Neftin və qazın kosmik fəzada (kainatda) yaranması nəzəriyyəsi
Neftin kainatda qeyri-üzvi yaranması V.D.Sokolovun (1892-ci il) elmi işlərində açıqlanır. O, hesab edir ki, neftin karbohidrogenləri kainatda səpələnmış qeyri-üzvi komponentlərdən yaranmışdır və yer cisimlərinin tərkibinə bizim planetin formalaşması zamanı daxil olmuşdur. Bu nöqteyi-nəzər Yer kürəsinin “soyuq” başlanğıc vəziyyətinə cavab verir. Neftin fəza mənşəli olmağına əsas dəlillər astrofiziklərin ulduzlarda karbohidrogen tərkibli radikalların (kimyəvi dəyişmədən bir kimyəvi birləşmədən başqasına keçən atomlar qrupu) olması barədə və meteoritlərdə üzvi birləşmələrin geokimyəvi tədqiqatları barədə məlumatları ola bilər.
Karbohidrogen tərkibli maddələrin fəzada olması spektroskopik müşahidələrlə müəyyənləşdirilmişdir. Udma zolaqlarinin intensivliyi ilə nəinki keyfiyyətcə, həmçinin kəmiyyətcə Yerətrafı fəzada və hətta Günəş sisteminin hüdudlarından kənarda belə bu və ya digər maddələrin olmasnı qiymətləndirmək mümkün olmuşdur.
Ulduzlar arası fəza boşluğunda hərarət 10000°C çatır. Bu şəraitdə molekulların deyil, yalnız CH, CN, OH, NH kimi radikalların (kimyəvi birləşmələrin) olması mümkündür ki, bunlar da cıhazlarla qeyd edilib. Qaz dumanlıqlarında temperatur demək olarki yerdəkinə yaxındır - 1000°-dən aşağıdır və orada karbohidrogenlərin olması mümkündür, hərçəndi bunun faktiki təsdiqi hələlik yoxdur. Spektroskopik müşahidələr göstərdi ki, Yupiterin, Saturnun, Uranın, Neptunun atmosferində metan və ammiak vardır. Dolayısı ilə əldə olunmuş məlumatlar göstərir ki, Uran və Neptun planetləri tamamilə metandan, ammiakdan və karbonat qazından ibarətdirlər. Tərkibində karbon, hıdrogen, azot və oksigen olan daha mürəkkəb molekulların olmasıda istisna edilmir. Kometlərin başında və quyruğunda bu elementlərin daxil olduğu radikallar tapılmışdır. Kainatda bu elementlər çox miqdardadır və onlar ya yüksək hərarət, ya da radioaktiv şüalanmanın təsiri altında radikallar əmələ gətirirlər. Temperatur aşağı düşərkən radikallar molekul halında birləşirlər ki, yəqin, kosmosda da bu baş verir.
Astrofiziki müşahidələr və birbaşa kosmik tədqiqatlar göstərdi ki, Yer qrupuna daxil olan səyyarələrdə-planetlərdə (Dan Ulduzu, Mars, Ay) karbohidrogen tərkibli birləşmələr yoxdur. Əgər səyyarənin səthində və ya atmosferində karbohıdrogenlər aşkar edilsəydi, onda neftin qeyri-üzvi yolla yaranmasının tərəfdarlarının dəlilləri təkzibedilməz olardı.
Meteoritlərin, yəni Yer qrupu səyyarələri ilə nəhəng-səyyarələrin sərhəddində yerləşən cisimlərin qalıqlarının tədqiqatları, onların tərkibində üzvi birləşmələrin: karbohıdrogenlərin, amin turşularının, heterosilsilə birləşmələrin olduğunu göstərdi. Meteorit cismindən götürülmüş parafin karbohidrogenlərinin bir xüsusiyyətini qeyd etmək lazımdır: onlar əsasən normal karbohidrogenlərdən ibarətdirlər. Meteorit mənşəli karbohidrogenlərin optik fəallığının kəşfi bir növ sensasiyaya çevrildi. Göstərilən məlumatlar, belə görünür ki, Yerdəki karbohidrogenlərin kosmosdakı ana cisimlərin qalıqlarından yaranması imkanlarının lehinə idi. Bu üzvi maddələr Yerin təkində dəyişikliklərə məruz qalaraq neftə çevrilə bilərdilər.
Biz yalnız neftin qədimdə qeyri-üzvi maddələrdən yaranmasına səbəb olan əsas nəzər nöqtələrinə baxış keçirdik. Elmi ədəbiyyatda bu nəzəriyyəyə fərdi dəyişikliklər verilsədə, lakin nəzəriyyənin əsasları eynidir. 1936-cı ildə N.D.Zelinski qeyd edirdi ki, kimyaçıya neftin qeyri-üzvi maddədən yaranmasını izah etmək daha asandır. Bu doğrudan da belədir. Ancaq nəzərə almaq lazımdır ki, neftin yaranma prosesi, dıgər qlobal proseslər kimi təbiət hadisələri ilə bağlıdır və onu birmənalı qiymətləndirmək olmaz.
Neftin və qazın yaranma məsələsi – bu mücərrəd elmi problem deyildir. O bizim hamımız üçün vacibdir. Əgər Yerin təkində indiyədək üzvi sintez baş veriesə, demək yeni-yeni neft yataqlarının açılmasına hələ ümid var. Yox, əgər o sırf üzvi mənşəlidirsə, demək gələcəyi ümidsizdir. Hesab edilir ki, yüngül əldə olunan mənbələrdən alinan neftin istehlakı bu səviyyədə saxlanılarsa, artiq bizim əsrin ikinci yarısında onun tükənmək ehtimalı vardır. Lakin, texnologiyalar inkişaf etdikcə, nefti əvvəllər çıxarmaq mümkün olmayan yerlərdən, məsələn təbii bitumlardan –onun ehtiyatları 600 mlrd. ton dəyərləndirilirki, buda indiki sübut olunmuş çıxarıla bilən neft ehtiyatlarından 4 dəfə çoxdur - əldə etmək imkanı yaranacaqdır.
P.s. Rusiya, ABŞ və İsveçdən olan bir dəstə geoloqlar neftin bioloji maddə olmadan sintez olunmasınin mümkünlüyü barədə təcrübə aparmışlar. Alimlər göstərmişlər ki, neft bizim səyyarənin (planetin) mantiyasının yuxarı qatlarında sintez oluna bilər.
Do'stlaringiz bilan baham: |