Material və müayinə üsulları
Hacəttəpə universiteti Tibb Fakultetinin Etika komissiyasının razılığı alındıqdan sonra biz Qanz osteotomiyası edilmış displastik oynaqlar ilə xəstələrin əməliyyat sonrası nəticələrinin nə qədər müvəffəqiyyətli olduğunu araşdırmaq məqsədi ilə funksional, rentgenoloji dəyərləndirmələr ilə paralel biomexanik yerimə analizlərini də apardıq. Biomexanik gəzmə analizləri bizim təklifimizə müsbət cavab verən və tələb edilən kriteriyalara cavab verən 35 xəstədə (39 oynaq) edilmişdir. Müayinə müddətində xəstələrin yaşı 13-44 arası olub orta hesabla 25,7 il idi. Onlardan 31 (88,5%) qadın, 4 –ü (11,5%) isə kişi idi. 19 (48,7%) halda xəstələrin sağ, 20 (11,3%) halda isə sol bud-çanaq oynaqları əməliyyat edilmişdir.
Bu qrupdan 18 (51,4%) xəstənin anamnezində uşaqlıq çağında bud-çanaq oynağında əməliyyat, 9-u (25,7%) isə konservativ müalicə aldıqları qeyd edilirdi. 18 (51,4%) xəstədə əməliyyat edilmiş ətrafda 0,5-3 santimetrə qədər qısalıq qeyd edilirdi.
Xəstələrdə analiz olunan radioqrafik parametrlər aşağıdakılar idi: Tönnis, Viberq, Lequesne bucaqları, örtülmə indeksi, medializasiya və Tönnis osteoartroz indeksi. Bizim tədqiqatda Qanz osteotomiyası edilmiş xəstələrlə yanaşı funksional dəyişiklikləri obyektiv təyin etmək məqsədi ilə bud-çanaq oynağında patologiyası olmayan eyni çəkidə, yaşda və cinsdə 35 nəfər sağlam insanlarda kontrol qrup olaraq biomexanik yerimə analizləri edilmışdır. Kontrol qrupda yaş ortalaması 34,4±4,3 il idi.
Həm əməliyyat edilmiş, həm də kontrol qrupda aşağıdakı biomexanik müayinələr araşdırılmışdır: spatiotemporal analizlər, sagittal planda kinematic analizlər, koronal planda kinematik göstəricilər, sagittal planda moment qüvvələri. Biomexanik müayinələr Hacəttəpə Universiteti Tibb fakulteti Fiziksel Tıp ve Reabilitasion kafedrasının biomexanik yerimə analizi laboratoriyasında edildi. Xəstələrin yerimələri 1 ədəd video kamera və 6 ədəd 50 Hz JAİ (Java Advanced İmaging) infrared kameralı Vicon 612 gəzmə analizi sistemi 2 ədəd Bertec qüvvət platformaları və 8 kanallı Motion Lab Sistem MA-300 EMG sistemi istifadə edilərək qeyd edildi.
Daha dərin və obyektiv analiz məqsədi ilə əməliyyat sonrası funksional (HHS) nəticələri aşağı olan qrupun funksional nəticələri yüksək olan qrupdan ayırmaq üçün biz əlavə olaraq xəstələri 2 qrupa böldük: Harris Hip Score (HHS) göstəriciləri zəif və yaxşı -12 (34,2%) xəstə və 2-ci qrup HHS göstəriciləri əla -23 (65,8%) xəstə. Xəstələrin demoqrafik analizləri üçün Kruskal Wallis demoqrafik qeyri-parametrik testi və bud-çanaq oynağının gostəricilərinin analizi üçün Mann-Whitney qeyri-parametrik kriteriyalarından istifadə edilmişdir.
Do'stlaringiz bilan baham: |