51. SƏN ALLAH, ONUN KÖKÜNÜ KƏSSƏNƏ
Kəndin rəhmətə layıx kişilərinnən biri də Hüseyin kişidi. Allah rəhmət eləsin. Qafan kəntlərinin birinnən Hüseyin kişigilə qonax gəlir. Həmin gün də sən demiyəsən çirişdən kətə salıllar. Çiriş də elə bir bitkidir ki, gərəh onun üsdünnən soyux su içmiyəsən. Göyyalın diş göynədən soyux suları, bu da ac. Deyir:
– Hüseyin kişi, bişidiyinizin adı nədi?
Deyir ki, məsgənə. Deyir:
– Ay bacı, onnan bir-ikisini gətsənə!
İki-üçünü gətirir, yeyir, üsdünnən də bir badya su içir. İş elə gətirir ki, qonağın gecə qarnı ağrıyır, bir ayağı qalır çöldə. Öz-özünə deyinir ki, bu nə idi başıma yad yerdə gəldi. Gedən baş soruşur ki, Hüseyin kişi, sən allah, dünən yediyimizin adı nə idi? Deyir ki, məsgənə. Deyir:
– Sən allah, onun kökün kəssənə!
Do'stlaringiz bilan baham: |