Qısqanclıq - həyəcan, qəzəb nəticəsində formalaşan, insanlar yönəlik bir bilinən vəziyyət olaraq dəyərləndirilə bilər.
Qısqanclığın səbəbi və ifadə forması böyük ölçüdə psixo-sosial təsir forması ilə uşağa yönəldilən xəbərdarlıqlarla bağlıdır.
Qısqanclığı formalaşdıran mühit bir çox hallarda ictimai xarakterli olub, xüsusilə uşağın sevdiyi insanları nəzərdə tutur.
Qısqanclığda bir sıra qarışıq duyğu və implus rol oynayır.
Qısqanclıq gözlənilən qayğı, diqqət, sevgi və şəfqət əksikliyinə qarşı verilən təbii bir cavabdır. Fərdin gizlətdiyi qəzəb hissi, incimə olaraq da adlandırıla bilər.
Qısqanclıq vəziyyətində bəzi qorxular tez-tez hiddətlə birləşir. Qısqanc insan sevilən biri ilə münasibətlərində özünü tədirgin hiss edər və bu insanın sevgisi qarşısında öz statusunu itirəcəyində qorxar.
Xaricə yönəlik qısqanclıq hər zaman insanları, xüsusilə uşağın sevgi bəslədiyi insanlarla əlaqədar sosial bir hadisədir. İlk uşaqlıqda qısqanclıq ana atani ya da ona baxan şəxslərlə əlaqədar olur, çünki uşaq diqqət və qayğını şiddətlə arzular, tez-tez özünü digər bir uşaqla müqayisə edərək görər. 2-5 yaşında olan uşaqlarda qısqanclıq evə yeni gələcək olan bacı və ya qardaşın stressini yaşamaqdırsa, kiçik məktəblilərdə qısqanclıq sinif yoldaşlarının bir qisminə, parta yoldaşına və ən sevdiyi müəlliminə qarşı çevrilmiş olur. Müəlliminin, parta yoldaşının diqqətini digər yoldaşları ilə bölüşmək istəməyən kiçik məktəbli bu haldan məmnun olmadığını göstərməkdən heç də çəkinmir və lazım gələrsə öz etirazını aqressiv davranış nümunəsi nümayiş etdirməklə, inciməklə, küsməklə biruzə verir.
Aqressiya - mane yaradacaq əşya və vəziyyətlər fərddə qəzəb yaradır. Aqressiv reaksiyalar kiçik məktəbli dövründə qısamüddətli olur. Aparılan tədqiqatlara görə ilk səkkiz il içində bu reaksiyaların müddəti 5 dəqiqədən çox çəkməz. Aqressiv davranış göstərən uşaqlar ardınca şən əhval-ruhiyyəyə malik ourlar. Kiçik məktəblinin aqressiv davranışı valideynlərinin qadağalarına, onlara reaksiyalarını göstərmək üçün istifadə edirlər. Evdə oyun oynamaq istədiyi halda ev tapşırıqlarını etmək məcburiyyətində olmaları, sinifdə yeni mühitə adaptasiya olunmaları, sinif yoldaşları və ya digər sinifin uşaqları ilə qarşılıqlı münasibətli zamanı yaranan maneələrdə öz aqressiv davranışlarını nümayiş etdirirlər.
Anksiyete (narahatlıq) - problemin nə olduğunu bilməməkdən qaynaqlanan bir qorxu olaraq tanımlana bilən anksiyete, yetkin və uşaqlarda müxtəlif formalarda görülən gərginlik, əsəbilik, qısaca, boş olmayan bir emosional vəziyyətdir. Xüsusilə məktəbəqədər dövrdə anksiyeteye səbəb olan hadisələrə tez-tez rast gəlinir. Uşaqda aqressivlik, cinsi ya da müstəqillik arzularını kifayət qədər ifadə edə bilməmənin çətinliyi anksiyete görülə bilir. Yeni dünyaya gələn qardaş və ya bacı da narahatçılığa səbəb ola bilər.
Daha çox anksiyete bəzi mənfi vəziyyət və gözləntilər nəticəsində meydana çıxır. Misal üçün, kifayət qədər ana-ata sevgisi olmadığını ya da yanlış bir hərəkət nəticəsində cəzalandırılacağını və ya tərk edilərək tənha buraxılacağını düşünmək kimi.
Məktəb fobiyası - qüvvətli bir narahatlıq səbəbi ilə uşağın məktəbə getməyi rədd etmək və ya getmək istəməməsidir. Məktəb fobiyası olan uşaqlar, məktəbə olan istəksizliklərini tipik bir formada bədənsəl şikayətlənmələri ilə dilə gətirən, beləliklə evdə qala bilmələri üçün ana-atalarını razı salmağa çalışan uşaqlardır.
Məktəb fobiyası olan uşaqların mədə bulanması, qarın və ya baş ağrısı şəklindəki bədənsəl şikayətləri daha çox sabahları oyanar-oyanmaz görülməkdə və məktəbə getməmələrinə qərar verilib-verilməz də öz-özlüyündən sona çatmasıdır. Əgər uşaqlara məktəbə getmələri məsləhət görülərsə eyni şikayətlərin bir saat içində yeniləndiyi müəyyən olunur.
Psixo-somatik mənşəli şikayətləri ortadan qaldırmaq üzrə müəllimi dəyişdirmək, şagirdi daha az uğurlu sinfə keçirmək və ya başqa məktəbə göndərmək kimi alına biləcək tədbirlər sadəcə qısa müddətli zaman üçün nəticə verir. Bukimi vəziyyətlərdə şagirdlər başlanğıcda xoşbəxt və yeni məktəb içində coşğu içində görünürlər, lakin bir neçə gün və ya bir həftə sonra yenidən evdə qalmaq üçün yeni mühit ilə əlaqəli bəzi şikayətləri dilə gətirirlər.
Məktəb fobiyası ilə məktəbdən qaçmaq anlayışlarını bir-birinə qarışdırmaq olmaz. Məktəb fobiyası olan uşaq fərqli vaxtlarda məktəbə ana və atasının xəbərdar olması ilə getməz və evdə qalar. Şagirdin məktəbə getməməsinin təməlində uğursuzluq qorxusu və sinif içində aktiv olmama narahatçılığı müəyyən olunur. Məktəbdən qaçan uşaqlar isə məktəbi sevməz, eyni zamanda tənbəldirlər və akademik bir məqsədləri yoxdur. Bu şagirdlər məktəbdən qaçdıqları zaman ana və atalarının xəbərləri olmadan, vaxtlarını evdən kənarda arzuladıqları kimi keçirdirlər. Bunun əksinə məktəb fobiyası olan uşaqlar evdən uzaqlaşmaz, evdə xoşbəxt və sevinclidirlər. Bu tip şagirdlərin məktəb müvəfəqiyyətləri orta səviyyədədir. Ev tapşırıqları ilə yaxından maraqlanırlar.
Digər fobiyalarda olduğu kimi, məktəbə girdikdən sonra yaranan qorxularda da struktur təsirlərdən çox, psixoloji faktorların daha çox yer tutduğu görünür. Bu qorxunu yaradan səbəblərin bəziləri ailədən gəlir. Məktəb fobiyası olan uşaqların, yaşamlarının daha əvvəlki illərində anaları tərəfindən ərköyün böyüdülməsidir. Bu tip anaların daim olaraq uşaqlarını razı salaraq onların sevgilərini qazanmaları cəhdi içində olduqları, bütün vacibiyyətlərini qarşıladıqları və onları daima qoruduqları diqqəti çəkir. Bu tip analar xüsusilə uşaqların fiziksəl problemləri ilə yaxından maraqlanır. Eyni zamanda bu analar uşaqlarını qorumağa ciddi həssaslıq göstərməklə yanaşı hətta uşaqlarını dostlarının evinə oyun oynamağa belə göndərməkdən çəkinirlər.
Hiperaktivlik - Həddindən artıq aktivlik, gərginlik hissi, bir işdə diqqəti konsentrasiya (mərkəzləşdirmə) edə bilməmək; diqqət əksikliyi daha dəqiq desək yəni, hiperaktivlik belə uşaqların əsas göstəricisidir. Bu hallara oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir.
Balaca uşaqlar üçün hiperaktiv görünmək normaldır. Təxminən 3 yaşınadək olan bütün uşaqlarda hərəkət dərəcələri artır. Bu yaşdan sonra get-gedə azalır.
ADHD (Attention Defict Hyperactivity Disorder) olan uşaqlar məktəbdə tez-tez öz yerlərində oturmayan və ya otursa belə uzun müddət orda qalmayan uşaqlardır. Hər zaman danışan, qışqıran, başqalarını narahat edən, hərkəsi etmiş olduğu işdən yarı qoyan uşaqlar olmaları məlumdur. Nizamsız olma və gərəkli əşyalarını unutma və ya itirmə meylindədirlər. Müəllimlər adətən bu tip davranışları əsəbi olaraq izah edirlər. Digər uşaqlar ilk öncə bunu qəbul edər və ya əyləncəli olaraq düşünərlər, lakin zamanla Diqqət Əksikliyi Hiperaktivitə Pozuntusu olan uşaq gərəyi, onlara bir impulsiv şəkildə, hücum etməyə və ya öyrənmədən uzaqlaşınca, onlar da bu tip uşaqları problem yaradan kimi qəbul etməyə və tanımaya başlayırlar.
Hiperaktivlik-kompleks davranış pozuntusudur. İxtiyari diqqəti inkişaf etdirmək lazımdır. Bunun üçün xüsusi qruplar şəklində planlı proqramlar təşkil olunmalıdır. Valideynlər üçün bilgi verəcək treninqlər təşkil edilməlidir. Uşağın bu və ya digər davranışı və hadisələri diqqətdən kənarda saxlamasının səbəbini araşdırmaq lazımdır. Fiziki aktivliyi faydalı işlərə yönəldərək hərəki aktivliyi tənzimləmək olar.
Solaxaylıq - Sol əli yazan uşaqlar (insanların 10%) çox zaman müəllimlərin və sağ əl ilə yazan yoldaşlarının mənfi münasibətinin obyekti olurlar. Fizioloji baxımdan onlarda görmə - motor koordinasiya qabiliyyəti zəif olur. Uşaqlar çətinliklə obyektləri və onların elementlərini köçürürlər, güzgüləmə effekt ( hərfləri tərs yazırlar ) olur, yazılar əyri və kobud olur. Sağ və solu müəyyən etməkdə çətinlik çəkirlər.
Emosional-iradi sferanın pozulması - bu aqressiv uşaqlarda emosional tormozlanma, utancaqlıq, həyəcanlılıq olur, onlar tez küsən və inciyən olurlar. Səbəb ailə daxilində fərqli tərbiyə vasitələrinin olması, temprament tiplərinin və müəllim ilə münasibətlərin fərqli cəhətlərinin təzahür etməsidir.
Ədəbiyyat
1. Ağayev Ş.S., Mehdizadə Z.M., Fərəcov İ.A. Yaş və pedaqoji psixologiya
(I hissə), Bakı, ADPU-nun nəşri. 1977
2. M.Vəliyev,A.Mustafayev. İnkişaf və yaş psixologiyası. Bakı. Elm. 2013. 297 səh.
3. H.Yavuzer. Çocuk psikolojisi. İstanbul. Remzi kitab evi. 2012. 344 səh.
4. H. Yavuzer. Okul çağı çocuğu. İstanbul. Remzi kitab evi. 2013. 256 səh.
5. Елконин Д. Б. Детская психология. М., 2007. 250 стр.
ЭМОЦИОНАЛЬНОЕ РАЗВИТИЕ У МЛАДШИХ ШКОЛЬНИКОВ И ПСИХОЛОГИЧЕСКИЙ АНАЛИЗ ПРОИСХОДЯЩИХ ЗДЕСЬ ОТРИЦАТЕЛЬНЫХ ПСИХОЛОГИЧЕСКИХ СИТУАЦИЙ
Резюме
Младший школьный возраст является для ребенка новым этапом в физическом, психологическом и социальном развитии.
Учебная деятельность у малолетних школьников не только играет важную роль в психологическом и социальном развитии, но и помогает эмоциальному развитию. При этом основные компоненты эмоциональной сферы – это страх, ревность школьная фобия, агрессия, беспокойство и др. При этом начинают происходить изменения в социально-психологическом состоянии.
EMOTIONAL DEVELOPMENT IN PRIMARY SCHOOL CHILDREN AND PSYCHOLOGICAL ANALYSIS OF ON NEGATIVE PSYCHOLOGICAL SITUATION GOING HERE
Summary
Primary school age child is a new stage in the physical, psychological and social development. Training activities in young students not only plays an important role in the psychological and social development, but also helps emotional development. However, the main components of the emotional sphere - it is fear, jealousy, school phobia, aggression, anxiety and others. The changes begin to occur in the socio-psychological condition.
Do'stlaringiz bilan baham: |