyata keçirilməsi zamanı aşağıdakı istiqamətlər nəzərdə tutulmalıdır:
Do'stlaringiz bilan baham: |