ЛИТЕРАТУРА
Народное хозяйство Абхазской АССР за 60 лет. Юбилейный статистический сборник. Сухуми, 1981.
Социально-экономическое положение Абхазской автономной республики, 1985-1990.
Джоджуа, 2007 // Д. Джоджуа Абхазия в 1938-2006 гг.: аспекты регионально-исторических процессов. Тбилиси (на груз. яз.)..
Тоидзе, 1996 // Л. Тоидзе К вопросу о политическом статусе Абхазии. Страницы истории 1921-1931 гг. Тбилиси.
Тотадзе, 1995 // А. Тотадзе Население Абхазии, история и современность. Тбилиси (на груз. яз.).
Кварацхелия, 2009 // Б. Кварацхелия Культурно-просветительская и общественно-политическая деятельность Нико Джанашиа. Тбилиси (на груз. яз.).
Квициния, 2001 // М. Квициния Глобализация и этнонациональный компонент, журн. «Вопросы философии», №9, Москва.
Мамсиров, 2004 // Х. Б. Мамсиров Модернизация культур народов Северного Кавказа в 20-е годы XX века. Нальчик.
Народное хозяйство СССР в 1990 г. Москва, 1991.
Папаскири, 2007 // З. Папаскири Очерки исторического прошлого современной Абхазии, II, 1917-1993. Тбилиси (на груз. яз.).
Архив Президента Грузии. 1921-1991 гг.
Шнирельман, 2003 // В. А.Шнирельман Войны памяти. Мифы, идентичность и политика в Закавказье. Москва.
Хоштария-Броссе, 1996 // Э. В.Хоштария-Броссе История и современность. Тбилиси.
Kəmalə İslamzadə
Bakı Dövlət Universiteti
“BÖHTANA DÜŞMÜŞ QIZ” SÜJETİ – TİPOLOGİYA, YOXSA İQTİBAS?
Сюжет «оклеветанная девушка» – типология или заимствование?
Камаля Исламзаде
В связи с возросшей интенсивностью в современном мире процессов глобализации и интеграции на первый план выдвинулись определенные направления отечественного литературоведения, актуализировались некоторые темы. Одной из таких первоочередных областей является компаративистика.
Проблема схожих сюжетов, создавшая почву для возникновения и развития фольклористики, долгое время продолжает занимать исследователей. В фольклористических теориях возникновение таких сюжетов, известных под наименованием «странствующих», «международных», «бродячих», «традиционных», объясняют генетическими, типологическими причинами, заимствованием и т.д. Однако, несмотря на множество исследовательских работ, эта проблема до сих пор остается неразрешенной.
Согласно указателю международных сказочных сюжетов Аарне-Андреева, под номером 883 есть известный сюжет «оклеветанная девушка», существующий в фольклоре многих народов мира в различных модификациях и формах (сказки или эпоса). Сформированный на основе этого сюжета дастан (эпос) «Али-хан и Пери-ханум» имеет в азербайджанском фольклоре около десяти вариантов. Сравнивая их с аналогичными образцами фольклора других народов, мы хотели бы найти ответ на некоторые интересующие вопросы. Н.Н.Андреев так описывает данный сюжет: «В то время как отец девушки находится в странствиях, дядя пытается соблазнить её. Однако ему это не удается, и потому он клевещет на девушку. Отец, поверив клевете, дает сыну указание убить сестру. Девушка избегает смерти, переодевшись в мужскую одежду. Счастливый конец» (Андреев Н.Н. Указатель сказочных сюжетов по системе А.Аарне. Л.,1929, с.63).
Каждое предложение в описании сюжета составляет отдельный мотив, стадию. Конечно, согласно заключению антропологов, такие мотивы сами по себе могли возникнуть у разных народов в отдельности как результат похожих общественных отношений, обычаев и верований. Однако аналогичную последовательность этих мотивов в образцах разных народов не стоит рассматривать как случайное или типологическое явление. Потому что здесь следование одного эпизода за другим не продиктовано внутренней логикой сказки или дастана (эпоса). Можно даже без вреда для общего содержания сократить один эпизод, или заменить его другим. Следовательно, определенная цепочка мотивов, составляющих традиционный сюжет, могла перейти от одного народа к другому, могла быть заимствована только в готовом виде.
Qloballaşma və inteqrasiya proseslərinin intensivləşdiyi müasir dövrümüzdə ədəbiyyatşünaslığın müəyyən istiqamətləri ön plana keçmiş, bəzi mövzular aktuallaşmışdır. Gündəmdə olan sahələrdən biri də komparativistikadır. Halbuki XX əsrin 60-70-ci illərində kompаrativistika burjua ədəbiyyatşünaslığının böhran keçirən bir sahəси kimi təqdim olunurdu. Qərb alimlərinin öz tədqiqatlarında ictimai gerçəklikdən qoparılmış, mexaniki, formalist xarakterli müqayisələrə əsaslandıqları iddia edilirdi. Komparativistikaya qarşı marksist metodla ziddiyyət təşkil edən bir istiqamət kimi mübarizə aparılırdı. Bunun əvəzində “ədəbiyyatların qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri” kimi istilahlardan istifadə olunurdu. Nəzərə alınmırdı ki, təsir heç də həmişə qarşılıqlı olmur. Lakin həyat hansı metodun qondarma, süni olduğunu, hansının isə praktik cəhətdən özünü doğrultduğunu üzə çıxardı.
Xalqlar arasında tellərin, bağların olduğunu göstərən, folklorşünaslıq elminin meydana gəlməsinə təkan verən oxşar süjetlər məsələsi uzun müddətdir ki, araşdırıcıları məşğul edir. “Səyyar”, “beynəlxalq”, “gəzərgi”, ”ənənəvi” və b. istilahlarla adlandırılan bu süjetlərin yaranmasını genetik, tipoloji, iqtibas və s. səbəblərlə izah edən folklorşünaslıq nəzəriyyələrində, yazılmış çoxsaylı tədqiqat əsərlərində hələ də problemin çözümünə nail olunmamışdır. Həmin fərqli mövqeləri xatırlamaq, onların hər birinin üstünlük və çatışmazlıqlarını nəzərdən keçirmək yerinə düşər. Əlbəttə ki, oxşarlıq və eyniyyətlərdən söhbət gedərkən ilk ağıla gələn genetik bağlılıq, qohumluq əlaqələri olur. Təsadüfi deyildir ki, bu sahədə irəli sürülən ilk nəzəriyyə (Mifoloji nəzəriyyə) də bənzərliyin kökündə məhz qədim qohumluğun, genetik ümumiliyin durduğunu qəbul edirdi. Təbiəti etibarilə bu, eyni dil ailəsinə və ya dil qrupuna aid olan xalqların mədəniyyəti, adət-ənənəsi, dəyərlər sistemi arasındakı uyğunluqla analogiya təşkil edir. Lakin gətirdiyimiz bu paralel də yüzfaizli hesab oluna bilməz. S.Y.Neklyudovun yazdığı kimi, “... süjet və motivlər səviyyəsində özünü göstərən məzmun sabitliyi yaşına görə, dil ailələrinin mövcudluğunu zaman baxımından xeyli üstələyir”(6;7). Başqa sözlə, folklorda ifadəsini tapan oxşarlıqlar dil qruplarından daha qədimdir.
Lakin oxşarlıqların genetik səbəblə əlaqələndirilməsi heç də bütün hallara tətbiq oluna bilmirdi və heç də həmişə özünü doğrultmurdu. Çünki müşahidə olunan paralellər çox vaxt dil ailələrinin sərhədlərindən kənara çıxır və belə faktların sayı get-gedə artırdı. Artiq bu təzahürləri qədim qohumluqla bağlamaq mümkün olmadıqda vəziyyətə aydınlıq gətirəcək yeni nəzəriyyənin meydana çixması üçün münbit şərait yarandı. Beləliklə, Mədəni iqtibas nəzəriyyəsi o vaxt hələ cavan olan folklorsünaslıq elmində ön plana keçdi. Yaranmasını zamanın labüd etdiyi bu nəzəriyyə süjet oxşarlıqlarını müxtəlif xalqlar arasındakı siyasi, iqtisadi, mədəni əlaqələr əsnasında onların Şərqdən iqtibas edilməsi ilə bağlayır. “Şərq” deyərkən nəzəriyyənin banisi T.Benfey Hindistanı nəzərdə tuturdu və süjetlərin miqrasiyasının daha intensiv olduğu dövrləri, keçid marşrutlarını da müəyyən edirdi. Lakin nəzəriyyənin başqa ölkələrdəki tərəfdarları Qərbə süjet ixrac edən regionlar sırasında İran və Qafqazı (V.F.Miller), həmçinin Turan ərazisini də görürdülər (Q.N.Potanin). Süjetlərin Şərqdən Qərbə köçü tarixi-obyektiv hadisədir və alimlərin bu ədalətli qənaətini V.M.Jirmunski belə izah edir: ”Avropa nağılları adətən müasir folklor toplamaları zamanı yazıya alınmış materiallarla təmsil olunur...Şərq ölkələri – Hindistan, İran, Ərəbistan, Mərkəzi və Cənubi-Şərqi Asiya isə qədim dövrlərə məxsus abidələrə malikdir (“Pançatantra”, “1001 gecə”, “Yeddi müdrik haqqında hekayət”, “Tutuquşunun kitabı” və s.)” (5; 340).
Hətta müəyyən edilmişdir ki, Çin nağılları dövrümüzdən 2200 il qabaq toplanaraq çap edilmişdir və həmin nağıllar mövzu və məzmun baxımından hind və Avropa xalqlarının nağılları ilə bir çox ümumi cəhətlərə malikdir. Sivilizasiyanın beşiyi olan Şərq “folklor süjetlərinin cəbbəxanası” adını daşımağa tamamilə layiqdir.
“Mədəni diffuziya konsepsiyası”na görə, kənar təsirlərə məruz qalma dərəcəsi heç də bütün janrlarda eyni deyildir. Məsələn, qəhrəmanlıq eposu hər bir xalqın tarixi keçmişinin ideallaşdırılması olduğundan burada beynəlxalq təsirlərin cüzi faiz təşkil etdiyini deyə bilərik. Belə əsərlərdə rast gəlinən uyğunluqların əksəriyyəti tipoloji oxşarlıq kimi izah edilir.
Nağıllar isə əksinə, qarşılıqlı surətdə kənar təsirlərə daha çox məruz qalır. Maraqlı, məzəli məzmuna malik süjetlər bir xalqdan digərinə keçir. Həm də belə nağıllarda topominik rəvayətlərə xas milli-tarixi və coğrafi təfərrüatlar olmadığından hər xalqın özək süjeti öz təfəkkürünə, dünyagörüşünə, milli dəyərlərinə, həyat tərzinə uyğun şəkildə işləmək imkanı yaranır. Nəticədə mexaniki iqtibasın deyil, yaradıcı yanaşmanın məhsulu ortaya çıxır. Süjetin beynəlxalq strukturu qorunur, lakin o, milli forma qazanır.
Əgər janrlar üzrə nəzərdən keçirsək iqtibas daha çox dini görüşlərlə bağlı olmayan sehrli nağıllarda, yaxud bəşəri, əxlaqi və sosial müşahidələrə əsaslanan nağıllarda özünü göstərir. Bunun ardınca “ümummədəni elementlərin universal düzümü” (S.Y.Neklyudov) olan tapmaca və atalar sözləri gəlir. Tarixi, dini əlamətləri əks etdirən mətnlərdə, həmçinin hiss, emosiya və təəssüratların ifadəsi olan lirik nəğmələrdə, konkret bir xalqı maraqlandıran tarixi rəvayətlərdə iqtibas faktlarına daha az rast gəlinir. Çünki “yad fikirləri əxz etmək asandır, dini inancları mənimsəmək bir qədər çətindir, lakin ən çətini hisslərin özününküləşdirilməsidir” (J.Bedye).
Mədəni iqtibas bir çox hallarda müxtəlif dil ailələrinə mənsub, bir-birindən uzaq coğrafi məkanlarda məskunlaşmış xalqların folklorundakı oxşarlıqlarla yanaşı, areal baxımından ümumi folklor ənənələrinə malik olan, sabit ikidilli və ya çoxdilli mədəniyyətə sahib olan xalqların (türk-monqol, Altay-Ural, slavyan-balt, fin-samodi, Qafqaz və s.) şifahi yaradıcılığındakı bənzərlikləri izah etməyə imkan verir. Fərqli ənənə və həyat tərzinə malik xalqların ağız ədəbiyyatı yalnız struktur, ideya və obrazlar səviyyəsində deyil, hətta rəmzlər səviyyəsində oxşarlıqları qoruyub saxlamağa qadirdir. Bu isə həmin xalqlar arasında birbaşa və ya bilavasitə əlaqələrin qeydə alındığını, yaxud keçmişdə belə kontaktların baş verdiyinin güman edildiyini göstərir.
Veselovskinin konsepsiyasına görə, iqtibas faktı ancaq müəyyən şərtlər daxilində baş verir. Əvvəla, hər iki tərəfin (süjeti verən və alan tərəflər) dəyərlərində, ənənələr sistemində analogiyaların olması ehtiva edilir. İkincisi, yalnız tələbat duyulan süjetlər iqtibas olunur (12; 355-370).
Müxtəlif xalqların folklorundakı süjet oxşarlığını insanların ruhi, fizioloji, psixi eyniyyəti ilə, ölkələrdəki oxşar iqtisadi və ictimai-siyasi quruluşla bağlayan Antropoloji məktəbin nümayəndələri analoji süjetlərin öz-özünə doğduğu, bənzərlik və eyniyyətlərin tipoloji xarakter daşıdığı qənaətində idilər. B.N.Putilov yazırdı ki, “tarixi-tipoloji cizğilərin müxtəlif dərəcəli ümumiliyi müqayisənin fərqli səviyyələrində - süjetdə, obrazlılıqda, estetikada, janr özünəməxsusluğunda, təkamül qanunauyğunluqlarında üzə çıxır” (7; 128).
Tipoloji oxşarlıqlar mədəni inkişafın bəzi ümumi qanunlarının və mətn quruluşunun universal qaydalarının fəaliyyəti ilə şərtlənir. Onlar struktur və məzmun cəhətdən eyni nəticələri doğurur. Tipologiya təbii və sosial situasiyaların uyğunluğu və eyniyyəti ilə şərtlənir. Bu, nağılın genezisi üçün vacib olan ailə münasibətləri və eposun formalaşması üçün zəruri olan tayfalararası və dövlətlərarası münasibətlərdir. Antropoloqların xüsusilə vurğuladıqları psixofizioloji ümumiliklərə isə təməl emosiyalardan aclıq, aqressiya, qorxu, cinsi istəklər və s. aiddir. Yəni bütün bunların diktəsi altında müxtəlif xalqlarda bir-birindən asılı olmayaraq oxşar süjetlərin yaranması mümkündür.
A.N.Veselovski hesab edirdi ki, tipologiya qanunlarının fəaliyyət sərhədləri yalnız motivlərlə məhdudlaşır. Lakin bu, həqiqətə uyğun deyildir. Çünki tipoloji uyğunluqlar süjet səviyyəsində də özünü göstərir.
Janrların tarixi tipologiyası ilə bağlı bir çox maraqlı tədqiqatlar vardır. Məsələn, folklorşünaslardan M.Y.Çikovani, K.A.Sixarulidze gürcü folkloru ilə başqa xalqların ağız ədəbiyyatı nümunələrində məhz tipoloji uyğunluqları üzə çıxarmışlar.
M.Y.Çikovani nart eposunun süjeti ilə bu eposdan xəbardar olmayan uzaq xalqların fantastik-qəhrəmanlıq nağılları arasında tipoloji bənzərliklər aşkar etmiş və belə qənaətə gəlmişdir ki, bu eposun mənbələrindən biri də nağıldır (4; 230). Süjet paralellərinin müxtəlif janr sistemlərində, yəni nağıl və eposda, arxaik və tarixi-qəhrəmanlıq eposlarında üzə çıxarılmasını M.Y.Çikovani, əsasən, tipoloji uyğunluq kimi qəbul edir.
K.A.Sixarulidze isə Şərqi Avropa və gürcü xalqlarının folklorundakı “alicənab quldurlar”la bağlı nümunələri müqayisə edərək yazırdı: “Alicənab quldurluğun” ictimai kökləri eyni olduğu səbəbindən bir-birindən çox aralı yaşayan xalqların şifahi nümunələrində motivlər oxşardır” (8; 148). Deməlı, tədqiqatçı aşkar etdiyi oxşarlıqları tipoloji uygunluqlar sayır.
Universal məntiqin mövcudluğu ilə əlaqədar olaraq tipoloji metoddan istifadə edilməsi folklor örnəklərinin tədqiqi və təhlilində daha geniş üfüqlər açır.
Beynəlxalq nağıl süjetlərinin Aarne sistemi əsasında Andreyev tərəfindən tərtib olunmuş göstəricisində 883-cü nömrə altında verilmiş məşhur “Böhtana düşmüş qız” süjeti bir çox xalqların folklorunda müxtəlif modifikasiyalarda nağıl və ya dastan şəklində mövcuddur. Bu süjet əsasında formalaşmış “Alı xan və Pəri xanım” dastanının Azərbaycan folklorunda 10-a qədər variantı məlumdur. Onları başqa xalqlardakı analoji nümunələrlə müqayisə edərək bizi maraqlandıran bəzi suallara cavab tapmaq istərdik. Andreyev N.N. süjeti belə təsvir edir: “Atası səfərdə olarkən əmisi qızı yoldan çıxarmaq istəyir. Bu baş tutmur. O, qıza böhtan atır. Atası oğluna tapşırır ki, bacısını öldürsün. Qız qurtulur. Şahzadəyə ərə gedir. Nökər (zabit) qıza təcavüz etmək istəyir. Qız kişi paltarında qaçır. Xoşbəxt sonluq”(1;63).
Süjetin təsvirindəki hər bir cümlə ayrıca bir motivi, mərhələni təşkil edir. Göründüyü kimi, “Alı xan və Pəri xanım” dastanı nagıldan transformasiya etmiş, xalq arasında sevilərək yayılan bu nağıl aşıqlar tərəfindən dastan strukturuna uyğunlaşdırılmış, ənənəyə uyğun olaraq nəsr parçaları arasına hadisələrlə səsləşən şeirlər əlavə olunmuşdur.
Dastanın 1889-cu ildə SMOMPK məcmuəsində çap olunmuş variantı formal cəhətdən nağıl kimi verilsə də, artıq burada dastanlara xas olan buta priyomunun bir təzahürü öz əksini tapmışdır. Belə ki, qardaşı tərəfindən meşədə azdırılan Pərini bir atlı öz tərkində mərmər hovuzun yanına gətirir. Sonra həm qızın, həm də Alı xanın yuxusuna girərək hər ikisinə badə içirir (9; 155-164).
“Böhtana düşmüş qız” süjetinin rus, özbək, Azərbaycan variantlarından başqa, Şərqi Avropa xalqlarının folklorunda da variantları mövcuddur. Variantlarda Aarne – Andreyev göstəricisində təqdim olunmuş variantların hamısı işlənsə də, təfərrüatlarda, surətlərin məşğuliyyətində, ictimai mənşəyində və s.-də fərqlər özünü göstərir. Hər bir xalq bu süjeti öz təfəkkür süzgəcindən keçirmiş, onu öz dəyərlər sisteminin kriteriləri ilə qiymətləndirmiş, bunlardan çıxış edərək milli variantını yaratmışdır.
Süjetdəki ilk motiv “Atanın səfərə çıxması”dır. Səfərin səbəbi müxtəlif xalqlarda fərqli şəkildə göstərilir. Məsələn, özbəklərdə Xoca Sövdəgarı Şeybani xan ticarətə göndərir (11; 383). Azərbaycan variantında isə Hacı Sayad (və ya Hacı Səyyad) Məkkə ziyarətinə gedir (3; 383). Digər xalqların variantlarında səfər – səyahət, dostu ziyarət, qonaqlığa dəvət və başqa səbəblərlə əlaqələndirilir.
Süjetdəki ikinci motiv qıza edilən ədəbsiz təkliflə bağlıdır. Burada da fərqlərin çox geniş, rəngarəng spektri ilə qarşılaşırıq. Belə ki, rus nağılında qızı yoldan çıxarmaq istəyən əmisidir. Lakin qan qohumunun belə bir hərəkəti Azərbaycan mentaliteti üçün yolverilməz, ağlasığmaz və dəhşətli bir hal olduğundan bizim variantlarda həmin təklif yad adam tərəfindən edilir. Məsələn, P.Vostrikovun Cavanşir qəzasının Seydimli kəndindən toplayıb nəşr etdirdiyi variantda Pəriyə sataşmaq istəyən ona dərs deyən molladır (10;101-110). Azərbaycan variantlarından daha mükəmməlində isə bu, Hacı Sayadın taparaq oğulluğa götürdüyü Tapdıqdır. Azərbaycan folklor təfəkkürünə, eləcə də bir çox xalqların psixologiyasına görə, zinadan törəmiş, tapılmış, oğulluğa götürülmüş uşaqlar sonradan onu bəsləyib böyüdən şəxslərə xəyanət edirlər. Çünki onların mayası günahla yoğrulduğundan şər mənbəyidirlər. Azərbaycan folklorunun başqa nümunələrində də bir qayda olaraq mənşəyi məlum olmayan belə surətlər mənfi obraz kimi təqdim olunur. “Kitabi – Dədə Qorqud”dakı Təpəgöz də bu qəbildəndir. Hətta “Koroğlu” dastanının Paris nüsxəsində oğulluğa götürdüyü Eyvaz Koroğluya arxa çevirərək onun düşməni Bolu bəylə birləşir. Xalqın övladlığa götürməni təqdir etməməsi səbəbsiz deyildir. Bunun kökünü yenə də “Kitabi – Dədə Qorqud”da tapa bilərik. Eposda övladı olmayanların Allahın qarğışına tuş gəldiyi əsas götürülür. Insanlar həmin şəxsin Allah qarşısında böyük günahlar işlədiyini düşünərək onun yanında olmağı Allaha asi çıxmaq kimi qəbul edirlər. Odur ki, xalq da onu qarğıyır. Sonsuz adamın kimisə övladlığa götürməsi yenə də Allahın buyuruğuna qarşı çıxmaqdır. Bu qaydanı pozanlar onun acı nəticələrini dadacaqlar. Deməli, Tapdığın hərəkəti də gözlənilən və labüddür. Təsadüfi deyildir ki, Hacı Sayad Tapdığı evə gətirərkən arvadı deyir: “Mən halal südümü harama əmizdirə bilmərəm. O, yaxşı olsa idi, oraya atmazdılar” (3; 402).
Süjetin növbəti motivinə əsasən qızı yoldan çıxarmaq baş tutmayanda ona böhtan atılır. Qəzəblənən ata doğma oğluna öz bacısını öldürməyi tapşırır. Bu motiv də variantlarda fərqli şəkildə işlənilmişdir. Bəzi variantlarda qardaşın bacısına yazığı gəlir və onu azdırır. Digər variantlarda isə qardaş atasının əmrini mütiliklə yerinə yetirir və bacısını qılınclayır. Lakin qız ölmür, onu yaralı vəziyyətdə tapan şahzadəyə, xana və ya knyaza ərə gedir.
Süjetə görə, qız bir daha təcavüzə uğramaq təhlükəsi ilə qarşılasır. Ona nökər və ya zabit, Azərbaycan variantında isə Qara Vəzir sataşmaq istəyir. Bu hissə Azərbaycan variantında xüsusilə təsirli və mükəmməl şəkildə işlənmişdir. Hümmət Əlizadənin 1929-cu ildə nəşr etdirdiyi variantda Qara Vəzirin əxlaqsızlığı belə cümlələrlə ifadə olunmuşdur: “Qara Vəzir çox orətpərəst idi. Belə ki, hər gördüyü orətdən göz götürməzdi” (2; 36).
Bir çox variantlardan fərqli olaraq Azərbaycan variantında Pəri xanım çətin bir sınaq qarşısında qalır. Namusunu iki oğlunun canından üstün tutur. Övladlarını itirmiş ananın qürurlu və dərdli obrazı bütün siqləti ilə göz önündə canlanır. Burada Pəri xanım analoji dilemma qarşısında qalan Burla xatunun xələfi kimi çıxış edir.
Süjetin demək olar ki, bütün variantlarda özünü göstərən motivi qızın kişi paltarı geyinərək qaçmasıdır. Gözəlliyi başına bəla olan qiz, əlbəttə ki, bu yolla özünü qoruya bilərdi. Digər tərəfdən həmin motiv o cəmiyyətdə yaşamağın qadınlar üçün kişilərdən daha çətin olduğunu nümayiş etdirir.
Bundan sonra hadisələr sürətlə finala doğru irəliləyir. Günahkarlar cəzalandırılır. Nağıl və ya dastan xöşbəxt sonluqla bitir.
Müqayisələr süjet oxşarlığını aydın şəkildə nümayiş etdirməkdədir. Bəs bu süjet oxşarlığı tipoloji, yoxsa iqtibas qaynaqlıdır?
Əlbəttə ki, antropoloqların iddia etdikləri kimi, həmin motivlər ayrı-ayrılıqda fərqli xalqlarda öz-özündən yarana bilərdi. Onlar oxşar ictimai münasibətlərin, adət və inancların nəticəsi kimi bir-birindən asılı olmadan meydana çıxa bilərdi. Lakin həmin motivlərin müxtəlif xalqların nümunələrində eyni ardıcıllıqla bir-birini izləməsi təsadüfi və ya tipoloji hal kimi dəyərləndirilməməlidir. Çünki burada bir epizodun digərini izləməsi nağıl və ya dastanın daxili məntiqindən doğan zərurət kimi qarşımıza çıxmır. Hətta ümumi məzmuna xələl gətirmədən bir epizodu ixtisara salmaq, yaxud başqası ilə əvəz etmək mümkündür. Deməli, ənənəvi süjeti təşkil edən motivlərin müəyyən bir ardıcıllığından ibarət zənciri yalnız hazır halda bir xalqdan başqasına keçə bilər, iqtibas oluna bilər.
Do'stlaringiz bilan baham: |