1.2. Əmin Abid qaqauz maniləri haqqında
Əmin Abid 1928-ci ilin oktyabrında tamamladığı “Türk
xalq ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xü-
susiyyəti” məqaləsində beş min bayatı-mani üzərində araşdır-
ma aparmışdır
(Abid Əmin, 1930, 4-5(9-10):9-42).
O, Tür-
kiyə, İraq türkmənləri, özbək, qazax, tatar və digər türk
xalq-
ları arasında geniş yayılmış olan dördlüklərin tarixini incələ-
miş, müqayisələr aparmış və nəticədə fərqli coğrafıyalarda
yaşayan və fərqli adlar daşıyan dördlüklərin köklərinin eyni
nöqtədən gəldiyi və eyni kökə dayandığı qənaətinə gəlmişdir
(Şamilov Ə., 1986: 26-27, sayı 11).
Məqalədə iki dəfə də qaqauzlardan bəhs edilmişdir. “Mani”
sözünün anlamını açıqlayarkən Əmin Abid yazmışdır: “Bizim
əldə etdiyimiz nəticəyə görə, bayatı təbiri gibi öləng, cır, türkü,
eşulə adları da mənaca şərqi demək olduğundan bunlarda digər
türk xalqlarında maninin bəstəsinə verilmiş ad gibi sayılmalıdır.
Hələ bir az aşağıda tədqiq edəcəyimiz üzrə bundan doqquz yüz
sənə əwələ aid “Kudatku bilik”də məni adı ilə dördləmələrdən
bəhs etməsini də düşünəcək olursaq və burada türk xalqlarının
nəşət etdigi ölkələrdə “Kudatku bilik”in yayıldığı sahələr
olduğunu xatırlasaq, o vəkt musiqi yüzündən müxtəlif adlar alan
bu nevin - güftə etibarilə - ümumi və müştərək adını manı olarak
qəbul etmək icab edər. Zaman keçdikcə bəzi türk qəbilələrində
manı adı unudulmuş, yerinə musiqi adı kayım olmuşdur.
Mani təbirinin mənası bəzi müstəşrikləri əlakədar etmişdir.
İlk dəfə olarak akademik A.Samoyloviç Nəvainin tuyuğları
haqqında nəşr etdigi qiymətli tətəbönamədə (“Müsülman dün-
yası”, Petroqrad, 1917) bir vəsilə ilə məni kəlməsindən bəhs
edərkən “Çağdaş Osmanlı və Azərbaycanlılar mani deyə ya-
zarlar” qeydini əlavə edir.
Kovalski də maninın məadan gəldiginə qətiyyətlə qanedir.
Daha sonra mani haqqında nəşr etdigi məqalədə mani kəl-
məsinin əslini türkcədə zənn etməyən Köprülüzadə dəxi ərəb-
cənin məni, məa kəlməsindən gəldiginə inanır.
Halbuki bu müstəşriklərdən yüzlərcə sənə əw əl yetişən
Evliya Çələbi bu xüsusu qəti bir şəkildə göstərməkdədir. On
yeddinci əsr adamlarından olan bu səyyahın səyahətnaməsində
bulduğumuz bir fəqərə onun zamanında maninın Anadolu köy-
lərində aldığı adı, mənaca çıplak bir şəkildə meydana qoyur.
Evliya Çələbi manılardan göstərdiyi nümunələrin adını doğru-
dan-doğruya məni şəklində
qeyd edir ki, səyyahın ifadəsini
eynilə buraya nəql etdik:
“...Sahibi Pərhiz, şəhbaz bir yigit kalkmış, üryan atına bəs-
mələ ilə timar ediyor yedərkən bir savti-həzin ilə makamla şu
beyti söylədi:
Öyləmi halım fələk,
Dil bilməz zalım fələk.
Qəsdin can bağçasından,
İki nihalim fələk.
Bu tərz ilə mütəsəwüfanə, fələkdən şikayət eləyirdi. Həqir
heyrətdə qalaraq bu beytdən təfəül qəsd etdim. Yenə məniyə
ağaz edərək şunu söylədi:
Baba kitab ilə sən,
Uğraşma nafilə sən.
Bundan bir iş eylə,
Anda yana biləsən.
Digər mani:
Lalanın dünyası nə,
Aldanma dünyasınə.
Dünya bənim diyənin,
Dün getdik dün yasinə.
Bunları öylə qəribanə və cigər-suz bir səda ilə okuyub
ağladı (Evliya Çələbi Səyahətnaməsi, cild 1, səhifə 211). Ev-
liya Çələbinin göstərdiyi nümunələrin bugün belə Azərbaycan
bayatıları içində yaşadığını yuxarıdakı izahata əlavə edəcək
olursaq, artıq bu nevin Kırım, qaqauz türklərində olduğu gibi
cənub türklərində də adının mani və bunun da ərəbcə mənidən
gəldiyi haqqında ortaya sürülən fikir haqqında heç bir şübhə
qalmamış olur. Məni kəlməsinin mani halına keçməsi isə eyn
hərfınin türk ağzına görə dəyişməsindən başqa bir şey deyildir.
Manilər məlum olduğu üzrə heca vəzninin yeddilisilə yazılır.
Bu şəkilə türk ədəbiyyatının çox əski dövrlərinə aid məhsulları
arasında da təsadüf edirik. Türk ədəbiyyatının elmə məlum olan
ilk vəsiqəsi Orxon abidələrinin mənsur kitabələri içində mənzum
parçaların da olduğun ilk dəfə akademik F.E.Korş xəbər verdi.
Bilgə kağan bitigin
Yollug tikin bitigin
Bunca barkag badızın
Özi kağan atısı
Yolug tikin mən ayı
Artıgı tort gün türup
Bitidim, badıztım...
Do'stlaringiz bilan baham: