1920 -ci il. Sənaye məktəbi bazasında (1898) Moskva kimyəvi və texnoloji institutu təşkil olunur.
1920 -ci il. Moskvada “Neft və şist təsərrüfatı” adlı jurnal (məcmuə) yaradılır (1925 – ci ildən “Neft təsərrüfatı” adlanır).
1920 -ci il. Moskva Dağ-mədən Akademiyasının (MDA) neft işi kafedrasında mühəndis neftçilərin hazırlanması başlanır.
1920 -1922-ci illər. ABŞ - da və Avropanın əksər ölkələrində benzin və spirtin qarışığı olan - Koolmotor, Benzalcool, Moltaco, Lattybentyl, Natelite, Alcool, Agrol adlı yanacaqlar satılır. Fransa öz şikətlərini neft idxalının 10% həcmində spirt almağa məcbur edir. Buna səbəb çıxarıla bilən neft ehtiyatlarının yalnız 25 ilə çatacağı barədə yayılan məlumatlardan döğan qorxu idi. Spirtə benzini əvəz edə biləcək bir yanacaq kimi baxılırdı.
1921 -сi il. Azərbaycan Neft Komitəsi “Azneftkom” sentyabrın 1-də “Azərneft”-Azərbaycan Dövlət Neft Sənayesi Birliyi (“Trest”) ilə əvəz olunur və A.P.Serebrovski yenidən bu sahəyə rəhbər təyin olunur.
1922 -ci il. Apreldə keçirilən Genuya (İtaliya) konfransı İngiltərə və ABŞ arasında sovet (Qafqaz) nefti ilə əlaqədar mübarizənin gərginləşməsinin başlanğıcını qoydu və konfrans ABŞ və Fransa (Belçika ilə birgə) tərəfindən pozuldu.
1922 -ci il. İyunda keçirilən Haaqa (Hollandiya) konfransına paralel olaraq Fransa-Belçika Sindikatı (Rusiyada konsessiyası olan neft cəmiyyətlərini qorumaq üçün yaradılmışdı) və “ Royal- Dutch- Shell” müzakirələr aparırdı. ABŞ –ın işə qarışması nəticəsində tərəflər istənilən nəticəni əldə edə bilmədilər.
1922 -ci il. Parisdə “ Royal- Dutch- Shell” şirkətinin təşəbbüsü və Fransa-Belçika Sindikatı, “Standard -Oil” və rus qruplarının iştirakı ilə qafqaz nefti ilə bağlı konfrans çağrılır.
1922 -ci il. Venesuelada Los Barroso neft yatağı tapılır.
1923 -cü il. İlk dəfə Bakı maşınqayırma zavodlarında qazma baltalarının termik işlənməsi həyata keçirilir.
1923 -cü il. Bakılı mühəndis Matvey Kapelyuşnikov (1886-1959) dünyada ilk dəfə reduktor ilə bir pilləli turbobur hazırlayıb sınaqdan keçirir.
1923 -cü il. ABŞ-da da neftçilər etanoldan istifadə edirlər: amerika şirkəti “Standard Oil” ilk olaraq yanacağın oktan ədədini artırmaq və mühərrikin ışıni yaxşılaşdırmaq üçün etanolu benzinə qatmağa başladılar. Adətən bu məqsəd üçün benzinə 6-12% spirt qatılırdı.