Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan :
-
Ştrixli kodlaşdırmanın yaranma tarixi.
-
Ştrixli kodların oxunması
-
Ştrixli kodun strukturu
-
Ştrixli kodların növləri
-
Azərbaycan Respublikasında ştrixli kodlaşdırma.
-
Sənaye müəssisələri üçün ştrixli kodlaşdırman yaratdığı imkanlar.
Ştrixli kodlaşdırma ideyası XX-ci əsrin 30-cu illərində ABŞ-ın Harvard biznes məktəbində yaranmıçdır və kodun praktiki olaraq istifadə olunmasına 60-cı illərdən başlanmışdır. Əmtəələrin ştrixli kodlaşdırmasının geniş istifadə olunması 70-ci illərdə mikroprosessor texnikasının inkişafı ilə bağlıdır. Universal əmtəə kodu (İPC) 1973-cü ildə ABŞ-da qəbul olunmuşdur və 1977-ci ildə Avropa kodlaşdırma sistemi yaranmışdır. EAN (Europan Artikle Numberinq). Hal- hazırüzvləri tərəfindən verilir. da təşkilat GS1 (qlobal Standart 1) beynəlxalq assosiasiya adlanır.
GS 1 beynəlxalq assosiasiyanın ştrixli kodlarının rəmzləri rəqəmlər kombinasiyasının ştrixlər və aralar şəklində qrafiki təsviri deməkdir. Rəqəmlər kombinasiyası GS 1 beynəlxalq assosiasiyanın üzvləri tərəfindən verilir, ştrixli kodlar isə ştrixlər və məsafələr şəklində rəqəmlərin təsvfiri qaydasına uyğun olaraq istehsalçılar tərəfindən məhsulun üzərinə köçürülür. Ştrixli kodlar yalnız aşağıda, ştrixlərin altında təsvir edilən rəqəmlərdən təşkil oluna bilər.
Ştrixli kodlar skanerin lazer şuaları ilə oxunur. Bu zaman kodun uğurlu oxunuşu üçün lazer şualarının bütün ştrix nişanlarını köndələn istiqamətdə kəsməsinə nail olmaq lazımdır. Oxunmuş məlumatlara əsasən skanerə daxil edilmiş proqram bütün rəqəmlərin, məsələn EAN -13 nömrəsinin bütün rəqəm lərini və ilk 12 dərəcə
üzrə 13-cü nəzarət dərəcəsini hesablayır və nəticəni verir. Əgər hesablanan nəzarət dərəcəsinin qiyməti kodun 13-cü dərəcəsi ilə qiymətcə üst-üstə düşərsə, o zaman skaner uğurlu hesablama haqqında səsli siqnal verir.
Ştrixli kod müxtəlif qalınlığa malik olan tünd və açıq sahələrin ardıcıllığın-dan ibarətdir. Məlumatı tünd və açıq sahələrin nisbi eni və onların birləşməsi daşıyır və buna görə də bu xətlər reqlamentləşdirilmiş şəkildə müəyyənləşdiri-lib. Tünd sahə -ştrixlər, açıq sahə isə açıqlar adlanır.
EAN -13 əmtəə kodunun rəqəmləri dörd qrupa bölünür:
Birinci qrup -3 rəqəmdən (prefiksdən) ibarətdir və malın istehsalçısını qeydiyatdan keçirən və GS1 –in üzvü olan Milli təşkilatın nömrəsidir.
İkinci qrup – 5 rəqəmdən ibarətdir və malı istrhsal edən müəssənin Milli GS1 Təşkilatında qeydiyyat nömrəsini göstərir.
Üçüncü qrup – kodlaşdırılan malın nomenklatur nömrəsini göstərən 5 rəqəmdən ibarətdir. 5 rəqəm məhsulun kodudur. Müəssisədə istehsal olunan hər bir mal digərlərindən heç olmazsa bir az fərqlənirsə, onda onun öz unikal nömrəsi olmalıdır. Məsələn, müəssisə xama istehsal edir və onu 200 və 500 qr. Qablara doldurur. Belə halda qabların EAN kod nömrələri müxtəlif olmalıdır. Müxtəlif mallar üçün eyni nömrədən istifadə etmək yol verilməzdir.
Dördüncü qrup – 1 rəqəmdən ibarətdir və nəzarət rəqəmi adlanır. Bu nəzarət rəqəmi kompyüterə daxil olaraq məlumatın zəmanətlə etibarlılığını təmin edir. Bu rəqəmin hesablanması kodun əvvəlki 12 rəqəmi üzrə xüsusi qayda ilə aparılır. Kodun oxunması zamanı kompyüterə onun 13 rəqəmi daxil edilir. Sonra birinci 12 rəqəm əsasında nəzarət rəqəmi hesablanır və o, oxunmuş 13-cü rəqəmlə müqayisə olunur. Bu rəqəmlərin üst- üstə düşməsi baş verərsə, kod kompyüterin bazasına ,,baxılır,, üst- üstə düşmə baş verməzsə - ,,buraxılmır,, əmri verilir. Bununla oxunan məlumatın etibarlılığının zəmanəti təmin edilir. Rəqəmli sıra skanerdə oxunmaq və istehsalçı üçün irəlicədən təyin edilmişdir. Yekun istehlakçı üçün nəzarətdə tutulan informasiya yalnız istehsalşı dövlətin göstərilməsi ilə məhdudlaşdırılır. Ştrixli kod ticarət təşkilatları üçün malın istehsalçısının rekvizitlərini daxil edərək onun keyfiyyətinə və təhlükəsizliyinə olan iddalarını təqdim etməyə imkan yaradır.
EAN əmtəə nömrələnməsinin beynəlxalq sistemi ştrixli kodların aşağıdakı növlərini təqdim edir:
-
EAN -13 standart kodu;
-
2-ci dərəcəli kod əlavə olmaqla EAN -13 standart kod;
-
5-ci dərəcəli kod əlavə olmaqla EAN -13 standart kod;
-
EAN -8 qısa kod;
-
İTF nəqliyyat qablaşdırıcı kodu;
-
EAN -128 kodu.
Xarici dövlətlərdə malların qablaşdırılmasında ştrixli kodun olması məcburi tələb sayılır və bu tələbin yerinə yetirilmədiyi halda ticarət təşkilatı maldan imtina edə bilər.
Beynəlxalq ticarətdə malların ən azı 85% ştrixli kodlarla təchiz olunmuşdur. Mallarin kodlaşdırılması sifarişlərin yığılması və formalaşdırılması, malların daxil olması, boşaldılması, sənədləşdirilməsi və mühasibat qeydiyyatı, malların anbarlara yığılması və satışı prosesini tezləşdirir və bazarda müəyyən qayda yaradır.
Azərbaycan Respublikasında ştrixli kodlaşdırma məsələləri ilə ,,GSİ Azərbaycan,, Cəmiyyəti məşğul olur. Bu təşkilatın məqsədi sənaye, kənd təsər-rüfatı , ticarət, nəqliyyat və digər müəssisələrə malların ştrixli kodlaşdırılması və avtomatik indeksasiyası sistemlərinin tətbiqində köməklik etməkdən ibarətdir.
,,GSİ Azərbaycan,, Cəmiyyəti Azərbaycan Respublikasınşn maraqlarını GSİ beynəlxalq assosiyasında təmsil edir və respublikamızın müəssələrində
EAN sistemində eəqəmli kodların işlənməsini həəyata keçirir və özünün məlumat bankına daxil edir.
Sənaye müəssisələri üçün ştrixli kodlaşdırma aşağıdakı imkanları yaradır:
-
Avtomatlaşdırılmış idarə sistemlərinin mənimsənilməsini yüngülləşdirmək;
-
Istehsal anbardarlıq və satış sahəsində hesabat əməliyyatlarının fffektiv-liliyini yüksəltmək.
Mühazirə 22.
Mövzu : Standartlaşdırma üzrə işlərin səmərəliliyi
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan:
-
Standatlaşdırmanın səmərəliliyi barədə bəzi əsas mülahizələr.
-
Standatlaşdırmanın səmərəliliyinə aid praktiki misallar.
-
Standatlaşdırma üzrə işlərin səmərəliliyinin vəzifələri (məqsədləri).
-
Standatlaşdırma üzrə işlərin səmərəliliyinin əks olunduğu növlər.
-
İqtisadi səmərənin növləri.
Amerika şirkətlərindən birinin prezidenti R.Karpenter standartların dəyərini və səmərəliliyini çox dəqiq ifadə etmişdir: ,, standartların məzmununun zənginliyi, özündə on və yüzlərlə illər ərziində bu səədlərə qoyulmuş milyonlarla insan- saatları cəmləşdirir. Bu nəhəng informasiya həcmi qiymətli intellektual mülkiyyətdir ki, bu da lazımınca qiymətləndirilməli və mühafizə olunmalıdır,, Buradan aydın olur ki, qabaqcıl təcrübə daşıyıcısı kimi mütərəqqi standartın tətbiq edilməsi nəzərə çarpacaq sımırə verməyə bilməz.
Standatlaşdırmanın səmərəliliyi özünü onda biruzə verir ki, standartlar nisbətən aşağı qiymətə malik olmaqla tətbiq ediləndə fəaliyyyəti, məhsulu, xidmətləri yaxşılaşdırmağa və müvafiq olaraq gəlirin əldə edilməsinə imkan yaradır. Gəlirin miqdarıı bəzən biq neçə tərtib satın alınmış standartın qiymətindən çoxdur.
Standatlaşdırmanın səmərəliliyinə aid misallardan görmək olar ki, standarın tələblərinin gözlənilməməsi şirkət üçün külli itgilərlə nəticələnir. Bunun bir çox səbəbləri ola bilər, o cümlədən məhsulun konkrekt standarta uyğunluğuna sertifikatlaşdırılması, ixrac ölkələrində standartların tələblərinə uyğun olmadan hazırlanmış məhsulun yenidən hazırlanması üçün şirkətin xərcləri və s.
Şirkətlərin bazar maraqlarının qlabollaşdırılması standartlara olan tələbatı artırır. Ümumdünya bankının qiymətləndirilməsinə görə Afrika beynəlxalq standartların işlənib hazırlanmasında iştirak etsə və onların tələblərini yerinə yetirsə
qozun, quru meyvələrin və başqa kənd təsərrüfatı mallarının ixracının artırılmasından ildə 1 milyard dollardan çox gəlir əldə edə bilər.
Bazar iqtisadiyyatı şəraitində standatlaşdırma üzrə işlərin səmərəliliyi müxtəlif mülkiyyət formalı konkrekt təsərrüfat subyektlərinin həm fəaliyyət pro-sesində, həm də fəaliyyət nəticələrində özünü biruzə verir, məsələn, elmi- tədqiqat və təcrübə- konstruktor işlərində, məhsulun istehsalında, tədavülündə, istismarında və təkrar emal olunmasında.
İşlərin səmərəliliyi anlayışı altında standatlaşdırma üzrə işlərin nəticələrinin xalq təsərrüfatında tətbiq edilməsinin ictimai səmərəsinin onların tətbiqi ilə bağlı olan xərclərin nisbəti başa düşülür.
Standatlaşdırma üzrə işlərin səmərəliliyi aşağııdakı məqsədlər üçün aparılır:
-
Standatlaşdırma üzrə konkrekt işlərin (yeni standatların işlənb hazırlanma-sı, yenidən baxılması, yaxud dəyişikliklərin daxil edilməsi) dövlət və dövlətərarası standatlaşdırma planlarına daxil edilməsinin məqsədəuyğunluğu-nun əsaslandırılması;
-
Standarta daxil edilən tələblərin daha optiimal variantlarının seçilməsi;
-
Standatlaşdırma sahəsində fəaliyyətin nəticələrinin qiymətləndirilməsi;
Standatlaşdırma üzrə işlərin səmərəliliyi onun aşağıdakı növlərində əks olunur:
-
iqtisadi
-
texniki və ya informasiya
-
sosial
İşlərin iqtisadi göstəriciləri kimi aşağıdakılardan istifadə edirlər:
- qənaət (Q) –konkrekt standartın (standartlar qrupunun) tətbiqi ilə əlaqədar olaraq xalq təsərrüfatında standatlaşdırılan məhsul (xidmət) vahidinə düşən cəmi xərclərin azalma qiymətidir;
- xərclər (X) -konkrekt standartın (standartlar qrupunun) tətbiqi ilə əlaqədar olaraq xalq təsərrüfatında standatlaşdırılan məhsul (xidmət) vahidinə düşən xərc-lərin cəm artırma qiymətidir;
- məhsul (xidmət) vahidinə dqşən iqtisadi səmərə - standatlaşdırılan məhsul (xidmət) vahidinin istehsalı, tədavülü, tətbiqi (istismarı) və təkrar istismar edil-məsi xərclərinin cəm azalma qiymətidir və qənaət (Q) xərclərin (X) fərqi kimi təyin olunur.
Standatlaşdırma üzrə işlərin səmərəliliyi - konkrekt standartın (standartlar qrupunun) tətbiqi ilə əlaqədar xalq təsərrüfatındakı iqtisadi səmərə ilə xərclərin nisbətidir.
Iqtisadi səmərəliliyin təyini aşağıdakı standart növlərinin işlənib hazırlanması və tətbiqi zamanı aparılır:
-
texniki tələblər, yaxud texniki şərtlər müəyyən edən məhsul və xidmət standartının;
-
işlər (proseslər) standartının .
Texniki və (yaxud) sosial səmərəliliyin təyin edilməsi əsasverici (təşkilati –texniki və ümumtexniki) standartlar üçün aparmaq tövsiyə olunur.
Standatlaşdırma üzrə işlərin texniki səmərəliliyi standartın tətbiqi nəticəsində alınan texniki səmərənin nisbi göstəriciləri ilə ifadə oluna bilər, məsələn təhlükə-sizlik səviyyəsinin artırılması, zərərli təsirlərin və tullantıların azaldılması, isteh-salatın, yaxud istismarın material, yaxud enerji tutumunun azaldılması, resursun etibarlılığının aartırılması və s.
Standatlaşdırma üzrə işlərin informasiya səmərəliliyi cəmiyyət üçün lazım olan qarşılıqlı anlaşmanı, informasiyanın təqdim olunma və qəbul olunma vəhdətini
(terminlər və təriflər standartları və s.), o cümlədən təsərrüfat fəaliyyəti sub-yektlərinin öz aralarında razılaşma hüquq münasibətlərində və dövlət idarəetmə
orqanlarının beynəlxalq elmi- texniki və ticarət- iqtisadi münasibətlərində.
Sosial səmərəlilik ondan ibarətdir ki, məhsula dair məcburi tələblərin prakti-kada həyata keçirilməsi əhalinin sağlamlığında və həyat səviyyəsində müsbət əks olunur. O istehsalat travmatizmi, xəstələnmə səviyyəsi, uzunömürlülük, sosial- psixoloji rejimin yaxşılaşdırılması göstəricilərində öz əksini tapır. Bir qayda olaraq standatlaşdırmanın sosial səmərəsi birbaşa hesablana bilmir. Bəzən standartlar kompleksinin (məs. uşaq yeməyində) işlənib hazırjanması və tətbiqi nəinki maddi vəsaitə qənaət etmir, hətta əlavə xərclər tələb edir. Lakin standatlaşdırma üzrə işlər nəticəsində uşaqların sağlamlığının yaxşılaşması effekti böyük sosial nəaliyyətdir.
Iqtisadi səmərə aşağıdakı istiqamətlərdə əldə edilir:
1. layihələndirmə mərhələsində: konstruktor işlərinin yaxşılaıdırılması; standart texniki sənədlərin təkrarən istifadə olunması;
2. Standart çərti qrafiki təsvirlərin tətbiq edilməsi; standart hesablama üsullarının istifadə edilməsi; texniki arxivlərdə saxlanılan sənədlərin həcminin kiçilmə-si;
3. İstehsalat mərhələsində: material tutumunun kiçildilməsi; işlərin zəhmətliliyinin azaldılması; məmulatların, alətlərin və tərtibatın unifikasiyası; elektrik enerjisinin və yanacağın xüsusi sərfinin azaldılması;
-
Tədavül və istismar (tətbiq mərhələsində); məmulatların nəql edilmə və saxlanma xərclərinin azaldılması; məmulatların texniki səviyyəsi və keyfiyyəti-nin yüksəldilməsi; məmulatların xidmət müddətinin və etibarlılığıın yüksəldilmə-si; xüsusi enerji tutumunun, yanacaq, su və köməkçi materialların tətbiqinin azal-dılması; xidmətçi işçilərin sayının azaldılması və s. Bir çox hallarda standatlaşdırmanın iqtisadi səmərəsini kapital qoyuluşundan alınan iqtisadi səmərənin hesablanması prinsipi əsasında qurulur.
İllik iqtisadi səmərəni aşağıdakı kimi təyin etmək olar.
S= ( M - EnK ) A ,
burada, M – məhsulun maya dəyərinin kiçildilməsi, man;
En - kapital qoyuluşların səmərəliliklərinin normativ əmsalıdır,
En = 0,15;
K - standatlaşdırma üzrə işlərə sərf olunan xərcləri daxil edən xüsusi kapital qoyuluşlarının artırılması, man;
A - məhsulun illik buraxılış həcmidir, natural vahidlərlə.
Do'stlaringiz bilan baham: |