1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet176/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   172   173   174   175   176   177   178   179   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Heyvanların dili. Heyvanlar danışırmı? Bu suala dün-
yanın bir çox alimi cavab axtarmışdır. Onlar məsələni ay-
dınlaşdırmaq üçün müxtəlif heyvanlar üzərində yüzlərlə 
tədqiqat aparmışlar. Bütün müşahidə və müqayisələrin, 
elmi təhlillərin nəticəsində alimlər arasında bir-birinə zidd 
iki fikir meydana çıxmışdır:
a) alimlərin bir qrupu heyvanların dili olmadığını 
göstərmiş, bunu elmi fakt və dəlillərlə sübut etmişdir;
b) alimlərin başqa bir qrupu isə heyvanların danışdığını 
və bununla bərabər, hətta insan dilini də bildiklərini 
söyləmişdir.
İkinci fikrin müdafiəçilərindən bəziləri hətta heyvan 
dilinin çox mükəmməl olduğunu təsəvvür etmişlər. Hə-
min alimlərə görə, guya bütün heyvanların xüsusi dili 
vardır. Lakin bəzi tədqiqatçılar bunun əksinə olaraq göstə-
rirlər ki, heyvanların dili insan dilinə nisbətən bəsitdir və 
heyvanlardan ancaq fil, delfin, meymun, it, pişik, həşərat-
lardan arı və qarışqa danışa bilir. Bu fikirləri iddia edənlər 
belə bir nəticəyə gəlmişlər ki, guya həmin canlıların dilini 
insanların bilməməsinin səbəbi heyvanlar özləridir. Onlar 
dillərini insana öyrətmək üçün özlərinə əziyyət verməmiş-
lər. Əgər insanlar müəyyən əziyyətə qatlaşsalar, heyvanla-
rın da dilini mənimsəyib onlarla danışa bilərlər.
Heyvanlardan ən çox meymunlar üzərində təcrübələr 
aparılmışdır. Bunun müəyyən əsası vardır: meymun hey-
vanlar aləmində daha çox inkişaf etmiş canlıdır. Bunların 
ali cinsi isə qədim insanabənzər varlıqlardır. Alimlər öz 
təcrübələrini meymunlardan, əsasən, qorilla, oranqutan və 
şimpanze üzərində aparmışlar. Bu meymunlarda insana 
oxşar cəhətlər vardır. Elə buna görə də hələ uzaq keçmiş-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
305
dən insanabənzər meymunlar müxtəlif elm sahələrində 
çalışanların diqqətini cəlb etmişdir. Qədim Misir həkim-
ləri insan cəsədini yarıb meymun orqanizmi ilə müqayisə 
etmişlər. Onlar hər iki canlının quruluşunda uyğun olan 
üzvləri müəyyənləşdirmişlər. Meymun üzərində müşa-
hidə aparılması işi get-gedə genişlənmiş, xüsusən XVIII 
əsrdə meymunun hərəkətlərini tədqiq etməyə maraq güc-
lənmişdir. Lakin qeyd etməliyik ki, bu sahədəki tədqiqlər 
görkəmli təbiətşünas Çarlz Darvinin (1809–1882) təkamül 
nəzəriyyəsindən sonra, yəni XIX əsrdən daha geniş vüsət 
almışdır. Bu dövrdən müxtəlif məqsədli təcrübələr aparıl-
mağa başlanılmışdır. Alman zoopsixoloqu Volfanq Köler 
və başqaları meymunun “əqli bacarığı” ilə maraqlanmış-
lar. Rus tədqiqatçısı N.N.Ladıgina-Kots isə həm də əlaqə-
dar şəkildə meymunun mimikasını öyrənmişdir. O, mey-
munun üz hərəkətini bir neçə il müddətində müşahidə edə 
bilmişdir.
Onun eksperiment apardığı İoni adlı meymun gül-
mək, ağlamaq, təəccüblənmək, hirslənmək, həyəcanlan-
maq kimi hisləri müxtəlif mimikalarla ifadə etmişdir. Bu-
nunla yanaşı, tədqiqatçılar sübut edirlər ki, meymun insa-
nın əlindən tutub onu istədiyi səmtə çəkir, diqqəti özünə 
cəlb etmək üçün insana kiçik daş ata bilir, maraqlandığı 
işlə inamla məşğul olmağı bacarır və s.
Ümumiyyətlə, meymun üzərində elmi təcrübə aparan-
ların bir çoxu şimpanzenin mimika zamanı sir-sifətini hərəkət 
etdirdiyini, ağız və dodaqlarını, gövdəsini oynatdığını qeyd 
etmişlər. Bundan başqa, insan kimi, onun da qıdığı tutdu-
ğunu müəyyənləşdirmişlər. Bu haqda Darvin deyir: “Cavan 
şimpanzeni qıdıqladıqda o, şaqqıldayıb gülür, bu gülüş eyni 
vəziyyətdə bizim uşaqların gülüşlərinə bənzəyir”.
Meymunun “dili” ilə daha çox maraqlanmışlar. İndiyə 
kimi meymun “dilinə” həsr olunmuş onlarca elmi-təd qiqat 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
306
əsəri meydana çıxmışdır. Meymunun “dil qabiliyyəti” ay-
dınlaşdırılarkən iki istiqamətdə tədqiqat işi aparılmışdır: 
bunlardan biri meymun dilini öyrənmək, digəri isə mey-
muna dil öyrətməkdir. Bu məsələlərin həllinə dair bir neçə 
tədqiqatın nəticəsinə nəzər yetirək.
Amerika alimi Harner meymun “dilini” öyrənməyə 
böyük səy göstərmişdir. O, apardığı müşahidələr əsasında 
“Meymunların dili” adlı əsər yazmışdır. Harner bu əsərin-
də meymunun xüsusi dili olduğunu təsdiq edir və göstərir 
ki, meymunda məlumat almaq və məlumat vermək baca-
rığı mövcuddur.
Bununla bərabər, o yazır ki, guya meymunun çıxar-
dığı hər bir səsin müəyyən anlayışla bağlı leksik məna-
sı vardır, məsələn, meymunun müəyyən səsi “yemək”, 
müəyyən çığırtısı “içmək” və sair kimi anlayışları bildirir. 
Nəhayət, Harner belə bir fikrə gəlib ki, guya meymunun 
dili var, insan onunla danışa bilər. Doğrudanmı meymunla 
danışmaq olar? Əlbəttə yox.
“Meymunun dili” ilə rus tədqiqatçısı N.N.Ladıgi-

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   172   173   174   175   176   177   178   179   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish