Amea folklor institutu



Download 40,44 Mb.
bet212/295
Sana21.02.2022
Hajmi40,44 Mb.
#16416
1   ...   208   209   210   211   212   213   214   215   ...   295
ƏDƏBİYYAT

  1. Qurbanov Ş. XIX əsrdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri. Əsərləri. 3 cilddə. 2 c. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı.

  2. SMOMPK, 1-ci buraxılış, 2-ci şöbə, Tiflis, 1881

  3. SMOMPK, 2-ci buraxılış, Tiflis, 1882

  4. Əfəndiyev Ə. Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu-QƏXTMT SMOMPK. İzahlı biblioqrafiya. Bakı, «Qartal» nəşriyyatı. Bakı, 1998

  5. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, 1992

  6. Azərbaycan Sovet Ensiklopediyası. X cilddə, IX c., Bakı, 1986

  7. Соколов Ю.М.Русский фольклор. М., Учпедгиз, 1941

  8. Tapmacalar. Bakı, «Elm».

  9. SMOMPK. 19-cu buraxılış. Tiflis, 1894

Dos. Sevinc Musayeva
Azərbaycan Dillər Universiteti
QAFQAZ XALQ DASTANLARI VƏ NİTQ ETİKETLƏRİ
Məlum olduğu kimi, Azərbaycan şifahi xalq ədəbiyyatının geniş yayılmış və iri həcmli janrlarından olan xalq dastanlarımız folklorumuzun böyük bir hissəsini təşkil edir. Qəhrəmanlıq dastanları əsasən vətən, xalq, azadlıq uğrunda mübarizəni əks etdi­rirsə, məhəbbət dastanlarımızda vəfa, sədaqət, saf məhəbbət, təmənnasız sevgi, huma­nizm, məhəbbət uğrunda hər cür əzaba qatlaşmaq və s. mövzular əsas yer tutur. Bəzən bu əzaba qatlaşan gənclər əsil qəhrəmanlara çevrilirlər, başqa sözlə, öz məhəbbətləri naminə göstərdikləri şücaətlər oxucunu heyrətə salır.
Ədəbiyyatşünaslar prof. M.H.Təhmasibin Azərbaycan dastanlarının toplanması, nəşri və tədqiqi sahəsindəki fəaliyyətini daim yüksək qiymətləndirirlər. Alim göstərirdi ki, Azərbaycan eposu tarixində fərdi yaradıcılıq əsas və ilkin olmuş, yəni hər bir dastan müəyyən bir aşıq tərəfindən yaradıldıqdan sonra ifaya keçib kollektiv yaradıcılıq məhsuluna çevrilmişdir. Həmin ənənə indi də davam etməkdədir. Onun bir yaradıcılıq üsulu olaraq aydınlaşdırılması, dünya eposşünaslığı aləmində gedən mübahisələrin həllinə kömək edə biləcək canlı bir nümunə kimi xüsusi əhəmiyyətə malikdir. (1)
Bildiyimiz kimi, dastanlarımızın toplanıb nəşr edilməsinə XIX əsrdən başlanıl­mışdır. Qeyd etmək lazımdır ki, dastanlarımızın kütləvi şəkildə toplanması, nəşri və öyrənilməsi işi XX əsrdə xüsusi əhəmiyyət kəsb etmişdir. İlk dövrdə dastanlar mətbuat səhifələrində, kitabça şəklində nəşr edilməyə başlasa da sonralar, 1950-ci illərdən başlayaraq dastanların toplanıb nəşr edilməsi, eyni zamanda tədqiqi məsələsi bu günə qədər sistemli şəkildə davam etdirilmişdir. Bu da dastanların mənşəyi, formalaşması, ideya və bədii xüsusiyyətləri haqqında, eləcə də dastan poetikası ilə əlaqədar dəyərli tədqiqat əsərlərinin meydana gəlməsi ilə nəticələnmişdir, desək, fikrimizcə, yanılmarıq.
Dastanlara mənəvi mədəniyyətin ən qiymətli abidələrindən biri kimi yanaşılır. Qəhrəmanlıq dastanlarında olduğu kimi, məhəbbət dastanlarımız da idarəetmə, davranış qaydalarının, sevgi, ailə münasibətlərinin və s. geniş mənzərəsini yaradan bədii səlnamədir. Məhəbbət dastanlarımız türk dastan düşüncəsində, dastan yaradıcılığında özünəməxsus söyləmə-təhkiyə hadisəsidir. Bu özünəməxsusluq məhəbbət dastanları­mızın həm məzmununda, həm də forma xüsusiyyətlərində özünü göstərir. Burda mü­şahidə olunan əsas ideya məzmun, struktur-forma xüsusiyyətləri (sadə xalqa münasibət, məhəbbət uğrunda hər cür əziyyətə tab gətirmək və s.) dövrlə səsləşməklə yanaşı orta əsrlərin düşüncə fəlsəfəsindən irəli gələn məsələlərdir.
Ədəbiyyatşünaslıq və dilçilik poetikası dastanların daxili mahiyyətini, dialoq siste­mini, ünsiyyət formalarını, verbal realizmin estetik tərəflərini açmaqda bir-birini ta­mam­layır. Bu vəhdət dastanların poetik sistemini ətraflı tədqiq etmək imkanı yaradır. Xalqımızın etnik-psixoloji xüsusiyyətlərini, adət-ənənələrini, stereotiplərini, nitq etiket janrlarını öyrənmək üçün məhəbbət dastanlarımız da bir mənbədir. Burda təsvir olun­muş surətlərin davranış və rəftar tərzi, emosiyaları və hissləri, məhəbbətə münasibəti, çətin məqamda düşüncələri hərtərəfli öz əksini tapmışdır. Məhəbbət dastanlarında personajlarla etiketləri, funkisiyası semantik cəhətdən bir vəhdət təşkil edir ki, bu da həmin dövrin davranış qaydalarından doğur.
Bildiyimiz kimi, etiket insanlar tərəfindən ailədə, cəmiyyətdə, çalışdığı sahələrdə və s. riayət edilən davranış qaydalarının məcmuudur. Daha dəqiq, etiket cəmiyyətdə insanların qarşılıqlı münasibətlərdə müəyyən çərçivəyə salınmış davranış qaydaları və yaxud cəmiyyətdə müəyyən olunmuş əxlaq və davranış qaydaları və nəzakətli rəftar formasıdır. Hər bir xalqın cəmiyyət üzvləri arasındakı nitq-müraciət etiketləri həmin xalqın ümumi mədəniyyətinin bir hissəsidir. İnsanlar arasında ünsiyyət bir-birinə müraciətdən başlanır. Ünsiyyət başlarkən nitq etiketlərindən istifadə edilir. Ümu­miy­yətlə, dastanlarımızda Azərbaycan dilinin nitq etiketlərindən əsasən görüşürkən salam­laşma, ayrılırkən sağollaşma, hər hansı bir situsiyadan asılı olaraq üzrxahlıq etmə, yaxşı, təqdirəlayiq iş müqabilində təşəkkür etmələrə və s. rast gəlirik.
Məhəbbət dastanlarımızda nitq etiketləri əsasən görüşmə/aşiqlik, məhəbbət uğrun­da qələbə/duvaqqapma funksional modelləri əsasında qurulur. Bunu xalq dastanlarının böyük bir qolunu təşkil edən məhəbbət dastanlarından gətirdiyimiz nümunələr də sübut edir.
Qeyd etmək lazımdır ki, azərbaycanlılarda salamlaşma etiketi davranış normaları sistemində özünəməxsus xüsusiyyətlərə malikdir. Bildiyimiz kimi, ərəb dilindən tərcümədə “sülh” mənasını verən salam elə qəbilələr arasında ədavət, müharibələr bitdikdən sonra sülh bağlamaq üçün işlədilirdi. Tərəflər üz-üzə gəlib əl uzatmalı, “salam” deməli idilər. Sonradan ərəblərin işğal etdikləri ərazilərdə də bu, adət halını almışdı. Bu gün də Azərbaycanda salamlaşma əsas dəyərlərdən biri hesab edilir. Bu gün cəmiyyətdə hər hansı bir tanışlıq, ünsiyət salamlaşma ilə başlanır. Kiminsə kimə salam göndərməsi də onu dəyərləndirmək anlamındadır. Salama cavab verməmək ədəbsizlik və tərbiyəsizlik sayılır.
”Tahir-Zöhrə” dastanında deyilir:”...Əhməd Vəzir bikef, məlul oturub övlad dərdi çəkirdi. Bu zaman bir nurani dərviş daxil olub salam verdi. Əhməd Vəzir salamın cavabını verəndən sonra qalxıb dərvişin kəşkülünə bir cəngi əşrəfi atdı”. (3, 24)
Yaxud “Əsli-Kərəm” dastanında:”Keşiş Ziyad xanın hüzuruna gəlib,ədəb-salamını yerinə yetirdi”. (3,79) Göründüyü kimi, xalq arasında “salam Allah salamıdır” deyimindən də məlum olur ki, hətta Ziyad xana səmimi münasibəti olmayan keşiş də düşmən münasibət bəslədiyi ailədə özünü ədəbsiz göstərmək istəmir.
“Qurbani” dastanında:”-Xan sağ olsun, onlar fikirləşdilər ki, ...məni öldürüb qazancımı özlərinə götürsünlər”. (3,217)
Görüşmə etiketinə aid vacib ünsürlərdən biri də müraciətdir. Məhəbbət dastan­larımızda qadınlara müraciət, eləcə də qəhrəmana müraciətlərə diqqət yetirək: dastan söyləyən dinləyicisinə (oxucuya) hörmət əlaməti olaraq “Ağalar” deyə müraciət edir:”Ağalar! Mahmud söz kitabın kəsdi”. (3,309)
Yaxud:”Ağalar! İndi gəlin xəbəri Pəridən verək”. (3,446)
Məhəbbət dastanlarımızda tanış olmayan qadınlara, qızlara “xanım”, “xanım qız” deyə müraciət edilir. Yaşca böyüklərə “ağsaqqal”, “ata”, “əmi”, dayı” , özündən kiçiklərə “öğlum”, “qızım” kimi müraciət edilir.”Şah baxdı ki, bu, çox ağıllı, kamallı bir adamdı, dedi:
- Oğlum, de, görüm, mətləbin nədi?” (3,255)
Yaxud:
“Qurbani dedi:
- Xanım qız, payın çox olsun!” (3,235)
Bütün bu nitq etiketlərinin müşahidəsi bizə belə deməyə əsas verir ki, istər salam­laşma, istərsə də müraciət etiketlərində, eləcə də digər niq etiketlərindəAzərbaycan xalqının məişətində həmsöhbətə, müsahibə, ağsaqqala, eləcə də özündən kiçiyə, qadınlara hörmət və ehtiram əks olunur. Bu gün də istər cəmiyyətdə, istərsə də ailədaxili münasibətlərdə bu məsələlər hələ də qorunub saxlanılmışdır.
İctimai yerdə görüşmə, söhbətləşmə, yaşa və digər xüsusiyyətlərə görə insanlara münasibət ictimai etiket qaydalarına münasibətdə dilimizin mədəni nitq etiketləri kifayət qədərdir. Bunlara hələ dastanlarımızda da rast gəlinir.
“Xan, izin ver, birini də deyim, gör, səndən nə istəyirəm.” (3,233)
“Sofi, get, atamdan izin al, ova getmək istəyirəm” (3,72)
Yəqin ki, məhəbbət daztanlarımızdakı nitq etiketləri dediklərimizlə məhdudlaşmır. Bir məqalədə bu ifadələri verməklə əsas məqsədimiz bütün xalqlarda olduğu kimi azərbaycanlılarda da mədəni nitq etiketlərinin zəngin olduğunu, həm də bunların xald ədəbiyyatının mühüm hissəsini təşkil edən məhəbbət dastanlarında da özünü göstərdiyini diqqətə çatdırmaqdır.

Download 40,44 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   208   209   210   211   212   213   214   215   ...   295




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish