Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012


DASTAN NİGARIN İSTANBULA APARILMASI



Download 5,93 Mb.
bet251/300
Sana11.01.2017
Hajmi5,93 Mb.
#176
1   ...   247   248   249   250   251   252   253   254   ...   300
DASTAN
NİGARIN İSTANBULA APARILMASI

 

Xotkar məclis çağırır. Bəyləri, paşaları, sultannarı, xannarı yığır məclisə. Məsləhət, məşvərət eliyir, deyir, neyniyək ki, bu Koroğlunu məhv eliyək. Bir dizi qomrolu durur deyir:



– Xotkar, vallah, sənin Koroğlunu məhv eləmək şansın yoxdu.

Deyir:


– Niyə?

Deyir:


– Nigar xanım sənin qızındı, ondadı. Sən Nigarı gətirtdir, biz onnan sora Koroğluynan hesabımızı çəkək.

Bu da deyir yaxşı. Bir qasidə məktub verir, deyir apar ver Koroğluya. Qasid gəlif çıxır Koroğlunun yanına. Yazıfdı ki, ağa Koroğlu, məlumun olsun ki, Nigar xanımın anası can üsdədi. Deyillər ki, konlu isdiyən bir adamı görmür, ona görə can verə bilmir. Nigar xanımı göndərginən gəlsin anasınnan görüşsün, sora yenə hörmətnən, izzətnən Nigar xanımı yola salax getsin. Gəlif xəbəri Koroğluya çatdırır. Məktubu Koroğluya verəndə Nigar özü deyir ki, bu hiylə olejeh, gəl məni göndərmə. Deyir, yox, mən elin adətin poza bilmərəm. Düşmənik düşmənik, onun eybi yoxdu. Eyvazı, bir də Halaypozanı – ikisin də qoşur Nigar xanıma, deyir:

– Allah sizə yaxşı yol versin. Bir ay sizi gözdüyejem. Bir aydan sora gələrsiz. Lap ölənnən sora dəfn-kəfn eliyin gəlin.

Gedir, ay tamam olur, bunnar gəlmir. Koroğlu durur sazı götürür, əmudu, nizəni, şeşpəri götürür yola düşür. Tək-tənha gedir çıxır İstanbula. İstanbul da dəryanın qırağındadı. Baxır ki, şəhərdə təntənə var, şaddıx var. Soruşur birinnən ki, bu nə şaddıxdı? Deyillər ki, bəs Nigar xanımı gətiriflər, Koroğlunun iki dəlisin də gətiriflər, buyün onun şaddığıdı. Koroğlu da gedir çıxır oraya. Xotkar da tapşırıf ki, aşıx görsəniz çağıtdırın şaddıx eləsin burda. Koroğlunu məclisə gətirillər.

Xotkar deyir:

– Aşıxsan?

Deyir:

– Bəli, aşığam.



– Bəs hardansan?

Deyir:


– Qafın anrı tayınnan.

Deyir:


– Bəs nə yaxşı gəlif çıxmısan? Buyün bizim şad günümüzdü, çalıf-oxujehsən?

Deyif:


– Nolar, çalıf-oxuyum.

Deyif:


– Amma Koroğludan oxujehsən.

Deyir:


– Başına dönüm, qaçağın, quldurun nə meydanı var. Qoy ustaddan oxuyum. Mənnən Koroğlunun nə işi, nə dərdi?

Deyir:


– Yox, Koroğludan oxujehsən.

Deyir:


– Koroğlunun sözdəri qəlizdi, xətrinə dəyər birdən. Deyir, yaxşı, oxuyum.

Xokar, biz səhra qurduyux,

Quzu qapmağ işlərimiz.

Qağan aslanlar yatağı,

Sərt qayalar daşlarımız.

 

Qurdumuz quduzdu, dalar,



Şahinimiz durna ovlar.

Nəyə çalsan iki bölər,

Kəsgindi qılıncdarımız.

 

Koroğluyam, alan gəlsin,



Dağı-daşı talan gəlsin,

Çövgən alıf çalan gəlsin,

Meydandadı başdarımız.

Xotkar deyir, nə yaxşı, nə yaxşı. Xotkarın da yanında sədr-əzəm oturuf. Sədr-əzəm əyilir bunun qulağına deyir ki, a kişi, bunun yerişi xoşuma gəlmir. Bu, aşıx döyül. Koroğlu da başa düşür. Qandırmışmışdar qabaxcadan Koroğluya ki, sədr-əzəm yerin altın da biləndi, üsdün də. Deyir:

– Xotkar, başına dönüm. Bir sürü külfətim var. Bə mənə bir xələt vermiyejehsən?

Bu da deyir ki, a kişi, əyər bu Koroğlu olsa, mənnən xələt isdəməz. Bu qarnının davasın eliyir. Deyir, bir də oxu.

Koroğlu deyir:

Sarığı əyri sarıyannar,

Səhər bunnan iqrar olu.

Sarıx başdan gedincə

Baş dağılar, tar-mar olu.

 

Cübbə-cılqaba geyənnər,



Ağır ölkələr yeyənnər,

Kölgədə mənəm deyənnər,

Meydan başına dar olu.

 

Nəfi carçı olar, çalar,



Şad açılar, aləm parlar,

Ər hayxırar, köhlən xorlar,

Bir əcaib rüzgar olu.

 

Koroğlu bunu bilməsə,



Xanıman tərkin qılmasa,

İyid meydanda ölməsə,

Yarasız qalsa, ar olu.

Belə deyəndə deyir:

– Ə, Koroğlu, Koroğlu deyirsən, avaranın biridi. Arvadın əlinnən alıf gətmişik, iki dəlisin də gətmişik. Allah qoysa, bir həfdə, on günnən sora onun özün gətirejəm.

Koroğlu da əsəbi imiş. Xotkar da dənizin qırağında taxtda əyləşib. Elə qəfildən qılıncnan şığıyır Xotkarın üsdünə. Xotkar da suda böyümüş adam, kəlləsi üsdə özünü atır suya. Koroğlu da özünü saxlıya bilmir. Bir lötkə varmış. O lötkənin zəncirin açır, minir lötkəyə. Lötkəni də sürə bilmir. Külək bunu götürür aparır dəryanın ortasına. Koroğlu deyir, sən öl, daa mənim əcəlim gəlif, ölümdü. Yemək yox, işmək yox, at yox, qılınc yox. Mən bu dəryanın üzündə ajınnan, susuzdan ölejəm. Əzreyil də orda lovğalanajeh ki, sən öl, mən Koroğlunu öldürdüm. Əzreyil, kişisənsə gəl üzbəüz durax. Sən məni öldürsən də, mən də səni ömürrük şikəst elijem.

Orda deyir ki:

Pirim şahi-mərdan Əli Əlbağır,

Mənzilə yetir məntək düşkünü.

Muratdar verici ya qəni sübhan,

Boran, mənim yolumu alma qış günü.

 

Fələyin ardınca yetim deyərdim,



Məhəbbət gülünü tutum deyərdim,

Yenidən bir saray yapım deyərdim,

Fələh bərbad etdi könlüm köşkünü.

 

Fələyin bu imiş insana bəxşi,



Günümüz keçirdi hey yaman, yaxşı,

Cavannıxda artır iyidin eşqi,

Qojalanda əysik olur eşq günü.

Koroğlu deyir, ə, mənim başıma daş düşsün. Mən niyə kişi oluram, ə. Mən ölümümdən ötrü şahi-mərdana, ona-buna minnət eliyirəm. Yox, mənim ayağımnan o sözü silin.

Tanımaram sultanımı, xanımı,

Yaş yerinə nə tökürsən qanımı,

Vədəm tamam oldu, gəl, al canımı,

Fələk mənə minnət qoyma beş günü.

Külək hərrəhahərrə, hərrəhahərrə, gətirir dənizin qırağına yaxınnaşdırır. Görür dağlar görükür. Deyir, Allah sənə şükür, dağlar görükür. Külək səmtin belə dəyişir, genə gətirir dəryanın ortasına. Quraxlıx, torpax gözə görünmür. Koroğlununku da atdı, qılıncdı. Dəryanın üzündə, deyir, yox, sən öl, ölüm gəlif duruf. Deyir:

İki dərya arasında gəmim var,

Çıxartmadı bir kənara yel məni.

Mənim yüz min möhnətim var, qəmim var

Apardı girdaba saldı sel məni.

 

Vara-vara dost küyünnən yad oldum,



Zalım fələk haçan sənnən şad oldum?

Vətənimnən, ulusumnan yad oldum,

Yada salmaz qohum-qardaş, el məni

 

Bahar olcax baxçamız bar gətirməz,



Mənim könlüm qəribliyi götürməz,

İyid Eyvaz ərəb atı gətirməz,

Aşa bilməm qarrı dağlar, yol məni.

 

Koroğluyam, onu-bunu bilməzəm,



Hər yetən ləkiyə boyun əyməzəm,

Yaradannan qeyri kimsə bilməzəm,

İstər yaxşı, istər yaman bil məni.

 Gənə külək bunu hərriyir gətirir dəryanın qırağına çıxarır. Meşədi, meşənin ortasında gedir. Görür bir çoban qoyun otarır. Deyir, çoban qardaş, ajınnan ürəyim çəkilir. Çoban bir quruşqa süd sağır, bir az quru çörəh verir ki, ala ye. Deyir, ölürəm ey, sən nə danışırsan? Bu nədi? Deyir, neynəməliyəm? Deyir, bu erkəyin birin kəsginən. Çaxmax üsuluynan ojax qalıyır. Qoyunu soymax nədi? Təmizdiyir tükün-zadın. Keçirir bir payaya, bişirir. Çoban da yeyir, bu da yeyir. Qutaranda deyir, çoban, başına dönüm, denən görüm bu qoyun kimindi? Deyir:

– Xotkarın.

– Ə, onun evinin yerin, yurdun-yuvasın bilirsən?

Deyir:

– Bilirəm.



Deyir:

– Bəs bilirsən, mana kömək elə.

Deyir:

– Bəs sən kimsən, nəçisən?



Deyir:

– Mən Koroğluyam. Nigar xanımı da gətirif Xotkar sarayda nəzarətdə saxlıyır. Qapısında da qaravulçusu-zadı.

Deyir:

– Çoban, bəs neyniyax?



Deyir:

Mənə icaza ver, gedim sürünü təhfil verim. Əmanətə xəyanət yoxdu.

Koroğlu yediyi erkəyin haqqını ikiqat verir. Çoban deyir bu daşın divində məni gözdə, gejə nə vaxd olsa, gəlif çıxajam. Koroğlu daşın divində gözdüyür. Deyir, çobandı da, yəqin məni allatdı. Elə bu dəm görür çoban gəlir. Deyir, gedirik düz Xotkarın otağına. Deyir, yaxşı. Çoban deyir, sənnən bir xayiş eliyim. Deyir, nədi? Deyir, mən qabaxca evə düşüm. Deyir, nolar, sən qabaxca düş. Gedir elə içəri girir. Qılıncı siyirir deyir, sən öl, Xotkar, başını kəsejəm. Xotkar da baxır ki, yanında dizi qomrolu nər.

Koroğlu deyir:

Namərtdih mənə yaraşmaz,

Mərt libasın geyənəm mən.

Sözümü mərdi-mərdanə

Hər bir yerdə deyənəm mən.

 

İyid meydanda duranda,



Pelə bığların buranda,

Bu dişdərim quduranda,

Namərd ətin yeyənəm mən.

 

Koroğluyam, sınmamışam,



Ucalıxdan yenməmişəm,

Dediyimdən dönməmişəm,

Düşmən qəddin əyənəm mən.

Söz tamama yetəndə Koroğlu Xotkara dedi:

– Səni öldürmürəm, Nigarın yerin de.

Xotkar neçə qıfıllı qapı açdı bilmərəm, Koroğlu Nigar xanımı da götürüf Xotkarla birlikdə zindanın qapısına gəldi və əmr elədi ki, dəlilərimi burax.

Koroğlu Nigar xanımı da, dəlilərini də götürüb Çənlibelə gəldi.



Download 5,93 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   247   248   249   250   251   252   253   254   ...   300




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish