Amea folklor institutu



Download 40,44 Mb.
bet81/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   77   78   79   80   81   82   83   84   ...   295
Çığnamayın tək otu.
Ağır otur, ağır dur,
Ağzın ipin çək otur.
Əzizinəm, adalar,
Evlər yıxar ədalar.
Ağılsız ad batırar,
Ağlı olan ad alar.
Əzizinəm, dürüst din,
Dürüst məzhəb, dürüst din.
Məclisdə lal ol, dinmə,
Dinirsənsə dürüst din.
Əzizinəm, səy sənə,
Yaşım çatır səysənə.
Yaxşı din, deməsinlər
İtil burdan, səysən, ə.
Əzizinəm, həm qana,
Bu yol gedir Hamqana.
Oğul ona demişəm,
Həm qandıra, həm qana.
[2: 254–272]

Əlbəttə, zəngin bir xəzinənin qapısını üzümüzə açan sadaladığımız bu janrlardakı örnəklərin hər biri üzrə xalq etno-pedaqojisi motivlərini incələyə bilərik.
Bu məqalədə qaynaq olaraq yalnızca Borçalı-Qarapapaq uşaq folkloru, başqa deyişlə, uşaqlar üçün sözlü folklor parçalarını, daha çox folklorun poetik janrlarındakı nümunələri [2: 424–432] qismən ayrıntılı olaraq araşdırmaya cəlb etməyi məqsə­dəuyğun sayırıq.
4. BORÇALI UŞAQ FOLKLORU XALQ PEDAQOJİSİNİN QAYNAĞI KİMİ
Uşağın tərbiyəsi beşikdən başlar. Mənəvi dəyərlərə söykənən uşaq folklorunun böyüməkdə, yetiş­məkdə olan nəslin düşüncəsinin, təfəkkürünün inkişafındakı rolu əvəz­sizdir. Mənəvi-milli, humanist, mədəni dəyərlər, mənəvi borc, yoldaşlıq, əməksevərlik, sədaqətlilik, comərdlik, səxavətlilik və başqa bu kimi müsbət əxlaqi keyfiyyətlər uşaq folklorunun ruhuna hakim kəsilər. Bu örnəklərdə ədalətlilik, halallıq, dostluq kimi mənəvi keyfiyyətlər, əxlaq normaları önə çəkilər. Bunlar yetişməkdə olan nəslə əxlaq prinsiplərinə yiyələnməkdə fayda verə biləcək qiymətli, tərbiyəedici əsərlərdir.
Uşaqlar üçün folklor nümunələri həm ideya və məzmun, həm də forma cəhətdən uşaqların yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun yaranar.
Borçalı-Qarapapaq uşaq folklorunda xalq etno-tərbiyə ünsürləri iki mənbəlidir: Qan yaddaşı, Borçalı ədəbi-bədii-mədəni mühitinin məhsulu olan təfəkkür və təxəyyülün bəhrələri; Folklor materyalları və etnoqrafik motivlər.
Valeh Hacıların yazdiği kimi, “Regionda geniş yayılmış oxşama, sanama və düzgülər uşaqların əqli inkişafına yardım edir, onlarda estetik tərbiyə aşılayır” [6: 140].
Borçalı, Qarayazı, Bolus, Başkeçid, Qaraçöp ellərindən toplanmış oxşama-nazlamalar, sanamalar, düzgülər nəsihətlərlə doludur, zəngin mənəvi dəyərləri təlqin edər. Məhz uşaq vaxtı oxunan bu bədii örnəklər uşaq tərbiyəsinin sütun daşlarıdır.
Uşaq beşikdəykən ana körpəyə xoş avazlı nəğmələr oxuyur. Ana nəğmələri körpənin yuxusuna bal qatır, onu sakitləşdirir. Bu beşik nəğmələriylə ana uşağına insani keyfiyyətlər də aşılayır. Tərbiyə sanki ana südüylə və nəğmələriylə qətrə-qətrə onun qəlbinə axır.
Xalq bu nəğmələrə layla, oxşama, əzizləmə, nazlama adları vermişdir. Bu poetik parçalar hələ dil açmamış körpələr üçün söylənir.
Borçalı-Qarapapaq folklorundan bir səciyyəvi və çox yayğın oxçama örnəyi:
Yola çıxdı yüz atdı,
Nə durubsan, süz atdı.
Balam, baban odurna,
Qarapapaq, boz atdı. [2: 424]
Bu düzgü xüsusi ritmiylə bir musiqidir, uşağın duyğusuna, düşüncəsinə, estetik və əqli tərbiyəsinə təsir göstərən bir lövhədir. Ana balasına üz tutaraq, ona öz etnik mənsubiyyətini şeir diliylə anlatır, Qarapapaq sözünü körpəsinin yaddaşına həkk edir, Qarapapaq babasının boz at belində hünərlər göstərmiş olduğunu eyhamla başa salır.
Oynaq ritmiylə uşağı oxşayan belə nəğmələrdə ananın arzuları üstünlük təşkil edir.
Oxşamalardan bir örnək (Bəytəkər kəndi, Mürəstə İsmayıl qızından, 1986):
A qızım, a qızım, dur oyna,
Tellərini bur, oyna.
Əşrəfi”yə qol qaldır,
Ağ otağa gir, oyna. [2: 424]
Ana qəlbindən süzülüb gələn arzu, xəyal şeh damlası kimi zərif, gül çiçəyi qədər incədir, səmimidir. Ana balaca qızcığazını gözəl-gözəl rəqs etməyə, tellərini daramağa, yəni bəzənib-düzənməyə, qol qaldırıb sındırmağa dəvət edir. Ana xəyalı sabaha uçur, uşağının gələcəkdə qurulacaq toyunu, “Əşrəfi” oynamasını təsəvvürünə gətirir. Özəlliklə, son misradakı “Ağ otağa gir, oyna” deyiminin duyğu tutumu güclüdür. Ağ otaq xoşbəxtlik, səadət, toy-düyün rəmzidir. Ana qız balasına xoş tale, xoş bəxt diləyir.
Oxşamalar uşağa bənzəyir. Uşaq divardan, ev əşyalarından tuta-tuta yeriyir, səndələyir, yıxılır, durur. Valideynin uşağı əzizləməsi, oxşaması üçün dediyi şeir parçaları da belədir.
Bu baxımdan bir oxşama mətni ilgi çəkir:
A dayısı, birin çal,

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   77   78   79   80   81   82   83   84   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish