1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet173/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   169   170   171   172   173   174   175   176   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Dilin əhəmiyyəti
İnsanların daim xidmətində olan dil cəmiyyətdə əvəz-
siz əhəmiyyətə malikdir. Dil insan həyatının mənasıdır. 
Dilsiz cəmiyyət mümkün deyil. Bir anlığa cəmiyyəti dilsiz 
təsəvvür edək... Belə halda insan hansı keyfiyyəti ilə başqa 
canlılardan fərqlənə bilər?
Dil ilk insanların formalaşmasında əsas amillər-
dən biri olaraq onların heyvanlar aləmindən ayrılmasına 
kömək etmişdir. Həmçinin dil ən qədim dövrlərdən insan-
ların birgə fəaliyyət göstərmələrinə, mübarizə aparmala-
rına imkan yaratmışdır. Dil – varlığı dərketmə vasitəsidir. 
O, insanların dərketmə bacarığını inkişaf etdirərək kaina-
tın sirlərini aşkar etməyə şərait yaradır. İnsanlar təbiətdəki 
əşya və hadisələri, onların çox mürəkkəb xüsusiyyətləri-
ni dildən istifadə etməklə öyrənə bilirlər. Bunun əsasında 
isə elm yaranır. Dil əldə olunmuş hər bir elm və təcrübəni 
mühafizə edərək əbədiləşdirir, onun yaşamasına və inkişa-
fına kömək edir. İnsanların əcdadı və gələcək yetirmələri 
1
Bəzi alimlər belə iddia etmişlər ki, guya müəyyən dövrdən sonra dilə ehtiyac olmayacaq, 
insanlar ancaq təfəkkürlə danışa biləcəklər.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
298
arasında əlaqə dillə yaradılır. Belə ki, insanlar dil vasitəsilə 
özündənəvvəlki bilik və təcrübəni mənimsəyir, ümumiləş-
dirir, öz bilik və bacarıqlarını yeni nəslə verirlər. Lakin 
bu prosesdə insan heç də hər şeyi yenidən tədqiq etmir, 
əvvəlcə hazır bilikləri qavrayır və bundan sonra öyrənil-
məmişləri tədqiq edir. Deməli, dil vasitəsilə toplanıb ümu-
miləşdirilən nailiyyətlər gələcək inkişaf üçün baza olur. 
Məsələni aydın təsəvvür etmək üçün dil haqqında elmə 
nəzər yetirək.
Məlum olduğu kimi, dilə dair biliyi inkişaf etdirmək 
üçün gənclərə orta və ali məktəblərdə dilin fonetik sistemi, 
lüğət tərkibi və qrammatik quruluşu haqqında bilik veri-
lir. Əvvəlki dövrlərin nailiyyətləri olan bu biliklər gələcək 
dilçi tədqiqatçıların dünyagörüşlərinin formalaşmasında 
bünövrə olur və dilçilik elminin inkişafına xidmət edir.
Müasir insan öz biliyini iki mənbədən istifadə əsasın-
da inkişaf etdirir: bunlardan biri kitab, digəri isə həyatdır. 
Kitabdan keçmişin nailiyyətləri, həyatdan isə hələ müşahi-
də olunmamış və tədqiq edilməmişlər öyrənilir. İstər kitab 
yazılarkən, istər şəxsi həyat təcrübəsi qeyd olunarkən dilə 
müraciət edilir ki, burada da ünsiyyət vasitəsi olan dilimiz 
xüsusi əhəmiyyət kəsb edir. İnsanlar dilin köməyilə elm, 
texnika və s. əldə etməklə bərabər, cəmiyyət üçün çox zə-
ruri olan mədəniyyət də yaratmışlar. Dil insanların əldə et-
dikləri elmi, texniki və mədəni sərvətlərin bütün bəşəriy-
yətə çatmasında, hamının malı olmasında xüsusi rol oyna-
yır. Dilin köməyi ilə Yer kürəsinin qitələri bir-biri ilə əlaqə 
saxlayır, biri digərinin elmi kəşfləri, bədii sənət sərvətləri 
ilə tanış olur. Belə hallarda, zaman və məkanla əlaqədar 
olaraq, dilin yazılı formasından daha geniş istifadə olunur.
Nəhayət qeyd etmək lazımdır ki, dil cəmiyyətin elmi 
və mədəni həyatının inkişafında da başlıca vasitələrdən 
biri olmuş və indi də belə bir mühüm vasitə olaraq qalır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
299
Dil haqqında bir çox fikirlər mövcuddur. Bunlardan 
biri dilin “kimə məxsus olması” haqqındakı fikirdir. Hələ 
qədimdə insanlar bütün təbiəti canlı hesab edərək obyek-
tiv aləmdə hər şeyin danışıq qabiliyyətinə malik olduğunu 
düşünmüşlər. Bunun əsasında təbiətin dili, quşların dili, hey­
vanların dili və insanların dili anlayışları meydana çıxmışdır.

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   169   170   171   172   173   174   175   176   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish