Азярбайъан республикасынын тящсил назирлийи


XARİCİ TƏLƏBƏLƏRDƏ DEPRESSİYA



Download 1,08 Mb.
bet5/36
Sana21.02.2022
Hajmi1,08 Mb.
#11555
1   2   3   4   5   6   7   8   9   ...   36
XARİCİ TƏLƏBƏLƏRDƏ DEPRESSİYA
Nedret Beytekin
BDU-nin II kurs magistrantı
zilan_mizgin@hotmail.com
Açar sözlər: Depressiya, psixi sağlamlıq, adaptasiya, tənhalıq, mədəni şok, dil, ətraf mühit
Key words: Depression, mental health, adaptation, loneliness, culture shock, language, environment
Ключевые слова: Депрессия, психического здоровья, адаптация, одиночество, культурный шок, язык, среда
Depressiya major sosial fenomen olub eyni zamanda psixi sağlamlıq problemidir. Depressiya əsasən interializasiya zamanı yaranır. Bu psixi pozuntu, əhvalın pisləşməsi ilə xarakterizə olunur, tez-tez bir sıra yanaşı simptomlarla – həyəcan, tez yorulma, gərəksizlik hissi, intihar barədə fikirlər, iştahın olmaması, yuxusuzluq, psixomotor tormozlanma yaxud təşviş, həmçinin müxtəlif somatik simptomlar və şikayətlərlə müşayiət olunur. Depressiya ən geniş yayılmış psixi pozuntudur. Müxtəlif rəqəmlərə görə yaşlı əhali arasında bütün həyatı ərzində depressiyaya tutulanların sayı kişilər arasında 2,5-10%, qadınlar arasında 5-20% civarında dəyişir. 12 ay ərzində xəstəlik halı kişilərdə 5,8 %, qadınlarda isə 9,5% təşkil edir. Yaxın qohumları bu pozuntudan əziyyət çəkən şəxslər arasında depressiyaya 1,5-3 dəfə çox rast gəlinir. Depressiyaya səbəb olan faktorlara aşağıdakılar daxildir:
Bioloji faktorlar:

  • depressiyaya irsi meyllilik,

  • bəzi somatik xəstəliklər (xüsusilə xronik və residivverici),

  • alkoqol və narkotiklərin qəbulu,

  • bəzi medikamentlərin qəbulu.

  • Psixoloji faktorlar arasında aşağıdakılar böyük əhəmiyyət daşıyır:

  • uşaq vaxtı keçirilmiş psixoloji travmalar,

  • ailədaxili və şəxsiyyətlərarası problemlər,

  • həyatda baş verən önəmli dəyişikliklər,

  • yaxın adamın həyatını itirməsi və ya ağır xəstəliyə tutulması ilə bağlı keçirilən hisslər,

  • tənhalıq

Depressiyanın inkişafına təkan verə biləcək sosial faktorlar arasında aşağıdakıları qeyd etmək olar:

  • müharibə, təbii fəlakətlər, bədbəxt hadisələr daxil olmaqla arzuedilməz sosial dəyişikliklər,

  • kasıblıq,

  • işsizlik,

  • cinayətkarlıq,

  • sosial müdafiənin olmaması.

Depressiya xarici tələbələr arasındada geniş yayılmışdır. Finlandiya universiteti Avropa universitetlər şəbəkəsində çox saylı xarici tələbələrlə tədqiqat keçirmişdir [5]. Bu tədqiqatın məqsədi xarici tələblər arasında depressiya göstəricilərini ölçmək idi. Vatsk qeyd edirki, xarici tələbələrin sayı günü-gündən artır. Bu tələbələr müxtəlif ölkələrdən gəlir və onlar əsasən ölkələrarası biznes, informasiya texnologiyaları, kimya və maşın qayırma ixtisasları üzrə təhsil alırlar. Bu tələbələr oxuduqları müddətdə müxtəlif problemlərlə rastlaşırlar.
Bura dil problemi, maddi problem, mədəniyyət şoku, adaptasiya problemi, iqlim problemi, tənhalıq və akkomadasiya problemləri daxildir. Bu səbəblər xarici tələbələr arasında depressiyaya səbəb olur. Müasir dövrdə xarici tələbələr arasında depressiya yüksək faizlə qeyd olunur [3]. Bu tədqiqat avropada yaşayan tələbələr arasında depressiyanın yayılmasının göstəricisi oldu. Azərbaycanda da xarici tələbələrin sayı kifayət qədər çoxdur. Bunu nəzərə alaraq biz bu sahədə tədqiqat keçirməyi qərara aldıq. Bu tədqiqatın vacibliyi ondadır ki, biz xarici tələbələrin daha yaxşı adaptasiya imkanlarına malik olmasına və bu səbəblə depressiya riskinin azalmasına nail olmalıyıq. Depressiyanın klinik göstəricilərinə nəzər yetirdikdə bura üç əsas və yeddi əlavə simptom daxildir.
Depressiyanın əsas simptomları aşağıdakılardır:

  • Əhvalın vaxtın əksər hissəsində, şəxs üçün qeyri-normal sayıla biləcək səviyyədə pis olması

  • Adətən şəxs üçün xoş olan fəaliyyətə qarşı marağın və məmnunluq hissinin açıq-aşkar azalması

  • Tez yorulma və demək olar ki, hər gün taqətsizlik halının müşahidə olunması

  • Depressiyanın əlavə simptomlarına aşağıdakılar daxildir:

  • Özünəinamın və özünüqiymətləndirmənin aşağı düşməsi

  • Səbəbsiz yerə özünü günahlandırmaq, yaxud qeyri-adekvat günah hissi

  • Ölüm və ya intihar haqqında təkrarlanan fikirlər, yaxud suisidal davranış

  • Düşünmə və ya diqqəti cəmləşdirmə qabiliyyətinin aşağı düşməsi

  • Tormozlanma və ajitasiya ilə (subyektiv və ya obyektiv) müşayiət olunan psixomotor aktivliyin pozulması

  • Yuxunun istənilən şəkildə pozulması (yuxusuzluq və ya yuxululuq)

  • İştahın dəyişilməsi (artması, yaxud azalması), ona uyğun çəki dəyişikliyi [1].

Yeni təhsil və sosial mühitdə tələbələr adaptasiya zamanı güclü stress hiss edirlər. Mədəniyyət dəyəri xarici tələbələrin eyni zamanda kariyerasının inkişaf xəttinə də təsir edir. Mədəniyyət insan üçün çətin instrumentdir, çünki şəxs həmin cəmiyyətdə yaşamalıdır və bu cəmiyyət fərqli dildə danışır, fərqli davranış maneralarına sahibdir, ətraf mühiti fərqli qavrayır. Fərqli mədəniyyətə düşən şəxs mədəni şok keçirir.
Xaricdə yaşayan tələbələr stress hətta kompleks yaşayırlar. Mədəni şok tələbələrdə müvəffəqiyyət, rahatlıq hissinin itirilməsinə səbəb ola bilər ki, bu da narahatçılığa, yeni şeylərin anlanılmasında və digər məsələlərdə çətinliyə səbəb olur. Məhz bu da depressiyanın inkişafına səbəb olur. Aparılan tədqiqatlar göstərir ki, xaricdə təhsil əhəmiyyətli dərəcədə depressiyaya və təşvişə səbəb olur. Depressiyanın və təşvişin klinik göstəriciləri isə onların orada qalma müddətindən, şəxsiyyət faktorundan, eyni zamanda demoqrafik göstəricilərdən də (yaş, cins) asılıdır [6].
Dil insanlarla yaxın münasibət, ünsiyyət qurmaq üçün vacib faktordur. Dil elə bir faktordur ki, məhz bunun vasitəsilə insanlar özlərini ifadə edə bilirlər. Məhz dil problemi insanda natamamlıq hissi doğura bilər. Dillə bağlı tələbələrin yaşadığı stress və depressiya faktorlarına dil şoku, mədəni şok, həmin dildə təhsil vərdişlərinin olmaması, həmin dilə yiyələnməklə bağlı olan çətinliklər, mühazirə dinləməkdə, danışıqda, oxumada və anlamada olan çətinliklər daxildir ki, bunlar xarici tələbələrin elmi həyatının aktual problemidir .
Bildiyimiz kimi ayrı-ayrı ölkələr fərqli iqlim-kontinental mühitə malikdir. Buna görə də başqa ölkədə təhsil alan tələbələr üçün eyni zamanda təhsil alacaqları ölkənin coğrafi mühitinə də uyğunlaşmaq ehtiyacı yaranır.
Tənhalıq həyatın müəyyən anı hər kəs tərəfindən yaşanılır. Bu evindən uzaqda yaşayan və yaxın münasibətlərini itirən adamlarda daha tez-tez rast gəlinir. Yeni mühitə uyğunlaşma tələbələrdə adaptasiya probleminə bu da tənhalığa səbəb ola bilər. Psixoloqlar və sosioloqlar qeyd edir ki, tənhalıq sosial əlaqələrin defisiti ilə əlaqəli olan individual faktordur. Xarici tələbələrdə tənhalığa səbəb ailə və dostlardan olan uzaqlaşmadır. Avstraliyada xarici tələbələrdə depressiyanın səbəblərini öyrənmək üçün tədqiqat keçirilmişdir. Tədqiqat sorğu vərəqəsi vasitəsilə aparılmışdır. Tələbələrin 5,9 %-i yeni təhsil mühiti ilə əlaqədar depressiya yaşadıqlarını qeyd etmişdilər. 11 %-i bildirmişdir ki, hətta öncələri önəmsədiklərini düşünmədikləri insanlar ilə də növbəti görüşlər üçün darıxırlar. 50 %-i isə evdən uzaq olmaları ilə bağlı depressiya keçirdiklərini qeyd etmişlər.
Londonda tibb tələbələri ilə tədqiqat keçirilmişdir. Tədqiqata tələbələr təsadüfi-seçmə yolu ilə cəlb edilmişdir. Keçirilən tədqiqat göstərdi ki, tələbələr emosional stabilliklə bağlı olan neqativ hisslər yaşayırlar ki, yaşanan stress də depressiyanı şərtləndirir .
Amerikada hermenevtika tələbələri ilə keçirilən tədqiqat zaman tədqiqatda 53 tələbə iştirak etmişdir. Tədqiqat tələbələrin kontent-analizi vasitəsilə aparılmışdır. Tələbələr qeyd etmişdirlər ki, onlar kampusda qalmaq məcburiyyətindədirlər. Kampusda qalmaq onların azadlığını əllərindən alır. Bunun nəticəsində onlar ev xəstəliyi hiss edirlər ki, bu isə depressiyanı şərtləndirir [2].
Xarici tələbələr arasında depressiya faktorunun azaldılması məqsədi ilə müəyyən proqramlar hazırlanmışdır. Smith and Khawaja apardıqları tədiqat zamanı müəyyən etdilər ki, yumor faktoru stressin azalmasına bu isə depressiv əhval-ruhiyyənin aradan qaldırılmasına səbəb olur. Depressiya və təşvişin aradan qaldırılması ayrı-ayrı şəxslər, onların xarakter xüsusiyyətləri, hadisələrə olan münasibətindən asılıdır. Xaricdə təhsil tələbələrdə akademik gözləmə kimi problemlər yaradır. Bu problemlərin aradan qaldırılmasında sosial mühitdə olan dəstək, müəllimlə, dostlarla, tələbə yoldaşları ilə olan münasibət mühüm faktordur.
Bu zaman digər tələbələrlə birlikdə gəzintilərin təşkil olunması, eyni zamanda digər xarici tələbələrlə ünsiyyət, yuxarı kurs tələbələri tərəfindən həmin ölkənin mədəniyyəti dilli, davranış qaydaları, təhsili haqqında prezentasiyaların təşkil edilməsi də tələbələrin adaptasiya imkanlarını artıra bilər. Bu onlara öz mədəniyyətləri və digər mədəniyyətlər arasında eyniliyi və fərqliliyi anlamağa imkan verir. Xarici tələbənin evində internet imkanlarının olması, onun ailəsi ilə rahat əlaqə yaratmasına və depressiya faktorunun enməsinə səbəb olur. Eyni zamanda fiziki məşğələlər, məsələn velosiped sürmə stressin azalmasına səbəb olur. Yüklənmiş xarici tələbələr digər tələbələrlə və insanlarla əlaqə qurmağa çətinlik çəkir, onlara qarşı olan reaksiyadan ehtiyat edirlər. Bu zaman tələbələri yeni münasibətlər qurmağa motivasiya etmək onlarda stress və depressiya göstəricilərini azaldır.
Tələbələrdə stress və depressiyanın aradan qaldırılmasında ətraf-mühit faktoru da mühüm rol oynayır. Dost mühiti xarici tələbələrə insanlarla yeni münasibətlər qurmağa stimul verir. Eyni zamanda universitetdə xarici tələbələrə dəstəyin təmin edilməsi, mühazirələrin anlaşıqlı dildə deyilməsi, tələbələrə problemlərin həll edilməsində qaydalarının öyrədilməsi depressiyanın enməsinə və adaptasiya imkanlarının genişlənməsinə səbəb olur [4]. Tələbələrdə emosional dəstəyi artırmaq üçün onlara stressi aradan qaldırma yolları öyrədilməli və özünü qiymətləndirmə yüksəldilməlidir. Buna görə də psixi sağlamlığa nail olmaq üçün tələbələrə özünü inkişaf proqramları öyrədilir. Göstərilən bu amillər onların psixi sağlamlığını artırır və təhsil aldıqları ölkəyə daha yaxşı adaptasiya olmalarına şərait yaradır.
Ədəbiyyat siyahısı

  1. Depressiyanın diaqnostikası və müalicəsi üzrə klinik pratokol. Bakı, 2009, səh. 60.

  2. Allchin L, Cox, Dzurec L, Arthur J, Engler. First-year nursing students' accounts of reasons for student depression. University of Connecticut, 2007.

  3. Carroll, J. and J. Ryan, Eds. Teaching International Students: Improving learning for all. London, Routledge, 2005.

  4. Kleinman A. Culture and Depression. University of Washington. September 2, 2004.

  5. Kenneth W. Merrel. Helping Students Overcome Depression and Anxiety. The Guilford Press 2008. p. 263.

  6. Pyvis & Chapman. Culture Shock. Flinders University. 2008.

Depression among foreign students
Beytekin Nedret
Summary
Depression is a major social phenomenon and known a mental health problem. Depression is widespread among foreign students. Most of international students normally face a lot of difficulties during studies in abroad. Most of the this difficulties are: language problem, financial problem, cultural shock, adapting to new weather, being lonely and accommodation problems. These facts lead to depression among foreign students and to for to solving this problems adapdation opportunities should be improved.
Депрессия у иностранных студентов
Бейтекин Недрет
Резюме
Депрессия распространилась и среди иностранных студентов. Во время учёбы эти студенты встречаются с различными проблемами. Сюда входят проблемы языка, материальные проблемы, проблемы культуры, адаптации, климатические проблемы, одиночество и проблема аккомодации. Всё перечисленное становится причиной депрессии у иностранных студентов, и, чтобы снизить показатель этой проблемы, надо расширить возможности для адаптации.

Download 1,08 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   36




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish