Panini – qədim Hindistanın ən məşhur dilçisidir. O,
eradan əvvəl IV əsrdə yaşamışdır. Məlum olduğu üzrə, bi-
zim eradan əvvəl V əsrə qədər sanskrit hind ədəbi dili kimi
işlənirdi. Lakin V əsrdən həmin dildən gündəlik həyatda is-
tifadə olunmamışdır. Bunun da nəticəsində sanskrit get-ge-
də prakritdən əsaslı surətdə fərqlənmiş, anlaşılmazlıq baş-
lanılmış, o dildə yazılmış əsərlərin oxunulması, öyrənilməsi
olduqca çətinləşmişdir. Panini sanskriti asanlıqla mənim-
səmək işinə xidmət göstərmək üçün ilk dəfə həmin dilin ət-
raflı qrammatikasını yazmağı qarşıya məqsəd qoymuşdur.
Panini “Aştadxyai” (Astādhyāyi) – “Səkkiz kitab”
adında sanskritin qrammatikasını yaratmışdır. Müəllif bu
əsəri hind dilçilik ənənələri üzərində qurmuşdur. Belə ki,
o, əsəri yazarkən onaqədərki qrammatiklərin fikirlərini
ümumiləşdirmiş, bəzi məsələlərdə mövcud biliklərə əsas-
lanmışdır. Panininin qrammatikası, qeyd etdiyimiz kimi,
8 kitabdan (buna fəsil də deyilir) ibarətdir. Bu kitabların
(fəsillərin) cəmini 3996 sutra (Sūtra – sap) təşkil edir. Xü-
susi formada yazılmış bu sutraların hər biri yığcam və qısa
şəkildədir. Nəzmlə yazılmış həmin əsərin hər bir misrası
iki və ya üç sözdən ibarətdir.
Panini əsərdə sanskritin bütün dil vahidlərini əhatə
etmək istəmişdir. Buna görə də o, qrammatik vahidlərlə
yanaşı, digər məsələlərə də toxunmuşdur.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
37
Fonetika və orfoepiya məsələləri. Panininin əsərində fone-
tika məsələlərinə geniş yer verilmişdir. Əsərdə sanskritin
səs sistemi fonetik tədqiqata cəlb olunmuş, hər bir səsin
özünəməxsus keyfiyyət və xüsusiyyətləri aydınlaşdırılmış-
dır. Müəllif səslərin fizioloji əsaslarını şərh edərkən danı-
şıq üzvlərini fəal və qeyri-fəallığa görə təsnif etmiş və bun-
lara dair məlumat vermişdir. Panini dilin səslərini müxtəlif
prinsiplərə görə qruplaşdırmış, hər bir qrupa aid əlamətlə-
ri aşkara çıxarmağa sövq etmişdir. O, fonemlər sistemində
sait və samitləri bir-birindən fərqləndirmiş, bunlardan sa-
itlərə üstünlük verib onları müstəqil fonetik ünsür adlan-
dırmışdır. Müəllif saitləri müstəqil hesab edərkən onların
heca yaradıcılığında rolunu əsas götürmüşdür. Əsərdə sa-
itlər vokallaşdırılmış, rezonanslı səs kimi izah olunur.
Panini fonetik hadisələrlə bağlı düzgün tələffüz mə sə-
lə lərini də işıqlandırmağa səy göstərmişdir. Sözlərdə vur-
ğunun yeri və rolu bu əsərdə ayrıca olaraq izah edilmişdir.
Ümumiyyətlə, tədqiqatçıların qeyd etdiyi kimi, Panini
öz məşhur qrammatikasında sanskritin fonetik sistemini
bütün incəliyi ilə işləmiş və bunu geniş təsvir etmişdir
1
.
Etimologiya və leksikoqrafiya məsələləri. Bu geniş əhatəli
əsərdə ayrı-ayrı lüğəvi vahidlərin mənşəyi və lüğətə məx-
sus məsələlər də özünə müəyyən yer tapmışdır. Panininin
etimoloji təlimi dilin ilkin ünsürlərini müəyyənləşdirmək-
dən ibarət olmuşdur. Əsərdə söz köklərinə dair siyahılar
verilmiş və qeydə alınan sözlərin mənaları şərh olunmuş-
dur. Bu istiqamətdəki işlər hind dilçiliyində leksikoqrafi-
yanın tərəqqisinə xüsusi təsir göstərmişdir.
Morfologiya və sintaksis məsələləri. Panini qrammatikası-
nın əsasını sanskrit dilinin qrammatik quruluşunun başlıca
məsələlərinin şərhi təşkil edir. Müəllif həm morfoloji, həm
1
Д.П.Димри. Панини и его «Восьмикнижие». Народы Азии и Африки. № 6, 1973.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
38
də sintaktik sistemlə bağlı hadisələri daha ətraflı araşdırmış,
elmi-praktik əhəmiyyətli fikirlər meydana çıxarmışdır.
Panini morfoloji hadisələri tam incəliyi ilə fərqlən-
dirərək hər hadisəyə dair elmi məlumat verməyə nail ol-
muşdur. Əsərdə söz kökü, söz əsası, sonluq, şəkilçi (sözdə-
yişdirici, sözdüzəldici), daxili fleksiya, nitq hissələri anla-
yışları şərh edilir.
Tədqiqatçılar Panininin sintaktik təlimini xüsusi olaraq
qiymətləndirirlər. Panininin təlimində sintaksisin bir sıra
məsələlərindən, o cümlədən söz birləşməsi, nitq hissələrinin
sintaktik vəzifələri və cümlə anlayışından geniş bəhs olu-
nur. Müəllif bu əsərdə feili və ismi söz birləşmələrinin ekvi-
valentliyindən ətraflı danışır. Tədqiqatçılar Panininin ismin
sintaktik vəzifəsinə dair fikirlərini daha sistemli və daha
tamamlanmış hesab edirlər
1
. Panininin mürəkkəb cümlə
haqqındakı mülahizələri də elm üçün maraqlıdır. Ümumiy-
yətlə, onun bir çox fikirləri öz elmi əhəmiyyətini indiyə qə-
dər saxlamış və hazırda müasir dilçilikdə istifadə olunur.
Panininin qrammatikası təsviri metod əsasında yazıl-
mışdır. Bu cəhəti nəzərə alanlar onu təsviri qrammatika-
nın ilk nümunəsi hesab edirlər. Bu əsər praktik məqsədlər
üçün yaradılmış və ona görə də normativ xarakterə ma-
likdir. Hind dilçiliyi tarixində ilk dəfə olaraq müqayisəli
metodun nümunələri də bu qrammatikada verilmişdir
2
.
Panini qrammatikanı yazarkən müxtəlif ixtisar forma-
larından geniş istifadə etmişdir. Bunun nəticəsində əsər
formaca yığcam, lakin oxunulması, öyrənilməsi cəhətdən
isə son dərəcə qəliz və mürəkkəbdir. Əsəri izahsız anlamaq
qeyri-mümkündür. Elə buna görə də hələ qədim Hindis-
tanda Panini qrammatikasının dərk olunmasını asanlaş-
1
История лингвистических учений. Древний мир. Ленинград, 1980, с. 78.
2
А.П.Баранников. Элементы сравнительно-исторического метода в лингвистической
традиции. «ВЯ». №2, 1952.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
39
dırmaq məqsədilə bir çox aydınlaşdırıcı ədəbiyyat-kom-
Do'stlaringiz bilan baham: |