Amea folklor institutu


ŞEİRİN MÜƏLLİFİ XÜSUSUNDA



Download 40,44 Mb.
bet214/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   210   211   212   213   214   215   216   217   ...   295
2. ŞEİRİN MÜƏLLİFİ XÜSUSUNDA
Şeirin yazarı Gürcüstan azərbaycanlılarının ünlü şəxsiyyəti Valeh Hacılardır. O, həm zəngin elmi mirasıyla, həm də qiymətli şeir-söz mirasıyla milli elmimizdə və ədəbiyyatımızda özünəxas önəmli yer tutur. O, sözün tam boyutuyla bənzərsiz şəxsiyyət idi. Bu bənzərsiz şəxsiyyətlilik onun müəllimlik, alimlik, şairlik, ictimaiyyətçilik vəhdətiylə ölçütlənirdi.
Valeh Hacılar səriştəli, yönətici ali məktəb müəllimi idi. 22 yaşından auditoriyaya girdi. Öm­rünün axırına qədər də auditoriyadan ayrılmadı. 17 il kafedra müdürlüyünü çox başa­rıyla yürütdü. Bu gün Borçalımızın əksər kəndlərində təhsil kadrlarımızın önəmli bir qismi var ki, onlar Valeh Hacılar yetənəyindən su içərək, bu müqəddəs peşəyə yiyələnənlərdir. Bu keç­miş tələbələrin bu gün məktəblərimizdə üz ağartmaları Valeh müəllimin ruhunun şad olmağıdır.
Valeh Hacılar zəkalı, eyni zamanda fədakar, qeyrətli alim idi. 33 yaşında elmlər namizədi, 34 yaşında dosent, 42 yaşında elmlər doktoru və professor elmi-pedaqoji dərə­cələrini qazandı, 49 yaşında Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, akademiki seçildi. Bütün bu uğurlar fitri qabiliyyətin, mükəmməl araşdırmaların məntiqi sonucu idi. Həm Gürcüstanın, həm Azərbaycanın, həm də Türkiyənin elm çevrələrində güclü bir alim kimi böyük nüfuza sahib idi. Onun elm kredosu çox şaxəlidir, çox şaxəlilik bir bütövlük təşkil etməkdədir. Sözlü folklor, yazılı ədəbiyyat, mifologiya, tarix, lüğətçilik, dilçilik sahələrində sanballı məhsullar ərsəyə gətirdi. İlk alimlik dissertasiyasını (elmlər namizədi) Azərbaycan dilli Gürcü aşiq-şairləri mövzusunda, yüksək alimlik dissertasiyasını (elmlər doktoru) Gürcüstanda Türk folklo­runun əsas özəllikləri mövzusunda hazırladı. 30-a yaxın kitabı işıq üzü görmüşdür. Hər biri əvəzsiz elmi yeniliyiylə, özgün incələmə dəst-xəttiylə seçilməkdədir. Bu ba­xımdan “Folklorumuzun Üfüqləri”, “Azərbaycan Folkloru Ənənələri”, “Azərbaycan Folk­loru Antologiyası: Borçalı Folkloru”, “Borçalı Mehralı Bəy Tarixi Həqiqətlərdə”, “19-cu Yüzildə Borçalıda Qaçaqlıq Hərəkatı”, “Azərbaycan Gürcü Folklor Əlaqələri”, “Türkdilli Gürcü, Yunan və Aysoru Aşıq-Şairləri”, “Gürcüstanda Türk Xalq Ədəbiyyatı Ənənələri”, “Xəstə Həsən” monoqrafiyaları, elmi-populyar kitabları hər biri elmdə önəmli hadisə olaraq dəyərə sahibdir. Bu dəyər ən öncə onunla şərtlənir ki, müəllifin toxunduğu mövzular elmdə yeni bir cığır demək idi, yeni bir nəhrin mənbəyi demək idi. Borçalılıların xalq ədəbiyyatı, Ahısqa folkloru, Gürcüstanda Azərbaycan dilinin və ədəbiyyatının təsiri, Qarapapaq Elinin keşməkeşli keçmişi, Azərbaycan–Gürcüstan ədəbi tale təması vb mövzularının darvazalarını, Borçalışünaslıq adlandıra biləcəyimiz önəmli bir bilim sahəsinin qapılarını ilk o açdı. Özü ayrı-ayrı zəngin yönləriylə bir elm akademiyası idi, araşdırma institutu idi. Bu baxımdan Türkiyəli alim Səmra Alyılmaz ilk Valehşünasdır. Yeni Valehşünasların fəaliyyətə başlamasını diləyirik, inşallah.
Valeh Hacılar zövqlü tərcüməçi idi. Gürcü xalq ədəbiyyatının və yazılı ədəbiy­yatının Azərbaycanlı oxucuya sevdirilməsində önəmli xidmət göstərdi. Əslində, ədəbi tərcüməçiliyi də onun alimlik şəcərəsinin ayrılmaz qismi olaraq bəhrəliydi.
Valeh Hacılar sözə-saza vurğun, şirin təbli, istedadlı şair idi. Bu istedadın ma­ya­sında, məhvərində ata yurdumuzun ab-havası, ağbirçək nənələrimizin, ağsaqqal babala­rımızın sinə dəftərləri, sazlı-sözlü aşıqlarımızın həlim-həzin qoşquları dayanmışdı. Bu istedad duyğun səmimiyyətlə birləşərək, bütünləşərək bir-birindən anlamlı misraların yaranmasını təmin etmişdi. Şeirlər və poemalar toplusu üzdədir. Misralarında deyim məcazlığı, ifadə əlvanlığı güclüdür.
Beləcə, Valeh Hacılar tolerant şəxsiyyətliyinin şax budaqlarını müəllim səriştə­liliyi, alim zəkası, ictimaiyyətçi xadim qeyrəti, tərcüməçi məharəti, şair təbiəti bir araya gələrək bütöv bir Valeh Hacılar simasını, şöhrətini, ləyaqətini içərməkdədir. Bu güvənli Türk oğlu Türkün Valeh Hacıyevdən Valeh Hacılara qədərki şanlı ömür yolu məhz qeyrət kör­püsündən keçərək, vətənpərvərlik, millətpərvərlik meyarına söykənərək gəlmişdi.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   210   211   212   213   214   215   216   217   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish