Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti



Download 283,36 Kb.
bet1/11
Sana20.04.2017
Hajmi283,36 Kb.
#7187
TuriMühazirə
  1   2   3   4   5   6   7   8   9   10   11
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət Aqrar Universiteti

( ADAU )

Fakultə: Mühəndislik.
Kafedra: “Maşın mühəndisliyi və standartlaşdırma”
Fənn: Standartlaşdırmanın əsasları
Mühazirəçi : t.e.n. dos. Əmiraslanov İnayət Aslan oğlu

Ədəbiyyat:


1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.

2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157 s.

3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. - Standartlaşdırmanın əsasları., Təhsil.

- Bakı. , 2007. – 218 s.

4. P.A.Cəfərov , Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiy yətin idarə olunması və məhsulların qiymətləndirilməsi.Dərs vısaiti. AKTA, -Gəncə. 2003. -219 s.

5. Q.D.Krılova - Osnovı standartizaüii, sertifikaüii i metroloqii.–M.: İzd. Standartov, ÖNİTİ, 1988. -366 c.
Gəncə -2012

Mühazirə 1.
Mövzu: Standartlaşdırmanın qısa inkişaf tarixi, onun

məqsədi və mahiyyəti.
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.

2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.

3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.

4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.

5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii imetroloqii. –M: İzd. Standartov, ÖNİTİ, 1988. -366 s.

P l a n:

1. Standartlaşdırmanın qısa inkişaf tarixi.

2. Stanlaşdırmada məqsəd.

3. Beynəlxalq (rgional) standartlaşdırma

  1. Standatlaşdırman mahiyyəti və məzmunu.

  2. Standartlaşdırma üzrə normativ sənədlər və standartların növləri.

  3. Normativ sənədlərin tətbiqi və onların tələblərinin xüsusiyyəti.


1. Standartlaşdırmanın qısa inkişaf tarixi

Standartlaşdırmanın elementlәri o zaman meydana çıxmışdı ki, hәlә bu barödö heç bir termin yox idi. Buna aşağıdakıları misal göstәrmәk olar. Misirdә faraonlar piradimaların tikintisindә 410x200x130 mm ölçüyə malik kәrpiçlərdən istifadə etmələri, qәdim Romada su çarxlarının katapultlarının ( hərbi uçucu

maşın) yaradılması zamanı mütənasip әdәdlәr metodunun tәtbiqi, romalılır tərəfindәn şәhərin su kәmәrinin tikintisindә müәyyәn diametrlərə malik borulardan istifadә olunması, parçaların ölçülərinin keyfiyyət köstәrijilәrinin müәyyәnlәşdirilmәsi vә s.insan fәaliyyәtinin elə bir sahəsi yoxdur ki, standartlar ona toxunmasın. Standartlaşdırma həmişə insanlara yaşamaqda vә işlәmәkdә kömәk etmişdir.

Standartlaşdırmanın metodik әsaslarının vajib prinsiplərindәn biri olan "nisbi ölçülәr prnnsipi belə baş parmetrә әsaslanır ki, maşının istәnilәn hissəsinin bütün ölçüləri öz aralarında bir sıra amillәrdәn irəli gәlәn asıllıqlarla bağlıdır. Bu prinsiplər ilk dәfə 4200 il bundan əvvəl qәdim Misirdә inşaat texnikasında katapultun hazırlanmasında tәtbiq edilmişdir. Standartlaşdırmaya әsaslanmış qurulmasını qeyd edirlər. İstifadə edilәn daşlar dәqiq ölçülәrә malik dir bunsuz mühәndis fәaliyyәti sahәsindә tarixçilәr adәtən qəim Misirdә piramidaların piramidaların düzgün hәndәsi formasını, onların uzun müddət saxlanılmasını təmin etmәk mümkün olmazdı.

Vavilon qüllәsinin hündürlüyü 90m-dir. Onun tikintisindö 85 mln. dәqiq ölçülü bişmiş kәrpiç istifadә edilmişdir. Piramidalardan fәrqli olaraq burada bağlayıjı kimi asfaltdan istifadә edilmişdir. hündürlüyü 15 m olan qüllönin yuxarı mәrtәbәsinә köy şirәlәnmiş kәrpijdәn üz çəkilmişdir ki, bunun da hazırlanması nəinki standart ölçülərin, həm də stabil resepturanın dürüst gözlənilməsinin nətijəsidir.

Müasir tarix hesabı ölkələrin çoxu üçün standartdır. Bir sıra ölkələrin öz tarix hesabı sistemi mövjuddur və onlar bu və ya digər ölkə miqyasında standartdır.

Əlverişli qiymətə lazımi keyfiyyətli mal əldə etmək, eləcə də, təhlükəsiz və komfortlu əmək hüquqlarını təmin edən, yerinə yetiriləsi məcburi və yaxud tövsiyə xarakteri daşıyan tələblərin, pozulmaların, qaydaların və xassələrin işlənib təyin edil-məsinə yönələn fəaliyyətə standartlaşdırma deyilir.




  1. Standartlaşdırmada məqsəd

Standarlaşdırmanın əsas məqsəd vəzifəsi eyni məhsullar üçün vahid normanı müəyyən etməkdir.

Standartlaşdırma elmin, texnikanın vә qabaqçıl tәçrübәnin nətijәlərinə əsaslanaraq nәinki hazırki, hәmjinin gәlәçәk inkişafın әsasını təyin edir vә

eləjədә elmi-texniki tərəqqi ilə bağlı olaraq daim inkişaf edir. 0, adәtәn qәbul olunmuş xarakteristikaların mexaniki yığımı deyil, optimal halların vә nəticələrin

seçilməsi işlәn-mәsidir. Standartlaşdırma elmi-texniki vö iqtisadi tərәqqinin sürətlənmәsin təsir edən möhtəşәm vasitәdir. O, elm vә texnikanın nailiyyәtlörinin istehsalatda geniş tətbiqi-ni min etmәklə, maşın hissәlәrinin qarşılıqlı әvәz olunmasına zәmanöt verir, xammal vә materiallardan istifadәni yaxşılaşdırır, mәhsulun keyfyyətinin әn yaxşı nümunәlər sәviyyәsində saxlanmasını təmin edir, istehsalatın xüsusilәşdirilmәsinin inkişafında әsas rol oynayır.

Standartlaşdırmanın nәtiçәsi konkret obyektlәr üzrә normativ-texniki sәnәd olan standartların yaradılmasıdır. Standartlar standartlaşdırma obyektlәrinə norma, qayda vә tәlәblәr kompleksini qoyur. Standartlar maddi әşyalar (mәhsul, etalon, maddi nümunәlәr vә s), tәşkilati-metodik və ümumtexniki xarakterli obyektlәrö dair normalar, qaydalar tәlәblәr üçün işlönib hazırlanır.

Standartların müәyyәn olunmuş sahölərdə tətbiqi məjburidir ona riayət olunmaması qanun məjəlləsi ilə mühakimə olunur.

İSO1BEK –in rəhbərliyi normativ sənədlərin iki əsas tətbiq üsulunu tövsiyə edir.



  • uyğun sahədə bilavasitə istifadəsini (istehsalatda, sınaqlarda, sertifikatlaşdırmada və s.);

  • digər normativ sənədə daxil edilməsi.

Axırıncısı həmin normativ sənədin tam mətninin, yaxud onun bir hissəsinin

digər normativ sənədə daxil olunmasını nəzərdə tutur. Həmin bu ikinci sənədin vasitəsilə o istehsalatda, təcrübədə və s. tətbiqi mümkün olur, yaxud daha bir normativ sənədə köçürülür. Məsələn, milli standarta daxil edilən beynəlxalq qayda (norma), bilavasitə müəssisədə tətbiq edilə bilər, yaxud həmin milli standarta olan qaydalar (normalar) müəssisə standartına daxil edilir.

,,Qəbul etmə” və ,,tətbiq” terminlərini bir- birindən ayırmaq lazımdır. Yuxarıda izah olunan tətbiqə aiddir. Qəbul etmə isə normativ sənədin müvafiq dövlət orqanı tərəfindən nəşr olunması nəzərdə tutur. Belə ki, beynəlxalq stan-dartın milli standarta daxil olunmasını milli normativ sənədin uyğun beynəlxalq standart əsasında nəşr olunması kimi qəbul etmək lazımdır. Beynəlxalq standartın tətbiqi birbaşadolayı ola bilər. Birbaşa tətbiq onun milli standartlaşdırılması sistemində qüvvədə olan normativ sənəddə qəbul olunması ilə əlaqədar deyil. Bu hal üçün beynəlxalq standart qəbul olunduğu şəkildə originalın , yaxud uyğun olanın dilində tətbiq edilir və ya standartınməzmunu təmamilə qorunur, cildində isə beynəlxalq normativ sənədin rekvi-zitləri ilə yanaşı milli standartın nömrəsi və şifri məcburi olaraq göstərilir.

Beynəlxalq standartın milli normativ sənədin daxilində uyğun sahədə is-tifadə olunması dolayı hesab edilir. Burada tam və qismən tətbiq variantları ola bilər, yəni başqa normativ sənədə beynəlxalq standartın məzmununun tam şəkildə, yaxud onun ayrı-ayrı müddəalarının (tələblərinin) daxil edilməsi ilə .


3. Standartlaşdırmanın mahiyyəti

Beləliklə, standartlaşdırmanın məqsədi real mövcud olan, planlaşdırılan və potensial məsələlərin həlli üçün təsbit edilmiş qaydaların, tələblərin, normaların geniş və çox-miqyaslı istifadə olunması vasitəsilə bu və ya digər sahədə qaydaya salınmanın optimal dərəcəsini əldə etməkdən ibarətdir.

Standartlaşdırmanın məqsədi ümumi və konkret ola bilər.

Normaların, tələblərin və qaydaların işlənməsi ümumi məqsədlərə aiddir:



  • məhsulun, işlərin, insanların həyatı və sağlamlığı üçün qulluqların, ətraf mühitin və əmlakın təhlükəsizliyi ;

  • məmulatların uyğunluğu və qarşılıqlı əvəz olunması;

  • elmi- texniki tərəqqinin səviyyəsinə müvafiq olaraq məhsulun, işlərin və qulluqların keyfiyyəti;

  • ölçülərin vəhdətini;

  • bütün vəsait növlərinə qənaət;

  • təsərrüfat obyektləri və fövqaladə halların təhlükəsizliyi;

  • ölkənin müdafiə qabiliyyəti və səfərbərliyə hazırlığı.

Stanlartlaşdırmanın konkret məqsədləri – fəaliyyətin müəyyən sahəsinə, malların və qulluqların istehsal sahələrinə, məhsulun bu və ya digər növünə, müəssə-yə və s. aiddir.

Standartlaşdırma iki anlayışla bağlıdır: - standartlaşdırma obyektistandartlaşdırma sahəsi.

Bu və ya digər tələbləri, xarakteristikaları, parametrləri, qaydaları və s. işlənən məhsula, prosesə və ya qulluğa standartlaşdırma obyekti deyilir. Standartlaşdırma bütövlükdə obyektə, yaxud onun ayrı- ayrı xarakteristikalarına aid ola bilər.

Qarrşılıqlı əlaqədə olan standartlaşdırma obyektləri toplusuna standartlaşdırma sahəsi deyilir.

Məsələn: maşınqayırma sənayesi standartlaşdırma sahəsidir, ancaq maşınqayırmada standartlaşdırma obyektləri, texnoloji proseslər, mühərriklərin növləri, maşınların təhlükəsizliyi və ekoloji təmizliyi və s. ola bilər.

Standartlaşdırma müxtəlif səviyyələrdə həyata keçirilir və üç növə bölünür:



  • beynəlxalq standartlaşdırma, istənilən dövlətin uyğun təşkilatına standartlaşdırmada iştirak etmək mümkündürsə;

  • regional standartlaşdırma, dünyanın bir coğrafi, siyasi və yaxud iqti-sadi regionuna daxil olan dövlətlərin uyğun təşkilatları üçün mümkün olan fəaliyyətdir.

  • milli standartlaşdırma, konkrekt bir dövlətdə aparılan standartlaşdır-madır. Milli standartlaşdırma müxtəlif səviyyələrdə yerinə yetirilə bilər: dövlət səviyyəsində, sahə səviyyəsində, iqtisadiyyatın bu və ya digər sektorunda (məsələn, nazirliklər səviyyəsində), assosiasiyalar is-tehsaat firmaları, müəssisələr (fabriklər, zavodlar) və idarələr).

  • inzibati- ərazi standartlaşdırması, inzibati ərazi tərkibində aparılır.

Standartlaşdırma prosesində normləativ sənəd şəklində qanunlaşdırılan normalar, qaydalar, tələblər, xarakteristikalar işlənir və İSO tərəfindən aşağıdakı normativ sənədlər şəklində tövsiyə edilir:

Standartda müxtəlif fəaliyyət növlərinə və yaxud onların nəticələrinə aid olan ümumi və təkrar istifadə olunan prinsiplər, qaydalar, xarakteristikalar müəyyən edilir.

Standart elmi- tədqiqat işlərinin , texniki nəaliyyətlərin və praktiki təcrübələrin ümumiləşdirilmiş nəailiyyətlərinə əsaslanmalıdır. Yalnız bu zaman onun istifadəsi cəmiyyətə optimal xeyir gətirə bilər.

İlkin standart – standartlaşdırma üzrə olan təşkilat tərəfindən qəbul edilən və potensial istehlakçı və onu tətbiq etməyi bacadıranlara çatdıran mü-vəqqəti sənəddir.

Standartlaşdırma 4 kateqoriyaya ayrılır: beynəlxalq, regional, milli və inzibati- ərazi. Standartların bu kateqoriyaları geniş istehlakçı kütləsi üçün nə-zərdə tutulmuşdur. Standartların tələbləri elmi- texniki tərəqqinin səviyyəsinə uyğun

gəlməsi üçün standartlaşdırmanın mövcud normalara əsasən onlar periodik olaraq yenidən baxılır və dəyişiliklər əlavə edilir, yaxud İSO1BEK –in terminologiyasına uyğun olaraq, standartlar ,,mötəbər texniki qaydalar” rolunu daşımalıdırlar.



Texniki şərtlər sənədi – məhsul, qulluq və s. proseslər üçün texniki tələbləri müəyyən edir. Ümumiyyətlə, texniki şərtlər sənədində elə üsullar və proseduralar göstərilməlidir ki, onlardan istifadə etməklə. lazım gələrsə, həmin normativ sənədin tələblərini yoxlamaq mümkün olsun.

Qaydalar toplusu – sərbəst standart, sərbəst sənəd, eləcədə, standartın bir hissəsi ola bilər. Qaydalar toplusu adətən layihələndirmə, avadanlığın qu-raşdırılması, texniki qulluq, yaxud obyektlərin istismarı prosesləri üçün işlənib hazırlanır.

Sənəddə olan texniki qaydalar tövsiyə xarakteri daşıyır. Buraya bütün yuxarıda göstərilən normativ sənədlər daxildir (yalnız reqlament məc-buri xarakter daşıyır).

Reqlament – məcburi hüquqi normalardan ibarət olan sənəddir.

Digər normativ sənədlərdən fərqli olaraq, reqlamenti standatlaşdırma orqanı yox, yalnız hakimiyyət orqanları qəbul edirlər. Reqlamentlərin bir növü kimi texniki reqlamenti göstərmək olar. Bu zaman standartlaşdırma obyektinə verilən texniki tələblər göstərilir.

İSO1BEK in rəhbərliyi standartlaşdırma üzrə beynalxalq təcrübələri rəh-bər tutaraq aşağıdakı standart növlərini müəyyən etmişdir.

Əsas standartlar – müəyyən sahə üçün ümumi, yaxud göstəriş verici müddəalardan ibarət olan normativ sənəddir. Adətən başqa standatların işlənib hazırlanmasında istifadə olunan standart, yaxud metodik sənəd kimi istifadə olunur.

Texnoloji standartlarda – standartlaşdırma obyektləri terminlərdən ibarətdir. Bu standartlarda terminin tərifi, onun tətbiqinə aid misallar və s. göstərilir.



Sınaq üsulları üçün standartlar – müxtəlif sınaqların proseduraları və onlarla əlaqəli olan hərəkətlərin metodik qaydalarını müəyyən edir (məs. nümunənin seçilməsi).

Məhsul üçün standart – məhsulun öz vzifəsinə uyğun olmadığını təmin

edən tələblərdən ibarətdir. Tam natamam ola bilər.



Tam standart – yuxarıda göstərilən tələblərlə yanaşı nümunələrin seçil-məsi, sınaqların aparılması, qablaıdırma, etiketləşdirmə, saxlama və s. üçün qaydalari müəyyən edir.

Natamam standart – məhsula dair tələblərin bir qismindən ibarətdir (yalnız keyfiyyət parametrlərinə aid , yalnız tədarük qaydalarına aid və s.)

Proses, qulluq üçün standatlar – bu normativ sənədlərdə standartlaşdırma obyektləri kimi uyğun olaraq proses (məs. istehsal texnologiyası), qulluq (məs. avtoserviz, nəqliyyat, bank xidmətləri və s.) əks olunurlar.

Uyğunlaşa bilmə üçün standart – bütövlükdə məhsulun və yaxud onun ayrı- ayrı hissələrinin uyğunlaşa bilməsinə aid tələbləri müəyyən edir. Belə standart bütövlükdə hər hansı bir sistem üçün işlənib hazırlana bilər (məs. havatəmizləyici sistem üçün, siqnalizasiya sistemi və s.).

Qaydalar - metodiki, yaxud təsviri xarakter daşıya bilərlər.

Metodiki qaydalar - nrmativ sənədin tələblərinə uyğunluğu əldə etmək üçün bu bə ya digər əməliyyatın həyata keçirilməsindəki metodikadır (üsuldur)

Belə normativ sənədi ,,metodiki standart” adlandırmaq olar.

Təsviri qaydalar - adətən konstruksiyanın (onun hissələrinin), ilkin materialın tərkibinin, hissələrin ölçülərinin və məmulatların hissələrinin təsviri əks olunur. Bundan başqa, normativ sənəddə standartlaşdırma obyektindən istifadə döründə ,,davranışını” təsvir edən istismar qayası da əks oluna bilər.

Mənalari açıq göstərilən standart - Bəzi hallarda bu və ya digər norma-nı istehsalçı, yaxud istehlakçı müəyyən edir. Bu səbəbdən standartda, müqavilə şərtlərində konkretləşdirilən xarakteristikalar siyahısı göstərilə bilər.

Az. Respublikasında standartlaşdırma üzrə aşağıda göstərilən normativ sənədlər müəyyən edilmmişdir: - Müstəqil Az. Respublikasında 1993 –cü ildə Azərbaycan Dövlət Standartlaşdirma və Mettologiya Mərkəzi (Azərdöv-lətstandart) yaradılmış və Nazirlər Kabinetinin 01.07.1993 tarixli 343 saylı qə-rarı ilə ,,Milli sertifikatlaşdırma sistemi haqqqında əsasnamə” təsdiq olunmuşdur.



Mәhsulun vә xidmәtlәrin keyfiyyәtinin yüksәldilmәsini təmin edәn normativ sәnәdlәr sistemindә standartlar әsas yerlәrdәn birini tutur. Standartlarda keyfiyyәtin әsas göstәriçilәri vә bu göstәricilәrin ölülәrinin xarakteristi kası müәyyәnlәşdirilir.

Standartlar elm vә texnikanın son nailiyyәtlәrini özündә çәmlәşdirir. Ona körә dә, onlar ölkәnin iqtisadiyyatının inkişafında böyük rol oynayır. Çünki,

standartlar qabaqçıl tәçrübәnin, mütәrәqqi üsulların geniş yayılması üçün imkan yaradır.

Standartlaşdırma sahәsindә tәtbiq olunan әsas terminlәr standartlaşdırmanın elmi prinsiplörini öyrәnәn İSO beynәlxalq tәşkilatı tәrәfindәn müәyyәn edilmişdir. Bu terminlәr dünyanın bir çox ölkəlәri tәrәfindәn qəbul edilmişdir. Onların bir hissәsi Azәrbayjan Respublikasının 8 oktyabr 1996-jı ildәn qüvvәyә minmiş "Standartlaşdırma haqqında" qanunda öz әksini tapmışdır.

Standartlaşdırma - mәhsullar (işlәr, xidmәtlәr) üçün norma, qayda vә xarakteristikaları müәyyәnlәşdirәn fәaliyyәt olub, aşağıdakıları təmin etmәk mәqsədi daşıyır.

  1. mәhsulların (işlәrin, xidmәtlәrin) insanın həyatı, sağlamlığı, әmlakı vә әtraf mühit üçün tәhlükәsizliyini;

  2. əhsulların texniki, texnoloci informasiya uyğunluğu

  3. texnoloci vә informasiya uyğunluğunu, elәjә dә qarşılıqlı әvәz olunmasını;

  4. mәhsulların (işlәrin, xidmәtlәrin) elm, texnika vә texnologiyanın inkişafına uyğunluğunu vә onların roqabәt qabiliyyәtinin yüksәldilmәsini;

  1. ölçmәlәrin dәqiqliyini vәhdәtini:

  2. bütün nov resursların qәnaәtini;

  3. tәbii vә texnogen qәzaların habelә, digər fövqәladә vәziyyətlәrin yaranması ehtimalları nәzәrö alınmaqla tәsәrrüfat obyektlәrinin tәhlükәsizliyini:

7.) ölkәnin müdafiә qabiliyyәtini vә sәfәrbәrliyә hazırlığını;

8) istehlakçıların mәhsullarının (işlәrin, xidmәtlәrin) nomenklaturası vә keyfiyyәti haqtında tam vә sәhih informasiyaya malik olmalarını.

Standart - maraqlı tәrәflәrin әksәriyyәtinin razılığı әsasında hazırlanmış vә müvafiq sәlahiyyәtli tәşkilat vә ya orqanlar tәrәfindәn tәsdiq edilәn kütləvi

istifadә üçün nəzәrdә tutulmuş mәhsulların (işlәrin, xidmötlәrin) keyfiyyәtinә vә tәhlükәsizliyinö dair tәlәblәri müәyyәnlәşdirәn normativ sənəddir.

Standartlaşdırma üzrə normativ sənәd - müəyyәn növ fәaliyyәtin, yaxud onun nәtijәlәrinin ümumi olan ijra vә istifadә norma, qayda vә xarakteristikalarını әks etdirәn normativ huquqi aktdır.

Beynəlxalq standartlar - dünya dövlәtlәrinin әksәriyyәtinin qәbul vә istifadә etdiyi standartlar, norma, qayda vә tövsiyyәlәrdir.

Rekional (hövzə) standartlar - texniki-iqqisadi әmәkdaşlıq edәn bir qrup rekional (hövzә) dövlәtlәrinin qәbul vә istifadö etdiklәri standartlar, norma, qayda vә tövsiyyәlәrdir.

Devlәtlararası standartlar - iki dövlәtin qarşılıqlı razılıq әsasında qöbul vә bir-biri ilә müvafiq münasibötlәrdә istifadә etdiyi standartlar, norma, qayda vә tövsiyyәlәrdir.

Milli standartlar - ayrı-ayrı müstәqil dövlәtin әrazisindә müvafiq qaydada hazırlanıb istifadә edilәn standartlar, norma, qayda vә tövsiyyәlәrdir.

Standartlaşdırma obyektləri - standartlaşdırma üzrә işlәrin predmeti olan vә şәrti vahidlәrin, işarәlәrin vә anlayışların kömәyi ilә keyfiyyәtjә vә kәmiy-yətjə xarakterizә edilә bilәn məmulatlar, proseslәr, qaydalar, metodlar vә

istehsal vasitәlәridir. Standartlaşdırma beynәlxalq miqyasda, ölkәdә, iqtisadi rayon, sәnaye sahәlәri, trest, firma, müәssisә vә hәtta sex daxilindә aparıla bilәr.

Standart köstәriçilәri - şәrti vahidlәr, işarәlәr vә ya anlayışların kömәyi ilә ifadә edilәn standartlaşdırma obyektlәrinin xarakteristikalarıdır. Ölçü, kimyәvi tәrkib,fiziki xassә, kütlә, istismar keyfiyyәtlgri, sәmәrәlilik, davamlılıq, e'tibarlılıq vә s. standart köstәriçilәri ola bilәr.

Parametr - məmulatın (prosesin, hadisәnin) hәr hansı xassәsini xarakterizə sdәn qiymətdir. Parametrlər standartlarda adәtәn parametrik sıralar şәklindә köstәrilir.

Mühazirə 2
Mövzu : Standartların kateqoriyaları və növləri.

Download 283,36 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish