1936 -cı il. Dünyada ilk dəfə olaraq sovet mühəndisləri qrupu (Pyotr Şumilov, Əyyub Tağıyev və b.) tərəfindən çoxpilləli reduktorsuz turbobur yaradılır.
1936 -cı il. “Halliburton Elektrik Vayеlayn Servis” şirkəti quyuların karotajı və perforasiyası üzrə bütün xidmət növlərini təklif edən birinci beynəxalq şirkətə çevrildi.
1936-cı il.Dünya geoloji təcrübəsində ilk dəfə olaraq dəniz neft yataqlarının işlənməsi üçün mühəndis A.M.Pobedin tərəfindən dənizdə xəritələnmış qazmanı həyata keçirmək üçün Mərdəkan qəsəbəsi və Abşeron boğazında Xəzər dənizinin dibinin quruluş (struktur) xəritəsi hazırlandı.
1936-cı il. Sürtgü yağları üzrə 1-ci Ümumittifaq konfransı keçirilir.
1936 -cı il. Dünyada ilk dəfə olaraq bakılı neft kimyaçısı D.Dalin və b. texnologiyası əsasında hazırlanmış neft qazlarından etil spirti istehsalı üzrə sənaye qurğusu Bakıda istismara buraxılmışdır.
1936 –cı il. Adolf Hitler Reyn vilayətini yenidən hərbiləşdirir və Almaniya müharibəyə hazırlaşmağa başlayır. Bura sintetik yanacaq alınması üzrə geniş miqyaslı proqram hazırlanması da daxil idi.
1937 -ci il. Konsistent sürtgüləri üzrə 1-ci Ümumittifaq konfransı keçirilr.
1937 -ci il. 17-ci Beynəlxalq Geoloji Konqres keçirilir.
1937 -ci il. ABŞ-da benzinin qiymətinin spirt üzərində son və geridönməz qələbəsi. Burada bir litr benzin 5 sentə, bir litr etanol isə 8 sentə satılır.
1937 -ci il. SSRİ-də ilk dəfə Artyom (Pirallahı) adasında bir özüldən üç quyunun (bir quyu şaqulidir) “kol üsulu” ilə qazılması tətbiq olunur.
1938 -ci il. Küveyt və Səudi Ərəbistanda neft yataqları tapılır.
1938 -cı il. Dəyişən cərəyanla işləyən ilk turbobur yaradılmışdır.
1938 -ci il. Meksikada neft sənayesinin milliləşdirilməsi.
1938 -ci il. Bakıda ilk dəfə olaraq ( İzzət Qrucova, Dora Qoldberq və b. tərəfindən Bakı neftlərinin yağlı fraksiyalarının selektiv təmizlənməsindən və parafinsizləşdirilməsindən alınan məlumatlara əsasən), fulfulorun həlledici kimi tətbiqi ilə yağ destilyatlarının təmizlənməsi üzrə zavod tikilir.
1938 -ci il. Sovet geoloqları İ.M.Qubkin başda olmaqla Volqa və Ural ərazisi arasında mühüm neft ehtiyatlarının olmasını sübuta yetirdilər. Sonradan bu neft rayonunu “İkinci Bakı” adlandırdılar.
1938 -ci il. İraq Neft Şirkəti Qətərdə iri “Burhan” neft yatağını kəşf etmişdir. Lakin ikinci dünya müharibəsinin başlanması ilə əlaqədar onun istismarına 1946-cı ildən başlanmışdır.