2) Funksiya: ətrafda aktiv hərəkətlərin məhdudlaşması və bu məhdudiyyətlərin xəstənin həyat keyfiyyətində nə dərəcədə rol oynamasına görə qiymətləndirilir.
Bal
|
Peşə yararlılığı
|
Əmək qabiliyyəti
|
V
|
Məhdudiyyətsiz
|
Tam
|
IV
|
Aralıq vəziyyət
|
Tam
|
III
|
Məhdudlaşmış
|
Az məhdud
|
II
|
Aralıq vəziyyət
|
Məhdud
|
I
|
Xeyli məhdudlaşmış
|
Minimal
|
0
|
Peşəyə yararsızlıq
|
Tamamilə yoxdur
|
3) Emosional durum: funksional nəticəyə xəstənin emosional reaksiyasına görə qiymətləndirilir.
Bal
|
Funksional nəticəyə münasibət
|
Cərrahi əməliyyata münasibət
|
V
|
Əla
|
Başqalarına məsləhət görər
|
IV
|
Yaxşı
|
Təkrar əməliyyata razılaşar
|
III
|
Qənaətbəxş
|
Təkrar əməliyyata razılaşar
|
II
|
Nisbi qənaətbəxş
|
Təkrar əməliyyata razılaşar
|
I
|
Qeyri-qənaətbəxş
|
Təkrar əməliyyata çətin razılaşar
|
0
|
Mənfi
|
Təkrar əməliyyata çətin razılaşar
|
AŞAĞI ƏTRAFLAR ÜÇÜN QİYMƏTLƏNDİRMƏ MEYARLARI
4) Dayaq funksiyası: dayanma və ya yeriş üçün əlavə dayağa (kostil, əsa) ehtiyac olub-olmamasına görə qiymətləndirilir.
Bal
|
Əlavə dayaq və ya sarğı materialları
|
İstifadə tezliyi
|
V
|
İstifadə edilmir
|
Heç vaxt
|
IV
|
Fiksəedici sarğı (ortez)
|
Nadir hallarda
|
III
|
Fiksəedici sarğı (ortez)
|
Tez-tez və ya daim
|
II
|
Kostil və ya əsa
|
Nadir hallarda
|
I
|
Kostil və ya əsa
|
Tez-tez və ya daim
|
0
|
İki kostil
|
Daim
|
5) Yerimə qabiliyyəti (walking ability): keçirilmiş əməliyyatdan sonra hərəkətin məhdudlaşmasına görə qiymətləndirilir.
Bal
|
Hərəkətin məhdudlaşması
|
Hərəkət məhdudlaşmasının tipi
|
V
|
Məhdudiyyətsiz
|
Əməliyyata qədərki kimi
|
IV
|
Aralıq vəziyyət
|
V-dən xeyli az
|
III
|
Məhdud
|
IV-dən xeyli az
|
II
|
Aralıq vəziyyət
|
III-dən xeyli az
|
I
|
Xeyli məhdud
|
Yalnız evdə gəzə bilir
|
0
|
Praktiki məhdud
|
Köməkçinin köməyi ilə və ya kresloda hərəkət
|
6) Yeriş: yerişdə dəyişikliyin olub-olmaması və bu dəyişikliklərin yerinə yetirilən funksiyaya təsirinə görə qiymətləndirilir.
Bal
|
Ətrafın deformasiyası
|
Yerişin pozulması
|
V
|
Yoxdur
|
Dəyişiklik yoxdur
|
IV
|
Nəzərə çarpmır
|
Nəzərə çarpmayan axsama
|
III
|
Zəif kosmetik dəyişikliklər
|
Yüngül axsama
|
II
|
Aralıq vəziyyət
|
Axsama
|
I
|
Nəzərə çarpan kosmetik dəyişikliklər
|
Aşkar axsama
|
0
|
Aşkar deformasiya
|
Ətraf yerişdə istifadə edilmir
|
YUXARI ƏTRAFLAR ÜÇÜN QİYMƏTLƏNDİRMƏ MEYARLARI
7) Əlin vəziyyəti: yuxarı ətraflarda orqansaxlayıcı əməliyyatlardan sonra xəstənin əli ilə aktiv hərəkətlər etmə qabiliyyətinə görə qiymətləndirilir.
Bal
|
Hərəkət məhdudluğu
|
Ətrafın uzaqlaşdırılması,
dərəcə ilə
|
V
|
Məhdudiyyət yoxdur
|
180º
|
IV
|
Aralıq vəziyyət
|
180º
|
III
|
Çiyindən yuxarı deyil (pronasiya mümkün deyil)
|
90º
|
II
|
Aralıq vəziyyət
|
30º
|
I
|
Qurşaqdan yuxarı deyil
|
30º
|
0
|
Uzaqlaşdırma mümkün deyil
|
30º
|
8) Manual bacarıq (məharət): əllə zərif işlərin görülmə qabiliyyətinə görə qiymətləndirilir. Məs.: düymələrin, ayaqqabı bağlarının bağlanılması, yazı yazma və s.
Bal
|
Hərəkət məhdudluğu
|
Əlin funksiyası
|
V
|
Yoxdur
|
180º
|
IV
|
Aralıq vəziyyət
|
180º
|
III
|
İncə hərəkətlərin yerinə yetirilə bilməməsi
|
90º
|
II
|
Aralıq vəziyyət
|
30º
|
I
|
Kəskin
|
30º
|
0
|
Hərəkət yoxdur
|
30º
|
9) Qaldırma funksiyası: əlavə kömək olmadan, əşyaların aktiv qaldırılma qabiliyyətinə görə qiymətləndirilir. Funksiya o zaman normal sayılır ki, xəstə sağlam əli ilə qaldırdığı yükü əməliyyat olunmuş əli ilə də qaldıra bilsin.
Bal
|
Qaldırma funksiyası
|
Ətrafın gücü
|
V
|
Məhdudiyyət yoxdur
|
Hər iki əldə eynidir
|
IV
|
Aralıq vəziyyət
|
Sağlam əldən bir qədər azdır
|
III
|
Məhdud
|
Sağlam əldən xeyli azdır
|
II
|
Aralıq vəziyyət
|
Yalnız ağırlıq qüvvəsini dəf edə bilir
|
I
|
Yalnız əlavə köməklə
|
Ağırlıq qüvvəsini dəf edə bilmir
|
0
|
Hətta əlavə köməklə də mümkün deyil
|
Yoxdur
|
Yuxarıdakı şkala ilə funksional nəticənin hesablanmasına baxaq. Məs.: xəstənin balları: I punkt-5 bal; II punkt-3 bal; III punkt-4 bal; IV punkt-2 bal; V punkt-3 bal; VI punkt-3 bal.
Funksional nəticə (F)=balların cəmi/punktların sayı×5
Yəni, F=20/30×100%; F=67%
Alınmış faizlərə görə funksional qiymətləndirmə aparılır:
Funksional nəticə, %
|
Funksional qiymətləndirmə
|
≤25
|
«qeyri-kafi»
|
26-50
|
«kafi»
|
51-75
|
«yaxşı»
|
76-100
|
«əla»
|
Müzakirə və nəticələr
Bizim tədqiqata daxil olan xəstələrdə müşahidə olunan funksional nəticələr barədə məlumat veririk:
-Fərdi endoprotezlər istifadə olunmuş xəstələrdə: “əla”-10,68%(14/131), “yaxşı” - 48,09% (63/131), “kafi” - 24,42% (32/131), “qeyri-kafi” - 16,79% (22/131).
-Modul endoprotezlər istifadə olunmuş xəstələrdə: “əla” - 22,58% (14/62), “yaxşı” - 67,74% (42/62), “kafi” - 9,68% (6/62), “qeyri-kafi” - 0.
Bizim tədqiqatımızda fərdi endoprotezlərin 3-illik yaşaması 55,2±9,2%, 5-illik yaşaması 44,8±9,2% təşkil etmişdir. Modul protezlər üçün bu göstəricilər müvafiq olaraq 92,3±7,4% və 84,6±10,0%-dir (Şəkil 4.5.). Hesablama Kaplan-Meyer üsulu ilə aparılmışdır. Alınmış nəticələr statistik cəhətdən inandırıcıdır (3-illik yaşama göstəriciləri üçün: χ2=4,02, p<0,05; 5-illik yaşama göstəriciləri üçün: χ2=4,29, p<0,05). Modul protezlərin 3-illik yaşama göstəricilərinin fərdi protezlərin 3-illik yaşama göstəriciləri ilə müqayisədə yüksək olmasının şanslar nisbəti(ŞN)-9,75(1,12-85,16) olmuşdur (95%-li etibarlılıq intervalının (Eİ) aşağı sərhəddi=1,12, yuxarı sərhəddi=85,16). 5-illik yaşama göstəriciləri üçün ŞN-6,77(1,27-36,14) olmuşdur (95% Eİ aşağı sərhəddi=1,27, yuxarı sərhəddi=36,14).
Şəkil 3. Fərdi (göy) və modul (qırmızı) endoprotezlərin 3 və 5-illik “yaşama” göstəriciləri.
Modul endoprotezlərin praktikaya daxil olması onkoloji xəstələrdə diaqnoz qoyulduqdan qısa müddət sonra cərrahi əməliyyat aparmağa imkan verir. Belə ki, bu növ endoprotezlər individual protezlərdən fərqli olaraq, fərdi qaydada hazırlanmır, əməliyyat zamanı defektin ölçülərinə uyğun müxtəlif ölçülü hazır hissələrdən yığılır. Modul protezlərin tətbiqindən sonra infeksion və ortopedik ağırlaşmaları nadir hallarda müşahidə etmişik. Fərdi protezlərlə müqayisədə modul protezlər istifadə olunmuş xəstələrdə funksional nəticələr daha qənaətbəxşdir, protezlərin “yaşama” göstəriciləri xeyli yüksəkdir. Qeyd edilənlərdən əlavə, modul endoprotezlər bazu, bud-çanaq və diz oynağı nahiyyələrində iri defektləri bərpa və gözlənilməz interoperasion tapıntıları korreksiya etməyə imkan verir.
Ədəbiyyat
-
Əmiraslanov Ə.T., Qaziyev A.Y. Onkologiya. Bakı, “Təhsil”, 2010, 254 s.
-
Andrew H. Cancer Therapy. Kansas City, Andrews McMeelPublishing, LLC. -2008. -P.808-810
-
Gosheger G. et al. Exclusion of side effects of the silver coated tumour endoprostheses in 20 patients with bone metastases. // Abstr. book. EMSOS. -Norway. -2004. -P. 47.
-
Tunn P. Treatment of bone and soft tissue sarcomas. Berlin, Springer. -2009. -P.26, 39
РЕЗЮМЕ
ЭНДОПРОТЕЗИРОВАНИЕ КРУПНЫХ СУСТАВОВ У ОНКООРТОПЕДИЧЕСКИХ БОЛЬНЫХ И ФУНКЦИОНАЛЬНЫЕ РЕЗУЛЬТАТЫ
А.Т.Амирасланов, Э.Э.Ибрагимов, А.А.Амирасланов, Ш.Д.Тагиев
Азербайджанский Медицинский Университет, кафедра Онкологии
Нами было выполнено эндопротезирование крупных суставов у 62 больных с применением модульных эндопротезов фирмы “Гипократ”. Гнойно-воспалительные и ортопедические осложнения наблюдались у незначительной части больных. Функциональные результаты удовлетворительны.
SUMMARY
JOINT REPLACEMENT ON ONCOORTHOPEDICAL PATIENTS AND FUNCTIONAL RESULTS
A.T.Amiraslanov, E.E.İbragimov, A.A.Amiraslanov, Sh.D.Tagiyev
Azerbaijan Medical University, department of Oncology
We have performed joint replacement using modul endoprosthesis of “Hipokrat” firm (Turkey) on 62 patients. We have observed a few cases of pyoseptic, orthopedic complications. Functional results are satisfactory.
Ünvan: Bakı, S.Vurğun 208
E-mail: dr-shamil@hotmail.com
Tel.: (+994 50) 287-30-95
Rəyçi: ATU-nun Onkologiya kafedrasının professoru N.M.Əmirəliyev.
Redaksiyaya 23.09.2016-cı il tarixdə qəbul olunmuşdur.
ИНДИВИДУАЛЬНОЕ МОДУЛЬНОЕ ЭНДОПРОТЕЗИРОВАНИЕ КАК ОСНОВНОЙ ЭТАП КОМПЛЕКСНОГО ЛЕЧЕНИЯ ЗЛОКАЧЕСТВЕННЫХ ОПУХОЛЕЙ КОСТЕЙ
НИЖНЕЙ КОНЕЧНОСТИ
О.Е.Вырва, Р.В.Малык, Я.А.Головина, И.В.Шевченко
ГУ «Институт патологии позвоночника и суставов
им. проф. М.И.Ситенко НАМН Украины», Харьков, Украина
Ключевые слова: опухоли костей, модульное эндопротезирование.
Açar sözlər: sümük şişləri, modulyar endoprotezləşdirmə.
Key words: bone tumors, modular endoprothesic.
Введение
Ведущая роль органосохраняющих операций при злокачественных костных опухолях неоспорима в настоящее время [14, 15]. Важным остается вопрос замещения дефектов костей после удаления опухолей. Индивидуальное модульное эндопротезирование на современном этапе развития онкоортопедии имеет множество преимуществ перед другими методами замещения пострезекционных костно-суставных дефектов [2, 3, 8]. Именно данный вид оперативных вмешательств позволяет замещать дефекты костей различных размеров и локализаций, проводить химиотерапию без опасности развития осложнений, таких как лизис трансплантатов после выполнения костной ауто- или аллопластики, сохранять функцию суставов, проводить реабилитацию пациентов в короткие сроки, что очень важно для данной категории больных [1, 3]. На данный момент в мире широко используются модульные системы эндопротезов разных фирм [2, 3, 4]. Многими специалистами изучаются возможные осложнения после эндопротезирования и причины, которые к ним приводят [12]. В мире постоянно происходит усовершенствование методики эндопротезирования, конструкций эндопротезов, разрабатываются различные покрытия для формирования лучшей фиксации имплантата в кости, используются комбинации различных методов замещения костных дефектов (аллопластика и эндопротезирование) [4, 5, 6, 8].
Таким образом, использование опухолевых систем эндопротезов является перспективным методом хирургического лечения опухолей костей и требует постоянного развития в связи с ростом количества больных со злокачественными костными опухолями и положительным результатом от комплексного лечения данной патологии [11, 13].
Do'stlaringiz bilan baham: |