Азярбайъан кооперасийа университетинин дярсликляри



Download 5,45 Mb.
Pdf ko'rish
bet186/276
Sana15.12.2022
Hajmi5,45 Mb.
#886707
TuriDərs
1   ...   182   183   184   185   186   187   188   189   ...   276
Bog'liq
Azf-266611

§2. Vergi sistemi 
Vergi ilə əlaqədar anlayışlardan biri də vergi sistemidir. 
Vergi sistemi
– sivilzasiyanın uzun müddətli inkişafının 
nəticəsidir. Vergi sistemi-dövlətin müvafiq hüquqi aktlarına 
əsaslanır. Onlar verginin yığılmasının və təşkilinin konkret 
metodlarını prinsiplərini, vergi elementlərini müəyyən edir. 
Vergi sistemində vergi subyekti, verginin obyekti, vergi 
mənbəyi, vergi dərəcələri və s. əks olunur. Vergi subyekti 
dedikdə, qanunla vergi ödəmək qabiliyyəti olan şəxs; vergi 
obyekti dedikdə, vergi tutulan gəlir, yaxud əmlak (əmək haqqı, 
mənfəət, qiymətli kağızlar və s.); vergi norması dedikdə isə 
vahid vergi obyektinə (kəmiyyəti) hesablanmış verginin 
miqdarı nəzərdə tutulur. 
Müasir vergi sisteminə müxtəlif vergi növləri daxildir. 
Müxtəlif ölkələrdə tətbiq olunan vergilərin növləri 10-30 
arasında tərəddüd edir. Eyni zamanda tətbiq edilən vergilərin 


467 
dərəcələri də xeyli müxtəlifdir. Bunlar hər bir dövlət tərəfindən 
yürüdülən iqtisadi siyasətə müvafiq olaraq müəyyən edilir. 
Vergiləri meyarlarına görə aşağıdakı kimi təsnifləşdirmək 
olar: 
1.
tədiyyə üsuluna görə: 
a)
Müstəqim vergilər bilavasitə gəlirə və əmlaka görə 
müəyyə edilir. Bunlar bilavasitə əmək sərfi ilə əlaqədardır. 
Bunlara əhalidən alınan fərdi gəlir vergiləri, müəssisələrin 
mənfəətindən vergi və sosial sığorta ayırmaları aiddir. 
Əhalidən alınan fərdi gəlir vergisi əmək haqqı, məvacib, 
sahibkarlıq mənfəətindən, dividentdən, faizdən, rentadan, 
qonorardan və s. hesablanır. 
b)
Dolayı vergilər- qiymətlər vasitəsilə yığılır. Bunlar 
tədavül və istehlak üzrə hesablanır, əmtəələrin qiymətlərinə 
əlavə edilir və istehlakçılar tərəfindən ödənilir. Bunlara 
dövriyyə vergisi (ABŞ, Kanada, keçmiş sosialist ölkələrində), 
əlavə dəyər vergisi – ƏDV (bazar iqtisadiyyatı ölkələrində o, 
cümlədən Azərbaycanda), aksizlər, ixracat vergisi, gömrük 
rüsumu, istehlak vergisi, yol fonduna daxil olan vəsaitlər, 
patentləşdirmədən daxil olan vəsaitlər və sairə. Müasir şəraitdə 
dövlətin sosial fəzifələrinin genişlənməsi ilə əlaqədar olaraq 
sosial sığorta fondlarına ödənişlər geniş yayılmışdır. Öz 
mahiyyətinə görə onlar məqsədli vergilərdir çünki müəyyən 
təyinatları vardır. 
2.
Vergilərin yığılması və onun məbləğinə sərəncam 
verən orqanlardan asılı olaraq dövlət və yerli vergilər 
fərqləndirilir. Dövlət vergiləri dövlət qanunları əsasında 
mərkəzi hökümət tərəfindən yığılır və dövlət büdcəsinə 
yönəldilir. Onlara gəlir vergisi, gömrük haqları və s. aiddir. 
Yerli vergilər isə yerli hakimiyyət orqanları tərəfindən yığılır 
və yerli büdcəyə daxil olur. Yerli hakimiyyət orqanları əsasən 
fərdi aksizləri və əmlak vergisini yığırlar. 


468 
3.
İstifadə edilməsinə görə vergilər ümumi və xüsusi 
vergilərə bölünür. Ümumi vergilər dövlətin vahid xəzinəsinə 
daxil olur. Xüsusi vergilər müəyyən təyinata malik vergilərdir 
(məs, yanacaq – sürtgü materiallarının reallaşmasından vergilər 
yol fonduna daxil olur və yolların yeniləşdirilməsinə və cari 
təmirinə yönəldilir.) 
4.
Vergi normaları növlərindən asılı olaraq proporsional, 
proqressiv və reqressiv olurlar. Proporsional norma vergi 
obyektinə onların kəmiyyətinin differensiallaşması nəzərə 
alınmadan eyni faiz nisbətinin müəyyən edilməsidir. 
Proqrossiv, yaxud mütərəqqi norma gəlirlərinin artması ilə, 
vergi normaları da artır. Reqressiv normada məbləği artdıqca 
ondan tutulan faiz dərəcəsinin azalması nəzərdə tutulur. 
Cəmiyyət inkişaf etdikcə müxtəlif növ vergilərin 
nisbətidə dəyişdirilmişdir. Belə ki, XIX əsrdə və XX əsrin 
əvvəllərində dolayı vergilər əsas yerdə idi. İkinci dünya 
müharibəsindən sonra aparıcı yer birbaşa vergilərə keçdi. 
Müasir vergi sisteminə artım tempinə görə, sosial sığorta 
sisteminə ödəmələrinin səviyyəsi həm birbaşa və həm də dolayı 
vergiləri qabaqlayır. 
Müxtəlif ölkələrin müxtəlif dövrlərdə həyata keçirdikləri 
iqtisadi siyasətin tərkib hissələrindən biri də vergi siyasətidir. 

Download 5,45 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   182   183   184   185   186   187   188   189   ...   276




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish