Azərbaycan ortopediya və travmatologiya jurnali


QANZ OSTEOTOMİYASI SONRASI BİOMEXANİK YERİMƏ ANALİZLƏRİN NƏTİCƏLƏRİ VƏ ONLARIN KLİNİK-RENTGENOLOJİ PARAMETRLƏR İLƏ KORRELYASİYASI



Download 10,21 Mb.
bet46/79
Sana21.02.2022
Hajmi10,21 Mb.
#16307
1   ...   42   43   44   45   46   47   48   49   ...   79
QANZ OSTEOTOMİYASI SONRASI BİOMEXANİK YERİMƏ ANALİZLƏRİN NƏTİCƏLƏRİ VƏ ONLARIN KLİNİK-RENTGENOLOJİ PARAMETRLƏR İLƏ KORRELYASİYASI
A.Qəhrəmanov, V.Q.Verdiyev, B. Atilla, C.Aksoy, M.Tokgözoğlu, F.İnanıcı, A.Baki, S.Güner
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Bakı
Hacəttəpə Universiteti Tibb Fakulteti Ortopediya Kafedrası, Ankara
Hacəttəpə Universiteti Tibb Fakulteti Fiziksel Tıp ve Reabilitasion Kafedrası, Ankara
Açar sözlər: Qanz osteotomiyası, yerimə analizi, rentgenoloji parametrlər.
Key words: Ganz osteotomy, gait analisis, X-ray parameters.
Ключевые слова: Остеотомия по Ганзу, анализ ходьбы,
рентгенологические параметры.
Bud-çanaq oynağının displaziya və artrozları ilə gənc xəstələrdə total bud-çanaq oynağı artroplastikası qəbul edilmiş müalicə metodu olsa da bu əməliyyatlar böyük miqdarda fəsadlar və erkən reviziyalar ilə müşahidə edilir [1, 2]. Bu xəstələrdə fizioloji olaraq ən doğru seçim sirkə kasasının normal mövqeyə gətirilməsi və bud başının normal hialin qığırdaq ilə örtülməsidir [3, 4].
Bu məsələni həll etmək üçün təkli, ikili, üçlü osteotomiyalardan ibarət bir çox əməliyyatlar təklif edilmişdir [5, 6, 7, 8, 9]. Sirkə kasası üzərində aparılan bütün rekonstruktiv osteotomiyaların məqsədi displaziyanın bütün aspektlərinin düzəldilməsidir.Yəni deformasiya multiplanar olduğu üçün həm dəyişmiş asetabulyar reoriyentasiyası düzəldilməli, həm də oynağın medial translyasiyası təmin edilməlidir. Lakin ədəbiyyatı analiz etdikdə məlum olmuşdur ki, təklif edilmiş əməliyyatların qüsurları mövcuddur və heç biri problemi tam həll etməmişdir. 1983-cü ildə Reynold Ganz tərəfindən təklif edilən periasetabulyar osteotomiyası əməliyyat zamanı edilən osteotomiyaların daha təhlükəsiz və bir kəsikdən aparılma imkanı ilə ondan əvvəl istifadə edilən ostetomiyalardan daha üstündür [10].
Bud-çanaq oynağının displaziyaları ilə xəstələrdə osteotomiyanı rahat yerinə yetirmək ücün bud-çanaq oynağı ətrafında geniş əzələ disseksiyası etmək lazım gəlir. Bu da gəzərkən əzələ zəifliyinə və axsamaya gətirir. Bununla bərabər Qanz əməliyyatının ən cətin mərhələsi ən son mərhələ sayılır. Yəni kəsiklər aparıldıqdan sonra asetabulyar fraqmentinin doğru orieyentasiyasının təmin etməkdir. Bu zaman asetabulyar lateralizasiya, retroversiya və yuxarıya miqrasiya kimi xətalar da ola bilər. Bu da həm bud-çanaq oynağının hərəkət genişliyinə həm də normal gəzməyə mənfi təsir edə bilər. Bud-çanaq oynağında ağrı və patoloji deformasiya səbəbi ilə aşıq-baldır diz və bud-canaq oynaqlarının hərəkətlərində və oynağa düşən yük dağılımında patoloji dəyişikliklər baş verir.
Hərəkətə təsir edən bir çox digər patologiyalar zamanı yerimə analizinin aparılması patologiyanın daha dəqiq öyrənilməsi və doğru müalicə yolu seçməklə bərabər müalicə sonrası analiz aparmağa imkan verir. Başqa sözlə müalicənin konkret hansı xəstəyə nə cür və nə dərəcədə təsir etdiyini təyin etməyə imkanı verir.
Bud-çanaq oynağı insan orqanizminin lokomotor sisteminin statik, dinamik fiziologiyasında və xüsusilə yük daşıma, ambulyasiya funksiyalarının yerinə yetirilməsində vacib rol oynayır və həyata keçirtdiyi funksiya səbəbi ilə insan bədənindəki oynaqlar arasında əzələlərdən ən çox təsir görən oynaqdır.

Download 10,21 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish