Amea folklor institutu


Azerbaijan children`s folklore in «SMOMPK»



Download 40,44 Mb.
bet211/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   207   208   209   210   211   212   213   214   ...   295
Azerbaijan children`s folklore in «SMOMPK»
As we know folklore has great educational and intellectual importance for children. Specially, folklore helps children in their aesthetics and educational formation development, to understand their parents, to study plants and animals, to enrich their vocabulary.
Children` s folklore develops in two main directions- tales, riddles and lullabys created by the adults for the children`s development and so on. The other one is where children themselves take part in various kinds of songs and countings. These are also kinds of children`s folklore.
Children`s folklore began to be used at the beginning of XX century. Though the term began to develop late, folklore for children and their types were known since ancient times.
Every nation`s children`s folklore is a special pedagogical material for the educational development of children .
Since the first print of «SMOMPK» (“Collection of the Materials for Description of the Territories and Tribes of the Caucasus”), since 1881 till today some kinds of tales, legends , lullabys have been gathered and published and some of them are examples of children`s folklore. Here riddles, also go under the name “cradle songs”in «SMOMPK» , children`s tales, plays and others play important role here
We can easily divide Azerbaijan children`s folklore into three main stages: translation, investigation and collecting.
1) Since XIX c. Beginning 80-s till the period of formation of the Soviet regime:
2) since 20s till the decline of the soviet regime:
3) Independance period.
According prof.P.Afandiyev`s opinion riddls were investigated very littkle in our folk literature. Till XX c.readles have been gathered and copied. The first translator of Azerbaijan riddles was S.Zelinski in the first «SMOMPK» journal He printed an article under the name “ Tatar proverbs, sayings, riddles and women names”. The author collected here 33 riddles and gave their translation.
In «SMOMPK» about 2500 tales, riddles, lullabys and others were printed.
Məlum olduğu kimi, folklorun uşaqlar üçün böyük tərbiyəvi və idraki əhəmiyyəti var. Xüsusən, folklor uşaqların estetik düşüncəsinin, əxlaqi-mənəvi cəhətdən forma­laşmasına, tərbiyəsinə, özlərindən böyüklərin hərəkətlərini dərk etməyə, həmçinin, uşaqlara təbiət hadisələrini, heyvanat və bitkilər aləmini öyrənməyə, söz ehtiyatının zənginləşməsinə, onların yaradıcılıq imkanlarının oyanmasına yaxından kömək edir.
Beləliklə, uşaq folkloru şifahi xalq yaradıcılığının elə bir maraqlı qoludur ki, bu ancaq uşaqların marağına və onların tərbiyəsinə, əxlaqi-mənəvi cəhətdən formalaş­masına ünvanlanıbdır. Uşaq folkloru əsasən iki istiqamətdə inkişaf edir - böyüklər tərəfindən onların tərbiyəsi üçün yaradılmış nağıllar, tapmacalar, laylalar və s. kimi. Bir də var, uşaqların iştirakı ilə, onların da yaradıcılıq imkanlarından istifadə edilərək yaradılan sanamalar, müxtəlif oyun mahnıları, cırnatmalar, yamsılamalar və sairə ki, bunlar da uşaq folklorunun bir sahəsidir.
Uşaq yaradıcılığı həmişə böyüklərin yaradıcılığı ilə paralel inkişaf etmiş, nəsil­lərdən-nəsillərə keçdikcə, yeni nəsil yarandıqca o da forma və məzmununa görə inkişaf edərək dəyişmiş və zənginləşmişdir. İndinin özündə də müəyyənləşdirmək çətindir ki, məsələn, bir sıra yanıltmacları, sanamaları böyüklər, yoxsa uşaqlar yaradıblar.
Amma, "SMOMPK" kimi tarixən dərc edilmiş mətbuat orqanlarında əksini tapmış uşaq folkloru nümunələrindən heç olmasa onların qələmə alınma yaşı və əldə olan mətnin tarixiliyini müəyyənləşdirmək mümkün olur. Lakin bir cəhət şübhəsiz və mübahisəsizdir ki, uşaq yaradıcılığı əlçatmaz dərəcədə təkrarsız və özünəməxsusdur. "SMOMPK" məcmuəsində dərc olunan uşaq folkloru nümunələri də sübut edir ki, uşaq folkloru xalq yaradıcılığının spesifik, özünəməxsus bir sahəsi kimi uşaq və böyüklər dünyasını birləşdirən maraqlı bədii, poetik forma və janr sistemidir.
"SMOMPK" məcmuəsində toplanıb, rus dilinə tərcümə edilib orijinalla yanaşı dərc olunan folklor nümunələri arasında "uşaq folkloru" anlayışı altında bölgü, yaxud təsnifat yoxdur, ola da bilməzdi. Çünki, "uşaq folkloru" anlayışı, termini XX əsrin əvvəllərindən folklorşünaslıqda işlədilməyə başladı. Lakin, anlayışın, terminin sonradan yaranmasına baxmayaraq şifahi xalq yaradıcılığı böyüklər tərəfindən uşaqlar üçün və uşaqların özlərinin iştirakı ilə yaranan nümunələr çox qədimlərdən məlumdur. Təkcə miflərdə izlərini qoruyub saxlamış günəşə, aya, dumana, yağışa müraciətlə uşaqlar tərəfindən oxunan mərasim nəğmələri, satirik, yumoristik parçalar, Qodu-Qodu oyunları və s. bu kimi faktları xatırlamaqla "uşaq folklorunun" qədimliyini mübahisəsiz sübuta yetirmək mümkündür...
Bu anlayış bir folklorşünaslıq termini kimi 1926- cı ildə İrkutski Universitetinin professoru Q.S.Vinoqradov tərəfindən irəli sürülmüş, görkəmli rus folklorşünası O.A.Kapitsa tərəfindən isə 1928-ci ildə elmi şəkildə əsaslandırılmışdır. Bu dövrdən başlayaraq keçmiş SSRİ folklorşünaslığında "uşaq folkloru" şifahi xalq yaradıcılığının müstəqil qolu kimi bir çox tədqiqatçıların, folklorşünasların tədqiqat obyektinə çevrilmişdir. Bu uşaq poetik şifahi yaradıcılığı adı altında dünya folklorşünaslığında ilk elmi-nəzəri tədqiqat sahəsi və ilkin təcrübə idi...
Sonrakı illərdə ruslardan - V.P.Anikin, M.N.Melnikov, M.Yu.Novitskaya, Ukraynadan Q.V.Dovjenok, Belarusiyadan Q.V.Barataşeviç, latış V.Qreble, litvalı P.İokimaytene, Komidən Yu.Q.Roçev, gürcü P.Z.Zandukeli, abxaz R.A.Xaşba, mordov E.N.Tarakina, tatar R.F.Yaqafarov, tacik B.Şirmuha­mmedov, özbək Q.A.Cahangirov, Ə.Səfərov, Dağıstandan F.Z.Abakarov kimi tədqiqatçılar tərəfindən uşaq folkloru materialları ciddi tədqiqat sahəsi olubdur...
Hər bir xalqın uşaq folkloru uşaqların və yeniyetmələrin tərbiyəsində təkrarsız, özünəməxsus, bir-birinə bənzəməyən pedaqoji materialdır. Müasir mərhələdə xalqın milli özünüdərk prosesində uşaq folkloru mühüm mahiyyət kəsb edir və uşaqları xalq adət-ənənələri ruhunda tərbiyəsinə, ana torpağa, vətənə daha sıx bağlanmasına böyük kömək göstərir. Elə buna görə də, Azərbaycan uşaq folklorunun inkişaf mərhələlərinin öyrənilməsi və elmi şəkildə tədqiqi mühüm əhəmiyyət kəsb edir ki, bu mərhələdə "SMOMPK" məcmuəsində dərc edilən uşaq folkloru materialları da qiymətlidir.
"SMOMPK" məcmuəsinin birinci buraxılışından - 1881-ci ildən başlayaraq, demək olar ki, son nömrələrinə qədər şifahi xalq yaradıcılığının bir sıra əfsanə, bayatı, aşıq mah­nıları, nağıl kimi "janrları toplanıb nəşr edilmişdi ki, bunların bir qismi mövzu və məz­munca Azərbaycan uşaq folklorunun nümunələrindəndir. Bunların içərisində tapmacalar, laylalar- "SMOMPK" da həm də "beşik mahnıları" adı altında gedir, uşaq nağılları ("nənəmin nağılları"), uşaq oyunları və s. bu qəbildən mətnlər əsas yerlərdən birini tutur...
Burada istər poetik, istərsə də nəsranə formada biz ən xarakterik Azərbaycan tapmacalarına və müxtəlif məzmunda uşaqlar üçün söylənmiş nağıllara rast gəlirik. Bunlar Azərbaycanın və Qafqazda yaşayan azərbaycanlı türklərin yaşadıqları müxtəlif şəhərlərdən, kəndlərdən, əyalətlərdən, yaşayış məskənlərindən toplandığından bu xalqın məişətinə, yaşam və düşüncə tərzinə aid bütün xarakterik cəhətləri, o cümlədən materialın toplandığı yerlərə aid dil ünsürlərini - ləhcə, dialekt, ifadə və deyimləri parlaq bir şəkildə özündə əks etdirir. Ona görə də burada həm folklorşünaslığa, həm də tarixi dilşünaslığa aid zəngin materiallarla rastlaşmaq mümkündür.
Belə ki, Azərbaycan türklərinin şifahi xalq yaradıcılığında uşaq folkloru mühüm yer tutur və janr etibarilə olduqca zəngindir. Uşaq folkloru poetik janr sistemində layla­lar, əzizləmələr, oxşamalar, dilaçmalar, öyrətmələr, sanamalar, düzgülər, yanıltmaclar, çağırışlar, müraciətlər və s. mürəkkəb uşaq dünyasının rəngarəng palitrasını əks etdir­məklə xalq pedaqogikasının qiymətli materialını təşkil edir.
Uşaq mahnılarından sanamalar - "sçitalki» (считалки), yalan-palanlar - «nebılitsı (небылицы),acıtmalar, sataşmalar - "draznilki (дразнилки), yanılt­maclar - «skoro­qovorki» (cкороговорки),tapmacalar - "zaqadki» (загадки) və s. başqa poetik formalar folklorumuzun janr etibarı ilə nə qədər zəngin olduğuna bir sübutdur.
Uşaq folklorunun əsas mahiyyətini müəyyənləşdirmək üçün qədim zamanlardan böyüklərin uşaqlara ünvanladığı tərbiyəedici motiv əsas götürülür. Burada əsas məqsəd uşaqların yaş səviyyəsinə uyğun olaraq elə mətn, elə süjet, elə məzmun yaratmaq lazım idi ki, sadə, başa düşülən bir dillə uşaq aləmini, məişətini, onların oyunların, məşğu­liyyətlərini, arzu və istəklərini əhatə etməklə onlarda, doğma ocağa, torpağa, vətənə, valideyinlərə, ağsaqqallara hörmət, məhəbbət hissi aşılasın. Həmçinin, burada dini mənsubiyyətdən, dini inancdan irəli gələn şəriət kultu da ciddi şəkildə nəzərə alınmalı idi. Lakin bu xətt sonralar tarixi-sosial, siyasi inkişafın təsiri ilə getdikcə zəiflədi, yeni məz­mun, forma kəsb edərək, axır nəticədə tamamilə aradan çıxdı. Amma, "SMOMPK"da əksini tapan mətnlərdə bu cəhət özünü qorumuş və folklor mətninin tarixən yaranma xüsusiyyəti saxlanmışdır.
Uşaq folklorunu fərqləndirən mühüm xüsusiyyətlərdən biri də dil məsələsidir. Uşaq folkloru xüsusi dilə, poetik leksikaya, sadə, anlaşıqlı üsluba malik olmalıdır. İlk baxışda bu sadəlik primitivlik kimi qəbul edilsə də, uşaq şeirlərindəki bənzətmələr, təşbihlər, qafiyələr, alliterasiya ünsürləri, səs təqlidləri, nağıl süjetləri uşaqların anlaq, dərrakə və başa düşmə dərəcəsində olmalıdır... Bu mətnlər uşaqlarda şən ovqat, nikbin əhvali-ruhiyyə oyatmalıdır...
Azərbaycan uşaq folklorunun toplanması, tərcüməsi, öyrənilməsi, tədqiqi və nəşri tarixini üç böyük mərhələyə bölmək olar:

  1. XIX əsrin 80-ci illərindən başlayaraq Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər olan tarixi mərhələ;

  1. 20-ci illərdən başlayaraq sovet quruluşunun dağılmasına qədər olan mərhələ;

3) Bir də, müstəqillik dövrü mərhələsi...
Azərbaycan uşaq folklorunun toplanması, rus dilinə tərcüməsi və nəşri birinci mərhələdə onunla xarakterizə olunurdu ki, bu mərhələdə mütərəqqi rus ziyalılarının təşəbbüsü və iştirakı ilə Azərbaycan folkloruna, etnoqrafiyasına, coğrafiyasına böyük maraq yaranmışdı. Bu mühüm işdə Qori müəllimlər seminariyasında oxuyan, oranı qurtarıb yerlərdə müəllimlik edən azərbaycanlı ziyalılar da yaxından və fəal iştirak edir, etnoqrafik və folklor materiallarının toplanması, tərcüməsi və nəşri işində yaxından iştirak edirdilər...
Onlardan Mahmudbəy Mahmudbəyovu, Rəşid bəy Əfəndiyevi, Səfərəli bəy Vəlibə­yovu, Teymur bəy Bayraməlibəyovu, Həsən bəy Bağırovu, Mirzə Vəlizadəni, Mir Haşım Vəzirovu, N.Qiyasbəyovu, A.İsmayılovu, Hüseyn Müfti Qayıbovu, Firudin bəy Köçər­linskini, Musa Quliyevi, Azad Aslanovu, Osman Qayıbovu, Məmməd, Həsən, İsmayıl Əfəndiyev qardaşların, Soltan Məcid Əfəndiyevi, Eynəli Sultanovu, Q.Sulta­novu, Hacı Kərim Sanılını, A.Haşımbəyovu, Ağalar Qiyasbəyovu, Səməd Acalovu, Mehrəli Muradovu və b. göstərmək olar ki, bunlar doğma, zəngin folklorumuzun həm ilk toplayıcıları, tədqiqatçıları olmaqla yanaşı, həm də rus dilinə tərcümə edən ilk milli tərcüməçilər idilər.
Məcmuənin səhifələrində şifahi xalq ədəbiyyatı nümunələrinə xüsusi yer ayrılırdı. Nağıllar, atalar sözləri və məsəllər, rəvayət və əfsanələr, mahnı və nəğmələr, cadu və dualar, demək olar ki, hər nömrədə verilirdi. Təkcə bunu göstərmək kifayətdir ki, məcmuənin səhifələrində 100-ə yaxın Azərbaycan nağılı dərc olunmuşdu ki, bunun mühüm bir hissəsi uşaq nağılları idi.
Mənbələrin birində göstərilir ki, "SMOMPK"-da "1881-ci ildən 1899-cu ilə qədər iki min beş yüzə qədər nağıl, məsəl, atalar sözü və Azərbaycan şifahi xalq ədəbiyyatının başqa nümunələri nəşr olunmuşdur" (1,373).
"Təkcə onu göstərmək kifayətdir ki, topluda P.Zelinskinin topladığı tatar (Azərbaycan - S.O.) atalar sözləri və məsəlləri, tapmaca və qadın adları həm orijinalda, həm də rusca tərcüməsi verilir. Müəllif burada "Heç kim öz ayranına turş deməz", "Ac toyuq yuxusunda darı görər", "Quşu quşla tutarlar" və s. bu qəbildən 150 atalar sözünü və 33 tapmacanı toplayıb, ruscaya tərcümə edib, orijinalla yanaşı çap etdirmişdir" (2,43-62). Bunların bəziləri, xüsusən tapmacalar uşaq folkloruna aiddir.
Q.Potanin tərəfındən toplanıb "SMOMPK"da rusca çap olunan kosmoqonik cisim­lər (Günəş, Ay, ulduzlar barədə), heyvanlar, bitkilər, mistik qüvvələr (cin, şeytan, əjdaha), müxtəlif xəstəliklər haqqında rəvayət və əfsanələr bu janrda folklorun ilk dəfə toplanması və ruscaya tərcüməsi faktı kimi əvəzsizdir, həmçinin uşaqlar üçün olduqca maraqlıdır.
Yenə həmin buraxılışda K.A.Nikitinin Naxçıvan ərazisindən toplayıb, ruscaya çevirdiyi "İlan dağı haqqında əfsanə", "Əhsabi-Qaf dağı haqqında rəvayət", "Xəsis Qara, çörək və Yezid təpəsi" haqqında rəvayətlər bu janrda ilk tərcümə nümunələri kimi, həmçinin yeniyetmə uşaqlar üçün folklor mətni olaraq maraq doğurur (2,5-17;3,109-142).
Bu prinsiplə yanaşsaq, tərcümə faktı kimi, rus ziyalısı B.Veniaminovu həm də, Azərbaycan uşaq nağıllarının ilk toplayıcısı və tərcüməçisi hesab etmək olar. Onun "SMOMPK"-da 1883-cü ildə çap olunan "Salahlı kəndi və orada yazılmış tatar nağılları" ("Cеление Салахлы и татарские сказки, записанные в нем") məqaləsinin sonunda "Məlik Məhəmməd", "Məlik Cümşüd" ("Мелик-Мамед и Мелик Джумшуд"), "Şah Rüstəm" ("Шах Рустам"), "Əbil-Qasım və Əbil Məmməd" ("Абил-Касим и Абил-Мамед"), "Şahzadə Qənbər" ("Царевич Камбар", "Şah İsmayıl Şərif ("Шах Исмайыл Шариф") nağıllarının rus dilində mətnləri oxuculara təqdim edilir ki, bunlar yeniyetmə uşaqlar üçün maraqlıdır (2,101-137).
Milli kadr kimi Azərbaycan uşaq folklorunun ilk toplayıcılarından və rus dilinə ilk tərcüməçilərindən Yelizavetapol (Gəncə - S.O.) quberniyasında müəllim işləyən Həsən bəy Bağırovu hesab etmək olar. Onun 1888-ci ildə Goranboy və Əhmədli kəndlərindən toplayıb rusca çap etdirdiyi "Axmaq əkinçi" ("Глупый пахарь"), "Uğurlu cavab" ("Удачный ответ"), "Bir-birindən ağıllı" ("Один умнее другого"), "Sonrakı ağlım olaydı" ("Задним умом крепок") və s. nağıl və rəvayətlər buna sübutdur (2, 177-185).
Bunun ardınca Rəşid bəy Əfəndiyevin (7-ci buraxılış), Yusif Qalacevin (7-ci buraxılış), Mir Haşım Vəzirovun (9-cu buraxılış) və b. rus dilinə çevirdikləri folklor nümunələri folklorumuzun tərcümə tarixində əhəmiyyətli yerlərdən birini tutur. Ümu­miyyətlə, Azərbaycan nağıllarının qızıl fonduna daxil olan "Şah İsmayıl": "Məlikməm­məd", "Sövdəgər Əhməd", "Şah Abbas" mövzusu ilə əlaqədar nağıllar, "Xırxır kosa", "Rüstəm və Fatma" uşaq nağılı, "Həsən pəhləvan", "Şahzadə Aslan və div", "Qızıl balıq", "Ovçu Pirim" qəbildən onlarla nağıllarımız ilk dəfə bu məcmuədə orijinalda verilmiş və ruscaya tərcümə edilmişdir (4, 218).
Xüsusən, məcmuənin 1881-ci il birinci buraxılışında R.Zelinskinin Azərbaycanın İrəvan şəhərindən və bu şəhərin ətrafında sıx-sıx yerləşən azərbaycanlı-türk kənd­lərindən topladığı 33 adda tapmaca uşaq folklorumuzun toplanması, tərcüməsi və nəşri işində ilk faktlardan biri kimi qiymətləndirilməlidir.
Hətta bu buraxılışda S.Urusbeyevin Şimali Qafqazda - Beştaudan (Tversk vilayəti, Pyatiqorski dairəsi) topladığı folklor materiallarında bu cür faktlarla rastlaşmaq mümkündür. Müəllifin bir toplayıcı kimi yazdığı məqalənin əvvəlində oxuyuruq: "Pyatiqorskidə (bu Beştaunun – Beşdağın ruslaşdırılmış tərcümə variantıdır. Ruslar işğal zonalarında əksər toponimləri tərcümə edərək ruslaşdırırdılar - S.O.) bir neçə kənd mövcuddur ki, orada əhali tatar dilində (yəni azərbaycanca) danışır. Bunların zəngin şifahi xalq ədəbiyyatı nümunələri vardır. Xalq arasında daha çox qəhrəman pəhləvanlar haqqında nağıl, əfsanə, nəğmə və s. söylənilir. Həmin folklor nümunələrindəki ideya və məzmun, el qəhrəmanları haqqında danışılan fikirlər, oxunan nəğmələr bütün Qafqaz türk xalqları üçün xarakterikdir" (2,1-42).
Bu nağıl, əfsanə və nəğmələr uşaqlara milli qəhrəmanlıq ruhu aşılamaqla yanaşı, onlarda estetik zövqün tərbiyəsində də təsirli rol oynayırdılar.
Azərbaycan xalq yaradıcılığının ən geniş yayılmış və maraqlı janrlarından biri də tapmacadır ki, qeyd etdiyimiz kimi məcmuənin ilk sayından bu janra marağı təsadüfi hesab etmək olmaz. Tapmacanı adətən "uşaq folkloru" kimi də təsnif edirlər, belə ki, janrın düşündürücü imkanları və yaradılma xüsusiyyətləri bu janrın didaktik imkan­larının əhatəli olmasından xəbər verir, hətta böyüklər arasında da əyləndirici rola malikdir.
Lakin tapmacalar folklorun digər bir sıra janrlarından fərqli olaraq müxtəlif yaş mərhələlərinə uyğun olaraq bir başa uşaqların təfəkkür tərzini, dünyagörüşünü inkişaf etdirməyə, formalaşdırmağa yönəlik xalq yaradıcılığıdır, xalqın dolayısı yolla yaratdığı didaktik məktəbdir. Buna görə də, uşaqlar üçün yaradılan digər xalq yaradıcılığı nümu­nələri kimi, tapmacalar da, öz xarakter və məzmun xüsusiyyətlərinə görə, dil səlistliyilə fərqlənir və düzgün danışığa, zehni inkişafa təsir edərək, oyun və didaktik, öyrədici əxlaqi mövzuları əhatə edir, formaca lirik tərzi ilə poeziya nümunəsini xatırladır.
Tapmacalar "bilməcə", "bulmaca", "tapışmaq", "matal", "cummaq" və s. adlarla bütün türkdilli xalqlar arasında geniş yayılmışdır.
Azərbaycan folklorşünaslığında Azərbaycan folklorunun tapmaca janrının toplanması, nəşri probleminə, prof. Paşa Əfəndiyevdən başqa, demək olar ki, heç kim toxunmamışdır. Prof. P.Əfəndiyev doğru olaraq yazır ki, xalq ədəbiyyatımızın janrları içərisində ən az tədqiq olunan və demək olar ki, heç öyrənilməyən tapmacalardır. "Əgər ayrı-ayrı nağıl, dastan və rəvayətlərdə, eləcə də yazılı ədəbiyyat nümayəndələrinin bəzi əsərlərində rast gəldiyimiz cüzi miqdarda tapmacaları nəzərə almasaq, XIX əsrə qədər tapmacalar toplanmamış və yazıya alınmamışdır. XIX əsrdə başqa nümunələrə nisbətən ən az toplanan janr tapmacalardır. Bizim tapmacalarımız əsasən sovet hakimiyyəti illərində toplanıb nəşr edilmişdir"(5, 104).Təəssüf ki, müəllif tapmacaların XIX əsrdə toplanmasını xatırlatsa da, heç bir mənbə göstərmir və toplayıcı adı çəkmir.
"Azərbaycan Sovet Ensiklopediyası"nın IX cildində "Tapmaca" sözlüyünə həsr edilmiş oçerki olduğu kimi oxucuların nəzərinə çatdırmağı məqsədəuyğun hesab edirik:
"Tapmaca - şifahi xalq ədəbiyyatı janrlarından biri. Mənzum və mənsur olur. Hər hansı bir əşya, hadisə və ya məfhumun bənzətmə, bədii sual yolu ilə, qəsdən dolayı və təzadlı şəkildə məcazi ifadəsi olan Tapmaca nəzərdə tutulan əşya, hadisə və ya məfhumun bir əsas əlamətini özündə əks etdirir. Bu da onun tapılmasına yardım göstərir. Tapmacada həyat hadisələrini həssas müşahidə bacarığı, xalqın bədii təfəkkürü və bədii dilinin incəlikləri üzvi vəhdətdə təzahür edir. Tapmaca dünyanın əksər xalqlarının şifahi yaradıcılığında mövcuddur. O, Azərbaycan folklorunun da ən geniş yayılmış janrlarındandır" (6, 148).
Burada da, janrın toplanması faktı, bir cümlə tutumunda olsa da xatırlanmayıbdır. Amma burada digər bir vacib məsələ - tapmacada "xalqın bədii təfəkkürü və bədii dilinin incəliklərinin üzvi vəhdətdə təzahür etməsi" fikri onu göstərir ki, folklorun bu janrının toplanması və nəşri işi nə qədər mühüm və vacibdir...
Azərbaycan folklorşünaslığında tapmacaları geniş şəkildə ilk dəfə toplayıb, ona elmi şərh yazıb kitab şəklində 1928-ci ildə çap etdirən görkəmli folklorşünas Vəli Xuluflu olsa da, Azərbaycan , tapmacalarının ilk toplayıcısı, rus dilinə tərcüməçisi və orijinalla birgə nəşr etdirəni "özgəsi" olmuşdur. ... Vəli Xuluflu ilə eyni ildə Hənəfi Zeynallı, sonra Hümmət Əlizadə, daha sonralar Nurəddin Seyidovun topladıqları tapmacalar kitab şəklində nəşr olunmuşdur. Maraqlıdır ki, H.Zeynallının "Azərbaycan tapmacaları" (1928) kitabında 760 tapmaca toplanmışdı. Prof. P.Əfəndiyev tapmacaların məqsəd və qayəsi barəsində yazır:
"Tapmaca da folklorun digər janrları kimi bədii əsərdir. Hər bir janr kimi, tapmacanın da özünəməxsus funksiyası vardır. Xalq tapmacanı nə üçün, nə məqsədlə yaratmışdır? Əvvələn, atalar sözü və məsələlərdə olduğu kimi, tapmacalar da xalqın ayrı-ayrı əşyalar və hadisələr haqqında fikirləri, təcrübə və sınaqları, müşahidələri ifadə olunur. Xalq öz elmini, biliyini, təcrübəsini obrazlı bir dillə gələcək nəslə təqdim edir. Tapmacalar insanları düşünməyə sövq etmiş, onların biliyini, təcrübəsini, düşünmək və tapmaq qabiliyyətini yoxlamaq vasitəsi olmuşdur. Təsadüfi deyildir ki, məclislərdə, yığıncaqlarda qocalar deyər, cavanlar (bu anlayış uşaqların bütün yaş təsnifatını əhatə edir- S.O.) isə fikirləşərdilər, baş sındırardılar, heç kəs onu tapmadıqda, özləri açar, izah edər, öyrədərdilər..."(5,108).
Bütün bu düşündürücülüyünə görə V.Xuluflu yazırdı: "Tapmacalar , ümumiyyətlə, təsvir, təərifcə gözəl, üslubca da qəşəng olduqları kimi çox mühakimə tələb edirlər. Buna görə tapmacalara xalq fikrinin matematikası demək olar" (5,104).
Ümumiyyətlə, ta qədimlərdən tapmacalar adamların, xüsusən də uşaqların zehninin, düşüncə və təfəkkürünün inkişafına böyük təsir göstərmiş, onların düşünmə və beyinlərinin axtarış qabiliyyətinin inkişafına kömək etmiş həm də, uşaqlarda ətraf mühit, təbiət, heyvanlar, göy cisimləri, əmək vasitələri barədə əlavə biliklər almağa bir vasitə olmuşdur. Bütün bunlar, xalq təfəkkürünün əsas xüsusiyyətlərini, müdrikliyini özündə əks etdirən folklor janrı olan tapmacaların əhəmiyyətini və tarixi bir janr kimi öyrənilməsini bir daha təsdiq edir.
Belə olmasaydı görkəmli folklorşünaslar bu janrın tədqiqinə bu qədər əhəmiyyət verməzdilər, ziyalılar onu toplamaqla, nəşri ilə, hətta tərcüməsi ilə məşğul olmazdılar... Hətta o da məlumdur ki, vaxtilə Avropada görkəmli yazıçılar tərəfindən tapmaca düzəldib yazmaq bir dəb halını almışmış. Rus folklorşünası Y.M.Sokolov bu faktı belə şərh edirdi: "Avropanın bir sıra tanınmış yazıçıları öz qələmlərini tapmacada sınamışlar. Bunlara misal olaraq XVII əsrdə Fransada Bualo və Fenelonu, daha sonra Russonu, Almaniyada Şilleri, Rusiyada Jukovskini, hətta son dövrlərdə Yesenini göstərmək olar" (7,222).
Bizim ədəbiyyatda isə bu işlə ən çox ustad aşıqlar məşğul olmuşlar. Onlar deyişmə­lərində, qıfılbənd və bağlamalarında, aşiq və məşuq münasibətlərində bu janrın modelindən və bədii" imkanlarından yaradıcılıqla istifadə dəyərli poetik nümunələr yarada bilmişlər...
Qeyd etdiyimiz kimi, Azərbaycan xalq yaradıcılığının bu mühüm və qədim janrının ilk toplayıcısı, ilk naşiri və rus dilinə ilk tərcüməçisi isə, bu vaxta qədər heç kəsin xatırlatmadığı, adını belə çəkmədiyi rus ziyalısı, XIX əsrin 80-ci illərində İrəvan şəhərində müəllimlik etmiş S.P. Zelinski olmuşdur.
Onun birinci buraxılışdakı "İrəvan şəhəri", "Dərəçiçək" adlanan məqalələrinin üçün­cüsü "Tatar atalar sözləri, məsələləri, tapmaca və qadın adları" başlığı ilə adlan­dırılaraq "Toplu"nun 2-ci şöbəsində, 43-62 səhifələrdə dərc edilmişdir. Başlıqdan da gö­rün­düyü kimi bu məqalə üç hissədən ibarətdir və məqalənin ikinci hissəsi İrəvanın kök­lü və əzəli sakinləri olan azərbay­canlılardan toplanmış tapmacalardan ibarətdir. Müəllif burada 33 tapmaca toplamış, onları azərbaycanca ərəb əlifbası qrafikasında və rusca tərcüməsi ilə birlikdə vermişdir. Tapmacalar rəqəmlərlə sıralanmış, hər tapmacanın altında isə onların rusca cavabları da yazılmışdır. Mətndə birinci tapmaca belədir:
"Dəryadə bir gül bitub, adı yox,
Şirinluğdən yemək olmaz, dadi yox."
Tərcüməsi:
«Цветокъ на море растетъ,
Но имени не имейетъ;
Оть сладости есть нельзя,
Но вкуса не имейетъ».
(Дитя)
Sonuncu, 33-cü tapmacanın mətni isə bu cürdür:
"Bir quşum var iki qənədlu,
Ha uçar, yenə yerindədur."
Tərcüməsi:
"У меня есть двухкрыля птица:
Все летаеть, а съ места не двигается.
(Дверь).
(Burada qeyd edək ki, biz azərbaycanca və rusca mətnlərin mümkün qədər oriji­naldakı transkripsiyasını və o dövr üçün orfoqrafiyasını saxlamağa çalışdıq)
Tapmacaların orijinalı və tərcüməsi mətndə qabaq-qənşər verilmişdir. Müəllif XIX əsrdə İrəvanda yaşayan azərbaycanlıların yaradıcı təfəkkür və düşüncə tərzini canlan­dıran, onların həyata baxışlarını, ətraf mühitə obrazlı münasibətlərini, mədəni səviy­yəsini nümayiş etdirən müxtəlif mövzulu, formaca rəngarəng strukturlu tapmacalar toplamış, onları tapmacaların bədii modelinə uyğun bir tərzdə dəqiq, sərbəst, müəyyən hallarda isə bədii tərcümə etməyə müvəffəq olmuşdur.
Bu tapmacaları mövzuca təxminən belə təsnif etmək olar: bitkilər və heyvanlar aləmi, səma cisimləri, insan və onun məişətdə, təsərrüfatda işlətdiyi əşyalar, bədən üzv­ləri, təbiət hadisələri və digər başqa hadisələr barəsində olan bu tapmacalar mövzuları, məzmunları həyatın və mühitin müxtəlif sahələrini əhatə etdiyindən xüsusi maraq doğurur, xalq təfəkkürünün miqyasını göz önündə, bir daha canlandırmış olur...
Məsələn, təbiət hadisəsi və həyat mənbəyi olan axar su haqqında təsəvvür yaratmaqdan ötəri xalq belə bir tapmaca düşünmüşdür:
"Ay gedər, il gedər, Gecə-gündüz yol gedər."
Tərcüməsi:
«Идетъ месяцъ, идетъ годъ,
День и ночь въ дороге»
(Вoдa.)
Müəllif burada mətni sətri tərcümə etsə də, məna və məzmunu dəqiqliklə vermiş, hətta tərcümədə orijinalın ritmikasına uyğun olan daxili ahəng yaratmışdır və o, buna əksər tərcümələrində əməl edə bilmişdir... Yaxud, səma cisimlərindən ay, ulduz, təbiət hadisələrindən ildırım haqqında bir neçə tapmaca verilibdir və bu mətnlərdə də, yüz il bundan qabaq (bəlkə də min il öncə) xalq təsəvvüründə metaforik obrazla (Aristotel tapmacaları sənətkarlıqla yaradılmış metaforalar adlandırmışdır səma cisimləri və hadisələrinin yozumu, astronomik fikri axtarışa diqqəti cəlb etmək istəyi aşkar görsənir:
"Otuzunda nadan olur,
On dördündə kamala yetir"- (dolur- S.O.)
Tərcüməsı:
«На тридцатый (день) глупейетъ,
На четырнадцатый умнейктъ».
(Луна)
"Min-min minarə, dibi qarə,
Yüz min çiçək bir yapraqda."
Tərcüməsi:
«Тысяча тясячъ минаретовъ,
Сто тысячъ цветков
На одномъ листке».
( Луна и звезды)
"Attdım atana, dəgdi kotana, dəryadə balığa, düzdə ceyrana."
Tərcüməsi:
«Бросилась къ бросающему,
Ударилась о плугъ,
Въ поле- объ оленя».
(Молния)
Bu tapmacalarda xalqımızın kosmoqonik dünyaduyumu, bədii təfəkkür tərzi, me­taforik düşüncə bacarığı əks olunmaqla yanaşı, janrın tarixilik xüsusiyyətləri də görsənir. "Min-minarə, dibi qarə", "Atdım atana, dəgdi kotana" obrazları, belə demək mümkünsə, indi müəyyən dərəcədə arxaik obrazlardır. Sonuncu tapmacada sonrakı mərhələdə baş verən üslub redaktə və korrektəyə də diqqəti cəlb etmək istərdim. Sonrakı mərhələlərdə bu tapmacanın belə bir redaktədə mətni də mövcuddur:
"Atdım atana dəydi,
çöldə kotana dəydi,
dəryada balığa, düzdə
ceyrana dəydi" (8, 12).
Bu, folklorda, xalq yaradıcılığında janrın təkamülünə səciyyəvi bir nümunədir. Buradakı "atdım atana dəydi" ifadəsi də maraq doğurur və ilk baxışda mücərrəd ifadə təsiri bağışlayır. Mətndə yağan yağışın konkret olaraq "çöldə kotana, dəryada balığa, düzdə ceyrana" dəyməsi tamamilə aydındır, bəs "atdım atana dəydi" ifadəsi ilə xalq nəyi ifadə edibdir? Bu da xalq yaradıcılığında rast olunan ritm yaratmaq xatirinə artırılan əlavə mücərrəd ifadələrdən deyilmi?..
Yüz iyirmi səkkiz il bundan qabaq yazıya alınmış, yaşı bəlkə də min illiklər olan bu tapmacada, bizcə, təbiət elminin XX əsrdə izah etdiyi "Suyun təbiətdə yaranması və dövriyyəsi" elmi probleminin xalqımızın təfəkküründə yüz illər bundan qabaq həllini tapdığını sübut edir: "Atdım atana dəydi" obrazlı deyimində suyun yerdən buxarlanması və təkrar yağış qismində yerə qayıtması prosesi əksini tapmışdır...
S.P.Zelinskinin topladığı mətnlərin arasında elə tapmacalar vardır ki, öz dövrünün məişətinə uyğun yaradılıbdır və indi bizim üçün artıq arxaikləşibdir. Məsələn, 4-cü tapmaca:
"Yeriyir, yeriyir izi yox,
Dərə- təpə düzi yox,
Yayda, qışda balalar,
Dərisi var, tüki yox. ( Bit-birə.)
Tərcüməsi:
«Ходитъ да ходитъ, а
Следа не оставляетъ;
Ни долинъ, ни холмовъ,
Ни равнинъ не знает;
И зимою, и летоъ раждает;
Кожу имейетъ, а волосъ нетъ. (Вошь).
Bu mürəkkəb strukturu tapmacanın obyekti ziyanverici məişət cücüsü olan bitdir. O dövr üçün bir məişət problemi olan bu ziyanverici həşərat, bu günün məişətində demək olar ki, yoxdur, ona görə də arxaikləşibdir. Lakin, arxaikləşsə də, tarixi tapmaca mətni kimi sonrakı nəşrlərə düşməli idi və təəssüf ki, təkcə bu mətn deyil, bir sıra mətnlər sonrakı) tapmaca janrının nəşrlərinə düşməmişdir...
"SMOMPK"dakı 32-ci tapmaca mətni belələrindəndir:
"Başında tabağ, əlində cida, osmanlı dəgil,
qəldirəni (arxaikadır, yəni, qarnı- S.O.) quruldar, qurbağa dəgil."
Tərcüməsi:
«На голове чашка, въ рукахъ копье, но не турок;
бурчить, но не лягушка» (Кальянъ).
Buradakı "qəldirən" sözü arxaik sözdür və heç bir lüğətə düşməyibdir, mətndəki mənasına görə yəqin qəlyanın baş hissəsini bildirir. Tərcümədə bu söz buraxılıb, "tabağ" sözü də düz tərcümə edilməyibdir, təhrif olunubdur...
Tərcüməçi, rusca mətnlərində "araba", "xına", "qəlyan", "quran", "hacı", "Məkkə" kimi sözləri tərcümə etmədən transkripsiya ilə verib...
Ümumiyyətlə, S.P. Zelinskinin toplayıb, tərcümə edərək nəşr etdirdiyi 33 tapma­ca, göründüyü kimi, həm şəkli xüsusiyyətlərinə, həm bədii obrazlarına, həm də, məz­munlarına , görə olduqca maraqlıdır, gözəl nümunələrdir və bu folklor janrının uşaq folkloru nümunəsi kimi ilk toplama və tərcümə faktı böyük tarixi və elmi əhəmiyyətə malikdir.
Akademik Yaşar Qarayev Azərbaycan folklor "Antologiya"sının 3-cü kitabına - "Göyçə folkloru"na yazdığı müqəddimədə folklorun toplanması və nəşri işinin əhəmiyyətini belə qiymətləndirir: " Xəritəmiz yalnız folklorumuzda dəyişməyib, bütün qalıb. Kərkük və Təbrizlə, Göyçə və Qarabağla, Dərbənd və Borçalı ilə indi də bir yerdə, bütövdə yaşadığımız mənəvi məkanın adı - folklordur...
Sehirli və müqəddəs folklor ərazisindən bir sətri, bir qarışı da, ...yada, qəsbkara güzəştə getməyibdir.
...Bu bütöv mənəvi Vətəni "Azərbaycan folkloru" deyilən silsiləni... bütöv məkana çevirmək ...bir nömrəli elmi-ədəbi və milli vətəndaşlıq vəzifəsidir."
Belə bir miqyasdan baxanda S.P.Zelinskinin XIX əsrdə gördüyü bu işin vacibliyi, əhəmiyyəti və möhtəşəmliyi, bir daha, aşkar görsənir...
Bundan başqa məcmuədə bir sıra digər tapmaca mətnləri də vardır. Bu cəhətdən
"Zaqafqaziyada tatar xalq filologiyası" (9,227) məqaləsində verilən mətnlər A.Kalaşevin və A.Yakimovun "Tatar mətnləri" mühüm əhəmiyyətə malikdir.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   207   208   209   210   211   212   213   214   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish