1940 -cı il. ABŞ Yaponiyaya neft satışına məhdudiyyət qoyur.
1940-cı il. SSRİ-də Neft sənayesi Xalq Komissarlığı yaradılmışdır.
1940 -cı il. Mühəndis B.A. Raqinskinin üsulu ilə iribloklu dəniz özüllərinin tətbiqinə başlanılır.
1940 -cı il. Dünyada ilk dəfə Qala yatağında Ostrovski, Aleksandrov və b. elektrobur konstruksiyası ilə quyu qazılır.
1940 -cı il. Azərbaycan Neft Tədqiqat İnstitutu (AzNTİ) tərəfindən ağırlaşdırılmış qazıma borusunun kontruksiyası işlənilmişdir. Bu yenilik quyuların qazılma sürətini kəskin dərəcədə artırmış, qazıma işlərinin keyfiyyətini yaxşılaşdırmış və qazıma borularında baş verən qəzaların sayını heçə endirmişdir.
1941 -ci il. Yaponiya tərəfindən Hind-Çinin işğal edilməsi ABŞ, Böyük Britaniya və Hollandiya tərəfindən Yaponiyaya neft daşınmasına qadağa (embarqo) qoyulmsı ilə nəticələnir. Yaponiya neftin 88%-ni Kanada, Hollandiya (o vaxtlar müasir İndoneziya ərazisinə nəzarət etdiyi üçün) və Amerika şirkətlərindən alırdı. Yaponiyanın ABŞ-a hücum çəkməsinin səbəblərindən biri də o idi ki, bir müddət bundan əvvəl ABŞ Yaponiyaya neft daşınmasına qadağa (embarqo) qoymuşdu. Bu qadağanı Hollandiyanın mühacirətdə olan hökuməti və Böyük Britaniya dəstəkləmişdi. Yaponiya hesab edirdi ki , onun neft ehtiyatları 2-3 il bəs edəcəkdir. Yaponiya neft yataqlarına çıxış əldə etmək üçün Hollandiyanın müstəmləkəsi olan İndoneziyanı işğal etdi.
1941 -ci il. Almaniya Sovet İttifaqina təcavüz edir. Yaponiya ABŞ-ın Sakit okeanda yerləşən Perl-Xarbor hərbi-dənia bazasına hücum edir.
1941 -ci il. Dünyada ilk dəfə Bayılda qazma ustası Ağa-Neymətullanın briqadası tərəfindən turbin üsulu ilə 2000 metr dərinliyində maili quyu qazılır.
1941 -ci il. Hövsan yatağında SSRİ-nin ən dərin quyusunun (3200-3400 metr) qazılmasına başlanılmışdır.
1941 -ci il. Azərbaycanda neft hasilat ən yüksək həddə çatır - 23.5 milyon ton. Bu SSSR-in neft hasilatının 71.4%-ni təşkil edir.
1942 -ci il. Neft kimyaçısı-alim Yusif Məmmədəliyevin rəhbərliyi ilə xlordantörəmə metan və etanın sintezinin üsulları işlənilmişdir; neft qazları əsasında aviyasiya benzinləri üçün dəyərli yüksək oktanlı komponentlərin alınması üsulu işlənilmişdir; partlayıcı maddələrin əldə edilməsi üçün toluolun yeni sənaye üsulu işlənmiş və sənayeyə tətbiq edilmişdir (Bu 1941-1945-ci illər müharibə dövrü SSRİ-nin müdafiə sənayesinə edilmiş böyük töhvə idi).