გამოყენებული ლიტერატურა:
1. გოცირიძე ი., თურქული ენის სახელმძღვანელო (დაწყებითი კურსი): თბილისი, 2003.
2. კეკელია შ., დავითიანი აკ., ქართული ენა: თბ., „განათლება“, 1981
3. კვანტალიანი ე., ჯანაშია ნ., თურქული ენის გრამატიკის სახელმძღვანელო: თბილისი, „თბილისის უნივერსიტეტის გამომცემლობა“, 2009.
4. შანიძე ა., ქართული ენის გრამატიკის საფუძვლები: თბილისი, „თბილისის უნივერსიტეტის გამომცემლობა“, 1973.
5. ჩიქობავა არნ., იბერიულ-კავკასიური ენათმეცნიერების შესავალი: თბილისი, „თბილისის უნივერსიტეტის გამომცემლობა“, 1979.
6. ჩიქობავა არნ., ქართული ენის ზოგადი დახასიათება: თბილისი, „ქართული ენა“,1998.
7. Buran, A., (1999). Türkçede İsim Çekim Ekleri, Türk Gramerinin Sorunları II, Türk Dili Kurumu Yayınları, Ankara.
8. Ergin M., (2009). Türk Dil Bilgisi, BAYRAK Basım/Yayım/Tanıtım, İstanbul.
9. Hengirmen M., (1999). Yabancılar İçin Türkçe Dilbilgisi, Engin Yayıevi, Ankara.
10. Karaağaç G., (2011). Türkçenin Söz Dizimi, Kesit Yayınları, İstanbul.
11. Karahan, L., (1999). Yükleme (Accusative) ve İlgi (Genetive) Hali Ekleri Üzerine Bazı Düşünceler, III Uluslararası Türk Dili Kurultayı Bildirileri, Türk Dili Kurumu Yayınları, Ankara.
12. Karahan, L., (2005). Türkçede Söz Dizimi, Akçay Yayınları, Ankara.
13. Korkmaz Z., (2009). Türkiye Türkçesi Grameri – Şekil Bilgisi, Türk Dili Kurumu Yayınları, Ankara.
Həbibə Əliyeva
AMEA Milli Azərbaycan Tarixi Muzeyi
AZƏRBAYCANIN EPİQRAFİK ABİDƏLƏRİ GÜRCÜSTAN MUZEYLƏRİNDƏ
Azerbaijan epigraphic monuments in museums of Georgia
Apart from the written sources and manuscripts it is proven fact that epigraphic monuments reveal history of Azerbaijan as well.
Azerbaijan epigraphic works of different periods had been written on various materials including different alphabet and a variety of subjects.
Considering that Tbilisi was one of the city centre of Caucasus in XIX-XX centuries so Azerbaijan material-cultural patterns had been carried out there. Thus, in 1902 in Azerbaijan’s Sheki region was found the stone with Greek inscription in the village of Dakhna. There is on the stone was written: “In a good memory from Eliy Yason to noble Evnon”. This inscription on the gravestone belongs to the second century A.D. At present this inscription is preserved in Tbilisi State History Museum. At the beginning of VIII-IX centuries in many fields of architecture, inscriptions, applied arts as well as ethical and aesthetic norms of Islam became apparent. The craftsmen of the reviewed period during their work besides the ornaments used various patterns and styles of arabic alphabet as kufic, sulkh, naskh, nastaliq, raykhani and other styles of writing. In the XII century one of the interesting field of Azerbaijan folk arts was metalwork which achieved the high level of its development. During this period besides monuments made from metal another eloquent testimony to that is the bronze gates from Ganja city which reached up to now. The gates were ordered by the ruler of Arran Fazlin oglu Amir from Shaddadid’s dynasty in the X century. The gates were made by Ibrahim Osman oglu in 1063.
The bronze gates from Ganja city made by the method of iron forging, malleable and outward part of the gates had been decorated with arabic in kufic style. In 1139 during the assault of Georgian tsar Dmitri I on Ganja it was taken by him as a war booty to Georgia. Nowadays one of the gate is kept in Kutaisi Kelati monastery in Georgia.
Architectural monuments of the artistic design of the XI-XII centuries of Azebaijan have been presented by widely spread tiles in various shapes and forms including eight-pointed stars, a great number of tiles with different ornaments and colors with geometric and vegetation ornaments and inscriptions on the outwards parts which were used as wall decorations. Of particular interest are tiles with ornaments from khanaqah of Pir Hussein who was a prominent scholar in the XIII century in Hajigabul near Pirsaatchay, it should be noted these tiles found around his grave. At present these tiles are preserved in the Art Museum of Georgia.
Of great importance are the different kinds of banners as a symbol of the independent statehood which are preserved in the National Museum of History of Azerbaijan. From the early XIX centuries these flags with various written inscriptions on the surface had been taken on the battlefields by Russian Empire during the march and penetration to the Caucasus. They were afterwards transferred to the possession of Caucasian Military History Museum which was opened in Tbilisi in 1888.
Yazılı mənbələr və əsərlərlə yanaşı Azərbaycan tarixinin açıqlanmasına xidmət edən faktlardan biri də epiqrafik abidələrdir. Azərbaycanda epiqrafik abidələr fərqli dövrlərdə, fərqli əlifbalarda, fərqli mövzularda və müxtəlif materiallar üzərində yazılmışdır. Azərbaycanı beynəlxalq vəziyyətdə tanıtmaq üçün bu epiqrafik materalların mühüm rolu olmuşdur.
Azərbaycan xalqının əməyi sayəsində yaranan onun həyat və məişətində geniş formada istifadə olunan el sənətlərimizin böyük və zəngin bir tarixi vardır. Azərbaycan ərazilərində aparılan arxeoloji qazıntılar sübut edir ki, bu ərazidə yaşayan tayfalar hələ ta qədim dövrlərdən bizim erada daxil olmaqla daşdan, gildən, taxtadan, şüşədən, metaldan və digər məmulatlardan daş abidələr, orijinal formalı saxsı qablar, toxuculuq alətləri, məişət qab-qacaqları, silah və bəzək örnəkləri hazırlayıb öz həyat və məişətlərində istifadə edərək gələcək nəsillərə zəngin bir irs buraxmışlar /1/.(Tərlanov və Əfəndiyev, 1960:122; Бретаницкий, Веймарн, 1976: 56-61)
Bu maddi-mədəniyyət nümunələri oz orijinal forması, yüksək texnikası, bədii tərtibatına və müxtəlif xətt nümunələri ilə yazılan kitabələrinə görə sənət adamlarının nəzər diqqətini özünə cəlb etmişdir. Bu səbəbdən də hələ uzaq keçmişlərdə Azərbaycana gəlmiş xarici ölkə xalqlarının müsafirləri bu sənət nümunələrini əldə etməyə çalışmışlar. Bu haqqda biz müftəlif zamanlarda və fərqli ölkələrdən Azərbaycanda olmuş əcnəbi səyyah, diplomat və tacirlərin öz rəylərini qeyd etdikləri gündəliklərində rast gəlirik /2/.(Salamzadə və b. 1977: 45-56)
Ümumiyyətlə, Azərbaycanın maddi-mədəniyyət nümunələri ölkəmizdən bir sıra yolarla çıxarılmışdır:
1. 1920-ci ilə qədər aparılan arxeoloji qazıntılar zamanı Azərbaycanın ərazisində mərkəzi bir muzey olmadığı üçün başqa dünya muzeylərinə aparılmış sənət əsərləri
2. Müxtəlif zamanlarda ölkəmizdə olan əcnəbi səyyah, tacir və diplomatların ayrı-ayrı şəxslərdən aldıqları sənət əsərləri
3. Müxtəlif dövrlərdə Azərbaycanda gedən müharibələr zamanı qarət yolu ilə aparılan maddi-mədəniyyət nümunələri
4. Müxtəlif dövlət xadimləri və sənətkarlarımızın xarici ölkə dövlət xadimlərinə və diplomatlarına hədiyyəsi olan sənət əsərlərimiz və s.
Beləliklə, dünya muzeylərinin bəzəyi sayılan bu nadir incilərimiz Avropa, Asiya, Amerika qitəsindəki aparıcı ölkələrin muzey və şəxsi kolleksiyalarına yayılması bunu sübut edir ki, Azərbaycan incənəti və mədəniyyəti böyük bir tarixə malikdir.
Azərbaycan coğrafi vəziyyətinə görə əsrlərcə bir cox müharibələrə səhnə olmuş və bir çox yağma və qırğınlara məruz qalmışdır. Bu müharıbələrdən biri də yaxın tarixdə- 1991-ci ildə Sovetlər Birliyinin parçalanması nəticəsində baş verdi. 1988-ci ildən başlayan 1993-cü ilə qədər davam edən Ermənistanın Azərbaycana qarşı olan təcavüzü nəticəsində azərbaycanlılar qədim Azerbaycanın qərb torpaqları olan İrəvan, Zəngəzur, Göyçə və digər mahallardan məcburi qaçqın və köçkün düşdülər. Azərbaycan xalq böyük itki verərək (Azərbaycanın 20 % torpaqları erməni işğalçıları tərəfindən zəbt edildi və 1 milyon elindən-obasından qaçqın və məcburi köçkün düşdü ) 1991-ci ildə öz Müstəqilliyinə qədəm qoydu . Böyük qardaşları olan rusların köməyi ilə iri miqyasda işqalçılıq siyasətinə başlayan Ermənistanın bu siayasəti nəticəsində Xankəndidə ( 1991), Xocalıda (1992), Şuşada (1992), Laçında (1992), Xocavənddə (1992), Kəlbəcərdə (1993), Ağdamda (1993), Cəbrayılda (1993), Fizulidə (1993), Qubadlıda (1993), Zəngilanda (1993) olan tarixi abidələr, muzeylər, mədəniyyət ocaqları darmadağın edidi və içərisindəki minlərlə maddi-mədəniyyət nümunələrimiz qarət edilərək xarici ölkələrə aparıldı. Beynəlxalq qurumların köməyi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə nizama salınması üçün atəşkəs elan etməklə bu təcavüzün qarşısını məharətlə ala bidi. O, böyük cəsarətlə həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə tam sabitlik yaradaraq beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu xeyli artırdı /3/. (Heydər Əliyev, 1997:401; Millət və Dövlət, 2011:26; “Azərbaycan” 1996: 1-2; “Ponorama” qəzeti.-1997: 1; “Azərbaycan” 1997: 2)
Müxtəlif yollarla xarici ölkə muzeylərində, şəxsi kolleksiyalarda və əntiq mallar mağazalarında nümayiş olunan maddi-mədəniyyət nümunələrimiz uzun illər əfsuslar olsun ki, İran, rus və hətta erməni incəsənəti kimi nümayiş olunmuşdur. Bu sənət əsərlərimizi son zamanlar qələmə alan Avropa alimləri ilə birlikdə Azərbaycan sənətşünaslarının da nəşr etdirdikləri kitab və albomlarda Azərbaycana aid olan nümunələr haqqda yeni nəsillərə düzgün məlumatlar təqdim olunur /4/. (Topkapı Sarayı Müzesi, 2010:175; Askeri Müzesi Hat Koleksiyonu, 2001:72; MATM kolleksiyasının inciləri, 2010:256; )
Bu gün biz dünya muzeylərində Azərbaycanın mahir sənətkarlarının yaratdıqları maddi-mədəniyyət nümunələrimizə (Fransa) Parisin Lüvr, (Böyük Biritaniya) Londonun Viktoriya və Albert, (ABŞ) Vaşiqtonun Metropoliten, (Rusiya) Moskvanın Kremlin Silah Palatası, Şərq Xalqları və Dövlət Tarix Muzeyi, Sank-Peterburq Dövlət Ermitaj Muzeyi, (Macarıstan) Budapeşt Şərq İncəsənəti və Dekorativ sənətlər Muzeyi, (Almaniya) Bonn Xalça Salonu və Münhen Tekstil Muzeyi, (İsveçre) Bern Tarix və Xalça Muzeyleri, Cenevrə Keramika Muzeyi, (Türkiyə) İstanbulun Topqapı Sarayı və Əsgəri Muzeyi, (İranın) Tehranın Arxeloji, Gülüstan və Xalça Muzeyi, Gürcüstan Dövlət Tarix ve Gürcüstanın Milli İncəsənət Muzeyi və digər xarici ölkə muzeylərində, şəxsi kolleksiyalarda, və əntiq mallar mağazasında Gəncə, Şamaxı, Təbriz, Naxçıvan, Qarabağ, Şəki, Bakı Quba, Qazax ustalarının məharətlə yaradılmış əl işlərinə rast gəlirik /5/. (Əfəndiyev, 1980:165; Əfəndi və Əfəndiyev, 2009:231)
Bunu da qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən xarici ölkələrin muzeylərində nümayiş olunan Azərbaycanın maddi-mədəniyyət nümunələrini araşdırmaq üçün Rasim Əfəndi 20 ildən artıq öz ömrünü bu işə sərf etmişdir. Məşhur alim R. Əfəndi bu nümunələr haqqında geniş elmi tədqiqat işi apararaq “Azərbaycanın dekorativ-tətbiqi sənətləri”, “Azərbaycanın bədii sənətkarlığı dünya muzeylərində” və “Azərbaycan incəsənəti dünya muzeylərində” adlı kitabları ərsəyə gətirmiş və bu kitablar böyük oxucu kütləsinin marağına səbəb olmuşdur. Mənalı ömür yaşayan alim apardığı axtarışlar və elmi araşdırmalar nəticəsində dünyanın bütün ölkələrində saxlanılan Azərbaycan sənətkarlığı nümunələrinin bir qismini kitablarına daxil etmişdir. R.Əfəndinin sənət tariximizi zənginləşdirməkdə rolu danılmazdır. Hazırda rəhmətlik atasının miras qoyduğu bu işi onun oğlu Toğrul Əfəndi davam etdirir.
Foto 1.
Dünya muzeylərinin bəzəyi sayılan bu nadir incilər Avropa, Asya və Amerika qitəsindəki ölkə muzey və şəxsi kolleksiyalarında nümayiş olunduğu kimi yaxın qonşumuz olan Gürcüstan Respublikasının muzeylərində də nümayiş olunur. Belə ki, yuxarıda qeyd etdiyimiz səbəblər nəticəsində yaxın qonşumuz Gürcüstanla müxtəlif dövrlərdə ölkəmiz arasındakı siyasi-iqtisadi, hərbi, mədəni münasibətlər olmuş və hal-hazirda da dostluq şəraitində davam etməkdədir. XIX əsrin sonları - XX əsrin əvvəllərində Tbilisi Qafqazın mərkəzi şəhəri sayıldığından Azərbaycanın maddi-mədəniyyət nümunələri bəziləri bu şəhərə aparılırdı. Məqalədə bəhs etdiyimiz maddi-mədəniyyət nümunələrinin bizə məlum olan bir qismi sənət tariximizi zənginləşdirmək üçün böyük əhəmiyyət kəsb edir.
Belə ki, b.e.ə. I minilliydə Əhəmənilər imperiyasını süquta uğradan Makedoniyalı İsgəndərin böyük imperiyasının dağılması ilə e.ə. 323 ildə Yaxın ve Orta Şərqin xəritesində bir sıra ellinçi (ellinləşmiş-yunanlaşmış) dövlətlər yaranmışdır. Bu dövrdə Şərq ilə sıx əlaqələr yaratmak üçün Azərbaycan ərazisində olan iki dövlətə- Atropaten (güney Azerbaycan) ve Albaniya (quzey Azerbaycan) ərazisinə xüsusi fikir verirdilər. Ellinizm dövründə bümün Şərq ölkələrində olduğu kimi Azərbaycanda da yunan mədəniyyəti yerli xalqların mədəniyyəti ile bir-birinə qarşılıqlı təsir gösterirdi ki, bu da yunan dili ve yazısının yayılmasında özünü gösterirdi. Lakin bu təsir bütün ölkələrdə eyni deyildir. Söylədiklərimizə sübut Azerbaycanın Şimal-Qərb topraqlarından aşkarlanan epiqrafik abidələrdir. Belə ki, 1902- ci ildə Azərbaycanın Şəki zonasının Böyük Dəhnə kəndindən I-II əsrlərə aid üstü yunanca yazılı olan 10 putluq tikinti daşı tapılmışdır. Daşın üzərində qədim yunan hərifləri ilə “Eliy Yason xeyirxah Evnona əbədi xatirə olaraq” sözləri yazılmışdır/6/. (Azərbaycan Tarixi,1996:109). Kitabə hazırda Tbilisi Dövlət Tarix Muzeyində bu günə kimi qorunur (foto 1).
Ümumiyyətlə, erkən orta əsrlərdə Azərbaycanda çox qədim zamanlardan mövcud olan sənətkarlıq daha da inkişaf etmiş, onun yeni sahələri yaranmışdır. Azərbaycanda memarlıq, heykəltaraşlıq, dulusçuluq və bədii metal istehsalının tarixi qədim dövrlərdən Alban dövrü incəsənəti də daxil olmaqla, ilk növbədə cəmiyyətin təlabatını ödəməklə yanaşı onların ülvi məqsədlərinə, ideoloji tələblərinə, dini təsəvvürlərinə xidmət etmişdir. Sənətkarlarımızın yaratdıqları əsərlərin qüvvətli estetik təsiri digər ölkə xalqlarının nəzər diqqətini özünə cəlb etmiş və onlar bu nümunələrə sahib cıxmaq üçün öz vətənlərinə sənət əsərlərimizi müxtəlif yollarla aparmağa nail olmuşdurlar /7/. (Рзаев, 1976: 42-49; Əfəndi,1976: 5-7)
Beləliklə, Azərbaycan mədəniyyəti və incəsənəti İslama qədər uzun bir inkişaf dövrü keçmişdir. Qədim Aran memarlıq məktəbi, həkkaklıq, heykəltaraşlıq, bədii keramika, şüşə və metal, zərgərlik, dəri emalı, parça və xalça toxumaq kimi sənət sahələri xalqımızın mənəvi zənginliyi, ənənəvi xüsusiyyətləri, dini baxışları və əqidələri əsasında yaranaraq böyük bir mədəniyyətə çevrilmişdir /8/. (Kərimov və b., 1992: 38-39)
VIII-IX əsrlərdən başlayaraq isə Azərbaycanın bir cox sahələrində - memarlıqda, təsviri, tətbiqi sənətlərdə İslam dininin etik və estetik normaları özünü göstərməyə başlayır. Orta əsr abidələrindən tapılan müxtəlif maddi-mədəniyyət nümunələri üzərindəki ornamentlər, IX-XIII əsrlərdə həndəsi və nəbati naxışların üstün mövqe tutduğunu təsdiq edir. Bunun əksi olaraq isə, canlı aləmin təsviri zəif inkişaf etmişdir. Bunun səbəbi olaraq qeyd etmək lazımdır ki, İslam dini qanunlarına görə canlı aləmin təsviri qadağa sayıldığından istər-istəməz memarlıqda, təsviri və tətbiqi sənətlərdə ornamentlərin başlıca təsvir vasitəsinə çevrilməsinə şərait yaratmışdır. Araşdırmalar göstərir ki, dövrün sənətkarları iş zamanı ornamentlər ilə yanaşı ərəb əlifbasının - kufi, suls, nəsx, nəstəliq, reyhani və başqa xətt növlərindən yararlanmışlar /9/. (Мец, 1966:357; Дарабади, 1953:208 )
B
Foto 2.
unuda qeyd etmək lazımdır ki, ta qədim zamanlardan Azərbaycanın yaxın qonşusu olan Gürcüstanla bu günə kimi davam edən siyasi-iqtisadi, hərbi və mədəni əlaqələri inkişaf etməkdədir. Orta əsrlərdə Şirvanşahlar dövləti ilə gürcü çarlarının yaxınlıq əlaqələri tariximizdən bizə bəllidir. XI əsrdə Oğuz- Selcuk türklərinə qarşı mübarizədə gürcü çarları Şirvanşahlara yaxınlıq etməyə çalışırdılar. Bu maqsədlə Gürcü çarı Qurucu IV David (1089-1125) qızı Tamarı Şirvanşah I Afrudunun oğlu III Manuçöhrlə izdivac etmışdır (1111). Buna sübut olarak daşın səthindən dərin formada oyulmuş insan, heyvan və kalliqrafik yazısı olan və suyun altından aşkarlanıb tapılan 700 ədəd məşhur “Şəhri- Səbail” və yaxud da “Bayıl daşları”nın (kitabədə memarı Əbdürrəşid oğlu Zeynəddin Şirvani və inşaa tarixi isə hicri 632- miladi 1234/35-ci illər göstərilmişdir) birinin üzərinde Gürcü çarının qızı, Şirvanşah I Afrudunun oğlu III Manuçöhrin zövcesi sayılan Tamarın rəsmi həkk olunması ehtimalını artırır. Son illərdə Bayıl daşlarını tədqiq edən alimlərimiz bu daşlar üzərində 12-yə yaxın insan başı təsvirli qabartmaları aşkarlamışlar. Onların fikrincə, əsasən bu təsvirlər o dövrlərdə Şirvanşahlara yaxın tanınmış adamların portretləri olmuşdur. Gürcü tipinə bənzər bir portiretdə “gürcü” sözünün oxunması Şirvanşahlarla gurcü çarının qohumluq əlaqələrini təsdiqləyən amillərdən biridir. Həmin bu daşlar hazırda Şirvanşahlar saray kompleksinde və iki ədədi isə Milli Azərbaycan Tarixi Muzeyində qorunur /10/.( Azərbaycan Tarixi,1996: 217-220; Kərimov və b. 1992:66; Неймат, 1991: 30-31; 42-43) (foto 2) .
XI-XII əsrlərdə Azərbaycan tarixinin keçdiyi bütün siyasi və iqtisadi mərhələləri sənətkarlığımızın müxtəlif sahələrində öz əksini tapa bilmişdir. XII əsr Azərbaycanda xalq sənətkarlığının maraqlı sahələrindən biri olan metalişləmə sənəti də yüksək inkişaf mərhələsi keçirmişdir. Əvvəlki dövrlərdə olduğu kimi, yenə də Təbriz, Şamaxı, Naxçıvan, Bakı və Gəncə metal məmulatı hazırlayan mərkəzlərdən idi. Bu mərkəzlərdən biri sayılan Gəncə sənətkarlarının istehsal etdiyi döyüş və müdafiə silahları, xüsusilə memarlıq abidələrində istifadə olunan pəncərə və darvazaların düzəldilməsi haqqında mənbələrdə məlumatlar var /11/. (İbrahimov, 1988:26-59).
Bu dövrdə metaldan düzəldilmiş abidələr içərisində zəmanəmizədək gəlib çatmış Gəncə şəhərinin tunc darvazalarını göstərmək olar. Qapının üzərindəki ərəb dilində kufi xəttlə olan epiqrafik abidəni hələ 1835-ci ildə şərqşünas X.M.Feren oxumuşdur. Darvazalar Şəddadilər sülaləsindən olan X əsr Appan hakimi Fəzlin oğlu Əmir tərəfindən sifariş edilmişdir. Darvazaları İbrahim Osman oğlu adlı sənətkar 1063-cü ildə hazırlamışdır. Kitabədə Osmanın atasınında dəmirçi olduğu göstərilmişdir. Orta əsrlərdə bu sənətin ənənəvi olaraq nəsildən-nəsilə keçməsi kitabədən aydın olur. Mahir ustalar tərəfindən ayrı-ayrı dəmir təbəqələrdən döymə üsulu ilə kalliqrafik yazılarla bəzədilmiş Gəncə şəhərinin tunc qala darvazalarını 1139- cu ildə Gürcüstan çarı I Dmitrinin Gəncəyə basqını zamanı hərbi qənimət kimi əldə edərək Gürcüstana aparılması orta əsr mənbələrində yazılmışdır. Hazırda bu darvazanın bir tayı Gürcüstanda, Kutaisinin Helati monastırında saxlanılır. Qapının bir tayı monastırın baş kilsəsinin təmirə ehtiyacı olan damı üçün çatışmayan ehtiyat hissələrinin istifadəsinə tətbiq edilmişdir. Monastırda saxlanılan qapının hündürlüyü 3 m. 33 sm və eni 1m.72 sm. olan dəmir təbəqlərdən döymə üsulu ilə hazırlanmışdır. Qapı bədii tərtibatı, mürəkkəb epiqrafik kitabəsi, monumental sadəliyi və əzəmətli görnüşü ilə nəzər diqqəti bu gün də özünə cəlb edir /12/. (İbrahimov, 1988: 57; Kərimov və b. 1992: 70-71; Əfəndi, 1976:12)
Ümumiyyətlə, XI-XIII əsrlərdə Azərbaycan müxtəlif sahələrdə yüksək inkişaf mərhələsində olmuş və bu dövrü İntibah dövrü kimi də adlandırılar. Şirvanşahların hakimiyyəti illərində Azərbaycanın Şimal topraqlarında yaranmış siyasi sabitliyi (Gürcüstanla), Eldənizlər ( Atabələr) dövləti və Səlcuqlu türkləri ilə dostluq siyasəti, iqtisadi inkişafa və mədəniyyətin tərqqisinə müsbət təsir göstərməsi bu yüksəlişin səbəbidir. XI-XIII əsrlərdə iqtisadi həyatın tərəqqisi Azerbaycanın Gəncə, Şəmkir, Bərdə, Nahçıvan, Dərbənd, Təbriz, Şamaxı ve Bakı kimi şəhərlərində memarlıq abidələrinin sayının artmasına təkan verdi /13/. (Ахундов, 1986:309)
XI-XV əsrlər Azərbaycan memarlığı daha çox inkişaf etmişdir. Bu dövrdə Azərbaycan memarlığı böyük məktəb şəklini almışdı. İslamdan önce Aran mimarlıq məktəbinin üslub özəllikləri, İslamdan sonra yaranmış qədim Qarabağ, Naxçıvan və Şirvan memarlığ məktəbi Aran memarlıq məktəbini əvəz etmiş, zamanla forma və bədii xüsusiyyətlərinə görə inkişaf edərək məşhurlaşmışlar. Belə məşhur memarlıq məktəblərindən biri olan Şirvan memarlıq məktəbi idi. Bu memarlıq məktəbinə aid Hacıqabul dəmiryolu stansiyasının 12 km.-yində, Nəvahi kəndinin yaxınlığında Pirsaat çayının sahillərində yerləşmiş Xahagahdır. Xanagah kompleksinə türbə, məscid, karvansara və yardımçı binalar daxildir. Hündür bürclü divarlarla əhatə edilmiş xanagah kompleksinin memarlıq abidələri orta əsr əzəmətini bu gün belə saxlamışdır /14/. (Бретаницкий, 1944: 161; Qarabağlı, 2009: 100-111; Azərbaycanin tarixi abidələri. 1958:73; )
Azərbaycanın XI-XIII əsrlərdə memarlıq abidələrinin bədii tərtibatında divarın geniş hissəsini xalça tək örtən səkkizgüşəli ulduz və üzəri yazılı, müxtəlif rəngli, nəbati və həndəsi ornamentlərlə bəzədilmiş kaşılardan geniş istifadə olunurdu. XI-XIII əsr mənbələrindən və arxeoloji qazıntılardan əldə olunan məlumatlara görə Azərbaycanın bu əsirlərdə bir çox şəhərlərindəki memarlıq abidələrinin- məscidlərin, türbələrin, hamamların, sarayların xarici və daxili tərtibatında müxtəlif formalı bədii kaşılardan geniş surətdə istifadə olunmuşdur. Təbrizdə, Ərdəbildə, Naxçıvanda, Bərdədə və Şirvanın bəzi yerlərində inşaa olunan memarlıq abidələrinin bədii tərtibatında istifadə olunan xüsusən abı ( tünd göy rəng), mavi, firuzəyi, qəhvəyi rəngli kaşıların nümunələri bu günə qədər qalmaqdadır /15/. ( Tərlanov və Əfəndiyev, 1960: 6-7) Bunlardan XI-XIII əsrlərə aid Hacıqabulda Pirsaat çay (Pirsəid M.R.) sahilləridə yerləşən görkəmli alim-filosof kimi Azərbaycanda elmi-fəlsəfi fikir tarixində, islam-fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm pol oynamış Şirvanlı Şeyx Pir Hüseynin (ölüm tarixi 1072- ci il) /16/ ( Rıhtım və Xəlilli, 2011: 14-15) qəbri ətrafındakı Xanagahın bədii kaşılarıdır. Kaşılar ağ, yaşıl, firuzəyi və mavi rənglərlə boyanmış nəbati naxışların fonunda iri nəsx xəttilə ərəb dilində Qurani-Kərimdən hikmətli kəlamlar, Xəqani Şirvani və Cəlaləddin Rumiyə məxsus şerlər ümumi kompozisiyanı zənginləşdirməyə bacaran dövrünün sənətkarının mahir olduğuna dəlalət edir. İncə zövqə malik olan usta nəbati ornamentlərlə yanaşı həm də bir çox heyvan növlərindən, quş və balıq təsvirlərindən yararlnaraq çoxlu bəzək ünsürlərini və kaşıların abidənin üzərinə tətbiq olunma tarixini də həkk edə bilmişdir. Bu kaşıların xanagahın üzərinə qoyulduğunu bildirən tarix hicri 684-cü ildir ( miladi 1285) /17/.(Nemət, 1992, 8-13).
Azərbaycanın məşhur epiqrafçı alimi Məşədixanım Nemət bu kaşıların hansı yollarla Sankt- Peterburq Dövlət Ermitajına və Tbilisi İncəsənət muzeyinə gətirilmələri haqqında “Azərbaycan pirləri” kitabında geniş məlumat vermişdir. XIX əsrin əvvəllərindən başlayaraq Rus çarlarının Azərbaycana işğalçılıq siyasəti geniş surətdə aparılırdı. Azərbaycanı ikiyə parçaılayan bu siyasətin qurbanlarınadan biri də Xanagah kompleksi oldu. Belə ki, 1858-ci ildə ilk dəfə Pir Hüseyn xanagahında olmuş Rusiya Peterburq Akademiyasının bir neçə şərşünas alimləri arasında olan numuzmat Bartolemey buranın xaraba halında olmasını qeyd etmişdir. Türbənin və məscidin nadir inciləri sayılan kaşı parçalarını yerindən qoparıldığını görən alim kompleksin Peterburqa köçürülməsini təklif etmiş, lakin sonra bu kompleksin Tbilisi köçürülməsini qərara almışdır. Nədənsə bu qərar o zamanlar yerinə yetirilməmiş və 1907-ci ildə xanagahda fəaliyyətə başlayan Tbilisidə Qafqazşünaslıq İnistitutunun elmi katibi olan S.V.Ter-Avetiyan olmuşdur. Ter-Avetiyan kompleksin bir neçə kaşılarının təsvir və fotosunu məşhur rus şərqşünas alimi V.A. Kraçkovckayaya oxumaq üçün təqdim etmişdir. V.A. Kraçkovckaya yazdığına görə, məhz Ter-Avetiyanın xahagahda olduğu zamandan sonra bütün kaşı parçaları yoxa çıxmış və sonralar həmin nadir incilərin sorağı Avropa muzeylərindən gəlmişdir. Pir Hüseyn xanagahının al-alvan rəngli, yazılı və mürəkkəb ornamentlərlə bəzədilmiş kaşıları dünya muzeyləridən Sankt- Peterburq Dövlət Ermitajında, Moskva Şərq Mədəniyyət Muzeyində, Parisin Lüvr, Britaniya muzeylərində və həmçinin də Gürcüstanın İncəsənət muzeyində nümayiş etdirilir. Hazırda həmin kaşılardan bir neçəsi Gürcüstanın Milli İncəsənət muzeyində qorunur /18/.(Kərimov və b., 1992:62-63; Неймат, 1991:44-45; Nemət, 1992: 8-13)
Gürcüstan muzeylərində saxlanılan üzəri yazılı materailların sırasına müxtəlif xarakterli müstəqil dövlətçiliyimizin rəmzi kimi böyük əhəmiyyət kəsb edən bayraqlarda daxildir. Üzəri müxtəlif yazılı bu bayraqlar XIX əsrin əvvəllərindən başlayaraq Qafqaza yürüş edən Rusiya imperiyası tərəfindən döyüş meydanlarından çıxarılmış, 1888-ci ildə Tbilisdə açılan Qafqaz Hərbi Tarix Muzeyinə təhvil verilmişdir /19/. (Azərbaycan Bayraqları, 2005:8-9)
XVIII əsrdə Azərbaycanda müstəqil və yarımmüstəqil dövlətlər kimi formalaşan Zəngəzur dağlarından Araz çayına kimi olan ərazidə Naxçıvan, ölkəmizin şimai-qərb torpağlarında İrəvan xanlığı, Murov dağdan Kür çayınadək olan ərazidə Cəncə xanlığı, Araz və Kür çayları arasında Qarabağ xanlığı, Şirvan ərazisində Şamaxı xanlığı, şimal-şərq torpağlaımızda Şəki xanlığı, Xəzər dənizinin qərb zonasında Quba xanlığı, Abşeron yarmadasında Bakı xanlığı, ondan cənub ərazilərimizdə olan Lənkəran xanlığı, Azərbaycanın cənubunda isə Təbriz, Xoy, Urmiya, Ərdəbil, Qaradağ, Maku, Sərab və Marağa xanlıqları yarandı. Yarımmüstəqil dövlətlərdən Qəbələ, Qutqaşin, Ərəş, Qazax, Şəmsədil və İlisuda sultanlıqlar yarandı /20/. (Azərbaycan Tarixi, 1996:532; Zeynaloğlu, 1992:79)
Ümumiyyətlə, bu xanlıqlarda ali hakimiyyət xana məxsus olmuşdur. Hərbi işdə və dövlət tədbirlərində xanlığlara mənsub olan bayraqlar dövrün, dövlətin və siyasi –hərbi hadisələrin ən önəmli əlamətlərini özündə əks etdiridi. Bu hadisələrin gedişatında dövlətçiliyin ali rəmzi olan bayraqlar haqqında qısa məlumat verməyi özümüzə borc bildik. Belə ki, həmin Xanlıqlar dövrünə aid bayraqlar Azərbaycanın Rus çarizmi tərəfindən istilasından sonra, XIX əsrin əvvəllərində ölkəmizdən müxtəlif yollarla götürülmüş (döyüş ve təslim hallarında) və Gürcüstana aparılmışdır. 1919-cu ildə Azərbaycan Cumhuriyyətinin ilk illərində Azərbaycanın dövlətçilik rəmizləri olan bayraqların məmləkətimizə qaytarılması barədə Gürcüstan hökumətindən razılıq alınması təklif olundu. 1920-ci ildə Azərbaycanda Dövlət Muzeyi (indiki Milli Azərbaycan Tarixi Muzeyi) yaradıldıqdan sonra yenidən gündəmə gələn bayraqlar məsələsi, 1924-ci ildə Muzeyə sadəcə bəzi Xanlıqlara, çar Rusyasının ordusunda xidmət eden Azerbaycanlı türk generallara, müsəlman alaylarına aid bayraqlar qaytarıldı. Bu bayraqlardan Gəncə (446,447,448,471 saylı), Bakı ( 455 saylı), Şəki ( 451,452,453 saylı) və İrəvan xanlıqlarının ( 461, 473 saylı) və eləcədə, Cənubi Azərbaycan xanlıqlarına aid ( 445,449 saylı) daha iki bayraq Silah və Bayraqlar fondunda qorunub saxlanılır. Bu bayraqlar XVI-XVIII əsrlərə aid edilir. /21/.(Azərbaycan dövlətçilik və onun rəmzləri, 2000: 9-11; Бахшиева, 2005: 52-55). Hazırda Muzeyin ekspozisiya zalında adı qeyd olunan Xanlıqların bəzi bayraqları nümayiş olunur ( foto 3;4).
Milli Azərbaycan Tarix Muzeyi Avropa zalı, Xanlıqlar dövrü
Lakin bir çox Azərbaycana aid bayraqlar Tbilisi Qafqaz Hərbi Muzeyindən Gürcüstan Milli İncəsənət muzeyinə verilmiş və hazırda bu muzeydə saxlanılmaqdadır. Gürcüstan Milli İncəsənət muzeyinədə qorunan bu bayraqların əksəriyyəti irək- atlas və bir neçesi isə mahud – zərif yun parçadan toxunmuşdur. Parçaların üzərlərində ərəb əlifbasının müxtəlif xətt nümunələrindən istifadə edən xəttatlar əsasən süls, nəsx və nəstəliq xətt nümunələrilə yazıları həkk etmişdirlər. (foto 5; 6; 7).
Bayraqlar üzərındəki yazılar əsasən Qurani-Kərindən əl-Bəqərə (İnək- 2) 255-256 ayələr, əl- Fəth ( Zəfər 48) 1,2,3 ayələr, əs-Saff (Səf 61) 13 ayə, ən-Nəsr (Kömək 101) surəsindən ayələr, “Allahdan başqa İlahi qüvvə yoxdur, Muhəmməd Allahın elçisidir (Rəsuludur)”, “Mərhəmətli rəhimli Allahın İsmilə”, Allaha müraciətlər ( Allahın epitetləri), Allah, Muhəmməd (s.ə.s.), Abu Bəkr, Ömər, Osman, Əlinin (ə.s.) gözəl isimləri və hikmətli kəlamlar bayraqlar üzərindəki ərəbcə, farsca müxtəlif ərəb xətt nümunələrilə yazılmışdır. Bu yazılar parelel xətlər, dairəvi, dörd, beş, altı, səkkiz ve çox ulduzlar içərisində hakim mövqey tutmişdur. Belə yazılara biz əsasən soyuq və odlu silahlar üzərindəki epiqrafik kitabələrdə də rast gəlirik /22/.(Nemət, 2011:84-85; Гёзалов, 2010, 56-101)
foto 3 foto 4 foto 5
Bayrağın üzərindəki kitabələrdə insan oğlunu cəsarətləndirən, Allahın yardımına, döyüş zamanı onların Allah tərfindən qorunması, bağışlanılması və başqa döyüşdə qələbə çalması üçün ruh yüksəldən kəlamlar yazılmışdır. Qeyd etdiyimiz bu bayraqların əfsuslar olsun ki, yalnız rəsmi bizim əlimizdədir. Gürcüstan Milli İncəsənət muzeyində saxlanılan bu bayraqları müstəqil Gürcüstan Respublikası tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə və ya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaranması haqqında imzaladığı Sərəncamla 26 iyul 2010-cu ildə həyata vəsiqə alan Dövlət Bayrağı Muzeyinə qaytarılmasına böyük ümid bəsləyirik. /23/.(Dövlət Bayrağı Muzeyi, 210,75)
Əsrlər boyunca gürcü xalqının azəri-türk xalqları ilə sıx siyasi, hərbi, mədəni əlaqələri bu gündə davam etməkdədir. Bu iki möhtəşəm müstəqil Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluğun daha da möhkəmlənməsi və mədəni əlaqələrin daha da geniş surətdə inkişaf etməsini bütün Qafqaz xalqları kimi biz də arzulayıq.
Do'stlaringiz bilan baham: |