Азярбайъан республикасынын тящсил назирлийи


Sex-selective abortions are discriminatory and should be banned// http://humanrightscomment.org



Download 1,05 Mb.
bet8/39
Sana21.02.2022
Hajmi1,05 Mb.
#2233
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

2. Sex-selective abortions are discriminatory and should be banned// http://humanrightscomment.org

XÜLASƏ

Məqalədə müasir azərbaycan cəmiyyətində selektiv abortlar problemi təhlil olunur. Müəllif selectiv abortların cəmiyyətdə yayıılma səviyyəsini, bu fenomenin əsasında duran, onun inkişafını müəyyənləşdirən amilləri və bu problemin aradan qaldırılması yollarını araşdırır.


SUMMARY
The problem of sex-selective abortion in modern Azerbaijan society is analyzed in the article. The prevalence of sex-selective abortions, the reasons and factors determining this phenomenon and the ways of solving this problem are considered by author in this analysis.
CƏMİYYƏTDƏ ŞƏXSİYYƏTİN YADLAŞMA PROBLEMİ
dos. Şəfiyev Üzəyir Atamalı oğlu, Sosiologiya
kafedrası, Bakı Döblət Universiteti
Açar sözlər: yadlaşma, cəmiyyət, postmodern, kütlə, şəxsiyyət.
Ключевые слова: отчуждение, общество, постмодерн, толпа, личность.
Keywords: alienation, society, postmodern, the crowd, the person.
Fenomenin təbiəti haqqında mübahisələr L.Feyerbaxın, Q.Hegelin, K.Marksın fəlsəfi-iqtisadi, siyasi-iqtisadi nəzəriyyələri əsasında aparılır1 [1; s.3] XIX, XX əsrin qovuşuğunda yadlaşmanın problematikasını ekzistensializmin (M.Haydegger,A. Kamyu, J.Sartr,K. Yaspers) təmsilçiləri, əcnəbi sosioloqlar (M.Veber, E.Dürkheym, R.Merton), sosial psixoloqlar (E.Fromm) politoloqlar, filosoflar və
Başqa ictimai elmlərin təmsilçiləri araşdırmışlar. Bu sahədə E.V.İlyenovun, S.M.Kovalyovun, M.K.Mamardaşvilinin, İ.S.Narskinin, T.İ.Oyzermanın və başqalarının işləri xüsusilə diqqətçəkəndir. Müəlliflər bu anlayışı «yadlaşma» adı altında analiz edirlər. Göstərilən problematikanın mənası bu fenomenin yeni sərhədlərini açır və sosial-kommunikativ fəaliyyətin yadlaşma sahəsində minimallaşma və optimallaşmasını aktuallaşdırır.
Q.Hegel yadlaşmanı olduqca geniş şərh etmişdir: «… insanın həyat fəaliyyəti prosesində təbiətini də nəzərə alaraq, ətraf aləm ona yad olur, oxunmuş kitab kimi görünür1. [1, s.120] İnsanların həyat fəaliyyəti nəticəsində yaradıcı qüvvələrdən başqa mövcudluq formasına keçid icra olunur, məhz varlığın formasına keçid icra olunur. Bu keçidi filosof yadlaşma hesab edir. Bütün obyektiv dünya yadlaşmış bir ruh kimi özünü təqdim edir. Əksinə icra olunan proses Hegel tərəfindən «varlıqdan uzaqlaşma» kimi müəyyən olunur.
Filosofun rəyinə görə şəxsiyyətin yadlaşması belə bir ziddiyyətli vəziyyətdədir: «insan yalnız özündədir, eyni zamanda insan özü üçündür, ancaq özündə deyil»1 [3, s.122], Hegel yadlaşmanı insanın ağlı ilə izah edir, mənəviyyatı, daxili aləmi ilə izah edir, bir halda ki, mənəvi qabliyyətlər, elm, incəsənət insan fəaliyyətinin predmeti ola bilir.
İnsanın həyat fəaliyyətini şüurlu hesab edərək, K.Marks yadlaşmanı insan mövcudluğunun dəstəkləmə vasitəsi kimi qəbul edir. Belə bir vəziyyətdə yadlaşma insanın insana yadlaşması ilə həyata keçir. «İnsan öz-özünə zidd deyəndə, ona başqa bir insan əks mövqedə durur» 1 [1, s.560]. Bu problem şəxsiyyətlərarası ünsiyyətin müasir problemlərindən biridir.
Yadlaşmanın mənəvi forması və ya ruhi məzmununu yadlaşması problemin ekzistensial-şəxsiyyət tərəfidir və «insan şüurunun antoloji şikəstliyi» ilə əlaqədardır1[1, s.28]. Bu problem daha ətraflı XX yüzilliyin əcnəbi fəlsəfi fikirlərində araşdırılır.
E.Fromm qeyd edir ki, insanın yadlaşması o deməkdir ki, «fərd özünü öz aləminin mərkəzi hesab etmir, öz hərəkətlərinin əsl yaradıcısı hesab etmir , insan onlara tabedir və hətta onlara yalvarmağa belə hazırdır. Yadlaşmış insan özü ilə əlaqəni və başqa insanlarla əlaqəni itirir» 1 [4, s.130] .Sosial-ünsiyyət fenomenində araşdırılma zamanı mütəfəkkir bunları qeyd edir: «Rəmzlər tərəfindən manipulyasiya olunmuş insanları yalnız ona görə işə götürürlər ki, onlar «zahirən cəlbedicidirlər», ünsiyyətcildirlər və manipulyasiya üçün sərfəlidirlər. Onlar sözün birbaşa mənasında belə adlana bilərlər: «insan sistem, təşkilolunmuş, mütəşəkkil insan», onların idealı müəssisələrdir. Onlar dünya ilə yaradıcı münasibətdə deyillər, onlar əşyalara və dəzgahlara səcdə edirlər və bu yadlaşmış aləmdə onlar özlərini atılmış və yad hiss edirlər» 6 [2, s.402] .
İctimai əməyin kortəbii paylanması şəraitində, E.V.İlyenkovun rəyinə görə, insanlarla onların fəaliyyət üsulları arasında real münasibətlərin dəyişməsi baş verir, hansı ki, bu özünü yadlaşma kimi göstərir. «Burada, sosial gerçəklikdə fəaliyyət üsulları xüsusi sosial institutlar şəklində təşkil olunur, öz növbəsində başqa rituallarla, dillə, ənənələrlə və başqa «immanent» (xas olan, özünəməxsus) strukturlarla təşkil olunur,bunlar da şəxssiz bir xarakter daşıyır1[2, s.167]. Nəticə odur ki, ümumi fəaliyyət daşıyıcısı subyekt deyil, bu daha çox yadlaşmaya səbəb olan bir qüvvədir», hansı ki, hər subyektə üsul və fəaliyyəti zorla qəbul etdirir. Burada subyektin sosial-kommunikativ fəaliyyətə çevrilməsi baş verir ki, bu da yadlaşmış ümumbəşəri güclərin, qabiliyyətlərin, maddiyyat şəklində personalların, maddi dəyərlərin «daşınan vasitəsinə» çevrilir1[2, s.167].
Lakin yadlaşma fenomeni Hegelin və Marksın dövrü ilə müqayisədə müasir cəmiyyətə heç də az xas deyil. Yadlaşma bizim həyatımızda təkcə «qadınlarda, sənaye işçilərində, məmurlarda, muzdlu fəhlələrdə, rəssamlarda, cinayətkarlarda, əqli az inkişaf etmiş insanlarda, narkomanlarda, yaşlılarda, gənc nəsildə bütövlükdə, mühacirlərdə, qaçqınlarda, tüfeylilərdə rastlanmır, həm də uğur qazanmış, təhsilli və tərbiyəli, həddən artıq məşğul insanlarda baş verir ki, o,yaşaya bilsin1 [2, s.120] . «Bu prosesi daha şəffaf və ağıllı etmək, yalançı dəyərlərdən və təsəvvürlərdən uzaq tutmaq, məqsədyönlü şəkildə öyrənmək və praqmatik universallar qəbul etmək lazımdar» daha məqsədəuyğun sayır1 [2, s.130]. Əsas məsələ yadlaşmanın üstələnməsidir, ona görə ki, yadlaşma işgüzar münasibətlərdə qarşılıqlı başa düşülməni yoxa çıxarır.
Sosial-kommunikativ fəaliyyətin subyektləri pul-əmtəə münasibətləri çərçivəsində sərbəst şəxsiyyət, fərdi cəhətlərin daşıyıcısı, intellekt, iradə, temperament, bu və ya digər əmtəənin «yarısı» kimi çıxış edə bilmir. Postmodern cəmiyyətində təkcə qarışma baş vermir, eyni zamanda subyektiv – obyektiv münasibətlərin yerdəyişməsi də baş verir. Sosial-kommunikativ fəaliyyət təcrübəsində bu «canlı ünsiyyətin» «canlı olmayan» informasiya daşıyıcısının qarışmasında özünü göstərir: mətn, dəzgah, xəbərin texniki kanalları ilə.
Postmodern cəmiyyətinin tarixi inkişafı göstərir ki, ictimai şüurun mənəvi prioritetlərin azalmasına yönəlməsi maddi-təcrübi dəyərlərin çoxalması və üstələməsi ilə əvəz olunur. E.Fromm qeyd edir ki, yadlaşma sənaye cəhətdən inkişaf etmiş cəmiyyətdə elə bir həddə gəlib çatmışdır ki, o, ağılsızlıqla məhdudlaşır, bir halda ki, dini , mənəvi və siyasi ənənələr dağılır və məhv olur» 1 [4, c.321]. Bu fenomen müasir ekzistensial-şəxsiyyət böhranının mahiyyətini müəyyən edir, işgüzar münasibətlərə girərək subyekt özünə qarşı yadlaşma ilə toqquşur, bu da subyektə ünsiyyətə girməyə mane olur. Bunun ardınca da o başqalarına qarşı münasibətdə yadlaşmanı hiss edir. Müasir sosial-kommunikativ fəaliyyətin xüsusiyyəti ondadır ki, mənəvi əsaslar minimum dərəcəyə düşür.
«Gerçək» və «dərin» münasibət təkcə alqışlanmaqla kifayətlənmir, eyni zamanda bu işgüzar münasibətlərdə səhv buraxma hesab olunur.Müasir sosial-kommunikativ fəaliyyətdə öz qiymətli fikirlərini açıq demək, intim-şəxsi məsələlərdə bölüşmək, mərhəmət hissini göstərmək və ifadə etmək qəbul olunmamışdır.
E.Melibrud sevgi və dostluğu zəncirvari məqamlara aid edir və hesab edir ki, qeyri-məmnunluq hissi iki intensiv fenomenin əmələ gəlməsinə şərait yaradır: toqquşma və yadlaşma1 [3.s.254]. Sosioloqlar və psixoloqlar qeyd edirlər ki, çox insanların məşğulluğuna baxmayaraq, işgüzar insanlar qəribə bir tənhalıq hiss edirlər, «kütlə içərisində tənhalıq». Göstərilmiş fenomen D.Rismenin «Tənha kütlə» kitabında təsvir olunmuşdur. B.Miyuskoviç isə «tənhalıq modeli» yadlaşmasının Hegel anlayışını müəyyən edir. Optimallaşmanın imkanlarına baxmayaraq onlara üstün gəlmək mümkün olmur, bir halda ki, onlar daxilən insan xasdır. Sosial-kommunikativ fəaliyyət təcrübəsi hesab edir ki, xasiyyətin bütün fərdi xüsusiyyətləri özünü işgüzar qarşılıqlı əlaqələr sahəsində göstərməməlidir, lakin reallıqda bundan qaçmaq mümkün deyil. Bu ziddiyyət işgüzar münasibətlər üçün çox səciyyəvidir, eyni zamanda işgüzar mühitdə yadlaşmanın yaranmasına səbəb olur. İşgüzar insan mütləq öz təbiəti ilə mübarizə aparmalıdır ki, peşəkar görünsün. İşgüzar fəallıq effektivliyinin səviyyəsinin artırılma faktına baxmayaraq, şəxsi emosiyaların saxlanması mənəvi özünəyadlaşmaya gətirib çıxarır.
Postmodern cəmiyyətində emansipasiya qanunauyğunluğu müşahidə olunur xüsusilə bu o zaman baş verir ki. vasitə inkişafın məqsədinə çevrilir, məqsədlər isə sadə vasitələrin funksiya və rollarına gətirib çıxarır. Sosial-kommunikativ fəaliyyətin subyekti kapitalın vasitəsinə çevrilir. Bütün dünyada fəaliyyət göstərən iri korporasiyalar çoxlu miqdarda personalı ilə fərqlənir , orada ayrıca qəbul edilmiş şəxsiyyət özünü böyük insanlar dünyasına «qum dənəciyi» hesab edir. Yadlaşma prosesi o zaman baş verir ki, insan özü olmadan da hər şeyin axarı ilə gedəcəyini anlayır.
«İdarəedənlər - idarəolunanlar» dixotomiyasında (ikiyə bölünmə) yadlaşma problemi yaradıcı potensialın defisitliyinə gətirib çıxarır. Korporasiyanın dəyər ölçüləri ilə personalın üst-üstə düşməməsi fəaliyyətin məhsuldarlığını modifikasiya edir, həmçinin bu bütövlükdə fəaliyyətin keyfiyyətini minimuma salır.
İnsan intellektinin gücü yeni texnika və texnologiyada, insanı texniki mühitin girovuna və quluna çevirmiş çevirmişdir. Kompüter və qlobal şəbəkə özünəməxsus həmsöhbətə çevrilmişlər, virtual ünsiyyət tamamilə vərdiş halına düşmüşdür. Kompüterin özünəməxsusluğu işgüzar nitq söyləyir, işgüzar məktub yazır və s. Ünsiyyətin bu aspekti bizim ölkəmiz üçün yenidir və yalnız iri şəhərlərdə vardır. Lakin internetdə ünsiyyətin intensivləşməsi təkcə pedaqoq və tərbiyəçiləri düşünməyə məcbur etmir. Bir neçə ildən sonra belə ünsiyyətə öyrəşmiş nəsillər bu sahədə öz təcrübəsini sosial-kommunikativ fəaliyyətlə təbliğ etməyə başlayacaqlar. Yeni yadlaşma formaları yeni ünsiyyət formalarına məxsus olacaq, insanların inkişafı yadlaşmanın bir növündən digərinə keçməsi deməkdir, elmin təsdiq etdiyi kimi daha çox dağıdıcı olmaqla.
Ədəbiyyat
1.Гегель Г. Философия права. М.: Мысль, 1990, с.284
2.Ильенков Г.В. Диалектическая логика. Очерки истории и теории. М.: Политиздат, 1974, 271 с.
3.Плахотный А.Ф. Свобода и ответственность (социологический аспект проблемы). Харьков: 1972
4.Фромм Э. Душа человека. М.: 1992
Xülasə
Məqalədə insan-cəmiyyət münasibətləri araşdırılır.Yadlaşmanın sosietal səbəblərinə işıq salınır.Ayrı-ayrı fikir adamlarının özgələşmə problemi ilə bağlı baxış bucaqları müqayisəlitəhlil edilir.Burada, eyni zamanda, müxtəlif zaman kəsiyində ,o cümlədən postmodern cəmiyyətdə yadlaşma problemi geniş təhlil olunur.
Yadlaşma problemi bazar iqtisadiyyatı şəraitində sənaye cəmiyyətinin inkişafı dövründə geniş araşdırılmışdır. Bu fenomen tam surətdə müasir cəmiyyətə məxsusdur, yadlaşma, eyni zamanda subyektin mənəvi təcrübi həyatının xarakterik xüsusiyyətinə çevrilir.
Xülasə
Məqalədə insan-cəmiyyət münasibətləri araşdırılır.Yadlaşmanın sosietal səbəblərinə işıq salınır.Ayrı-ayrı fikir adamlarının özgələşmə problemi ilə bağlı baxış bucaqları müqayisəlitəhlil edilir.Burada, eyni zamanda, müxtəlif zaman kəsiyində, o cümlədən postmodern cəmiyyətdə yadlaşma problemi geniş təhlil olunur.
Yadlaşma problemi bazar iqtisadiyyatı şəraitində sənaye cəmiyyətinin inkişafı dövründə geniş araşdırılmışdır. Bu fenomen tam surətdə müasir cəmiyyətə məxsusdur, yadlaşma, eyni zamanda subyektin mənəvi təcrübi həyatının xarakterik xüsusiyyətinə çevrilir.
ПРОБЛЕМА ОТЧУЖДЕНИЯ ЛИЧНОСТИ В ОБЩЕСТВЕ
Доц. У.А.Шафиев, кафедра социологии БГУ
Резюме. В статье рассматривается проблема «человек-общество». Среди исследуемых проблем особое внимание уделяется процессу отчуждения отдельной личности. В условиях постмодерна данный процесс получает новое выражение и формы. На процесс отчуждения влияют современные глобализационные явления, в том числе в сфере экономики.
ALIENATION THE INDIVIDUAL IN SOCIETY
Assoc. U.A.Shafiev, Department of Sociology, BSU
Summary. The article deals with the problem of "man-society." Among the issues under investigation, special attention is paid to the alienation of the individual. In the context of postmodernism, this process gets a new expression and form. The process of alienation affect modern globalization phenomenon, including in the economic sphere.

Download 1,05 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish