Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan :
-
Marketinq tədqiqatlarının praktiki əhəmiyyəti.
-
Marketinq hadisəsisinin şərhi.
-
Marketinq və əmtəə keyfiyyətinin idarə edilməsi.
-
Əmtəənin rəqabət imkanı.
-
Rəqabət strategiyasının qiymətləndirilməsi.
-
Bazar seqmentasiyası.
-
Bazarın kompleks öyrənilməsi.
-
Keyfiyyətin sistemli idarə olunması.
-
Standartlaşdırmanın əmtəənin həyat dövrü ilə uyğunlaşdırılması.
-
Marketinqdə standartlaşdırma.
Marketinq tədqiqatları məhsulun keyfiyyyətinin təmin olunmasının tərkib hissəsidir, standartlaşdırma isə keyfiyyətin idarə edilməsinin bir hissəsidir. Ona görə də keyfiyyətin idarə edilməsinə və marketinqə standartlaşdırmadan ayrılıqda baxmaq olmaz.
Xarici şirkətlərin praktikası onu göstərir ki, hətta ən yüksək texniki səviyyəyə və keyfiyyətə malik olan məhsul bəzi hallarda aşağı rəqabət imkanlarına malik olur.
Yeni məhsulun istehsal konsepsiyası ,,dünyada ən yaxşı,, məmulat yox, istehlakçılar üçün lazım olan əmtəələrin yaradılmasına əsaslanmalıdır. Bir çox inkişaf etmiş qərb şirkətləri hesab edirlər ki, yeni məhsul ideyası konstruktor şöbələrində vəya elmi idarələrdə deyil, məhsulunun keyfiyyətinə və əmtəənin realizasiya üsullarına tələblər işləyib hazırlayan marketinq şöbəsində formalaşdırılır.
Beləliklə, deyilənləri yekunlaşdıraraq demək olar ki, keyfiyyətli məhsul texniki səviyyəyə görə dünya nümunələrindən üstün olan deyil, istehlakçı tələblərinə və onların real imkanlarına uyğun olan məhsuldur.
Marketinq –mürəkkəb hadisədir və bu günə qədər onun birmənalı şərhi yoxdur. Marketinq istehsalın idarə eedilməsinin bazar konsepsiyası və məhsu-lun satışı, istehsal- satış fəaliyyətinin təşkili və idarə edilməsi nəzəriyyəsi və praktikası,
idarəetmə nəzəriyyyəsinin yeni nəaliyyətlərinin istifadə edilməsi, riyazi statistika, proqramlaşdırma kimi prosesləri özündə cəmləçdirib . Marketinq əmtəənin satılması problemi gərginləşən zaman rəqiblərlə mübarizə üsuludur və bir çox hallarda istehlakçıların maraqlarına zidd olaraq müəssisə gəlirini yüksəltmək üçün vasitədir. Bazarı öyrənmədən əmtəənin ,,bazar yeniliyini,, öyrənmək mümkün deyil və bu öz növbəsində yüksək texniki səviyyəyə və keyfiyyətə malik olan standartlaşdırılmış əmtəənin yaradılmasından az vacib deyil.
Marketinq mövqeyindən əmtəə keyfiyyətinin idarə edilməsinin prinsipial xüsusiyyəti ondan ibarətdir ki, keyfiyyətin formalaşması əmtəənin birinci alışına təsirinə v verilən şirkətin buraxdığı məmulatlara dair istehlakçıların diqqətinin daim təmin olunma zərurətinə əsaslanmalıdır. Nəzərə alsaq ki, istrhlakçı əmtəəni ,,gözü,, ilə alır, istehlakçı keyfiyyətin estetik amillərinə -staylingə (rəngi, qablaşdırılması, dizaynı) xüsusi fikir verilməlidir. Keyfiyyətin erqonomik göstəriciləri və məmulatların istismar təlimatlarının olması da vacib sayılır. Buna görə də, yeni əmtəənin standartlaşdırılması onun ilk iki həyat dövründə məqsədəuyğun deyil.
Əmtəənin öyrənilməsi onun rəqabət imkanının təhlilini daxil edir və bunun tədqiqi konkrekt bazarlara bağlı olmalıdır. Məlumdur ki, əgər əmtəə daxili bazarda yüksək tələbata malikdirsə, xarici bazarda o aşağı rəqabət imkanına malik ola bilər. Əmtəənin rəqabət qabiliyyətinintəhlili onun bütün amillərini nəzərə almalıdır: -texniki, texniki- iqtisadi, təşkilati –kommersiya və s. Əgər əmtəə qabaqcadan yaradılmış standarta uyğun olaraq istehsal olunursa, göstərilən amilləri nəzərə almaq mümkün olmalıdır. Əmtəənin bazarda öyrənilməsi, qiymət siyasətinin iqtisadi əsas-
landırılması satışın və reklamların stimullaıdırılması üsullarının işlənib hazırlanması üçün lazımdır.
Qeyri- qiymət rəqabətin arsenalına rəqiblərdən daha yüksək keyfiyyət və etibarlılıq göstəriciləri, daha yaxşı dizayn, daha aşağı istehlak qiyməti, rəqib əmtəədən daha üstün olan texniki –iqtisadi və ekoloji göstəricilər, məmulata işləmə təhlükəsizliyi daxildir.
Öz fəaliyyətinin təfsilatı ilə öyrənilməsi ona görə lazımdır ki, onun zəif tərəflərini bilərək onlardan rəqabət mübarizəsinin strategiyasının qurulmasın-da istifadə etsinlər, onun güclü tərəflərini bilərək onları öz təcrubəsində tətbiq etməyi öyrənsinlər. Rəqibin maliyyə vəziyyətini, onun istehsal və texniki siyasətini istehsal xərclərinin səviyyəsini, bazar strategiyasını, satış və realizə üsullarını, qiymət siyahısını və s. bilmək lazımdır.
Rəqəmlərin strategiyasını qiymətləndirərkən onların alıcılara göstərdiyi servis strategiyasını, onların əmtəələrinin ticarət markasını, əmtəənin hərəkət praktikasını, reklamı öyrənmək lazımdır. Rəqəmlər haqqında biliklər nə qədər dolğun olarsa, bazarda iş strategiyası və taktikası bir o qədər əsaslandddırıl-mış və effektiv olar. Əgər verilən bazar üçün yaradılmış əmtəənin keyfiyyətti və rəqabət imkanları istehsalçının qiymətləndirilməsinə görə istehlakçıların tələblərinə uyğundursa, onlarla ünsiyyət yaratmaq lazımdır. Ona görə də, potensial alıcılara müxtəlif təsir üsulları nəzərdə tutulur (müraciət üsulu –reklam, təbliğat üsulu -əmtəə nişanı, sponsorluq və s.)
Bazar seqmentasiyası olmadan bazarın öyrənilməsi tam olmazdı, əmtə-ənin standartlaşdırmanın məqsədəuyğunluğu haqqında məsələnin həll edilmə süçün informasiyanın öyrənilməsi zərurəti belə aydın olmazdı. Məhz bazarın seqmentasiyası vasitəsilə şirkətlər təcrübədə istehlakçıların tələblərinə cavab verən əmtəənin istehsal prinsipini və əmtəənin diferensiasiyası həyata keçirir.
İstehlak əmtəələri bazarında istehlakçılar seqmentləri (qrupları) coğrafi, demoqrafik sosial -psixoloji və davranış amilləri əsasında təyin oluna bilər. Hər əmtəə növü bu və ya digər amillərin istifadə edilmə zərurətini təyin edir. Məsələn, alkaqolsuz içgilər bazarının seqmentasiyasını coğrafi amillər, avtomobillərinkini isə əhalinin gəlirləri səviyyəsi əsasında aparmaq mümkündür.
Beləliklə, bazarın kompleks öyrənilməsi effektiv keyfiyyət proqramını işləyib hazırlamağa, məhsulun keyfiyyətini idarə etmə sistmin isə istehsalşıların deyil, istehlakşıların probləmlərinin həll edilməsinə yönəltməyə imkan verir. Keyfiyyətin idarə etmə sistemi qabaqcadan qəbul olunmş standartın tələblərinin gözlənilməsi məqsədini güdməməlidir.
Keyfiyyətin sistemli idarə olunması çevik olmalı, əmtəə tələbatına və istehlakçıların təlabatlarının dəyişməsinə tezliklə münasibət göstərməlidir. Bunun zərurəti ,,Əmtəənin həyat dövrü,, konsepsiyası ilə də diktə olunur, yəni bazarda ən kefiyyətli və rəqabət imkanlı əmtəə müəyyən vaxtdan sonra yeni əmtəə ilə sıxışdırılıb çıxarırlar.
Standartlaşdırmanı əmtəənin həyat dövrü ilə uyğunlaşdırsaq şəkil 1-də göründüyü kimi alına bilər.
Satışların artması mərhələlərində istehlakçı əmtəəni qəbul edir, bu onu göstərir ki, keyfiyyət bazarın seşilmiş seqmentinə uyğundur. Bu mərhələdə variantları təsadüfi olmayan seqmentasiya təhlili və alıcıların istəklərinin əsaslı surətdə öyrənilməsindən irəli gələn məmulatın yeni modellərini təklif edirlər. Bu mərhələdə standartın yaradılması tezdir, didər tərəfdən baza modelinin əsas parametrləri müəyyən olunur və bu baza modeli gələcəkdə standartlaşdırıla bilər.
Satışların artması mərhələlərindən sonra yetginlik mərhələsi gəlir və bu istehsalçının məmulatın standartlaşdırılması barədə qərar qəbul etməsinə təsir göstərə bilər. Bu mərhələdə satış həcmlərinin tədricən stabilləşdirilməsi müşahidə olunur.
Yetginlik mərhələsi standartlaşdırılmış əmtəənin meydana çısması ilə xarakterizə olunur. Bu mərhələdə satış səviyyəsi əsasən məmulatların təkrarən
alınması vasitəsilə saxlanılır. Azalma mərhələsi onu göstərir ki, istehlakçı nöqteyi –nəzərincə əmtəə köhnəlmişdir. Bu zaman məmulatın keyfiyyət xarakteristikalarına və ya digər dəyişiklikləri etmək məqsədəuyğun deyil və məhsulun istehsalının dayandırılması, bazardan çıxarılması və onun yeni əmtəə ilə əvəz edilməsi haqda qərar qəbul edilməsi haqda qərar qəbul edilməsi lazım gəlir.
Belə də ola bilər ki. oxşar mallara başqa bazarlarda ehtiyac duyulur və burada onun satışını təklif etmək olar. Ona görə də, əmtəənin rəqabət imkanları səviyyəsi konkrekt bazarla bağlı olmamalıdır.
Marketoloqların fikrincə, bazarda köhnəlmiş əmtəə ilə qalmaq ən əvvəl şirkətin nüfuzunu aşağı salmaq deməkdir. Böyük şirkətlərin təcrübəsində bazardan çıxma praktiki olaraq yetginlik mərhələsinin axırında müşahidə olunur. Beləliklə, yeni bazarda ,,köhnə əmtəə -yeni bazar,, strategiyası işləməzsə, standartlaşdırılmış əmtəə sıxışdırılıb çıxarılacaq.
Beynəlxalq bazarda analaqu olmayan, yəni ixtiralar və kəşflər əsasında istehsal olunan yüksək texnoloji əmtəələrin standartlaşdırılması yuxarıda göstərilən amillərdən daha az səviyyədə aslıdır. Onları istehsal edən şirkətin standartında göstərilən keyfiyyət göstəriciləri bir qayda olaraq texnologiyanın yüksık yenilik səviyyəsini əks etdirir və bu isə rəqiblər üçün əlçatmazdır. Firmanın qeyri- diferensiasiyalı və qlobal marketinq strategiyasinın seçilməsindən sonra standartlaşdırılmış əmtəə ilə bazara girmək olar. Belə vəziyyətdə standartlaşdırılmadan alınan iqtisadi gəlir məlumdur. Bunun səbəbi əmtəənin müxtəlif bazar seqmentinin tələbləriə uyğunlaşdırmaq məqsədilə onun diferensiasiyasına sərf olan xərclər yoxdur, reklama çəkilən xərclər isə azalır.
Marketinqdə standartlaşdırılma təkcə əmtəələrə deyil, həm də marketinq fəaliyyətinin özünə də aid edilə bilər –marketinq tədqiqatları üsullarına və əməliyyat marketinqinə.
Marketinq tədqiqatları üsullarının standartlaşdırılmasın məqsədi –prosedurların unifikasiyası və bazarın öyrənilməsi üsullarının optimallaşdırıl-masıdır. Mütəxəssislər müəyyən etmişlər ki, bazar tədqiqatlarının effektivliyi (Eb.t) üsulların unifikasiya səviyyəsi ilə düz mütənasibdir.- bazar tədqiqatları-nın üsullarının unifikasiya əmsalı artdıqca onların effektivliyi də artır, yəni:
Eb.t = HTC kimidir.
burada, H – unifikasiya olunmuş üsulların ümumi sayıdır;
T - bir tədqiqat prosedurunun emalına sərf olunan orta vaxtdır
(adam- saatla) ;
C - proseduru işləyib hazırlayan mütəxəssisin orta saatlıq maaşı.
Mühazirə 19.
Mövzu : Standartlaşdırma və ekologiya
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan:
-
Əlverişsiz ekoloji halların yaranmasının əsas səbəbləri.
-
Ekologiya sahəsində qəbul olunmuş direktivlər.
-
,,Ekoloji idarəetmə,, texniki komitəsi
-
Ekololi effektivlik.
Təsərrüfat fəaliyyətində dövlətin iştiraketmə xarakterinin dəyişməsi, dövlət əmlak pauının azalması yüksək iş aktivliyi üçün iqtisadi şərait yaratmışdır. Bu halda ətraf mühitin və ekoloji təhlükəsizliyinin saxlanılması, təbiətin qorunması sahəsində dövlətin idarəetmə və nəzarət sistemlərinin fəal işləməsinin qarantı olan dövlətin məsuliyyəti çox böyükdür. Bazar mexanizmləri ilə dövlət nizamlama tədbirləri təsərrüfat fəaliyyəti subyektlərinin ətraf mühitə və təbii resurslara ehtiyatla yanaşmaq üçün iqtisadi stimullar formalaşdırmalıdır.
Dövlətdə əlverişsiz ekoloji halların yaranmasının əsas səbəbləri aşağıdakılar ola bilər:
-
Iqtisadiyyatın effektiv inkişafı (xammalın böyük həcmində hasili, çox-komponentli xammal növləri resurslarının emal sistemlərinin olmaması, istehsal və məişət tullantılarının emalı, zərərsizləşdirmə və məhv olunma sistemlərinin işlənməməsi) ;
-
Xalq təsərrüfatının deformasiya olunmuş strukturu (ekosistemləri həddindən artıq yükləyən, təbiəti istismar edən istehsalatçılar);
-
Texniki sistemlərin qeyri- etibarlılığı (zamanın tələblərinə cavab verməməyi), yüksək ekoloji risklə işləyən müəssisələrdə ixtisaslı kadr-ların çatışmamağı);
-
Təbiəti qoruyan avadanlığın qeyri- effektiv və köhnə olması;
-
Sənaye rayonlarında və şəhərlərdə ,,çirkli,, istehsal konsepsiyasının
mövcudluğu;
-
Ekoloji məsələləri tam şəkildə nəzərə almayan istehsal effektivliyini qiymtləndirən sistemin mükəmməl olmaması;
-
Təbiəti qoruma fəaliyyətinin ekoloji nizamlama sisteminin olmaması;
-
Ekoloji təhsil sisteminin inkişaf etməməsi.
Ekoloji standartlaşdırma beynəlxalq və milli standartlaşdırma təşkilatla-rının fəaliyyyətində getdikcə daha mühüm rol oynayır.
Standartlar təbiətin qorunması və ehtiyatların istifadə olunmasında müna-sibətlərin tənzimləmə vasitəsi kimi daha çox istifadə olunur.
Standartlar -ətraf mühitin keyfiyyətinin idarə edilməsi vasitəsidir.
Beynəlxalq ictimaiyyət ətraf mühitin qorunması sahəsində böyük işlər görür. Məsələn, Avropa Şurasında ekologiya sahəsində 90-dan çox direktivlər qəbul edilmişdir. Avropa Şurasının ekologiya sahəsindəki direktivləri bu təşki-latın ətraf mühitin qorunması üzrə baş siyasəti – suyun keyfiyyəti, havanın keyfiyyəti, istehsal riskləri və biotexnologiya, tullantılar, səslərdir.
Avropa şurasının baş siyasətinə aid direktivlər sənayedə çirklənmələrə nə-zarətin qiymətləndirilməsi, ətraf mühitin qorunması üzrə Avropa Agentliyinin yaradılması, nəzarət və informasiya təminatı şəbəkələrinə istiqamətləndirilmiş-dir. Su haqqında direktivlər çayların , direktivlərin və digər su hövzələrinin mühafizəsi problemlərini, içməli suyun keyfiyyəti məsələləri, su hövzəsində bəzi təhlükəli maddələrin artması, şirin suyun keyfiyyəti və digər problemləri əhatə edir.
Havanın mühafizəsi və sənaye riskləri üzrə direktivlər bəzi təhlükəli maddələrin istifadə olunmasına, təhlükəli kimyəvi maddələrin idxal- ixracına, havada bəzi təhlükəli maddələrin (asbest, qurğuşun və s.) olmasına məhdudiyyətlər müəyyən edir.
Tullantılara aid problemlər üzrə direktivlər şəhər şəraitində tullantı suları-nın təmizlənməsinə, zibil yandırma qurğularından çıxan çirklərdən hava mühitinin qorunmasına, təhlükəli maddələrin nəqlinə nəzarətə dair tələbləri müəyyən edir.
Səslərin məhdudlaşdırılması üzrə direktivlər müxtəlif avadanlıq, sənaye qurğuları, məişət cihazları, təyyarələr, avvtonəqliyyat tərəfindən yaranan səslə-rin səviyyəsini normallaşdırır.
Ekoloji standartlaşdırmanın vacib aspektlərindən biri də sənaye və istehlak tullantılarının istifadə edilməsi, zərərsizləşdirilməsi və ya təkrar emaldır. Mütə-xəssislərin hesablamalarına görə bəşəriyyət tarixində xammalın təyinatına görə istifadə olunması 5%-dən çox olmamışdır. Onun 20%-ə yaxın hissəsini sənaye tullantıları və 70%-dən çoxunu digər tullantılar təşkil edir.
Tullantılarının istifadə edilməsi problemlərinin həllinə dünyada böyük həcmli işlərin aparılması ,,ikinci geologiyanın yaranmasına təkan verdi, çünki tullantıların bir hissəsi resurs tərkibli sayılır. 10- 20% resinklingin (yəni təkrar emal və istifadə olunmanın) payına düşür. Poliqon anbarlarında yığılma və məhv olunmaya 80% düşür. Ona görə də bu sahədə mövcud olan bir çox məsələlərin dazilində tullantılarının istifadə edilməsinin strateji proqramının normativ bazasının yaradılması üçün standartlar işlənməlidir.
Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə direktivlərə, milli standartlara. zərəsizləşdirmə və məhv edilməyə, basdırma və tullantıların emalına yönələn konkrekt tədbirlərə əsaslanan dövlət proqramları həyata keçirilir. Qannunlar və qanunverici müddəalar ətraf mühiti tullantılarla çirkləndirən istehsalçılara hüquqi məsuliyyət müəyyən edir. Tullantıların utilizasiyası üzrə normativ sənədlərin yaradılması təhlükəli tullantıların aşkar olunması üçün xxüsusi olaraq vacib sayılır.
Ekostandartlaşdırmada İSO təşkilatının xüsusi rolu vardır. 1953-cü ildə təşkilatın strukturunda ,,Ekoloji idarəetmə adlı texniki komitə yaranmışdır –İSO TK 207 (,,Ətraf mühitin keyfiyyətinin idarə edilməsi,,). Komitələr fəaliyyətinə aşağıdakı aspektləri daxil etmək olar:
-
Ekoloji idarəetmə sisteminin yaradılması;
-
Ekoloji audit;
-
Ekoloji markalama;
-
Ekolojilik xarakteristikalarının qiymətləndirilməsi.
Texniki komitənin işinin nəticəsi olaraq 14000 seriyalı beynəlxalq standartların qəbul olunmasını göstərmək olar. İSO 14000 seriyalı standartların əsasını İSO 1401 ,,Ətraf mühitin qorunması sahəsində idarəetmə sistemi. İstifadə olunma üzrə rəhbərlik,, standartı və İSO 14004 ,,Ətraf mühitin qorunması sahə-sində idarəetmə sistemi. Prinsiplər, sistemlər və əlaqədar texnologiyalar üzrə ümumi rəhbərlik,, standartı təşkil edir. Normativ standartlar ətraf mühitin qorunması üzrə tədbirlərin idarəetmə sistemlərinə tələbləri müəyyən edir.
Standartlar universal olaraq iqtisadiyyatın dövlət və xüsusi sektorlarda istehsal və xidmətlər sahəsində istifadə oluna bilər. Standartlarda göstərilən ətraf mühitin qorunmasının idarə edilməsi üsulları sərt reqlamentləşdirilməyib və şəraitdən aslı olaraq müəyyən qədər fərqli ola bilər.
Ətraf mühitin idarə olunmasına yönəlmiş standartlar təşkilatları (müəssisə-ləri) ətraf mühitin idarə edilmə sisteminin effektiv elementləri ilə təchiz etmək üçün yaradılmışdır və bunlar inzibati idarəetmənin digər elementləri ilə birləş-dirilərək təşkilatın ekoloji və iqtisadi məqsədlərinə nail olmalarına köməklik göstərirlər.
Təşkilatın ekoloji effektivliliyinin anlanılması, həyata keçirilməsi və yük-səldilməsi ilə ətraf mühitə daha çox təsir göstərən fəaliyyət, məhsul və xidmət elementlərinin effektiv idarə olunmasına zəmin yarada bilər.
Ekoloji effektivliyin qiymətləndirilməsi təşkilatın daxili idarəetmə prosesi olaraq onun keçmiş və hal- hazırki ekoloji effektivlik göstəricilərini seçilmiş ekoloji effektivlik meyarları ilə müqayisə etməklə həyata keçirilir.
Öz növbəsində ekoloji effektivlik göstəricilərini iki kateqoriyaya ayırmaq olar:
-
Ekoloji effektivlik göstəriciləri;
-
ətraf mühitin vəziyyətinin göstəriciləri;
Ekoloji effektivlik göstəricilərini isə öz növbəsində iki yerə bölmək olar:
-
idarəetmə effektivliyinin göstəriciləri (ekoloji effektivliyə təsir göstərmək məqsədilə təşkilatın rəhbərliyi tərəfindən göstərilən cəhətlər haqqında informasiyanı təmin edən);
-
fəaliyyət effektivliyi göstəriciləri (təşkilatın fəaliyyətinin ekoloji effektiv-liyi üzrə informasiyanı təmin edən);
İdarəetmə effektivliyinə isə aşağıdakı göstəriciləri daxil etmək olar:
-
həyata keçirilmiş məqsəd və plan göstəricilərinin sayı;
-
çirklənmələrin qarşısını alan həyata keçirilmiş tədbirlərin sayı;
-
ekoloji proqramlarda iştirak edən işçilərin sayı;
-
ekoloji effektivliyin yaxşılaşdırılması üzrə konkrekt proqramla hazırlanmış məmulatların sayı v s.
Fəaliyyət effektivliyi göstəricilərindən isə aşağıdakıları göstərmək olar:
-
məhsul vahidinə istifadə olunan materialların miqdarı;
-
yenidən emal olunan, resiklləndirilən və təkrarən istifadə olunan
xammalın miqdarı;
-
təkrar istifadə olunan suyun miqdarı;
Ətraf mühitin vəziyyətinin göstəricilərinə isə aşağıdakıları göstərmək olar:
-
konkrekt çirkləndiricilərin atmosfer havasında qıtlığı;
-
yeraltı və yerüstü suların tərkibindəki çirkləndiricilərin qıtlığı;
-
işçilərin və əhalinin arasında yayılan spesifik xəstəliklərin sayı və s.
Şirkətlər ekoloji idarəetmə ilə sosial məsuliyyətli marketinq konsepsiyası arasındakı əlaqəyə xüsusi diqqət yetirilməlidir. Cəmiyyətdə ətraf mühitin qorun-ması və ekoloji təmiz mallara ehtiyac artdıqca, onun uzuzmüddətli rifahına yönələn fəaliyyət də güclənir.
Mühazirə 20.
Mövzu : Texniki- iqtisadi və sosial – məlumatın təsnifatı və kodlan-
masının vahid sistemi
Ədəbiyyat:
1. N.R.Məmmədov –Standartlaşdırmanın əsasları, Çaşoğlu., Bakı. 2003. -386 s.
2. A.R.Qafarov -Standartlaşdırmanın əsasları , Çaşoğlu., Bakı. 2004. -157s.
3. N.H.Fərzanə,V.Ə.Bayramov və b. –Standartlaşdırmanın əsasları, Təhsil – Bakı, 2007. -218 s.
4. P.A.Cəfərov, Ş.İ.Həsənov - Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi. Dərs vəsaiti., Gəncə, 2003. – 219 s.
5. Q.D.Krılova -Osnovı standartizaüii, sertifikaüii i metroloqii. –M: İzd. Standartov, =ÖNİTİ, 1988. -366 s.
Plan:
-
Texniki- iqtisadi məlumat obyektlərinin təsnifatlaşdırma sistemləri.
-
İllik çoxluğun bölünmə prosesi.
-
Kodun qurulması.
Elmi- texniki tərəqqi məlumatın arasıkəsilmədən toplanması ilə müşayət edilir ki, bununda həcminin artma tempi onun işləmə üsullarını və imkanlarını ötqb keçir. Hər 8...10 ildən bir toplanmış məlumatın miqdarı ikiqat artır.
Xalq təsərrüfatının yqksək dinamikkiyi şəraitində onun planlaşdırılmasının və idarə edilməsinin optimal təşkili üçün texniki- iqtisadi məlumatın böyük həcminin operativ işlənilməsi tələb olunur. Bu isə yalnız müasir hesablayıcı texnika vasitələrinin tətbiqi və onların əsasında müəssisələrin, , sahələrin və bütövlükdə sənayenin planlaşdırılmasının, hesabatının və fəaliyyətinin idarə edilməsinin avtomatlaşdırma sisteminin qurulması nəticəsində əldə edilə bilər.
İstənilən avtomatlaşdırılmış idarəetmə sisteminin əsas hissəsi, müəyyən idarəedici həllərin qəbul edilməsi üçün texniki- iqtisadi məlumatın yığılmasını, toplanmasını və ötürülməsini təmin edən məlumat sistemidir.
Böyqk həcmdə texniki- iqtisadi məlumatın işlənmə sisteminin yaradılmasında, məlumatın təsnifatı və kodlanması, məlumat daşıyıcılarının və onların işlənmə üsullarının standatlaşdırılması əsasında məlumat selinin nizamlanması mühüm yer tutur.
Texniki- iqtisadi məlumat obyektlərinin təsnifatlaşdırma sistemi anlayışı altın-da verilmiş növ obyektlərə məxsus olan və onları başqa obyektlərdən fərqləndirən ümumi əlamətlər əsasında, obyektlərin siniflərə (təsnifat qruplarına) paylanmasını müəyyən edən qaydalar məcmuusu başa düşülür.
Əlamətlərin məntiqi ardıcıllığı əsasında aparılan təsnifatlaşdırma nəticəsində kodlaşma prosesi sadələşir, yəni kodlanma təsnifatlaşdırma sisteminə uyğun olaraq həyata keçir.
Bundan əlavə, texniki- iqtisadi məlumatın mexanikləşdirilməsi və avtomatlaş-dırılması bir sıra əməliyyatların, böyük miqdarda obyektlərdən ümumi əlamətlərlə birləşən əşyalar məcmuusuna və ya tələb olunan vahidlərin seçilmı və axtarma proseslərinin yerinə yetirilməsilə bağlıdır.
Texniki- iqtisadi məlumatın təsnifatlaşdırma sistemi əsasında yaradılan kodlan-manın başqa mühüm üstünlüyü ondan ibarətdir ki, bilavasitə obyektin kodu üzrə onun xüsusiyyətləri haqqında fikir söyləmək imkanı yaranır. Bu halda məlumatın avtomatlaşdırılmış işlənməsi alqoritmləri əhəmiyyətli dərəcədə sadələşir. Hesablama vasitələrinin istifadə edilməsinin səmərəliliyi artır.
Texniki- iqtisadi məlumatların təsnifatlaşdırma obyektləri aşağıdakıkardır:
- sənaye və kənd təsərrüfatı məhsulları; - binalar və qurğular; - təbii və əmək resursları; - maddi və əmək normativləri; - layihələndirmə, planlaşdırma, istehsalda, maddi- texniki təchizatda və xalq təsərrüfatının istismar sahəsində istifadə edilən ölçü vahidləri və başqa texniki- iqtisadi göstəricilər. Texniki- iqtisadi məlumat obyektlərinin çoxnövlülüyü, xalq təsərrüfatının idarə edilməsinin bütün manqalarda və sahələrində həll edilən məsələlərin sayının çoxluğu ölkədə texniki- iqtisadi məlumat obyektlərinin dövlət təsnifatlaşdırma və kodlanma sisteminin yaradılmasını tələb edir (MDTKS).
Ümumdövlət təsnifçilər kompleksinə daxil olan MDTKS qarşılıqlı əlaqə nəticəsində hər bir obyektə vahid kod verməklə bütün obyektlərin texniki və iqtisadi xarakteristikalarına görə dürüst sistemləşdirilməsini təmin edir.
Xalq təsərrüfatının bütün sahələrində obyektlərin birmənalı kodlanması, müəs-sisələrin, sahələrin və bütövlükdə ölkənin xalq təsərrüfatının avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyəti üçün lazımi şərait yaradır. Texniki- iqtisadi məlumat obyektlərinin birmənalı kodlanması nəticəsində məlumatın yenidən mürəkkəb şəkildə kodlanması zərurəti aradan qalxır, sənədlərin həcmi azalır və onun yenidən tərtib olunma zərurəti azalır. Təcrübələr göstərir ki, birmənalı kodlanma hesabına sifarişlərin tərtib edilməsinin operativliyi 2...3 dəfə artır. Bundan başqa, materialların sahələrarası tədarükü, habelə ayrş- ayrı konstruktor büroları və müəssisələrarasında cizgilərin və texnokoji sənədlərin alınması sadələşir.
Texniki- iqtisadi məlumatın və onun standartlaşdırma obyektlərinin MDTKS –i tərəfindən unifikasiya və aqreqatlaşdırılması üçün lazşm olan zəmin yaradılacaq, istehsalın ixtisaslaşdırılmasının inkişafına imkan yaradacaq, istehsal olunan sənaye məmulatlarının nomenklaturasının xeyli azalmasına və saxlanılan ehtiyat hissələrinin kəskin azalmasına, maddi- texniki təchizat sisteminin sadələşdirilməsinə xeyli imkan yaradacaq.
Təsnifatlaşdırma və kodlanma sistemlərinə və texniki- iqtisadi məlumat obyektlərinin təsnifilə standartların işlənib hazırlanması MDTK- in yaradılması üzrə işlərin mühüm istiqamətlərindəndir.
Təsnifçilərin standartlaşdırılması üzrə işlər, vəzifələrin nazirliklər arasında bölünməsinə və təhkim edilməsinə, təsnifatlaşma və kodlanma işlərinin koordinasiya-sına, kod işarələrinin vəhdətini müəyyən etməyə imkan yaradır və sənədlərin, məlumat xəritələrinin və məlumatın maşın daşıyıcılarının standartlaşdırılması üçün şərait yaradır.
Texniki- iqtisadi məlumatın işlənməsinin sadələşdirilməsi üçün obyektlərin ilkin çoxluğu müəyyən, qabaqcadan təyin edilmiş əlamətlərə görə daha kiçik yarımçoxluqlara –təsnifat qruplarına təsnifatlaşdırılmalıdır. Eyni vaxtda hər yarım-çoxluq nizamlanmalıdır və adlandırılmalıdır.
İlkin çoxluğun bölünmə prosesi pillələrlə aparılır ki, bunun nəticəsində mürək-kəb icraçıya quruluşu əmələ gəlir. Təsnifatlaşmanın birinci səviyyəsində obyektlər çoxluğu M müəyyən təsnifatlaşma əlamətinə görə n yarımçoxluğuna (m , m ... m n ), ikinci səviyyədə əvvəlki səviyyənin təsnifatlaşma qrupunu m , ikinci bölmə səviyyə-sinin təsnifatlaşma qrupunu təşkil edən n yarımçoxluğuna bölünür (m , m ... m n ), Daha sonra bu proses davam etdirilir.
Bölmənin əsasına qoyulmuş əlamətlərin seçilməsi yarımçoxluqların kəsişməyi-
ni və bütün bölmə obyektlərinin tam əhatə edilməsini təmin etməlidir. Bu o deməkdir ki, çoxluğun hər obyekti verilmiş səviyyənin yalnız bir yarımçoxluğuna yerləşdirilə bilər və hər bölmə səviyyəsində M çoxluğunun bütün obyektləri verilmiş səviyyənin yarımçoxluğuna daxil edilməlidir.
Bu şərtlərin yerinə yetirilməsi üçün bütün obyektlər verilmiş təsnifatlaşmada qəbul olunmuş əlamət bölmələrinə uyğun olan xassə yığımı ilə xarakterizə edilməlidir və qrupları daha kiçiklərə böləndə yalnız bir əlamət istifadə edilməlidir.
Təsnifatlaşmanın əlamət məcmuusuna birgə tabe olan və birgə tabe olmayan əlamətlər daxildir. Birinci halda onların təsnifatlaşma səviyyəsində ardıcıl istifadə edilməsi qəti surətdə müəyyəndir, ona görə ki, onlar daha çox obyektləri müxtəlif tərəflərdən xarakterizə edir.
Məlumatın sonrakı işlənilməsi, saxlanılması və ötürülməsi üçün ( hesablama texnikası vasitələrinin, məlumatların avtomatlaıdırılmış ötürülmə vasitələrinin istifadə edilməsi ilə ) təsnifatlaşma qruplarına və təsnifatlaşdırılan obyektlərə birmənalı kodlar vermək lazımdır.
Kodlanma üçün əsasən daha çox ədədi kodlardan istifadə edilir.
Texniki- iqtisadi məlumat obyektlərinin kodlanması işlənməsində daha çox təsnifatlaşma sistemində bölmə əsasına uyğun olan onluq əsası istifadə edilir. Eyni zamanda kodlaşmış məlumatın EHM –da işlənməsi və rabitə kanalları ilə ötürülməsi üçün iki əsaslı kodlanma istifadə edilir. Bununla əlaqədar olaraq məlumatın yenidən kodlanması zərurəti yaranır.
Adətən kodun pozisiyası təsnifatlaşma səviyyəsinə, əlifba isə bölmə əsasına uyğun olur. Əgər onluq kod istifadə edilirsə, onda bölmə əsası 10- dan çox, lakin 100- dən azdırsa, onda verilmiş səviyyənin təsnifatlaşma qruplarının kodlanması üçün iki pozisiya kifayətdir və s. Kodun quruluşunu hər düyünündən budaqlar çıxan kod ağacı şəklində təsvir etmək münasibdir; onların sayı kodun əsasına münasibdir.
Kodlanma sisteminin elmi əsaslandırılmış vahidlərinin işlənməsinə ehtiyac, müəssələrdə müxtəlif adlarda materialların, hissələrin, dəstləşdirici məmulatların, alətlərin, avadanlığın və s. miqdarının hədsiz artması nəticəsində daim 500...600 min adlı əşya dövr etməsidir.
Rusiyanın ZİL avtomobil zavodunda isə yalnız alətlərin adı 60 mindən çoxdur. Buna görə unifikasiya, təchizat, hesablama və anbar təsərrüfatının təşkilinin yaxşılaş-dırılması məsələlərinin həlli, müəssədə olan əşyalar çoxluğunun vahid təsnifatlaşma, nizamlanma sistemi olmadan mümkün deyil ( xaricdə hesab edilir ki, əmtəə- maddi sərvətlərin ehtiyatı düzgün təsnifatlaşma nəticəsində 20% -ə qədər azaldıla bilər ki, bu da vəsaitlərə böyük qənaətdir).
Standart sisteminin əsası kimi məhsulun və onun elementlərinin onluq (desimil) təsnifatı qəbul oluna bilər. Bu təsnifatın mahiyyəti aşağıdakılardan ibarətdir:
- təsərrqfatın bütün məhsulu 100 sinifə bölünür. Hər sinif -10 yarımsinifə, yarımsinif -10 qrupa, qrup -10 yarımqrupa, hər yarımqrup isə öz növbəsində -10 növə bölünür. İlk 6 ədəd məhsulun xüsusiyyətini xarakterizə edir (yüksək təsnifat qrupları). Sonuncu 4 ədəd məmulatların konkrekt markalarını təyin edir.
Belə təsnifatın ümumi sxemi aşağıdakı kimidir.
XX
|
X
|
X
|
X
|
X
|
X X X X
|
Sinif
|
Yarım sinif
|
Qrup
|
Yarım qrup
|
Məhsulun
növü
|
Qeydə alınmanın sıra
nömrəsi (məhsulun konkret markasını, modelini və tip ölçüsü-nü təyin edən növdaxili səciyyə
|
Mühazirə 21.
Mövzu : Əmtəə üzrə informasiyanın kodlaşdırılması sistemi.
Do'stlaringiz bilan baham: |