AUTİZMLİ UŞAQLARIN TƏDQİQİNİN PSİXOLOJİ TƏRƏFLƏRİ
Ağamirova Nərmin, BDU-nun Psixologiya
kafedrasının III kurs magistrantı
nermin.agamirova@mail.ru
Açar sözlər: autizm, təkrarlanan davranış, ünsiyyət defisiti, valideyn, diaqnoz, simvolik oyunlar, göz təması, başqa uşaqlarla maraqlanmama.
Ключевые слова: аутизм, регулярное поведение, дефицит общения, родителя, чтобы диагностировать, символические игры, зрительный контакт, незаинтересованность с другими детьми.
Key words: autism, regular behavior, parent, diagnosis, symbolic play, eye contact, lack of interest with other children.
Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin inkişafına maneə törədən bir xəstəlikdir. Autizmin səbəbi hələ də elmə dəqiq bəlli deyil. Autizm diaqnozu artıq 18 aylığından qoyulur.Lakin daha erkən yaşda bu problemin əlamətləri artıq özünü biruzə verir.
Uşaqlarda autizm riskinin dərəcəsini müəyyənləşdirmək üçün CHAT (CHECKLİST FOR AUTİSM İN TODDLERS) testindən istifadə olunur. Bu test ilk dəfə olaraq S. Baron-Cohen, J. Allen və C. Gillberg tərəfindən 1992-ci ildə yaradılmışdır. Autizm diaqnozu alma riski olan uşaqların 18 aylığından etibarən təyin olunması üçün istifadə edilir. Testin keçirilmə müddəti 5 dəqiqə ilə 15 dəqiqə arasında tamamlanır. Ingiltərə, İspaniya, Çin, Hollandiya, Amerika Birləşmiş Ştatları kimi bir çox ölkələrdə istifadə olunur.
CHAT testi iki hissədən ibarətdir. Ilk hissə (HİSSƏ A) valideynlərə aiddir. Burada 9 sual valideynlərə ünvanlanır və valideynlər bu sualları “bəli-xeyr” şəklində cavablandırırlar. Ikinci hissədə isə (HİSSƏ B) uşağın davranışları müşahidə olunur. Müşahidənin nəticəsi “bəli-xeyr” şəklində qeyd olunur. Test toplam 14 sualdan ibarətdir.
UŞAQLARDA AUTİZM ÜÇÜN YOXLAMA SİYAHISI
(CHAT – CHECKLİST FOR İN TODDLERS).
HİSSƏ A: Valideynə sual:
1.Uşağınızın qucaqda yellənmək və ya hoppanmaqdan xoşu gəlir? Bəli/Xeyr
2.Uşağınız başqa uşaqlarla maraqlanır? Bəli/xeyr
3.Uşağınız müxtəlif predmetlərin üzərinə çıxmağı,məsələn,nərdivana çıxmağı sevir? Bəli/Xeyr
4.Uşağınız “Cicci” və ya gizlənqaç oynamaqdan xoşu gəlir? Bəli/Xeyr
5*.Uşağınız simvolik oyunlar (məsələn,gəlinciklə oynayarkən onu yatırırmış kimi /oyuncaq maşını bir yerdən digər yerə sürmüş kimi) oynayırmı? Bəli/Xeyr
6.Uşağınız bir şey istəmək üçün işarə barmağını istifadə edirmi? Bəli/Xeyr
7.Uşağınız bir şeylə maraqlandığını göstərmək üçün işarə barmağını istifadə edirmi? Bəli/Xeyr
8.Uşağınız kiçik oyuncaqlarla (avtomobil ya da kublar kimi) onları ağzına aparmayaraq ,dağıtmayaraq və ya yerə salmayaraq düzgün şəkildə oynaya bilərmi? Bəli/Xeyr
9.Uşağınız sizə bir şey göstərmək üçün obyektləri götürüb sizə gətirir? Bəli/Xeyr
HİSSƏ B: Müşahidə edin
• 1-Konsultasiya əsnasında uşaq sizinlə göz təması qurdu? Bəli/Xeyr
• 2-Uşağın diqqətini özünə çəkin , sonra otağın digər küncündəki maraqlı bir obyekti göstərin və “Aaa bax!Bir ... (oyuncağın adı) var .” deyin.Uşağın üzünə baxın.Uşaq işarə etdiyiniz şeyi görmək üçün otağın digər tərəfinə baxır? Bəli/Xeyr
Bu bacarığı test etmək üçün ən az 5 dəfə təkrarlamaq lazımdır.
Uşaq 5 sınağın ən az ikisindən işarə etdiyiniz obyektə baxırsa—bəli—müvəffəqiyyətli
• 3-Uşağın diqqətini özünüzə çəkin ,ona bir oyuncaq avtomobil / gəlincik verərək”Avtomobili sürərsən/gəlinciyi yatırarsan?” deyin.Uşaq avtomobili sürmək /gəlinciyi yatırmaq kimi simvolik hərəkətlər edirmi?*** Bəli/Xeyr
• 4-Uşağa “İşıq haradadır?” Və ya “Mənə işığı göstər. ” deyin.Uşaq işarə barmağıyla işığı göstərirmi? Bəli/Xeyr
• 5-Uşaq kublarla qüllə düzəldə bilir?(Əgər edə bilirsə neçə kub?) (Kubların sayı…) Bəli/Xeyr
Əgər uşaq 2 kubu üst – üstə qoyubsa, yaşından asılı olmayaraq cavab: BƏLİ
QİYMƏTLƏNDİRMƏ
Chat-dakı 14 maddədən 5 –i uşağa autizm diaqnozu qoyulma riskindən xəbər verən kritik maddələrdir.
Bu maddələr aşağıdakılardır:
HISSƏ A-Da A5,A7
HİSSƏ B-də B2, B3, B4
Uşaqlarda autizm riskinin dərəcəsini müəyyənləşdirmək üçün Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Aida uşaq psixalogiya” mərkəzində tədqiqat keçirilmişdir. Tədqiqatın obyekti olaraq məktəbəqədər yaşlı uşaqlar seçildi. Tədqiqat iki mərhələdən ibarət idi. Birinci mərhələdə məktəbəqədər yaşlı uşaqların valideynləri iştirak edirdi. Ikinci mərhələdə isə tədqiqatın obyekti olaraq seçdiyimiz uşaqlar müşahidə olundu. Tədqiqat zamanı valideynlərin 79 %-i testdə kritik olan bəndlərə, yəni hissə A-da A5 və A7 bəndlərinə“xeyr” cavabı verdilər. Hissə B-də isə uşaqların müşahidəsi zamanı kritik olan B2 B3 və B4 bəndləri “xeyr” cavabı ilə cavablandırıldı.17% valideynlər hissə A-da A1, A5 ,hissə B-də isə B1, B2, B5 maddələrinə “xeyr” cavabı verdilər. Yalnız 4% valideynlər isə hissə A-da A1, A3, A6, hissə B-də B1 maddələrini “xeyr” cavabı ilə cavablandırdılar .
Tədqiqatın nəticəsi olaraq müəyyən olundu ki, “Aida” uşaq psixologiya mərkəzində 79% məktəbəqədər yaşlı uşaqlara autizm diaqnozu qoymaq olar. Onlar autizmin yüksək risk qrupuna daxildirlər. 17% uşaqlarda da bəzi kritik maddələr müsbət cavablandırılmadığına görə onlar orta dərəcəli risk qrupunda yer aldılar. Onlar da autizm riski daşıyırlar. 4% uşaqlar isə autizmin kiçik risk qrupuna aiddirlər. Bu testdə uşaqların müvəffəqiyyətli olması onların hər hansı inkişaf probleminin olmamasına zəmanət vermir. Beləliklə , müəyyən olundu ki, tədqiqat apardığımız mərkəzdə uşaqların böyük əksəriyyəti autizm diaqnozundan əziyyət çəkirlər.
ƏDƏBİYYAT
1. К. Гилберт Т. Питере “АУТИЗМ - Медицинское и педагогическое воздействие” Книга для педагогов-дефектологов. М.: ”ВЛАДОС”, 2005.
2. www.autism.org
3.” Ранний детский аутизм” , Лебединская К.С. М.: 2001 г.
Психологические стороны исследования детей с аутизмом
РЕЗЮМЕ
Аутизм оказывает повреждающее действие, вызывая ограниченное и повторяющееся поведение, предотвращает развитие мозга. Точная причина аутизма до сих пор не известна науке. Диагностирован аутизм в раннем возрасте, в 18 месяцев уже признаки этой проблемы очевидны. Для определения степени риска аутизма у детей используется ЧАТ (Контрольный список для аутизма у детей раннего возраста) тест.
Psychological side studies of children with autism
SUMMARY
Autism three years ago, and a lifetime of social and communication Lenders damaging effect, causing restricted and repetitive behavior, prevents the development of the brain. The exact cause of autism is still not known to science. diagnosed with autism at an earlier age than 18 months are already signs of this problem is demonstrated. To determine the extent of the risk of autism in children CHAT (Checklist FOR AUTISM IN TODDLERS) test is used.
Do'stlaringiz bilan baham: |