1. ÜMumi DİLÇİLİk I indd


Syuy Şen özünün “Ünsürlər və mürəkkəb işarələr haqqın-



Download 10,63 Mb.
Pdf ko'rish
bet19/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   15   16   17   18   19   20   21   22   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Syuy Şen özünün “Ünsürlər və mürəkkəb işarələr haqqın-
da” adlı məşhur əsərini çin yazısının nəzəri məsələlərinə 
həsr etmişdir. Burada heroqliflər əlamətlərinə görə təsnif 
olunmuş və bununla bağlı digər bir sıra vacib məsələlər də 
aydınlaşdırılmışdır.
Qədim və orta əsrlərdə Çində dilin öyrənilməsi ilə 
əlaqədar olaraq üç filoloji sahə yaranmış və inkişaf etdi-
rilmişdir. Bunlardan birincisi və ən qədimi sünqü (sxolas-
tika) idi. Bu elm sahəsi qədim sözlərin izahı və ya sadəcə 
olaraq tərcüməsi ilə, eləcə də sözün adlandırdığı qədim 
əşyanın təsviri ilə məşğul olmuşdur.
İkinci dilçilik sahəsi yazılı sənədləri, heroqliflərin qu-
ruluşunu və etimologiyasını öyrənməklə məşğul olmuşdur.
Üçüncü dilçilik sahəsi fonetika və ya filologiya idi. Bu 
sahə, əsasən, dildə mövcud olan fonetik fərqləri müəyyən-
ləşdirib ortaya çıxarmaqla məşğul olmuşdur. Qədim dilçilər 
tərəfindən çin dilində intonasiyanın növləri müəyyənləşdi-
rilmişdir. III əsrdə dilçilər çin dilində hecaya müstəqil vahid 
kimi baxmışlar. IV əsrdən başlayaraq Çin dilçiləri fonetik 
hadisələr üzərində çoxlu müşahidələr, tədqiqatlar aparmış-
lar. Lakin bu dilçilik sahəsi səslərin tələffüzü mexanizminə, 
fizioloji təbiətinə nəzər salmamışdır. Bununla belə, üçüncü 
dilçilik sahəsi qədim Çində daha çox inkişaf etmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
41
Dilçiliyin əsas sahəsi olan qrammatika isə Çində yalnız 
XVIII əsrdən inkişaf etmiş və tədricən sxolastikadan ayrılma-
ğa başlamışdır. Bu o deməkdir ki, Çin dilçiliyinin əsas obyekti 
nitq deyil, heroqliflər olmuşdur. Heroqliflərin isə xüsusi iza-
hat tələb edən formaları, oxunuşu və mənaları vardır.
Çin dilçisi Van Li Çin dilçiliyi tarixini üç dövrə böl-
müşdür. Birinci dövrdə dilçilik, əsasən, sxolastik baxım-
dan öyrənilmiş, ayrı-ayrı fonetik hadisələr dini ehkamlar 
əsasında tədqiq olunmuşdur. İkinci dövrdə – yeni eranın 
V əsrində Çində fonetik araşdırmalar ön plana çəkilmiş-
dir. Çin dilçiliyinin üçüncü dövrü eramızın XVII əsrinə tə-
sadüf edir. Bu əsrin ortalarından başlayaraq (Tsin sülaləsi 
dövründə) Çində həmin üç dilçilik sahəsi paralel şəkildə 
inkişaf etdirilir.
Çin dilinin fonetikasını öyrənmək tarixi də, öz növbə-
sində, üç mərhələyə bölünür. Birinci dövr fonetik lüğətlə-
rin meydana çıxmasından, ikinci dövr isə fonetik cədvəllər 
tərtib olunduğu dövrdən başlayır; üçüncü mərhələ Çin 
dilçiliyinin üçüncü inkişaf mərhələsi ilə eyni vaxta düşür. 
XVII əsrə təsadüf edən bu dövrdə çin dilinin tarixi foneti-
kasının tədrisinə xüsusi fikir verilir. Burada əsas məqsəd 
unudulmuş fonetik əlamətləri bərpa etməkdən ibarət ol-
muşdur. Eramızdan əvvəl V–III əsrlərdə Çində dilə aid xü-
susi risaləyə təsadüf olunur. O zaman, qədim Hindistanda 
və Yunanıstanda olduğu kimi, dilçiliklə yalnız filosoflar 
məşğul olurdular. Çin filosofları arasında əsas mübahisə 
sözün adlandırdığı əşyaya, hərəkətə münasibəti ətrafın-
da keçirdi. Konfutsilər və onların davamçıları belə hesab 
edirdilər ki, sözün mənası onun adlandırdığı əşya və ya 
hərəkətə uyğun gəlməlidir. Məsələn, onların fikrincə, “yol 
ona görə belə adlanır ki, biz onun üstündə yeriyirik; əşya-
lar ona görə belə adlanır ki, onların mahiyyəti belədir. Pis 
və ya yaxşı davranış yoxdur və s.”


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
42
Eramızdan əvvəl III əsrdə yaşamış Syun Kuan belə 
hesab edirdi ki, əşya adları razılıqla müəyyənləşdirilir və 
adətə görə onlar möhkəmlənir, vərdişə çevrilir.
Dilçiliklə əlaqəsi olan ən qədim Çin kitabı “Şi çjqou 
Nyan”dır. Yazılış tarixi çox mübahisəli olan bu kitabın era-
mızdan əvvəl 221-ci ildə meydana gəlməsi haqqında mü-
lahizəyə tərəfdar çıxanlar daha çoxdur.
Qədim Çin dilçiləri lüğətçilik sahəsində də böyük iş-
lər görmüşlər. Çinlilər müxtəlif tip lüğətlər yaratmağa, o 
cümlədən ensiklopedik lüğətlərin hazırlanmasına xüsusi 
əhəmiyyət vermişlər. Şeirləri düzgün oxuya bilmək üçün 
qafiyə lüğətləri tərtib etmişlər. Bunlarla yanaşı, eramızın II 
əsrində Lyu Si “Şilmin” (“Adların izahı”) adlı lüğət tərtib 
etmişdir ki, orada etimologiya və semasiologiya məsələlə-
rinə xüsusi yer verilmişdir.
Eramızdan əvvəl III əsrdə meydana çıxan və II əsrdə 
əlavələrlə zənginləşdirilən “Er ya” adlı izahlı çin dili lüğə-
tidir. Əsasən Xan dövründə yazılmış olan bu lüğətdə söz-
lər mənalarına görə qruplaşdırılmışdır.
Xan sülaləsi dövründə Çində həqiqi mənada lüğətlər 
tərtib olunur. Bunlardan birincisi “Fan yan” adlı lüğətdir.
Çin leksikoqrafiyası tarixində “Şo ven tsze tszı” əsəri 
diqqəti xüsusi cəlb edir. Qısa şəkildə “Şo ven” adlanan bu 
lüğəti Syu Şen eramızın əvvəllərində yazmış, 100-cü ildə ta-
mamlamışdır. Bu lüğət ilk dəfə bütün Çin heroqliflərini əhatə 
etmişdir. Həmin lüğətdə müəllif təkcə heroqliflərin mənaları-
nı izah etməklə məhdudlaşıb qalmamış, eyni zamanda onla-
rın quruluşunu və mənşəyini də izah etmişdir. Maraqlıdır ki, 
Syu Şen bir çox heroqliflərin qarşısında onların adlandırdıq-
ları əşyaların şəklini də vermişdir. Məsələn, “ma” – “at” (at 
şəkli çəkilib), şan – “dağ” (qarşısında dağ şəkli çəkilib).
Xan sülaləsindən sonra Çində fonetika tezliklə dilçili-
yin əsas tədqiqat obyektinə çevrilir. Bu zaman əsas diqqət 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
43
qafiyəli lüğətlərin tərtibi məsələsi üzərinə yönəldilir. Bu 
dövrdə buddizmin Çində yayılması hind mədəniyyətinin 
müəyyən dərəcədə çinlilər arasında yayılmasına səbəb 
oldu. Həmin dövrə qədər Çin lüğətçilərini yalnız heroqlif-
lərin yazılışı və mənası maraqlandırırdı, tələffüzə heç bir 
fikir vermirdilər. Beləliklə, Çində qafiyəli lüğətlərin tərti-
bi üçün geniş meydan açıldı. Bu sahədə Çində poeziyanın 
geniş inkişafı da böyük rol oynadı. Həmin tipli lüğətlərə 
Li Danın “Şen ley” (“Səslərin kateqoriyası”) əsərini, Lyuy 
Tszinin “Yun tezi” (“Qafiyələr toplusu”) əsərini (300-cü il), 
Lu Fayanın 601-ci ildə yazdığı “Tse yun“ (“Qafiyələrin doğ-
ranması”) əsərini və s. göstərmək olar.
Çində səslərin düzülüşünə görə də lüğətlər tərtib 
edilmişdir. Bu cür lüğətləri ilk dəfə budda abbatı İouven 
tərtib etmişdir. İouven həmin lüğəti hind əlifbasının sıra-
sına görə qurmuşdur. O, ilk dəfə dilucu samitləri, dilortası 
samitləri, qoşadodaq samitləri ilə başlayan sözləri ayrıca 
olaraq qruplaşdırır.
XII əsrdə Çində ilk dəfə fonetik cədvəllər meyda-
na çıxır. “Yun tszin” (“Qafiyələrin güzgüsü”) adlanan bu 
cədvəlin müəllifi məlum deyil. Yazılış tarixi 960-cı ilə aid 
edilən həmin cədvəl 1161-ci ildə nəşr edilmişdir.
Ümumiyyətlə, Çin dilçiliyindən bəhs edərkən qeyd 
etməliyik ki, o, dünya dilçiliyi tarixində müəyyən rol 
oynamışdır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish