Təbiətin dili. Təbiətin dili varmı? Təbiət hadisələrlə ol-
duqca zəngindir. Bu hadisələr müşahidə edildikdə, izlənil-
dikdə burada bəzi cəhətlər diqqəti cəlb edir. Məsələn, ya-
ğışdan əvvəl təbiətdə baş verən hadisələrə nəzər yetirdikdə
aydın olur ki, qara buludlar bir yerə toplaşır, külək qalxır
və nəhayət, yağış yağır. Deməli, yağışdan əvvəlki hadisələr
yağışın yağacağına işarədir. Lakin aydın məsələdir ki, bu
vəziyyət heç də yağışın yağmasına dair insanları xəbərdar
etmək “məqsədini güdmür”. İnsanlar, sadəcə olaraq, təbiət
hadisələrindəki müəyyən qanunauyğunluqlara əsaslanaraq,
vaxtilə həmin hadisələrin “danışdığına” inanmışlar. Hətta
bu inam o dərəcədə möhkəm olmuşdur ki, onlar hadisələrlə
bərabər, cansız əşyaların da “danışdığını” güman etmişlər;
guya, məsələn, ağaclar, bitkilər, çaylar, dənizlər, dərələr, dağ-
lar... insan kimi dilə gəlib bir-biri ilə və eləcə də insanlarla ün-
siyyətdə olmuşdur. Təbiətin “dilinə” dair fikirlər ən çox nağıl
və əfsanələrdə özünə yer tapmış, əsrlərdən-əsrlərə, nəsillər-
dən-nəsillərə keçərək bizə qədər gəlib çatmışdır. Azərbaycan
xalq nağıllarında da təbiət hadisə və əşyalarının “danışdırıl-
ması” hallarına təsadüf olunur. “Tapdıq” adlı xalq nağılından
Günəşlə Tufanın “danışığına” diqqət edək:
“Gün xanım dedi:
– Ey Tufan, gərək and içəsən ki, Qəmər xanımı mənsiz
azad etməyəcəksən.
Tufan dedi:
– Xanım, elə gözəli həmişə tilsimdə saxlamaq insaf-
sızlıqdır”.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
300
Bu cür fikirlərə bütün dünya xalqlarının əfsanə və na-
ğıllarında külli miqdarda təsadüf olunur. Təbiətin cansız
varlıqlarının danışması klassik ədəbiyyatda da vardır. Bö-
yük Füzulinin “Söhbətül-əsmar” (“Meyvələrin söhbəti”)
adlı əsərində meyvələr belə danışdırılır:
Xəllaqi-cahani-zülmətü nur
Püstə mənim adımı qoyubdur.
Qönçə kimi ağzım açmışam mən,
Hər talibə danə saçmışam mən.
Bir yandan eşitdi Xoxü Fıstıq,
Həm Süncüdü Şahpaludü Fındıq,
İnnab ilə Tut, Alubalu,
İncirü Zoğalü Cövz, Limu,
Hər biri bir afəti-zəmanə,
Hər biri söylərdi bir fəsanə;
Şaftalu deyərdi: – Padişahəm,
Fıstıq ki: – Əncüm içrə mahəm.
Həm cövz deyərdi: – Xosrovam mən.
Fındıq deyərdi: – Sərvərəm mən.
Limu ki: – Mənəm bu bağə mahmud.
– Şahəm ki, deyərdi Şahpalud.
Göründüyü kimi, burada meyvələr obrazlaşdırılmış
bədii vasitələrdir, söz sənətkarlarının istifadə etdikləri
üsullardan biridir. Dil haqqındakı müasir biliklər elmi bü-
növrə üzərində inkişaf etdiyi üçün, onlar qədim insanların
ibtidai təsəvvürlərinin əksinə olaraq, cansız varlıqların da-
nışmasını məcazi mənada başa düşürlər.
İndi elm “təbiətin danışması” fikirlərinə son qoyaraq
müəyyən etmişdir ki, danışan ancaq canlı varlıqdır. Bu-
rada, əlbəttə, belə sual qarşıya çıxır: canlıların hansı növü
danışmaq imkanına malikdir? Bu haqda elm aləmində
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
301
müxtəlif fikirlər, baxışlar, nəzəriyyələr mövcuddur. Bun-
larda bir-birindən fərqlənən iki fikir vardır. Birincisi bütün
canlıların danışması, ikincisi isə insanlarla bərabər, bəzi
canlıların, o cümlədən quşların və heyvanların danışa bil-
məsi fikirləridir.
Do'stlaringiz bilan baham: |