1. ÜMumi DİLÇİLİk I indd



Download 10,63 Mb.
Pdf ko'rish
bet182/250
Sana16.06.2022
Hajmi10,63 Mb.
#677454
1   ...   178   179   180   181   182   183   184   185   ...   250
Bog'liq
1. ÜMUMİ DİLÇİLİK I

Qaradərili insanlar. Buraya qaradərili afrikalılar və 
Avstraliyanın qədim sakinləri aiddir. Qara dəri, qıvrım 
saç, qonur (şabalıdı) rəngli göz, yastı və qanadları qalxmış 
burun, enli dodaq bu irqin əlamətləridir. Bunlar neqroid ad-
lanır.
Ağdərili insanlar. Avropa, Şimali Hindistan, Şimali 
Afrika və başqa bir sıra yerlərin sakinləri bu irqə daxildir. 
Bu irqin tipik nümayəndələrinin saçı qıvrım və ya düz, də-
risi açıq rəngdə, üz və bədənlərinin tükü çox inkişaf etmiş 
olur. Onların burunları irəliyə uzanır, üzləri isə bir o qədər 
geniş olmur. Bunlar avropoid adlanır.
Sarıdərili insanlar. Bu irqin nümayəndələrinin dərisi 
sarı, yaxud qırmızımtıl, gözləri tünd şabalıdı rəngdə, saç-
ları isə qara və düz formadadır. Bədənlərində tük az olur, 
saqqal və bığları inkişaf etmir. Sarı irqə daxil olanların üz 
almacıqları böyük olur. Bunlar, əsasən, orta və alçaq boy-
ludurlar. Buraya Çinin, Orta və Şimali Asiyanın əhalisi 
daxildir. Bunlar monqoloid irq adlanır.
Ekvatorial irq. Bu irqə daxil olanlar ağdərili irq ilə 
monqoloid irqi arasında orta mövqe tuturlar. Bu irq qru-
puna, əsasən, Amerika hindiləri daxildir. Bu böyük irqlər, 
öz növbəsində, bir neçə kiçik yarımirqlərə, bunlar isə an-
tropoloji tip qruplarına bölünürlər. Alimlər, təxminən, 
1
Müasir insandan əvvəl ilk və qədim insan da olmuşdur.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
316
30 antropoloji tip qrupu olduğunu müəyyənləşdirmişlər. 
“Bir çox insani irq və tip qrupları üçün səciyyəvi olan cəhət 
odur ki, bunlar müəyyən geniş sahəni əhatə edir və tarixən 
həmin sahədə yaranmış və inkişaf etmişlər”
1
.
İrqi əlamət daimi sabitliyə malik deyil. Görkəmli bio-
loq M.F.Nesturxun ifadəsi ilə desək, bu, hətta bir adamın 
həyatında belə dəyişə bilir. Son illərdə insan tipi qrupla-
rında baş formasının çox dəyişildiyini alimlər sübut etmiş-
lər. Amerika antropoloqu Frans Boas müəyyən etmişdir ki, 
insanın başının forması uzun dövr ərzində deyil, hətta çox 
az vaxtda dəyişə bilir. O bu ideyanı Avropadan Amerikaya 
köçmüş adamları müşahidə etməklə əsaslandırmışdır.
Nəhayət qeyd etməliyik ki, istər dərilərinin rəngi 
müxtəlif olan, istərsə də başqa zahiri fərqli əlamətləri ilə 
seçilən insanlar mahiyyətcə bir-birindən qətiyyən fərqlən-
mirlər, onların hamısı eyni dərəcədə iş görmək, fikirləş-
mək və danışmaq qabiliyyətinə malikdir. Bununla yana-
şı, bütün irqlər və antropoloji tiplər bərabərhüquqludur. 
Lakin çox təəssüf ki, irqçilər irqi əlamətlərə bu baxımdan 
yox, imperializmin mənafeyi mövqeyindən yanaşırlar. İrq-
çilərin bədnam ideologiyasına görə, guya ancaq “ali irq”in 
nümayəndələri hər şeyə qadirdirlər. Müasir aləmdə irqi 
sədd bir sıra ölkələrdə aradan qalxdığı halda, bəzi yerlər-
də irqçilik nəzəriyyəsinin müddəaları hələ də hökm sürür. 
Bu müddəaların tərəfdarları insan qruplarının qeyri-bəra-
bər olduğunu sübut etmək üçün yeni-yeni fakt və dəlillər 
axtarırlar
2
. Heç şübhəsiz ki, belə dəlilləri irqçilər əldə edə 
bilmədikləri kimi, yenə də buna nail ola bilməyəcəklər. 
İrqçilərə görə, insanlığın tarixinin əsasını siniflərin yox, 
irqlərin mübarizəsi təşkil edir. Buna görə də onlar qara və 
1
М.Ф.Нестурх. «Происхождение человека». М., 1970, c. 385.
2
«Вопросы антропологии». № 40, 1968-ci il.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
317
sarı irqə mənsub olanların guya ağlar üçün qorxulu olduq-
larını göstərirlər. Göründüyü kimi, bu ideya da tarixi inki-
şaf qanunlarına tamamilə ziddir.
İrqçilik nəzəriyyəsi müəyyən dərəcədə dilçilik elminə 
də təsir göstərmişdir. Belə ki, XIX əsrin irqçiləri dillə irqin 
əlamətlərini eyniləşdirmiş, insanları və onların dillərini irqlərə 
görə müəyyənləşdirməyi irəli sürmüşlər. Həmin əsrin bir sıra 
görkəmli filoloqları bu ideya ilə razılaşmamış və ona qarşı 
ciddi mübarizə aparmışlar. Hələ o zaman məşhur dilçilərdən 
biri demişdi: “Elmi səhvlərdən biri dili irqlə eyniləşdirməkdir. 
İrqlə konkret dil arasında kiçicik əlaqə belə yoxdur”
1
.
Aparılmış tədqiqatlar əsasında alimlər bir daha sü-
but etmişlər ki, həqiqətən, “...insanları dilə görə bölmək 
onların irqə görə bölgüsünə uyğun gəlmir”
2
. Çünki irq heç 
bir milli, dini, coğrafi, mədəni, yaxud dil qrupu yaratmır
3

İrqçilərin dillə irq arasında həqiqi əlaqə varlığı tezisinin 
uydurma olduğunu əyani sübut etmək üçün görkəm-
li bioloq M.F.Nesturx keçmiş sovet məkanında yaşayan 
müxtəlif irqə aid qohumdilli xalqlardan misal gətirir. O 
deyir: “SSRİ-nin bir çox xalq və tayfaları türk dillərində 
danışırdılar. Lakin bu xalq və tayfaların biri (azərbaycan-
lılar) avropoid, eyni zamanda digəri (qazaxlar, qırğızlar, 
yakutlar) monqoloid, üçüncüsü isə (şorlar, başqırdlar, tatar­
lar) monqoloid xüsusiyyətli avropoid irqi tiplərini təşkil 
edir”
4
. Deməli, irqlə dil arasında cüzi əlaqə olsaydı, bu 
xalqların dillərində yaxınlıq, qohumluq ola bilməzdi.
Bütün elmi mühakimələrdən aydın olur ki, dil irqlə 
bağlı deyil. Buna görə də heç zaman insanın bioloji qrup-
laşdırılması dillə əlaqələndirilə bilməz.
1
И.А.Бодуэн де Куртене. «Избранные труды по общему языкознанию». M., 1963, II т., 
c. 67-96.
2
М.Ф.Нестурх. «Происхождение человека». М., 1970, c. 401.
3
Bax: «Вопросы антропологии», № 20, 1964, c. 8-12.
4
M.&. М.Ф.Нестурх. «Происхождение человека». М., 1970, c. 401.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
318

Download 10,63 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   178   179   180   181   182   183   184   185   ...   250




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish